Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Şəmil 
Sadiq
50
MÜƏLLİMİMDƏN ŞAGİRDİMƏ
Məhəbbət o deyil ki, durub üz-üzə,
Hər səhər, hər axşam baxasan gərək.
Sevmək o deməkdir ki, şirin duyğu tək
Ürəkdən ürəyə axasan gərək.
Bu şeiri həyat  yoldaşım tələbə vaxtı  yazmışdı mənə. 
Necə  olubsa,  şeir  əzbərləməyi  bacarmayan  biri  kimi  bir 
dəfə  oxumaqla  uzun  illərdir  ki,  yadımda  qalıb.  Əslində, 
yazacağım mövzu məhəbbətdən olsa da, onun başqa nö-
vünə aiddir – müəllim – şagird məhəbbətinə.
Bütün  tələbələrinin  sevimlisi  olmuş  Arif  Əmrahoğ-
lunun  haqqında  xatirələr  kitabının  təqdimat  mərasiminə 
dəvət alanda qeyri-ixtiyari Arif müəllimi xatırladım. Tələ-
bəlik illərimdən 15 il keçib. Amma hələ də Arif müəllimi 
sevgi ilə xatırlayıram. Onun vaxtsız vəfatı hamı kimi məni 
də sarsıtmışdı. Hətta o dərəcədə ki, Tanrıya asi də olmuş-
dum  o  vaxt.  Çünki  aramızda  bu  qədər  naxələf,  lazımsız 
adamlar durarkən, Arif müəllim kimi dəyərli bir insanın, 
əsl ziyalının ölümünü qəbul etmək o qədər asan deyildi.  
Arif müəllim müsbət enerjisi, ziyalılığı ilə ətrafını, cəmiy-
yətimizi işıqlandırırdı.
Məncə, Arif  müəllim  bizə  lazım  olduğu  kimi Allaha 
da lazım olduğu üçün apardı. Tanrıdan bir ricam var: On-
dan muğayat olsun!..
Arif  müəllim  bizə  cəmi  2  akademik  saat  dərs  deyib. 
Amma mənə elə gəlirdi ki, o bizə ən az bir semestr dərs de-
yib. Bu isə keyfiyyətin kəmiyyət üzərində “Arif Əmrahoğ-
lu fəndi”i ilə qələbəsi idi.
Onun bizə dərs dediyi müddətdə biz Çingiz Aytma-
tovun  “Cəmilə”  povestini  müzakirə  etmişdik.  Düzünü 
deyim  ki,  əksər  tələbələrdən  fərqli  olaraq,  mən  povesti 
oxumamışdım.  Müzakirə  başlayanda Arif  müəllim  peşə-
karlıqla bunu hiss etdi. Həmişəki fəallığımdan fərqli ola-
raq indi gözlərindən yayınmağa çalışırdım. Müzakirənin 
bir məqamında özümü saxlaya bilməyib əlimi qaldıranda 
Arif müəllim – “Şəmil, sənin fikrini axırda dinləyəcəm” – 
deyərək, məni çətin vəziyyətdən xilas etdi. Və sonda din-


Şəmil 
Sadiq
51
lədi də... Kimsə hiss etmədi ki, mən əsəri oxumamışam. Bir 
Arif müəllimdən başqa...
Və indiyə qədər də o əsəri oxumamışam. Amma id-
dialıyam  ki,  istənilən oxucu  ilə  bu  mövzuda polemikaya 
hazıram. Çünki əsər o qədər dolğun müzakirə edilmişdi 
ki, incəliyinə kimi yadımdadır.
Bu, bir müəllimin işini daha yaxşı bcarmasının, peşə-
sini sevməsinin bariz nümunəsidir. Arif müəllimin bütün 
tələbələrinin  onun  haqqındakı  fikirlərini  eşidəndə  qibtə 
etməmək mümkün deyil. İstər-istəməz adamın ürəyindən 
“kaş ki mən də...” arzusu keçir.
Ustadın anım mərasimində “facebook”dan mənə gön-
dərilmiş bir ismarıcı oxudum: “Salam, müəllim”. İsmarıcı 
yazanın  kim  olduğunu  adından  tanıdım,  başından  yox. 
Çünki Tural Cəfərli adlı şagirdim idi bu şəxs. Düz 8 il bun-
dan öncə məktəbi bitirmiş pırpız saçları olan, gombul və 
qara oğlan... Amma indi elə deyildi. Saçları vaxtından tez 
tökülmüş, bir az da oturuşmuş, 25-26 yaşlı ziyalı bir gənc-
dir artıq.
İsmarıca sadəcə “Salam” cavabı yazmışdım. Çünki in-
cimişəm ondan və “vəfasız sadiqlər” adlandırdığım sinif 
yoldaşlarından.  Qısaca  “salam”  yazaraq  incikliyimi  hiss 
etdirmişdim.
Amma  bütün  insanlar  belədir.  Tez  unuduruq.  Necə 
ki mən Arif müəllim xəstə olanda yanına gedə bilmədim. 
Yalnız əlamətdar günlərdə xatırlayıram onu. Mənim də şa-
girdlərim elədir.
Bax  ona  görə  yadıma  düşmüşdü  yazımın  əvvəlində 
verdiyim  o  bir  bəndlik  şeir  –  Məhəbbət  ürəkdən  ürəyə 
axmaq deməkdir. Hər gün görüşmək, hər gün danışmaq 
vacib deyil, yadına düşəndə təbəssümlə anmaq deməkdir 
– məhəbbət...
Və həmin gün gənc yazıçı Tural Cəfərlinin “Ədalət” 
qəzetində  işıq  üzü  görmüş  “Salam,  müəllim”  yazısını 
görəndə müəllimimə olan sevgimlə, şagirdimin sevgisini 
birləşdirdim.  Tural həssaslıqla çox incə məqamlara toxu-
nub  həmin  yazıda.  Oxuduqca  2001-ci  ildə  ilk  dəfə  dərsə 
başladığım 20 nömrəli məktəb və XI a sinfini xatırladım. 
İlk və son sinfim oldu həmin məktəbdə. Onlarla başladım, 


Şəmil 
Sadiq
52
onlarla da başa vurdum məktəb karyeramı.
Həmin Va-XIa sinfi idi ki, onların üzərində bütün təc-
rübələrimi sınaqdan keçirdim. İstər dilçilik, istərsə də ədə-
biyyat dərslərində onlara çox şey verdim. Həm öyrəndim, 
həm də öyrətdim. Mənim müəllim kimi formalaşmağımda 
o sinfin çox böyük dəstəyi oldu. Bütün çağırışlarıma cavab 
verdilər. Sanki mənim laborator obyektim olmaqları ilə ba-
rışmışdılar. Amma  mən  onlara  o  qədər  sevgi  və  həvəslə 
yanaşdım ki, birgə böyüdük, birgə yürüdük!
İsa Muğannanın “İdeal” əsərini təzə oxumuşdum və o 
VIII siniflər idi ki, onlara da oxutdum, nə qədər dərk edə 
bildiklərini sadəcə indi düşünür və heyrətə gəlirəm.
“Allahı necə başa düşürəm” adlı inşanı onlara VI sinif-
də yazdırdım. Valideynlərdən gələn təpkiləri xatırlayanda 
indi də tüklərim ürpəşir. Onda cavan və enerjili idim, heç 
nədən qorxmur, üzü hədəfə doğru gedirdim.
İlk dəfə yazdığım “Qana qan qarışdı” pyesini,  Səməd 
Vurğunun “Vaqif” pyesinin beş pərdəsini də onlarla səh-
nələşdirdik. Təsəvvür edirsiniz, IX sinif şagirdləri beşpər-
dəli bir əsəri oynayır, mən isə rejissoram.
İlk dəfə açıq dərsimi onlarla keçirdim. O zaman ağıllı 
lövhə yox idi. Mövzum isə “Ədəbiyyatın internetlə tədrisi” 
idi.
Heç unutmadığım bir hadisəni danışım sizə. Açıq dər-
sim var idi, öncədən hazırlaşmışdım. Dərsdə həyəcandan 
sualım belə oldu: “Şəhriyar neçə yerə bölünür?” Əslində 
isə  “Heydər  babaya  salam”  poeması  neçə  yerə  bölünür 
demək  istəyirdim.  Suala  cavab  yox  idi,  sinif  susmuşdu. 
Sinfin ən yaxşı oxuyan şagirdlərindən olmuş (vaxtsız vəfat 
edib) Turanə Paşayeva sual dolu nəzərlərlə üzümə baxırdı. 
Sanki səssizcə “müəllim, sual yanlışdır”, – deyirdi. Amma 
nə fayda, gec idi. Vəziyyətdən çıxmaq lazım idi.  Bir anlıq 
ağlıma gələn ideya məni xilas etdi və mən “İlin ən yaxşı 
müəllimi” müsabiqəsinin qaliblərindən  oldum.
–  Uşaqlar,  gərək  ki,  hər  şeyi  əzbərləyəsiniz?  Bəs  si-
zin məntiqiniz, öz baxışınız necə oldu? Əlbəttə,  Şəhriyar 
mənən iki yerə bölünürdü: Şimali və Cənubi Azərbaycana.
Bu  fikri  deyəndə  bizim  məktəbdən  olan  metodka-
binet  rəhbəri  Sürəyya  Sadıqovanın  tutulmuş  simasında 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə