Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

Şəmil 
Sadiq
36
XX  əsrin  ortalarına  kimi  dilimizin  qrammatikası  bu 
qədər sistemli deyildi və Seyid Əzim Şirvani, Həsən bəy 
Zərdabi, Firudin bəy Köçərli, Hüseyn Cavid kimi millət fə-
dailəri şagirdlərinə sintaktik əlaqənin məna növlərini təd-
ris etmirdilər. İndiki nəsil keçən əsrin ortalarında qayda-
lar şəklinə salınmış qrammatik bilgiləri ehkam bilir, bunu 
əlimizdən alsalar, faciə baş verəcəyini düşünür. Azərbay-
can dili müəllimlərinə xatırlatmaq istəyirəm: 90-cı illərdə 
dərsliklərdə zərfin 6-7 məna növü vardı, zaman-zaman sı-
radan çıxaraq indi dörd olub. O zaman da nəyisə çıxaran-
da, əlavə edəndə etiraz edirdik, indi də. Deməli, qramma-
tika şərti bir şeydir və dilçilik müxtəlif zamanlarda fərqli 
yanaşmalar edəcək. Necə ki bir zamanlar feili (feili də fel 
yazırdıq) sifətin şəkilçisi olan -dığım
4
 şəkilçisini dərsliklə-
rimizdə dıq+ım kimi yazırdıq, indi isə başqa cür. Sizinlə 
mən də razıyam ki, məktəb laboratoriya deyil, bir sözün 
yazılışını hər il dəyişməklə, bir-birindən fərqli bilgi sahibi 
olan nəsil yetişdirmək vicdana sığmaz. Elm yeni tapıntılar 
edəcək və biz də bunu izləmək məcburiyyətindəyik,  lakin 
zamanından və məkanından asılı olmayaraq insanlıq duy-
ğusu dəyişmir. Əsrlərdir gülüşümüz də, ağlamaq hissimiz 
də olduğu kimi qalıb. Amma 70 il bundan əvvəl Stalinin 
ölümünə ağlayan azərbaycanlı indi eyni şeyə ağlamır. Hə-
dəf və səbəb anlayışları dəyişib. Baş verənlərə münasibəti-
mizi dəyişmək məcburiyyətindəyik. Çətin olacaq, bizdən 
zaman istəyəcək, zəhmət tələb edəcək, amma buna dəyər, 
çünki dəyişməliyik və zamanla ayaqlaşmalıyıq.
Mən  yenə  də  düşünürəm  ki,  özünü  şərəfli  müəllim 
peşəsinin daşıyıcıları hesab edənlər üçün maddiyyat ikin-
ci dərəcəlidir. Gəlin, dünyanı sevə bilən, insanlığa hörmət 
bəsləyə bilən, savadsızlığa, ədalətsizliyə etiraz edə bilən, 
vətənini, dövlətini  və dövlətçiliyi hər şeydən üstün tuta 
bilən şəxsiyyət yetişdirək. Adını siz qoyun, amma cəmiy-
yətdə yeni texnologiyalara açıq, məntiqi təfəkkürü, zəkası 
olan belə bir şəxsiyyət bəxş etmək üçün dəyişən dünya ilə 
ayaqlaşaq. Bir addım mən atım, sonra sən, o və biz... Bax, 
bu, tərəqqinin addım səsləridir!


Şəmil 
Sadiq
37
Yəqin,  yaxşı  bilirsiniz  ki,  xarici  ölkələrin  çoxunda 
universitetlərə  qəbul  qaydası  bizdəki  kimi  xüsusi  və  va-
hid  imtahanla  deyil,  təfəkkür  yoxlaması  ilədir.  Bu  da, 
adətən,  sorğu şəklində həyata keçirilir.
Amma heç kim həmin qəbul sisteminin ədalətsizliyin-
dən narazı deyil. Bilirsiniz niyə? Çünki onlar kamilləşmə 
yolunda bizdən çox öndədirlər, rüşvət sevdası heç birin-
də  yoxdur.  Bir-birilərinə  inanırlar,  nə  istədiklərini  yaxşı 
bilirlər. Biz isə bilmirik. Gəlin, elə bir nəsil yetişdirək ki, 
bu gün bizim narazı qaldığımız sistemin bir parçası olma-
sınlar, bizim çəkdiyimiz əziyyətləri çəkməsinlər, ədalətsiz-
lik, haqsızlıq, vicdansızlıq etməsinlər. İstedadın yolunu bir 
vergülü  səhv  qoyduğuna  görə  bağlamasınlar,  müəllimin 
dəyərini bilsinlər. Bunun üçün bizdən daha çox inkişaf et-
miş dünyanın təcrübələrini öyrənsinlər və ondan yaxşısını 
tətbiq etsinlər. Vicdanınız naminə özünüzə sual verin: So-
nuncu dəfə dünya təhsil sistemindəki dəyişiklikləri ehtiva 
edən hansı elmi, pedaqoji məqaləni oxumuşam?  STEM nə 
deməkdir?  Fin və Sinqapur təhsili niyə dünya ölkələrində 
nümunə götürülür?..
Qətiyyən  yuxarıdan  aşağı  baxış  kimi  düşünülməsin 
bu  sualım.  Kimisə  savadsızlıqda  günahlandırmaq  fikrin-
dən birmənalı şəkildə uzağam və sizə verdiyim bu sualın 
bir başqa formasını da bu dəqiqə özümə verirəm. Amma 
onu da bilirəm ki, bu torpağın övladları anlama və təfək-
kür  baxımından  bir  çox  xalqlardan  üstündür,  millətimin 
istedadı və bacarığına şübhəm yoxdur. Sadəcə istedadımı-
zı, savadımızı bəyan etmək üçün dünyanı tanımalıyıq.
P.S. Məqaləni oxumadan, hələ də əvvəlki başlığı oxu-
yub  hay-küy  salan  həmkarlarımı  qınayıram.  Onu  kütlə 
psixologiyasının  qurbanı  hesab  etməkdən  başqa  çarəm 
qalmır.
2017-ci il


Şəmil 
Sadiq
38
MÜƏLLİMLƏR ZAMANLA AYAQLAŞA 
BİLMİRLƏR
“Dünənin  adamı  bu  günün  insanına  sabahı  öyrət-
məyə cəhd edir”. Bu fikri kimdən eşitmişəm, haradan oxu-
muşam,  xatırlamıram,  amma  cümlənin  xəbərinin  “cəhd 
edir” yox, “öyrədir” olduğunu dəqiq xatırlayıram. Məra-
mıma uyğun olaraq bu cür dəyişdim ki, fikrimi daha dəqiq 
ifadə edə bilim.
Bu dəfə qərara gəldim ki, müəllim və müəllimlik peşə-
sindən yazım. Nəinki son zamanlar, hətta dünya yaranan-
dan bu peşə və bu peşənin sahibləri  həmişə diqqət mərkə-
zində olduğu üçün geniş müzakirə və mübahisə obyektinə 
çevrilib.
Son  zamanların  qulaqları  dəng  edən  ifadələri  bun-
lardır: “Cəmiyyəti bu günə müəllim qoyub…”; “Müəllim 
uşaqların  psixologiyasını  pozur…”;  “Müəllim  süpürgə 
pulu yığır…”; “Müəllim rüşvətxordur…”; “Müəllim uşaq 
hazırlaşdırıb  şagirdləri  məktəbdən  yayındırır…”;  “Müəl-
lim seçkidə saxtakarlıq edir…” və sairə və ilaxır.
Demək olar ki, hər ailədə, hər məclisdə, mərasimdə, 
müəllim  müzakirə  obyektidir.  Təbii  ki,  bu  cür  yanaşma 
müəllim həmkarlarımı çox narahat edir. Yəni cəmiyyətin 
bütün problemlərinin səbəbkarı müəllimdirmi?
Mən deyərdim, əlbəttə! Çünki elə bir ailə yoxdur ki, bu 
və ya digər mənada təhsillə yaxından və uzaqdan əlaqəsi 
olmasın. Gəlin bir anlıq digər peşə sahibləri ilə müəllimlə-
rin say balansına diqqət edək. Doqquz milyonluq ölkəmiz-
də bir milyondan çox şagird var. Bir milyon şagird bir mil-
yon ailə deməkdir. Bir milyon ailəni 4 nəfərdən götürsək, 
4 milyon edir. Bunun üstünə tələbələri və qohum-qardaşı 
müəllim işləyən ailələri də siz toplayın. Bir az real yanaş-
saq, görəcəyik ki, doqquz milyonun hamısı birbaşa təhsillə 
əlaqəli adamlardır. Deməli, məşhur “müəllim cəmiyyətin 
aynasıdır” ifadəsi aktuallığını hələ də itirməyib.
Amma… Amması budur ki, zaman saatının vaxt əqrə-
binin geridə qalanı da var, qabağa qaçanı da, yerində qala-
nı da, sabit və düzgün işləyəni də. Ona görə də birmənalı 
şəkildə razılaşaq ki, bəli, müəllim cəmiyyətin aynasıdır.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə