Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   34   35   36   37   38   39   40   41   42

Şəmil 
Sadiq
133
radıcılığını həm məzmun, həm də forma cəhətdən mənim-
səmək üçün şagirdlərimizə çox faydalı olardı.
Digər vasitələrdən – marağa görə dərslərdən, ədəbiy-
yat  dərnəklərinin  imkanlarından  da  istifadə  etməklə,  bu 
mövzunun öhdəsindən layiqincə gəlmək mümkündür.
“Elm” qəzeti, 16 yanvar, 2003-cü il. № 1-2


Şəmil 
Sadiq
134
AZƏRBAYCAN DİLÇİLİYİ DİLİMİZLƏ
 AYAQLAŞA BİLMİR
Ölkə başçısının Azərbaycan dili ilə bağlı müxtəlif fər-
manlarının olmasına baxmayaraq, dilimizin inkişafını tə-
min edən ən ali qurum olan AMEA Nəsimi adına Dilçilik 
İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bil-
mir. Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda, 
dildən dəfələrlə geridə qalır desək yanılmarıq.
Artıq nə deməyə, nə də yazmağa gərək var, Azərbay-
can  dili  zəngin  dillər  içərisində  önəmli  yerlərdən  birini 
tutur. Dilimizin kökü, ana xətti, genetikası o qədər möh-
kəmdir ki, əsrlərlə  təzyiq və təhriflərə məruz qalmasına 
baxmayaraq, bu gün də yaşayır. Amma təəssüflər olsun ki, 
dilçilik elmimiz bu məğrurluğun arxasında layiqincə da-
yana bilmir.
Dilin zənginləşməsi bu gün birbaşa televiziya və mət-
buat orqanlarının fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, bu in-
kişafda  bədii  ədəbiyyatın  rolunu  kənara  qoymaq  olmaz. 
Bunun üçün də hər kəs yazıçı və jurnalistlərin ədəbi dilin 
normalarını  pozduqlarını  görür,  ağızdolusu  təndiq  edir. 
Təbii  ki,  bu  tənqidlərimiz  haqlıdır.  Zövqsüz  verilişlərə 
baxmaq  gözlərimizi  ağrıtdığı  kimi,  kobud  şəkildə  pozu-
lan dil normaları qulaqlarımızı dəng edir. Televiziyaların 
simasını  təşkil  edən  xəbər  proqramlarında  belə  “həmin” 
sözü  hə`min,  “başqa”  sözü  ba`şqa,  “Paris”  sözü  Pa`ris, 
“Azərbaycan”  sözü Azə`rbaycan  kimi  tələffüz  edilir.  Son 
zamanlar  Türkiyə  türkcəsinin  diksiyasına  uyğun  bütün 
sözlərin  vurğusunun  sonda  deyilməsi  sadə  tamaşaçını 
belə əsəbləşdirir.
Şəxsən mən bir çox jurnalist və yazıçı dostuma müəy-
yən  qüsurları  deyərək,  niyə  belə  etdiklərini  soruşduqda 
aldığım  cavab  sual  formasında  olur:  Elə  bir  kitab  varmı 
ki,  biz  ora  baxıb  bəzi  məsələləri  müəyyənləşdirək?  Sən 
bizə normal bir mənbə göstər. Nədir bu insanların istədiyi 
“normal mənbə”? Əlbəttə ki, AMEA-nın hazırladığı orfoq-
rafiya  lüğəti,  izahlı  lüğət,  orfoepiya  lüğəti,  neologizmlər 
lüğəti və s.
Düzdür, Azərbaycan dili daima ölkə başçısının diqqət 


Şəmil 
Sadiq
135
mərkəzində olub. Məhz bunun nəticəsidir ki, Azərbaycan 
Respublikası  Nazirlər  Kabineti  ictimaiyyətə  orfoqrafiya 
qaydalarını təqdim etdi və bunun da əsasında orfoqrafiya 
və izahlı lüğət kitabları nəşr edildi.
Tərtib edilmiş lüğətlər isə guya  həmin sənəd əsasında 
hazırlandı. Lakin “Orfoqrafiya lüğəti”ni (“Lider nəşriyya-
tı” 2004) ötəri şəkildə vərəqləyəndə aydın olur ki, həmin 
lüğət  sadəcə  kirildən  latın  əlifbasına  çevrilib  və  kitabın 
önünə  təsdiq  olunmuş  sənədi  yapışdırıblar.  Bir-iki  faktı 
demək yetərlidir: Orfoqrafiya qaydalarında “super” sözü 
ilə bağlı yazılıb ki, bundan sonra “super” sözü digər söz-
lərlə işləndikdə defislə yazılmalıdır. Amma kitabın içində 
bu sözlə başlayan bütün sözlər bitişik yazılıb. (Orfoqrafiya 
lüğəti. 2004. Səh.591). Və ya -varı şəkilçisinin bundan sonra 
-vari kimi yazılması tövsiyə olunsa da, lüğətin içindəki söz-
lər igidvarı, üzükvarı kimi yazıldı. TQDK-nın 2012-ci ildə 
nəşr etdiyi lüğətdə isə yenidən elə -varı kimi yazıldı.
Bu cür hallar çoxdur. Heç də məqsədim bunları sada-
lamaq deyil. Çünki yeni bir lüğətin hazırlandığı  haqda mə-
lumatlar yayılıb. Lap yaxşı, bu, sevindirici haldır. İnşallah 
ki, məlum problemlər yeni lüğətdə öz həllini tapar. Amma 
çox gec olduğunu düşünürəm. Kurikulum sənədi əsasın-
da artıq 1 və 5-ci sinif dərslikləri hazırlanıb və nəşr olu-
nub. Təhsilin əsasının ibtidai sinifdə qoyulduğunu nəzər 
alsaq,  500000  övladımız  yüzlərlə  sözü  yanlış  öyrənəcək. 
Və ya fəal müəllimlər yeni nəşr edilən lüğətə baxaraq, “ay 
uşaqlar, “sətirdən sətirə” sözü ayrı yazılır” dediyi zaman, 
diqqətli şagirdlərimiz dərsliyi gətirib müəllimə göstərərək 
– “Müəllim, axı kitabda defislə yazılıb”, – deyəcək. Müəl-
lim həmin ibtidai sinif  şagirdini necə inandıracaq, onu bir 
Allah  bilir.  Yaxud  şagird  5-ci  sinfə  keçəndə  müəllimləri 
dəyişəcək.  Yuxarı  sinif  müəllimləri  də  TQDK-nın  qəbul 
imtahanına şagird hazırladığı üçün həmin tələblərə uyğun 
yazılış tələffüzləri öyrətdikdə müəllimlərdən biri savadsız 
kimi qəbul ediləcək. Onsuz da bir hörmət sahibi olmayan 
müəllimlər,  özlərini  təsdiq  etmək  üçün  dərdlərini  bir-bi-
rinə  müəllimlər  otağından  kənara  çıxa  bilməyəcək  səslə 
danışacaqlar.
Ona görə də yaxşı olardı ki, bu müqəddəs iş vaxtında 


Şəmil 
Sadiq
136
baş verəydi. Çünki dərslikləri yazan müəlliflər hansı sözü 
necə  yazacağını  bilər  və  şagirdlərə  düzgün  informasiya 
verərdilər.  Müəllimlər  də  hansı  sözü  necə  yazacaqlarını 
bilər, məcbur olub TQDK-nın qəbul qaydalarını əsas tut-
mazdılar. Gülünc də olsa, deməliyəm ki, müəllimlər ara-
sında belə bir fikir  məşhurdur: “Mən bilmirəm, TQDK belə 
götürür, siz də belə öyrənin, inşallah, bir gün düzələr”. Bu 
da bizim müəllimlərin çıxış yolu.
Çox maraqlıdır öz müstəqilliyini bərpa edəndən Azər-
baycan  Respublikası  yarandığı  gündən  bu  günə  Dilçilik 
İnstitutu nə orfoepiya, nə də vurğu lüğətləri nəşr etdirib. 
Orfoepiyanın  vəziyyəti  isə  hələ  də  bərbad  durumdadır. 
Əlimizdə olan Əziz Əfəndizadənin (1989) orfoepiya lüğəti-
dir hələ də. O lüğəti də müxtəlif nəşriyyatlar müxtəlif illər-
də biznes məqsədi ilə nəşr edir, olduğu kimi ictimaiyyətə 
sırıyırlar. Yenə də sağ olsunlar ki, hər nəşrdə orfoqrafiya 
qaydalarını yeniləməyə çalışırlar.
TQDK isə qəbul testlərini hazırlayanda daha çox əziy-
yət çəkir. İş o yerə çatıb ki, bu boşluğu doldurmaq üçün 
2012-ci ildə orfoepiya, orfoqrafiya və vurğu bir arada olan 
lüğət nəşr etdi. Məncə, bu, TQDK-nın işi deyildi. Sadəcə, 
problemin  həlli  yolunu  bu  cür  gördülər,  müəllim  və  şa-
girdləri  çaşqınlıqdan  qurtardılar.  Görəsən,  Nəsimi  adına 
Dilçilik  İnstitutu  vəzifələrini  niyə  başqasına  həvalə  edir? 
Halbuki həmin lüğəti hazırlayan alimlərin bir çoxu, bəlkə 
də, elə adı çəkilən bu İnstitutun işçiləridir.
Dilçilik  İnstitutu  dilçi  alimlərimizi  bir  yerə  toplayıb 
ayda  bir  dəfə  bu  məsələləri  müzakirə  etsə,  cəmiyyət  də 
bundan  layiqincə  yararlanar.  Televiziyada  müxbir  xalqın 
qarşısında çıxış edərkən bilər ki, “dramaturgiya” sözündə 
vurğu hara düşür. Sovet dövründə hazırlanmış lüğətləri-
mizdə tələffüz başqa olsa da, daima inkişafda olan dildə 
bəzi sözlər indi ayrı cür tələffüz edilir. Olmazmı ki, bunla-
rın müasir qaydalara uyğun tələffüzünə qərar verilsin? Ya-
radılan şəraiti xeyrimizə yox, əleyhimizə istifadə etmək bir 
azərbaycanlı kimi məni də narahat edir. Təsəvvür edin, lü-
ğətlərimizdə dialo`q, epilo`q, prolo`q, epite`t, dramaturgi`-
ya, enerji` kimi sözlərdə vurğu göstərildiyi kimidir. Amma 
xalqın əksəriyyəti bu sözləri dia`loq, epi`loq, pro`loq, epi`-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə