Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

Şəmil 
Sadiq
97
lardan bunu gözləmirdim.
Azərbaycan dili və ədəbiyyat müəllimi olan bir xanı-
mın  müxalif  ruhu  daxili  azadlıq  kimi  görünürdü  mənə. 
Amma Azərbaycanda keçirilən böyük idman tədbiri ərəfə-
sində  mövhumatçı  dindarlar  kimi  statuslar  yazması  bir 
məsləkdaş olaraq, həqiqətən, məni çox narahat etdi. Niyə-
sini  onun  statusundan  sonra  yazsam,  yaxşı  olar.  Müəllif 
yazır:  “Siyasi  məhbuslarımıza  dünyadan  böyük  dəstək. 
Dünyaca  məşhur  “U2”  rock  qrupu  Monrealdakı  (Kana-
da)  izdihamlı  konsertində  azərbaycanlı  siyasi  məhbusla-
rın  şəkillərini  onlara  dəstək  məqsədilə  səhnədən  göstər-
di. Qrupun aparıcı ifaçısı, tanınmış vokalçı Bono şəkilləri 
göstərilən məhbusların bir-bir adlarını çəkdi və onların öz 
fikirlərini ifadə etdiklərinə görə bu gün dəmir barmaqlıq-
lar  arxasında  olduğunu  dedi.  Dünyanın  çox  yerində  za-
lımlar və oğrular olduğu kimi, hər yerində də azadlıq və 
demokratiya tərəfdarları var”.
Niyəsi odur ki, intellektinə bələd olduğum bir adamın 
“İlk  Avropa  oyunları”  adlı  böyük  söz-söhbətlərə  səbəb 
olan  yarışın  keçirildiyi  bir  zamanda  Avropanın  istənilən 
bir yerində bizə dəxli olmayan hansısa musiqi qrupunun 
bizə canıyananlıq etməsinə bu qədər sadəlövhcəsinə inan-
ması, inanın, ürəyimi ağrıtdı. Siz ki bu addımın səbəbini 
bilirsiniz. Ola bilər ki, hakimiyyətə müxalifətsiniz, bu azad 
ölkədə istədiyinizi yaza bilmək, (necə ki, yazmısınız), deyə 
bilmək haqqınız var. Amma xanıməfəndi, millət və dövlət 
təəssübkeşliyiniz yoxdursa, bunun özü faciədir. Axı siz bir 
xanım olaraq bilirsiniz ki, bizim elin bir adəti var: evə qo-
naq gələndə, bir xeyir iş olanda, qohum-əqrəba umu-küsü-
nü yığışdırıb qoyurlar bir yana. Lap elə sizin Azərbaycana 
gələnlərini  bəyənmədiyiniz, Azərbaycanı  tənqid  edənləri 
bəyəndiyiniz avropalıların özü də elədir. Filmlərdə bir-bi-
rinə nifrət etsələr də, qonaqların yanında bir-birilərinə gü-
lümsədikləri səhnələri xatırlayın, zəhmət olmasa.
Xətrini çox istədiyim, savadına hörmət etdiyim digər 
bir  xanımın  statusu  da  ondan  geri  qalmır:  “Bizimkilərin 
(böyük əksəriyyətinin) saxta sevinci ancaq ikrah doğurur. 
Əsasən,  qürbətdə  yaşayan  həmvətənlərimizin  qürurlan-
ması, sevinc coşqusu ürəkdən gələndi, inandırıcıdı. Niyəsi 


Şəmil 
Sadiq
98
çoxdu, hamının bildiklərini təkrarlamağa da ehtiyac yox-
du. Hə, bir də bu günlərdə könüllü adıyla fırlanan “civilər” 
qiymətlərini bir az artıra biləcəklər, təbii ki, cahillər üçün. 
Kimsə  istəyəndə,  qapılarına  elçi  gələndə  qızın  qiymətini 
artırmaq üçün CV-sinə «könüllü» termini də əlavə oluna-
caq. Vaxt var idi, könüllü sözü fəxr idi, amma indi...”
Buna nə ad verəcəyimi bilmədim. Axı mən səni o qə-
dər  çox  istəmişdim  ki,  Şamaxıdan  keçəcəyimi  bildiyim 
üçün kitabımı götürüb, yolda səninlə görüşməyi də plan-
laşdırmışdım. Rayonda yaşayan bir gənc qızın sosial hə-
yatda bu qədər aktiv iştirakını alqışlamışdım. Statusa necə 
şərh yazacağımı çox düşündüm. Düzdür, dözməyib “səni 
qınayıram” cümləsini də yazdım. Yenə də sağ ol ki, höccət 
eləmədin. Amma mən bu statusu oxuyanda dərs dediyim 
fidan balaların “könüllü” adına necə hörmətlə yanaşdıq-
larını, səni, məni, onu qonaqların qarşısında necə həvəslə 
təmsil edəcəklərinə hazırlaşdıqlarını gözümün önünə gə-
tirdim. İnan ki, utandım. Necə ki, sənin xətrinə bir tələbəm 
dəyəndə  utanmışdım.  İndi  də  utandım.  Müəllim  olaraq 
utanmaq boynumuza düşüb, deyəsən. Axı bu milləti Mir-
zə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə o qədər sil-
lələyib ki, hələ də üzümüzün qızartısı getməyib. Çəmənzə-
minli demiş, “sillə yerinə hərdən sığallamaq da lazımdır”. 
Özümüzü özümüz alçaltdıqca, alçalacağıq.
İndi bunu oxuyan Müşfiq XAN deyəcək ki, “ay Şəmil 
müəllim,  bu  xanımlar  kimdir  axı,  bu  qədər  ictimailəşdi-
rirsən məsələni. Tanınmış deyillər, yazıçı deyillər, siyasət-
çi deyillər. – Yox, Xan, yox. Millət də, vətən də, sabah da 
məhz bu sadə azərbaycanlı xanımlardan başlayır. Axı Sey-
mur  Baycan  Tükəzbanlar  haqqında  yazanda  öncə  bu  iki 
xanımın xətrinə dəyir. Axı onlar ziyalılarımızdırlar.
Nə isə, yenə müəllimliyim tutdu. İndi gənc yazıçıları-
mız oxuyub böyük hərflərlə “PAFOSSS!” – deyib güləcək-
lər.


Şəmil 
Sadiq
99
FİRƏNG QULBEÇƏSİ
Ədəbiyyatşünaslar  kənarda  qaldıqca,  ədəbiyyat  hə- 
vəskarları ədəbiyyatı küçə söhbətlərinə çevirirlər. Üç-beş 
yazarın ədəbi tənqidçi, bir neçə siyasətçinin ədəbiyyatşü-
nas,  yad mehi ilə təsirlənmişlərin ədəbiyyat tarixçisi kimi 
haray-həşir  salmaları  adama  təsir  edir  ki!  Ha  istəyirsən 
dözəsən, özünü bu küyə salmayasan, alınmır ki, alınmır. 
Nağıllarımızın birindəki kimi, sanki atın qabağına ət, itin 
qabağına ot qoyublar. Əslində, qoymayıblar, at elə yabıla-
şıb ətə hücum edir, it də başını itirib qoyun kimi otla eşələ-
nir.
Kim kimin tayasını cəmləyir özü bilər, amma gərəkdir 
ki, millətin təəssübünü çəkək. Millətə və millətçiliyə ləkə 
yaxmaq nadanlıqdır. Özünü bilməzlik, tanımazlıqdır. Əgər 
bir alim hansısa yazıçını tənqid edirsə, onun haqqında fikir 
yürüdürsə, ona gərək olan şərtlər ədəb və etika, elmi üs-
lub və elmi tənqiddir. Özünü dil bilicisi kimi təqdim edib, 
azdan-çoxdan haqlı fikirlər də səsləndirən bir şəxsin elmi 
üslubda “dilimizi daha da zibilləyəcəkdi” fikrini işlətməsi 
vulqarlıqdır, loruluqdur.
Milləti məhvə sürükləyənlər özlərini təəssübkeş  bilib, 
sifarişli millətçilik edənlərdir. Mən razı, Hüseyn Cavidin 
dili bugünkü və o zamankı Azərbaycan dilindən fərqlənir-
di.  Və  Cavid  bunu  bilə-bilə,  düşünərək  edirdi.  Dəfələrlə 
əsərlərinin son cümləsini “imlasına toxunmamalı” kimi fi-
kirlərlə möhürləyirdi. Bu gün Azərbaycançılıq ənənəsi var, 
amma Cavid dövründə yox idi və o, Türkçülük ideologi-
yası uğrunda vuruşurdu. Parçalanmış kimi təqdim edilən 
dilləri bütöv, tam görmək istəyirdi. Kimlər üçünsə yanlış 
hesab edilsə də bu, o dühanın inancı və amalı idi. Hüseyn 
Cavid o zaman Azərbaycanın yox, Nəsiminin, Füzulinin, 
Nəvainin,  Yunus  Əmrənin  bir-birini  anladığı  ümumtürk 
dilinin hayında idi. Çar Rusiyasının siyasi təzyiqi, fars ide-
ologiyasının  canfəşanlığı,  ərəb  zehniyyətinin  hökmü  ilə 
param-parça olmuş türk ellərini ortaq bir nöqtədə birləş-
dirmək sevdasına tutulmuşdu. Bu da  millət aşiqi üçün çox 
təbii hal idi.
Əlinə kiminsə fənərini alıb yüz il bundan əvvələ işıq 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə