Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

Şəmil 
Sadiq
47
Bir gün elə də oldu, bu ipə-sapa yatmaz, yaraşıqlı ye-
niyetməyə qızların yanında bir sillə vurdum. Səbəb də o 
idi  ki,  qızların  yanında  söyüş  söymüşdü.  Uşaq  bir  anlıq 
düz gözümün içinə baxdı və “Yanlış etdiniz, müəllim” – 
dedi, sanki. O baxışları heç unutmuram. Bir anlıq tutuldu 
və birdən qapıya doğru gedib, qapını təpiklə açdı. Sonra 
da geriyə dönüb, “Burda gözləyin, gələcəm”, − dedi. Özü-
mü qəhrəman kimi hiss etmişdim o anlarda. Amma dərsin 
axırına yaxın məni bir isti tər basmışdı. Açığı, çölə çıxanda 
da, evə gedəndə də o uşağın dostları ilə “razborka çürüt-
məyə” gələcəklərini gözləyirdim. Hər tindən keçəndə qəfil 
vuracağı da ağlıma gəlirdi. Özümü o yerə qoymasam da, 
içimdə  bir  qorxu  hissi  var  idi. Axı  bir  uşaq  bir  müəllimi 
vurarsa, o müəllim bundan sonra o məktəbdə necə işləyə 
bilərdi? Amma uşaq getdi və bir də bir neçə ay sonra dər-
sə  gəldi.  Mən  də  “qayıb”  deyilən  lazımsız  hərfi  hər  gün 
jurnala yazırdım. Amma sonra dərsə gəlməyə başladı, heç 
nə  olmamış  kimi  münasibətlərimiz  yenidən  yaxşılaşdı. 
Sən demə, o hərəkətimə görə mən “prav” imişəm. Dost-
ları bunu ona başa salmışdılar. Hətta bu hərəkətimə görə 
mən “cail” uşaqlar tərəfindən “cail” müəllim kimi qəbul 
edilmişəm və mənə böyük hörmət edirmişlər. Kişi hərəkəti 
etmişdim. Hələ o uşaqdan “zavuça” və direktora şikayət 
etməməyim bir başqa aləm imiş.
İlin  axırına  yaxın  münasibətlərimiz  yenə  pozuldu. 
Dərslərə gəlsə də, heç nə oxumayan bu uşağa hər gün “2” 
yazırdım.  Həvəsləndirmək  üçün  bir  gün  “5”  də  yazmış-
dım. Amma heç bir xeyri yox idi. Sinif rəhbəri olaraq va-
lideynlərini axtarsam da, tapa bilməmişdim. İlin sonunda 
da  illik  olaraq  uşağa  iki  yazdım.  Heç  bir  reaksiyanın  ol-
maması məni hövsələdən çıxarmışdı. “Zavuç” bir-iki dəfə 
qiymətini düzəltməyimi istəsə də, iki ayağımı bir başmağa 
keçirib, razı olmamışdım. Eşitdiyimə görə, direktora tap-
şırsalar da, Talıb müəllim demişdi ki, o müəllim rüşvət-zad 
almır, ona heç nə deyə bilmərəm.
Yaz imtahanında da “2” yazdım. Anası gəldi. Nə qə-
dər  xahiş  etsə  də,  iradlarımı  bildirdim  və  razı  olmadım. 
Axırda belə razılaşdıq ki, uşağı məktəbdən çıxarırsa, mən 
üç yazım. Belə də oldu və mən o uşağa “3” yazdım, uşa-


Şəmil 
Sadiq
48
ğı da başqa məktəbə apardılar. Düzdür, protokol, intizam 
qaydaları öz yerində, hər halda  azacıq da olsa, oğlana görə 
təəssüf edirdim. Lakin ona ömürlük həyat dərsi verdiyim 
üçün daxili bir rahatlıq tapırdım. Səkkiz il oxuduğu sinif-
dən,  yoldaşlarından  uşağı  ayırmaq  onun  üçün  çox  çətin 
idi. Amma mən bunu etmişdim. Özü də bütün təzyiqlərə, 
xahişlərə baxmayaraq, etmişdim. Sonralar o uşağı da unut-
muş, hətta ondan da şuluq uşaqları bağışlamağı bacarmış, 
müxtəlif üsullarla sinfi idarə etmişdim.
Bu  hadisənin  üstündən  bir  neçə  il  keçmişdi.  Həmin 
uşaq böyümüş və məktəbi bitirmişdi. Bir gün Badamdar 
ərazisində  yaşayan  qohumlarımgildən  gəlirdim.  İsti  yay 
günü  idi.  Boğazımda  qalstuk,  qoltuğumda  qovluq  yox 
idi.  Dayanacağa  yaxınlaşanda  yanımda  bir  xarici  marka-
lı  maşın  dayandı.  Təəccüblə  baxanda  gördüm  ki,  həmin 
bu  uşaq.  Bütün  vücudum  əsdi.  İndi  uşaq  məndən  daha 
güclü və cüssəli bir gənc idi. Əzələləri həminkindən daha 
güclü,  daha  möhkəm  idi.  Yaraşıqlı  bir  gənc  olmuşdu. 
Ədəblə  maşından  düşdü  və  cəsarətlə  əlimi  sıxdı.  Bir  an-
lıq məndə müəllim yox, kişi xüsusiyyətləri qabardı. San-
ki  müdafiə  olunacaq  bir  vəziyyətə  keçdim.  İndi  bu  uşaq 
məni  yaxşıca  döyə  bilərdi.  Ona  etdiklərim  bir  anlıq  gö-
zümün önündə canlandı. Bəlkə də, özümü itirdiyim hiss 
olunurdu.  Amma  mən  bunu  cidd-cəhdlə  gizlədirdim. 
“Necəsiniz,  müəllim!  Hara  gedirsiniz?”  −  deməsində  sə-
mimilik  duysam  da,  inanmağım  gəlmirdi.  Yadımdadır 
ki, orta məktəbdə oxuyanda bir müəllim uşaqlardan biri-
ni vurduğu üçün həmin uşaq bir neçə ildən sonra müəl-
limdən qisasını almışdı. İndi “birdən bu oğlan da bu cür 
etsə,  nə  edəcəm?”  sualı  məni  çulğamışdı.  Qaçmaq  mənə 
yaraşmaz,  yolun  ortasında  əlbəyaxa  olub  tutaşmaq  da 
heç  olmazdı.  Bəs  göyərmiş  gözlə  dərsə  getmək  olardı? 
Amma bu gənc özünü o yerə qoymadı, israrla məni maşı-
na dəvət etdi. Birinci dəfə idi ki, xarici maşına minirdim. 
Özümü qərib və aciz hiss edirdim. Nəsə oğlan məni düz 
məktəbə qədər gətirdi. Yolboyu qısa söhbət etdik. Amma 
dilim-ağzım  quruduğundan  nə  danışacağımı  bilmirdim. 
Vaxtilə haqlı hərəkət etsəm də, yenə də özümü günahkar 
sanır,  əzab  çəkirdim.  Beş  dəqiqəlik  yol  mənim  üçün  sa-


Şəmil 
Sadiq
49
atlara bərabər oldu. 20 nömrəli məktəbin üzü Əzizbəyov 
heykəlinə (o vaxt  məktəbin yanındakı parkda Əzizbəyo-
vun heykəli var idi) tərəf baxan hissəsində saxladı maşı-
nı.  “Sağ  ol”,  deyib  düşmək  istəyirdim  ki,  oğlan  dilləndi: 
– Müəllim, mən bu məktəbdə bir kişi adam tanıdımsa, o 
da siz idiniz. Bəlkə, mənə bu dərsi daha əvvəl versəydilər, 
indi mən başqa adam olardım. Amma hər halda, dərsiniz 
elə də gec olmadı. Əvvəllər sizə nifrət etsəm də, getdikcə 
bu hislər qibtəyə çevrildi. Elə də qalmağınızı istəyərdim.
Beləcə oğlandan ayrıldım və o gündən onun mənə son 
sözü əsl müəllim olmağımda böyük yardım etdi. Şagirdə 
yalnız  proqramlaşdırılmış  nəzəriyyə  yox,  bir  həyat  dərsi 
verməyin daha vacib olduğunu anladım. Necə ki, dərsdən 
qaçıb aşıq oynayanda tarix müəllimimiz Mehralı müəllim 
qulağımdan tutub bir sillə vurmuşdu. Həmin sillə məndə 
də o vaxt nifrət oyatsa da, indi o hadisəni hörmət və sevgi 
ilə  xatırlayıb,  müəllimimə  hörmət  bəsləyirəm.  Deməli,  – 
“təhsil hər şey unudulandan sonra yadda qalanların məc-
musudur” fikri bir həqiqət imiş.
2016-cı il


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə