Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

Şəmil 
Sadiq
39
Elə buna görə də “müəllimlərin problemləri niyə bu 
qədər çox qabardılır” deyib narahat olan müəllim həmkar-
larıma bir sualım var: sizcə, evinizdə müəllim, təhsil adı 
çox çəkilməyib, polis, həkim, mühəndis, memar, dizayner, 
prokuror, bənna və digər sənət nümayəndələrinin adının 
hallanması nə dərəcədə obyektiv olardı? Obyektiv olmaz-
dı. Bu isə onun göstəricisidir ki, biz obyektiv cəmiyyətik.
İndi deyirsiniz, yüzminlərlə müəllim  ordusu ilə, beş-
on nəfər dizaynerin qazancı da eyni olsun, onlar haqqında 
danışılan söz-söhbətlər də…
Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə 
yalan danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş 
söymək olmaz, azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, 
alver etmək olmaz, iki arvad almaq olmaz, oğurluq olmaz, 
öz  xeyrini  güdmək  olmaz,  üsyankar  olmaq  olmaz…  Bir 
sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə 
görmürük və qəbul da etmirik.
Elə  buna  görə  də,  bütün  peşə  sahələrində  mütəxəs-
sislər  çalışmalıdır,  onlar  işə  xüsusi  imtahanlar  vasitəsilə 
qəbul edilməlidirlər, onlar dövlətə qulluq etdiklərinə görə 
dövlət  qulluqçusu  ola  bilər,  amma  bunlar  heç  bir  halda 
məktəbə aid deyil. Dəhşət odur ki, universitetlər inkuba-
tor kimi müəllim buraxır. Valideynlər  uşaqlara  “Ən pis 
halda  müəllimdən-zaddan  olarsan”  deyir.  Bundan  sonra 
hansı sağlam cəmiyyətdən danışmaq olar?
Deyir, cəmiyyətdə üç varlığın hörməti yoxdur, amma 
bu üç varlıq həmişə, hamının işinə yarayır: heyvanlardan 
eşşəyin, tərəvəzlərdən badımcanın, insanlardan da Əliqu-
lunun (şərti addır). Eşşək cəmiyyətdə bütün heyvanlardan 
çox əziyyət çəkir, insanın həmişə işinə yarayır, digər hey-
vanlardan daha çox döyülür, söyülür, işə buyrulur, amma 
Allahın  sərçəsi  qədər  hörməti  yoxdur.  Hətta  bu  “biçarə” 
heyvanın  adını  da  çəkəndə  bir-birimizdən  etika  naminə 
üzr istəyirik.  Badımcan da həmçinin. Nə qədər faydalı və 
sərfəli  tərəvəz olsa da, qədir-qiyməti bilinmir.
Əsas məsələ Əliquludur. İstəsəniz Əliqulu kimi insan-
ları müəllimlik peşəsi ilə müqayisə edə bilərsiniz. Belə ki, 
Əliqulu  məhəllədə  hamının  işinə  yarayır,  qocaların  çan-
tasını daşıyır, toy və yaslarda buyruq qulu olur, böyüyün 


Şəmil 
Sadiq
40
ayağına durur, kiçiyin əlindən tutur, ən ağır işlərin altına 
girir, məclislərdə çay paylayır, su gətirir, aşağı başda otu-
rur, amma gəl ki, beş qəpiklik hörməti yoxdur. Heç kim 
onu saymır, hamı onu gic, bədbəxt, kimi qəbul edir.
Sizcə  müəllimlik peşəsini Əliquluya bənzətmək olar, 
ya yox?
Müəllim elə mənim kimi olur, Mustafa deyənə qədər, 
o qədər mıs-mıs edirik ki… Yazının sonuna gəlib çatsaq, 
onda deyəcəm nə demək istəyirəm.
Bir  də  yadımıza  salaq  müəllim  adının  işə  yaradığı 
məqamları:
– çarəsizlikdən toylarımızda tamada da seçirlər;
– bəzən toylarda ənam dəftərinin yazılmasını da ona tapşı-
rırlar;
– boşanmış ailələrin barışması üçün onu qabağa verirlər;
– satılmayan maşınlara “müəllim maşınıdır” deyib, sırıyır-
lar;
– elçiliyə gedəndə “biz müəllim ailəsiyik” deyirlər;
– məhkəmələrdə “mən müəllim oğluyam, atam müəllimdir” 
deyib hörmət gözləyirlər.
– istənilən sənət sahibinə “müəllim” deyib ona hörmətlə ya-
naşdıqlarını sərgiləyirlər…
–  şeflərin,  patronların  köməkçiləri  onlara  “müəllim”  de-
yib, birinci olduğunu ifadə etməyə çalışırlar…
– içi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağla-
maqla özlərini müəllim kimi göstərməyə çalışırlar…
Sadalamaqla bitmir...
İndi gələk məramımıza…
Əminəm ki, hələ də mənim kimin tərəfində olduğumu 
bilmədiniz.
Bütün  bu  oxuduqlarınızın,  ağlınıza  gətirdiklərinizin 
hamısının baiskarı müəllimdir. Yaxşılar da ona aiddir, pis-
lər də… Cəmiyyətin yaxşılarını da onlar yetişdirir, pislə-
rini də. “Yaxşılar bizimdir” – deyib, pislərə sahib durma-
maq müəllimin ən böyük səhvdir,  çünki müəllim həmişə 
dünənin adamı olub. Uca səslə təkrar edirəm: MÜƏLLİM 
HƏMİŞƏ  DÜNƏNİN  ADAMI  OLARAQ  QALIR!  Heç 
bir halda zamanla ayaqlaşmayıb. Bugünü qəbul etməyib, 
sabahı  başa  düşməyib.  Həmişə  dünənlərdə  yaşamağa, 


Şəmil 
Sadiq
41
dünənin əzabı ilə formalaşan taleyinə boyun əyib, dəyiş-
məyi bacarmayıb və ya istəməyib, çünki o, dünənin ada-
mıdır. Ona görə də bu gün ona “dünənin adamı bugünün 
adamına sabahı öyrətməyə cəhd edir” deyərək, ironiya ilə 
gülürlər. Çünki onun dilində “bizim vaxtımızda” ifadəsi 
ilə başlayan cümlədən başqa heç nə olmur.
Diqqətlə  baxanda,  görürük  ki,  cəmiyyətin  yeniliyə, 
dəyişikliklərə ən gec cavab verən zümrəsi məhz müəllim-
lər olub, bu gün də onlardır.
Sanki direktorun hansısa fikrinə qarşı çıxsa, valideyn 
qarşısında gözükölgəli olmasa “ac qalmaq” qorxusu  müəl-
limi həmişə    bədbəxtlər zümrəsinə aid edib. Mərd, qorx-
maz, öz sözünün ağası olan hələ də, “ac ol, kişi ol” prinsipi 
ilə yaşayan Mirzə Səfər, Cəbiş müəllim kimi  prototiplərin 
həyatını  yaşayan      müəllim  zamanla  ayaqlaşa,  yeni  mü-
hitə uyğunlaşa bilmədiyi üçün “müəllim” adından başqa-
ları – haqqı olmayanlar yararlanır.
Hər necə olsa, müəllim adından böyük ad yoxdur.
2016-cı il


Şəmil 
Sadiq
42
TƏHSİLİMİZİ KİŞİLƏŞDİRMƏLİ, 
YOXSA ERKƏKLƏŞDİRMƏLİ?
Nədənsə  həmişə  müəllim  dedikdə,  hamının  ağlına 
kişi cinsi gəlir. Dilimizdəki “kişi” sözü daha çox mərd, ağ-
zıbütöv, ləyaqətli, namuslu  insana ünvanlanan bir etalon-
dur. Bu isə həm kişiyə, həm qadına xas ola bilir. Deməli, 
xüsusiyyətlər fərq etmir, əgər bu xüsusiyyətlər cinsindən 
asılı  olmayaraq  kimə  xasdırsa,  bu  ada  da  o  kəs  layiqdir. 
Türkiyə türkcəsində “kişi” sözü nəfər mənasında işlədilir. 
Deməli, biz də bu sözün cins anlayışından uzaqlaşıb  yeni 
məna kəsb elədiyini qəbul etməliyik.
Mən də “təhsilimizi kişiləşdirməliyik” dedikdə, hamı-
mız kimi  “erkəkləşdirməyi” nəzərdə tutmuşdum. Amma 
məqalənin adını yazanda “kişi” sözünün mənasına varan 
kimi dərhal fikrimi dəyişdim. Çünki düşünürdüm ki, orta 
məktəbdə dərs deyənlərin çoxunu kişi müəllimlərdən təş-
kil  etsək,  zənnimcə  bütün  problemlər  həll  olunmuş  olar. 
Fəqət  “qadın  kimi  kişidənsə,  kişi  kimi  qadın  yaxşıdır” 
deyimi də fikrimin dəyişməsinə səbəb oldu. Tərəddüdlər 
burulğanında çapalamağa başladım. Əlimi klaviaturadan 
çəkib bir xeyli götür-qoy elədim: kişiləşdirməliyik, yoxsa 
erkəkləşdirməliyik? Çox düşünsəm də, bir qərara gələ bil-
mədim. Lənət şeytana, kaş bütün erkək insanlar kişi olardı, 
mən də bu məqalədə mətləbdən uzaqlaşmayaydım. Amma 
oxucunun intellektinə və məntiqinə güvənərək “onlar başa 
düşərlər mən nə deyirəm” – deyib, keçirəm mətləbə.
Demək olar ki, orta məktəb təhsilimizdən narazı olma-
yan  yoxdur.  Sıravi  vətəndaşlar  düzgün  təhsil  sisteminin 
olmamasından müəllimlərin məsuliyyətsizliyindən, müəl-
limlər kurikulumdan, maaşın azlığından, Təhsil Nazirliyi 
müəllimlərin  işinə  vicdanla  yanaşmamasından,  özlərini 
təkmilləşdirməməsindən  narazıdır.  Sözün  düzü,  hamısı 
haqlıdır. Amma mənə elə gəlir ki, bunların yeganə baiskarı 
boş-bikar, faydasız xanımların məktəblərdə kişilərin yerini 
tutmasıdır.
Bu gün istənilən orta məktəb müəllimlərinin statisti-
kasını aparsaq, ən yaxşı halda nəticə 90-nın 10-a olar. Yəni 
10%-i  kişi  olar.  O  da  başqa  bir  yerdə  iş  tapa  bilməyən, 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə