Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

Şəmil 
Sadiq
43
əmək qabiliyyətini itirmiş yaşlı kişilər. Yerdə qalanlar isə 
qadınlardır.  Şair  təbiətli  insan  olduğuma  görə  qadınlara 
qarşı    antipatiyam  yoxdur.  Şeirlərimin  baş  qəhrəmanları 
da xanımlardır.
Öncə bunun baş vermə səbəbini araşdırmaq istərdim. 
Necə oldu ki, məktəbdə işləyən insanların çoxu qadınlar 
oldu? Hamımıza məlum olan səbəblərdən biri orta məktəb-
də maaşın az olmasıdır. Elə buna görə də ailə dolandırmaq 
kimi ağır bir yükü çiyninə götürən kişilər bu az maaşlı, az 
“xalturalı” işdə işləməkdən yayındılar. İkincisi isə menta-
litetimizin  günahlarıdır.  Hamımız  məktəbə  ən  axırıncı  iş 
kimi baxdıq və müəllimlik peşəsinə daha çox qızlarımızı 
göndərdik.  “Qadındır  də,  başqa  nə  edəcək?  Qoy  gedib 
müəllimdən-zaddan işləyib başını girələsin” – dedik. Belə-
cə,  bu  müəllimlik  “qadın  peşəsi”  kimi  formalaşdı.  Sonra 
da qadın müəllimlərin həyat yoldaşları abırlı, mədəni bir 
yer kimi məktəbi seçdi. Savadlı-savadsız xanımlarını mək-
təbdə işə düzəltdilər. “Sənin mənə pulun lazım deyil, get 
başını qat, gününü keçir,” – dedilər.  Hə, bir də ona görə 
ki, hamı əxlaq baxımından ən saf yer məktəbi bilir axı. Ona 
görə xanımlarını məktəbə göndərməklə gözləri arxalarınca 
qalmadı. Bizim üçün əxlaqsızlıq daha çox bir evli kişinin 
başqa bir qadından və ya bir evli qadının  başqa bir kişi-
dən xoşu gəlməsi hesab edildiyindən, qeybət, ara vurmaq
kiminsə ayağının altını qazmaq, evini yıxmaq o qədər də 
əxlaqsızlıq hesab edilmir.
Və, beləcə, həm məktəblərimiz, həm tədrisimiz, həm 
əxlaqımız,  həm  də  oğlanlarımız  arvadlaşmağa  başladı. 
Əslində, bu da Avropa standartlarına yaxınlaşma demək 
idi. Axı müasir dünyada din, millət ayrıseçkiliyi olmadığı 
kimi, cinsi baxımından da fərq yoxdur.
Sadəcə,  bu  peşəni  sevənlər  və  bu  ona  hörmət  bəs-
ləyənlər, ən azından bu peşəyə çörək ağacı kimi baxanlar 
müəllimliyə qayıtsa, bəlkə, onda təhsilimizdə də kişiləşmə 
gedər. Sözümün üstündə dururam, kişiləşmə ha, erkəkləş-
mə yox.
Xanımlar məndən inciməsin, amma qəlbimin dərinli-
yində təhsilin erkəkləşməsini də istəyirəm. Çünki ha ax-
tarıram  Aristoteldən,  Nizamidən,  Mirzə  Şəfidən,  Mirzə 


Şəmil 
Sadiq
44
Cəlildən, Hüseyn Caviddən, Abdulla Şaiqdən bu yana ad-
lı-sanlı qadın müəllim yadıma düşmür. İstisnalar qaydala-
rı pozmur...
P.S.  Müəllimin  cinsi  olmaz.  Ona  görə  də  dilimizdə 
“müəllimə” ifadəsi yoxdur. Amma təəssüf ki, yazıq uşaqla-
rın dili elə vərdiş edib ki, qabaqlarına kim çıxır “müəllimə” 
deyirlər. Belə getsə, dilimizdə cins kateqoriyası yaranacaq.
2016-cı il


Şəmil 
Sadiq
45
CAİL MÜƏLLİM
Günlərin  birində  Yasamal  rayonundakı  20  nömrəli 
məktəbin yanından keçirdim. Qəfil bir hiss yaxaladı məni.  
Təkrar  xatırladım  ki,  ilk  pedaqoji  fəaliyyətimə  burada 
başlamışam,  məktəbin  keçmiş  direktoru  rəhmətlik  Talıb 
Şərifov  götürmüşdü  məni  işə.  İlk  görüşümüzdə  demişdi 
ki, – cavan oğlan, bilirsən, məktəbdə maaş azdı, özün də 
deyirsən, yeni evlənmişəm. Mən sənə maksimum 10 saat 
dərs verə biləcəm. Bununla dolana biləcəksənmi?
Naəlac  qalmış  bir  gənc  üçün  iddialarım  böyük 
olsa  da,  bundan  gözəl  imkan  yox  idi.  Ailəli  olsam  da, 
atam  tələbəlikdən  qalan  aylığımı  kəsməmişdi  hələ. 
“Birtəhər keçinərik” − dedim. Bu sözümə gülümsünən Ta-
lıb müəllim elə həmin gün əmrimi vermişdi.
2001-ci  il  idi.  Universiteti  qırmızı  diplomla  bitirsəm 
də,  kəndimizin  şirin  ləhcəsindən  xilas  ola  bilməmişdim. 
Hələ də bəzi  sözlərdə “ç”  ilə “k”nı,  “c” ilə “g”nı  qarışıq 
salırdım. Buna baxmayaraq, Azərbaycan dili müəllimi ol-
mağım məni ədəbi dildə danışmağa məcbur edirdi. Bunun 
ağırlığını əvvəllər yaşasam da, getdikcə yoluna qoydum. 
Nə isə bu mövzuda bir gün daha geniş yazacağam.
İki  aydan  sonra  elə  oldu  ki,  bir  müəllim  məktəbdən 
çıxmalı oldu və onun 16 saat dərsini mənə verdilər. Həmin 
müəllim sinif rəhbəri idi. Ona görə də öncə sinif rəhbərliyi-
ni  təklif etdilər. Təcrübəm olmadığı üçün etiraz etsəm də, 
sonra razılaşdım. Razılaşmağıma səbəb də digər müəllim-
lərdən heç kimin ora sinif rəhbəri olmaq istəməməsi idi. 
Hətta müəllimlərdən birinin “neynirəm o sinfi, kasıb, acın-
dan ölən uşaqlardı, quruca əziyyəti qalacaq mənə” demə-
si mənim fikrimi dəyişmişdi. Mənə hələ o zaman çatmır-
dı ki, kasıb və ya varlı sinfin müəllimə nə dəxli? Axı mən 
bir kənd məktəbində təhsil almışdım. Bizim məktəbdə nə 
“Müəllimlər günü”, nə “8 Mart”, nə “müəllimin ad günü”, 
nə də ki o zamanların ən qlobal termini olan “fond pulu” 
anlayışı  vardı.  Amma  şəhər  məktəblərində,  deyəsən,  bu 
ifadələr çox məşhur idi.
“8 q” sinfi olmalı idi həmin sinif. Doğrudan da, çox 
qarışıq  sinif  idi.  Bütün  siniflərdə  olduğu  kimi,  müxtəlif 


Şəmil 
Sadiq
46
təbəqənin  uşaqları  vardı.  Sinfə  girəndə  uşaqların  məni 
müəllim kimi qəbul etmədiyini gözlərindən oxuyurdum. 
23 yaşlı cavan bir oğlanı bəzi valideynlər uşaq kimi görür-
dülər. Amma digər müəllimlərdən fərqim ideal bir müəl-
lim olmaq istəyim idi. Reallıqla barışa bilmirdim: müəllim 
günündə verilən hədiyyələrin necə qəbul edilməsi, tapşı-
rıqla oxuyan uşaqlara münasibəti,  professorun övladının 
savad yox, sadəcə rəqəm istəyi də, “vorzakon” uşaqlarla 
necə davranmağı  və s. və ilaxır.
Həmin sinifdə bir uşaq vardı. 8-ci sinif olmağına bax-
mayaraq,  boyu-buxunu  10-11-ci  sinfin  şagirdini  xatırla-
dırdı.  Dərslərə  istədiyi  vaxt  gələr,  istədiyi  vaxt  gedərdi. 
Dərsləri oxumaz, heç bir müəllimi saymazdı. Uşaqlar da 
onun sözünün üstünə söz deyə bilməzdi.  Dərsə kitabsız, 
dəftərsiz gələrdi həmişə. Mən hardasa bir ay dərs deyən-
dən sonra tanımışdım bu uşağı. Atası hansısa vəzifəli və 
imkanlı  şəxs  idi.  O  yaşda  uşaq    məktəbə  o  vaxtkı  dəblə  
07  markalı,  bir  maşınla  gəlib-gedərdi.  İdman  etdiyindən 
cüssəli və sağlam bir uşaq idi. Bir sözlə, uşaqların dili ilə 
desək, “məktəbin reyketi” idi. Özümü Cəbiş müəllim kimi 
hiss etdiyimdən qovluğumda bir çubuğum − şüşədən ha-
zırlanmış göstəricim də vardı. Əvvəllər də mən qaydalarla 
işləyən müəllim idim. Rəsmi qaydada geyinər, qoltuğum-
da qovluğum, heç bir zaman əskik olmazdı. Dərslərə vax-
tında gələr, gec çıxardım. Elə yaxşı müəllim idim ki, indi 
də yadıma düşəndə heyranlıqla xatırlayıram. Naharı Na-
dir  müəllimin  kompüter  otağında  açılmış  qəzet  süfrədə 
edərdik. O pendir-çörək elə şirin olardı ki! Hələ Nehrəm 
pendirinin sorağına gələn müəllim qonaqlarımız da olardı 
tez-tez. Məktəbin həyətində siqaret çəkməzdik ki, uşaqlar 
görməsin.  Yalan  olmasın,  mənim  şagirdlərim,  bəlkə,  3-4 
il bilmədilər ki, mən hərdənbir siqaret çəkirəm. Bir sözlə, 
müəllimə xas olan bütün xüsusiyyətləri özümdə formalaş-
dırmışdım, hər gün dərslərə hazırlaşar, köhnə dərsləri tək-
rarlayardım. Sözüm ondadır ki, bu baxımdan özümə çox 
arxayın idim.  Əlamətdar günlərdə hədiyyə və pul qəbul 
etmədiyim üçün nəfsim də yerində idi. Mənə elə gəlirdi ki, 
rüşvət almıramsa, hər şey edə bilərəm. Hətta uşağı döyə və 
sinifdən rahatca qova da bilərdim.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə