Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Şəmil 
Sadiq
53
sanki çiçək açdı. Elə sevindi ki!.. Münsiflərin də məhz bu 
vəziyyət xoşuna gəlmişdi. Səmimiliyə qiymət vermişdilər. 
Amma  uşaqlar  heç  nə  başa  düşməmişdilər.  Üzlərindəki 
“Ay müəllim!” ifadəsini hələ də unuda bilmirəm.
Həmin “A” sinfi idi ki, onlarla birgə Bakı şəhəri üzrə 
keçirilən “Karl Popper” debatının qalibi olduq.
Həmin “A” sinfinin şagirdləri idi ki, ilk oxucularım on-
lar olmuş, ilk avtoqrafı onlara vermişdim.
Həmin “A” sinfi idi ki, onlarla dağlara, meşələrə, pik-
niklərə getdik, hətta qurşaq tutub güləşdik də...
Həmin “A” sinfi idi ki, yeni nə öyrənirdim onlara da 
öyrədirdim. 
Həmin “A” sinfi idi ki, ilk parodiyamı onlar etmiş, Tu-
ralın da yazdığı kimi açarı necə oynatdığımı onların yam-
sılamasında görmüşdüm.
Sevindirici haldır ki, bu gün o uşaqlar hərəsi bir iş sa-
hibidir.
Turalın, Turanənin hər şeylə razılaşmayan narazı, Ta-
lenin müdrik, Arzunun məsum, Orxan və Elfaqın dəcəl və 
cığal,  Qulunun  mütəvazi,  Səbinənin  nəmli  gözlərini  (Sə-
binə  Kərimova  5-dən  başqa  bütün  qiymətlərə  ağlayırdı) 
heç vaxt unuda bilmirəm. Çünki o sinfin şagirdlərinə haq-
larını tələb etməyi, mübariz olmağı öyrətmişdim. Düzgün 
olmayan hər şeyə etiraz edirdilər.
Hamısına  şeir  də,  hekayə  də  yazdırmışam,  əsər  də 
oxutdurmuşam.
Azərbaycan Respublikası Uşaq Parlamentinin ilk spi-
kerini həmin sinifdən çıxarmışdıq: Tale Əliyev!
Hətta ilk dəfə şagirdi də o sinifdə vurmuşdum. Kam-
ranın uşaqlarla zarafatlaşması zamanı bilmədən ağzından 
çıxardığı  söyüşü  eşitməyim  ona  baha  başa  gəlmişdi.  Bü-
tün məktəb deyirdi ki, valideynlər səndən şikayət edəcək, 
amma elə olmadı. Hətta valideynləri hadisəni olduğu kimi 
uşağın özündən eşidəndən sonra mənə təşəkkür də etdilər.
İlk dəfə həmin sinifdə rəhmətlik  Abdulla Mehrabo-
vun nəvələrinə “2” yazan mən olmuşam və bu “2”-yə görə 
direktorun  narahat  olduğu  bir  vaxtda  rəhmətliyin  özün-
dən təşəkkür eşitmişəm.
Hələ ilk rüşvət təklifini də bu sinifdə almış və bu haq-


Şəmil 
Sadiq
54
da felyeton da yazmışam.
Onlar mənim müəllim olmağım üçün ən yaxşı müəl-
lim oldular.
İndi isə onlar müəllimlərini unutmur, onun haqqında 
unudulmaz xoş xatirələr yazırlar. Bu qüruru yalnız onu ya-
şayanlar bilər.
Onların hər biri bu dövlət və xalq üçün dəyərli gənc-
lərdir. Əminəm ki, nə vaxtsa dünyanın harasında olur-ol-
sun, onlar Azərbaycan dövlətini, türk millətini sevəcək və 
bəşəriyyətə xeyirli töhfələr verəcəklər.
Adlarını çəkə bilmədiyim bütün XI a (son sinif olduq-
ları  üçün  həmişə  yadımda  belə  qalıb)  sinfinin  şagirdləri-
ni sevgi ilə xatırlayıram. Və ümid edirəm ki, Turanəsiz də 
olsa, yenə bir yerə toplaşıb, onun məzarını ziyarətə gedə-
cəyik bu il də...
Düşünürəm ki, Arif Əmrahoğlu, Tofiq Hacıyev, Məm-
mədəli Qıpçaq kimi müəllimlərin bizə verdikləri bu dəyər-
lər idi ki, indi mən də bunula qürur duyuram.
Müəllimlərimə və şagirdlərimə sayğılarla... Mən.
2016-cı il


Şəmil 
Sadiq
55
MÜƏLLİM GƏLİR, KƏNARA ÇƏKİLİN!
Bu gün müəllimlər günüdür! İlk dəfə idi ki, bir neçə 
dostumdan  təbrik  üçün  telefon  zəngi  gəldi.  Sosial  şə-
bəkələrdə isə müəllim həmkarlarla həmişəki kimi ənənəvi 
təbriklərlə bir-birimizi təbrik etdik.
Bu  əlamətdar  gün  münasibətilə  TV-lərdən  birinə 
dəvət etdilər. Ağlıma gəldi ki, bəlkə deyəcəklərimi yazıb 
bir  köşəyə  çevirim.  Bu  barədə  ürəyim  çox  doludur.  Elə 
buna görə də  bir neçə gün bundan öncə bir hekayə də yaz-
mışam.
Təbirimcə  “müəllim” sözü üç mənanı ifadə edir:
1. Hər hansı bir fənni tədris edib, elmi, peşəni başqala-
rına öyrədən şəxsi ifadə edən söz;
2.  Boynunda  qalstuk  olanlara,  gözümüzə  intelligent 
kimi  görünənlərə,  ofislərdə,  kabinetlərdə,  məktəblərdə, 
xəstəxanalarda,  küçədə,  bazarda  qarşılaşdığımız,  amma 
adını bilmədiklərimizə edilən müraciət forması olan söz;
3.  Şef,  müdir,  patron  kimi  ifadələrin  sinoniminə  de-
yilən söz. Tez-tez eşitdiyimiz forması belə olur: “Yol verin, 
müəllim gəlir. Müəllim özü belə dedi. Özünüz zəng edin 
müəllimə, mən müəllimə deyə bilmərəm” və s.
Bir  yazı  bir  sözün  üzərində  qurulanda  adətim  üzrə  
hökmən lüğətə baxaram. Baxdım ki, dəqiqləşdirim və ya-
zımı bu izahla başlayım. Gördüm ki, mənim tapıntı kimi 
başa düşdüyüm “müəllim” sözünün bu üç variantı dolayı-
sı ilə lüğətdə də öz əksini tapıb.
“Müəllim” sözü ərəbcədən götürülüb, mənası belədir:
1.  Məktəbdə  hər  hansı  bir  fənni  tədris  edən  adam. 
Azərbaycan dili müəllimi. Tarix müəllimi. Müəllimlər ota-
ğı – məktəbdə müəllimlər üçün ayrılmış otaq.
2. Hörmət üçün adlara qoşularaq deyilir.
3. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına tə-
sir edən, nümunə ola bilən adam: ustad, Nizami Füzulinin 
müəllimidir.
Məncə, Azərbaycan  yeganə  ölkədir  ki,  müraciət  for-
ması  dəqiq  olmayanda,  hamıya  müəllim  deyə  müraciət 
edilir.
Ən  qədim  peşələrdən  olan  bu  ad  indi  də  hər  kəs 


Şəmil 
Sadiq
56
tərəfindən hörmətlə anılır, amma boğazdan yuxarı. Çün-
ki  müəllimin  cəmiyyətimizdəki  rolu,  nüfuzu  bu  peşənin 
sənət sahiblərinə münasibətin səmimi olmadığını göstərir.
Digər  peşə  bayramları  kimi  “Müəllimlər  günü”  de-
yilən bir gün var. Əvvəllər oktyabrın ilk həftəsi qeyd edilsə 
də, oktyabrın 5-i qəbul edilib. Aktual olduğu üçün hamınız 
bu  əlamətdar  günün  yaratdığı  assosiasiyanı  yaxşı  bilirsi-
niz.
Bir neçə il bundan öncə, oktyabrın 4-də “facebook” sə-
hifəmdə yazdığım statusu da bura əlavə edirəm.
“Sabah müəllimlər günüdür. Əgər özüm də müəllim 
olmasaydım, müəllimlərə yazığım gələrdi. Bütün dünya-
da olduğu kimi, Azərbaycanda da bütün peşə sahiblərinin 
bayramı qeyd edilir. Amma yeganə peşə bayramıdır ki, adı 
çəkiləndə hamı ağız əyir. Heç kim bu bayramın qeyd olun-
masını istəmir. Heç müəllimlər də...
Valideynlər ona görə sevinmir ki, kiməsə nəsə almaq 
və  ya  vermək  məcburiyyətindədir.  Müəllimlər  də  ona 
görə sevinmir ki, dedi-qodu, söz-söhbət, boğazdan yuxarı 
deyilən təbriklər, “dedim, pul verək, özünüz nə alırsınız 
alın” kimi ifadələr və s. Kaş ki nə müəllimlər olaydı, nə də 
müəllim günü. Nə də ki ömürlərini vətəndaş yetişdirməyə 
həsr  edən,  gecəsini  gündüzə  qatıb,  həyatını  təbaşir  kimi 
toza  çevirən  müəllimlərə  “candərdi”  verilən  hədiyyələr. 
Ehtiyac içində çırpınan müəllimə verilən minnətli rüşvət 
də olmayaydı, hansı ki, bu həmin 20 manatdır: “kasıblar 
palaza bürün, el ilə sürün” prinsipinə görə  boğazından kə-
sib, əli əsə-əsə, harınlamış varlıların isə etinasız, hörmətsiz, 
saymazyana verdiyi rüşvət...
Sanki “Müəllimlər günü” o deməkdir ki, valideynlər 
müəllimlərin zəhmətini bu bir gündə qaytarmalıdır. Bu bir 
müsəlmanın Həccə getməsi, şeytanı daşlaması kimi vacib 
bir adətə çevrilib.
Ölkədə ən çox peşə sahibləri olan müəllimlərə hörmət 
bəslənilmir, dəyər verilmir. Bütün təbəqələrdən  də aşağı-
da tutulan müəllimləri yalnız ibtidai sinif şagirdləri sevir. 
Çünki onlar hələ gözlərini Müəllimlər gününə, 8 Mart bay-
ramına, rüb qiymətlərinə, uşaqların dərsdən sonra əlavəyə 
gəlmələrinə, sirkə bilet satıb ondan beş-üç qəpik qazanma-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə