Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   37   38   39   40   41   42   43   44   45

 
225 
el  üçün”  kitabını  oxuyanda    Elçin  İsgəndərzadənin  internet 
saytlarından  birində  gördüyüm  şəkli  yadıma  düşdü.    Həmin 
şəkildə  professor  kostyumda  idi  və  pencəyinin  hər  iki 
yaxasında 
orden-medallardan 
barmaq 
basmağa 
yer 
görünmürdü.  Qərib  müəllimin  toplayıb  ərsəyə  gətirdiyi  
sənədlər 
və 
bədii-publisistik 
materiallar 
Elçin 
İsgəndərzadənin bütöv portretini yaratmaq baxımdan əvəzsiz 
sənət nümunəsidir. Kitabda qarşıya qoyulan məqsədə yüksək 
səviyyədə  nail  olunub.  Orada  professorun  həyatının  və 
yaradıcılığının  ən  incə  məqamlarına  elə  toxunulub  ki,  adam  
istər-istəməz sonrakı səhifələri mütləq oxumaq istəyir.  
İzmirli  professor  Fəyyaz  Sağlamın  2012-ci  ildə  öz 
şəhərində,  “KIBATEK  Yayınları”nın  xəttiylə  (Kıbrıs-
Balkanlar  –Türkiyə  Ədəbiyyat  Kurumu)  ərsəyə  gətirdiyi 
“Lalələr,  lalələr,  lalələr”  (Güldəstə)  kitabının  elə  üz 
qabığındaca  belə  bir  qeyd    var:  (Professor    Elçin 
İsgəndərzadəyə  ərməğan).    Fəyyaz  Sağlamın  Elçin 
İsgəndərzadəyə  həsr  olunmuş  “Bir  tar  səsi  gəlir  uzaqdan…” 
adlı  şeirindən  bir  bəndə  nəzər  salaq:  “Bir  tar  səsi  gəlir 
uzaqlardan,  çalan  bizdən,  dinləyən  biz.  Kıyısında  bir  iç 
dəniz, adı Hazar, halkı biziz…”  
Tanınmış  şair  Osman  Başın  “Xarı  bulbul”  şeirlər  kitabı 
da  Elçin  İsgəndərzadəyə  ithaf  olunub.  Osman  bəyin  kitabda 
verilmiş  “Bir  neçə  söz”  adlı  yazısında  Elçinin  həsrəti 
Anadolu türkünün qələmiylə bu şəkildə ifadə olunur: “ Şimdi  
(  məqalə  aprelin  30-da  qələmə  alınıb)  Şuşada  –  Cıdır 
Ovasında  Harı  Bülbül  də  ermənilərin  işğalı  altındadır.  Öz 
sahiplerine hasretdir”. Şairin kitabın sonunda  verilmiş “Bizi 
kimsə  böləməz”şeiri  isə  istənilən  işğalı  və  münaqişəni  rədd 
edə biləcəyimizə işarədir. 
Bundan  başqa,  Ankarada  çıxan  “İhlamur”  adlı 
mədəniyyət,  incəsənət  və  ədəbiyyat  jurnalının  “Elçin 
 
226 
İsgəndərzadə”  xüsusi  buraxılışı  olan  18-ci  nömrəsində 
professor  Elçin  İsgəndərzadəyə  həsr  olunmuş  əhatəli  
materiallar verilmişdir. Burada soydaşımızın türk dünyasının 
elminə və ədəbiyyatına verdiyi töhfələr sadalanmış, bu geniş 
məkanın  ən  ünlü  sənətçiləri  ilə  birlikdə  keçirilən  tədbirlərdə 
çəkilmiş  xeyli  şəkillər  verilmişdir.    Yeri  gəlmişkən,  Elçin 
İsgəndərzadə  də  türkiyəli  dostlarımıza  qətiyyən  “borclu 
qalmır”.  Onun  redaktorluğu  ilə  ,  “Türk  birliyi!!!”  şüarıyla 
nəşr  olunub  yayılan  “Bayatı”  Beynəlxalq  sənət  jurnalının 
bütün  nömrələrində    türk  dünyasının  ən  müxtəlif  qütblərini 
təmsil edən görkəmli insanların yazıları və ya onlar haqqında 
məqalələr verilir. 
Elçin  İsgəndərzadə    elmi  və  ədəbi  uğurlarına  görə 
Avropa  Şərəf  Ordeni  (Cenevrə),  V.V.Mayakovski  ordeni 
(Rusiya),  «Елм  вя  Тящсилин  инкишафындакы  хидмятляриня 
эюря»  Бюйцк  Гызыл  Ордени  (Ukrayna),    A.P.Çexov  medalı 
(Rusiya),  A.S.Puşkin  medalı  (Rusiya), Leonardo Da Vinçi 
medalı  (İtaliya),  İ.V.Göte  medalı  (Almaniya),  S.Yesenin 
Qızıl  medalı  (Rusiya),  «Roma  şəhərinin  fəxri  alimi»  medalı 
(İtaliya) və digər orden və medallarla təltif олунub.  
Hal-hazırda  Azərbaycan  Texniki  Universitetinin  tədris 
işləri  üzrə  prorektorunun  müşaviri  və  “Metrologiya  və 
standartlaşdırma” kafedrasının professoru vəzifəsində çalışan 
Elçin  İsgəndərzadə  eyni  zamanda  Azərbaycan  Respublikası 
Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  Ekspert 
Şurasının üzvü kimi də səmərəli fəaliyyət göstərir. O. bu ilin 
may  ayında  Azərbaycan  Respublikası  Prezidentinin  06 
avqust  2007-ci  il  tarixli  612  saylı  Fərmanına  əsasən 
Prezident Mükafatına layiq görülüb. 
Özbəkistanlı 
dostumuzun 
dediyi 
kimi 
Elçin 
İsgəndərzadə sözün həqiqi mənasında türk dünyasının elminə 
və  ədəbiyyatına,  ədəbi-mədəni  əlaqələrinin  daha  da 


 
227 
genişlənməsinə    xüsusi  töhfələr  vermiş  ziyalı soydaşımızdır. 
Elə  sərlövhədə  də  qeyd  etdiyimiz  kimi  o,  ömrünün  geridə 
qalan əlli ilində bir ziyalının təxminən yüz ildə görə biləcəyi 
işləri  reallaşdırıb.  Alim  və  şair  dostumuza  uğurlar 
arzulayırıq. 
 
 
 
228 
 
 
 
 
 
RUSLAN DOST ƏLİ 
 
şair, Əhməd Yəsəvi adına Universitetin tələbəsi 
 
MAYAK ADAM! 
 
(Professor Elçin İsgəndərzadənin 50 yaşına 4 fraqment) 
 
 - I -  
 
     Bir neçə ay öncə ilk dəfə AYB-nin Natəvan klubunda 
çıxışı zamanı gördüyüm bu şəxs BÖYÜK İNSAN imiş ...  
 Hər zaman barəsində xoş sözlər, yüksək fikirlər eşitdim. 
Hələ  ki,  şəxsi  tanışlığım  olmasa  da,  içimdə  bir  sayğı,  rəğbət 
yarandı. Sevindim  ki, nə yaxşı həyatda hələ də belə insanlar 
var olmaqdadı. Hələ yaşamağa dəyər bir az da ... 
     Bəli,  haqqında  söz  açdığım  bu  şəxs,  bir  neçə  həftə 
bundan  qabaq  kütləvi  şəhid  verdiyimiz  bir  vaxtda  şəhidlik 
mövzusunda  yazdığım  şeirə  görə  (əyani  tanışlığımız 
olmadığı  halda)  kitabımın  yayımını  öz  boynuna  götürən  
Prof. Dr. Elçin İsgəndərzadədir! 
      Elçin  müəllim,  haçansa  müəllifi  olacağım  ilk 
kitabımın sevincini yaşamağa sizin bir cümləniz bəs elədi ... 
MİNNƏTDARAM!  Mən  elə  bilirəm  ki,  artıq  o  kitab  çıxıb. 
Bilin  ki,  bir  azərbaycan  gənci  olaraq  SİZİNLƏ  FƏXR 
EDİRƏM!!! 


 
229 
 Yaşamaqda olduğunuz şərəfli ömürdən dolayı aldığınız 
qiymət = 5, İçinizin təmizliyindən, saflığından, 
dürüstlüyünüzdən, səmimiliyinizdən dolayı kin-küdurətiniz = 
0. Budur, iki rəqəmin yan-yana duruşu və adı = 50. Əlliyə 
qədərki ömrünüz bəlli ...  
Gözəl şairimiz Z. Yaqub yaxşı deyib: 
 
Qırx körpü var, qırx keçid var, qırx ada, 
Salam verdim otuza da, qırxa da, 
Bir də gördüm əlli qalıb arxada, 
Baş götürüb əlli beşə gedirəm ... 
 
 
Gedin, Elçin müəllim, gedin. Gedin ki, biz də gələ bilək.. 
                                  
25.08.2014 
 
- II - 
 
     Bir  neçə  həftədən  sonra  Elçin  müəllimlə  Bakıda 
görüşümüz baş tutdu. 
Zəlimxan Yaqub yaxşı deyib: 
 
Ürəkdən verilən xoş bir salamla, 
Əli əl isidər, qanı qan çəkər. 
 
      Elə  ilk  andan  Elçin  müəllimin  əli  əlimi  isitdi,  qanı 
qanımı  çəkdi.  Əvvəl  şeirlərimdən  oxuyub,  bir-bir  təhlil  etdi, 
çatışan və çatışmayan tərəflərini dedi. Sonra uğurlar arzuladı. 
Elçin  müəllimin  elmi  təfəkkürü,  dərin  düçüncəsi  də 
nəzərimdən  yayınmadı. 
O  deyəndə  ki,  “MƏN  GERÇƏK 
İSTEDADLI  GƏNCLƏRİMİZİ  DOĞULDUĞUM  ŞUŞAM 
 
230 
KİMİ,  VƏTƏN  KİMİ  SEVİRƏM!”
  o  d
əqiqə  Valteri 
xatırladım: “İstedad nəcabətdən üstündür...“ 
     Görüşümüzün sonunda dəyərli kitablarından mənə də 
hədiyyə etdi. 
O  kitabları  təhlil  etmək,  Elçin  İsgəndərzadə  yaradıcılığı 
haqqında  söz  demək  fikrindən  çok-çox  uzaq  olsam  da,  o 
kitablarla bağlı təəssüratlarımı paylaşacaq qədər varam.  
     Şeirlərdən  və  poemalardan  ibarət  olan  “Qürbət 
Hücrəsində”  adlı  kitabda  elə  adından  da  göründüyü  kimi 
müəllifin  əsasən  qürbətdə  qələmə  aldığı  şeirlər  yer  almışdır. 
Mən həmişə demişəm ki, şeir səni səndən alıb, uzaqlara, heç 
vaxt  vara  bilməyəcəyin  yerə  aparmadısa,  o  şeir  deyil.  Az 
öncə  qeyd  etdiyim  kitab  elə  ilk  misralarından  məni  məndən 
alıb aparmağa başladı. 
 
Əlil arabalarında iyirmi yaşlı qazilər 
ağrı acılarını təbəssümlərində gizlədər. 
Qanadlanıb uçmaq arzuları 
əlil arabalarının təkər izlərinə qədər. 
O sınırı aşa bilmir 
İyirmi yaşlı qazilərin gözlərinə hopmuş kədər... 
Bir şair ürəyində Xarıbülbül uyuyur, 
İyirmi yaşlı qazilərin təbəssümləri 
bəzən biganəlikdən solur, soyuyur... 
 
     Şair  təkcə  öz  ağrı-acılarını  deyil,  həm  də  dünyəvi, 
bəşəri ağrı-acıları yazmalı və yanmalıdır,  Elçin İsgəndərzadə 
kimi! 
     Volter deyir ki: 
Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost 
qazanmışıq.  Həmin  kitabı  təkrar  oxumaq  köhnə  dostu 
yenidən görməkdir.    


 
231 
     Mən 
də 
bu 
kitabları 
vərəqlədikcə 
Elçin 
İsgəndərzadəni görürəm sanki. O harda olursa olsun! 
 
Ağlamağa nə var ki, 
gülməyə nə var, dostum. 
Bu fani dünyadan, küsüb 
ölməyə nə var, dostum. 
Oğul odu Qarabağlı ola, 
özü də qərib şair, 
sinəsi dağlı ola. 
Və günlərin bir günü 
Gedib çıxa Dördyola. 
Qabaq Ağdam, 
Qənşər Şuşa, 
Ürək qanlı bir çiçək, 
Könül sınıq bir şüşə. 
 
     Hörmətli professor, tənqidçi Nizami Cəfərov – “Elçin 
bu  günkü  poeziyamızın  Qarabağ  şikəstəsidir”  –  deyir. 
Nədənsə  mən  də,  artıq  Elçin  İsgəndərzadəni  görəndə  Şuşa, 
Şuşa  deyiləndə  Elçin  İsgəndərzadə  yadıma  düşür.  Elə 
aramızda  körpü  salan  şeirimdə  də  təpədən-dırnağa  Elçin 
İsgəndərzadəni  gördüm.  Buna  görə  də  həmən  şeiri  Şuşa 
Tanrının  şüşəsidir  deyən  Elçin  İsgəndərzadə  adına  yazdım, 
ona həsr elədim. 
 
 
          
 
232 
        ELÇİN İSGƏNDƏRZADƏYƏ! 
  
*** 
 
Yoxdu, xeyr, yoxdu, 
Kim deyir var? – Xeyir! 
Yoxdu. 
Təzə şeir yoxdu, 
Təzə qan var! 
 
Kim gəlir buraxın gəlsin, 
Qoşun gəlsin, axın gəlsin, 
Kim istəyir yaxın gəlsin, 
Təzə qan var! 
 
Öpüş, görüş: Ağrı, Acı ... 
Ağrı zəhər, ağrı acı. 
Köhnə-kürüş ağrı-acı, 
Təzə qan var! 
 
Götür qanlı köynəyini belinə sarı, 
dəsmalını əlinə sarı, 
kəmərini qoluna sarı, 
gecə-gündüz boylan elə yoluna sarı, 
amandır ha, o paltarı 
qurumağa atma, atma ip üstünə, 
Şəhid yarı, səp üstünə, 
Təzə qan var! 
 
Bir uşaq da küncdə durub, 
İçin-için səs eyləyər,  
o da belə qan eyləyər,  
bizi pərişan eyləyər.  
ay adamlar,  


 
233 
elə billəm hamımıza bəs eyləyər,  
Təzə qan var! 
 
Şəhidlər həm də rəssamdı,  
Gül rəssamı, lap Qızılgül rəssamı.  
Qanları torpaqda gül kimidi.  
təzə yolunmuş gül kimi.  
Özləri də gül kimiydi, gül kimi ... 
Amma Vətənin gülüdü.  
Bu da Vətənin bir günüdü, köhnə günü.  
Təzə qan var! 
 
Bayraq Vətənin alın yazısıdı,  
onda da qan rəngi var. 
Qan bu Vətənin alnına yazılıb.  
Dirəyini də rəngləyin,  
Təzə qan var! 
 
Cəngi səsi getmiş hara? 
Durun bürünün odlara,  
Rəngi bəyaz, rəngi qara,  
Xəbər verin boz qurdlara,  
Təzə qan var! 
Təzə qan var! 
 
 
 
- III - 
 
     “EŞQ”  kitabını  necə  başladım,  necə  bitirdim  heç 
özüm də bilmədim.  
 
Dağlar alatoranda – 
tül kimi ağ dumanda, 
 
234 
Xarıbülbülün ləçəklərində 
nazlanır şeh damlaları, 
səhər alatoranı bir röya kimidir yenə. 
Hələ bir quş səsi qonmayıb 
təzəcə şeh düşmüş ləçəklərə. 
Xarıbülbül gülümsəyir 
Arzulara, ümidlərə, diləklərə, 
bu anda 
 bir şeir yazmaq istədim, 
 bir şeir sənə... 
 
 
     Oskar  Uayld  deyirdi  ki:  Bu  dünyanı  alman  fəlsəfəsi 
yox,  sevgi  izah  edir.  Elçin  İsgəndərzadənin  içindəki  eşq 
tonqalını,  sevda  alovunu  görməmək,  onun  isitisində 
qızınmamaq mümkün deyil. 
     Sevda  –  nəfəsin  bitincəyə  qədərdi  –  deyirdi,  Nazim 
Hikmət. Yunus İmrə yolunun yolçusudur Elçin İsgəndərzadə. 
     Artıq  haqq  dünyasına  qovuşmuş  şairimiz  Adil 
Mirseyid  Elçin  İsgəndərzadə  haqqında  yazarkən  başlığı  belə 
qoymuşdu  –  HARDAN  BAXSAN  GÖRÜNƏN  ADAM! 
Elçin  İsgəndərzadənin  bədii  obrazları,  poetik  ifadələri, 
metoforaları,  müşahidələri,  bir  sözlə  özünəməxsus  bənzərsiz 
poeziyası da elə özü kimi görünəndir. 
 
İydə yarpaqlarından süzülən, 
inci kimi saçlarına düzlən 
yağmur damlaları 
səsinin titrəyişində 
              ilişib qalmışdı 
                       sevgisiz bir gecədə... 
Sən sevgisiz gecələrin qızısan, 
sən sevgisiz gecələrin dan ulduzusan. 
Sevgisiz gecələrdə gözlərin 


 
235 
səssiz-səssiz hıçqırır, 
saçların yarpaqlayır. 
Gözlərini sevirəm sənin, 
                Gözlərin sirrimizi saxlayır... 
Sevgisiz gecələrdən həsrət qorxusu gəlir, 
saçlarından gözəlim, iydə qoxusu gəlir... 
 
     Seneca  yazırdı  ki:  Hər  kitabxana  bir  həpsxananı 
bağlayar.    Elçin  müəllimə  arzum,  istəyim  odur  ki,  yeni-yeni 
kitablar  yazsın,  yeni  kitablar  çap  etsin  ki,  ölkəmizdə 
kitabxanaların sayı ildən-ilə artsın, çoxalsın... 
     Dənizdə  gəmilər  mayakı  tutub  getdiyi  kimi,  həyatda 
da  insan  öz  mayakını  seçməlidir.  Bu  mənada  mən 
vətənpərvərliyin,  insanlığın,  şəxsiyyətin  əsl  nümunəsi, 
nümayəndəsi  Elçin  İsgəndərzadəni  mayak  olaraq  görürəm. 
Hər zaman yerinizdə olmağınızı arzulayıram.  Yerinizdə olun 
ki,  sizə  tərəf  istiqamət  götürən  gəmilər  ünvanına  çata  bilsin, 
Mayak Adam!..                                                                                                                         
 
09.08.2014 
 
 
 
- IV - 
 
     Dünəndən  gözləyirəm  ki,  hamı  təbrikini  yazsın,  mən 
lap axırda yazım. Çünki, məncə təbrik edənlərin ən kiçiyi ya 
da ən kiçiklərindən biri  mənəm  və növbəmi  gözləməliyəm... 
(təbrik  etməyin  sırası,  növbəsi  olmasa  belə)  Bütün  təbrikləri 
oxudum. 
Məncə 
təbrikin 
pisi 
olmur... 
        Onun  kitablarında  torpaq  qoxusu,  dağ  havası  var.  Ona 
həsr olunan şeirlərə də elə bil Şuşa ətri səpilib... 
 
 Mən onu görəndə elə bilirəm 
Çiynində Şuşanın əl yeri qalıb... 
 
236 
 Onun yaddaşında 
 təkcə Şuşadakı evləri yox, 
 Şuşanın hər yeri qalıb... 
 
     Söhbət 
hamımızın 
doğması, 
əzizi, 
istedadlı 
gənclərimizlə  qürur  duyan,  hər  zaman  könlünün  qapısı 
üzümüzə açıq olan, dayağımız, fəxr yerimiz professor  Elçin 
İsgəndərzadədən gedir!!! 
    Elçin müəllim, MÜBARƏKSİZ! 
     Mən sizi əlimdən gələn qədər deyil, ürəyimdən gələn 
qədər təbrik etməyə çalışdım... 
 
                                         *** 
 
               ELÇİN İSGƏNDƏRZADƏYƏ 
 
Bilirəm, hər gecə şair xəyalın, 
Gedib yurd yerinə baş çəkib gəlir. 
Bu qəm kotanı da xatirələrin, 
Sinəsi üstünə xış çəkib gəlir... 
 
Tərgitmək olmur ki, belə vərdişi: 
Hey gəlir qaralar, ağlar ağlına. 
O Dağlar nə bilir vaxtın gərdişi, 
İndi nə dağ çəkir dağlar oğluna... 
 
Yazıb, yaratdığın canlı şeir də, 
Hələ də bir qara don içindədir! 
Qələmə aldığın "Qanlı şeir"də, 
Təpədən-dırnağa qan içindədir... 
 


 
237 
O gənc qazilərə yozulmuş şeir, 
Bizim üzümüzə dəyən şillədi! 
"Tüfəng qundağına yazılmış şeir", 
Qəfildən açılmış paslı güllədi... 
 
Sıxıb yumruğunu bu yer üzündə, 
Ürəyi bir qırıq şüşə boyda san... 
Şuşa sən boydadı mənim gözümdə, 
Elə sən özün də Şuşa boydasan!!! 
    
17.09.2014. 
 
238 
 
 
 
KİTABDAKILAR: 
Ön söz yerinə, yaxud, təqdimat çətinliyi................................4 
Uşaqlığın altı ili......................................................................6 
Məktəb illərinin xatirələri.....................................................13 
Yeni yolun cığırları...............................................................22 
Tələbəlik illəri və yaxud İsgəndərov düsturu.......................28 
Əhəd babanın mərdliyi.........................................................35 
Poetik dünyanın işığı............................................................40 
Gəncədən gəlirəm, yüküm... kitabdı.....................................53 
Bir gecənin tarixçəsi.............................................................59 
Tanrının  yar bəxşişi.............................................................65 
Arzuların “Vektor”u.............................................................71 
Ayşən, Aydan və... Əli.........................................................75 
“İlham”dan gələn ilham.......................................................82 
Arazların Araz boyda dərdi var............................................88 
Türk dünyasının Denktaşı....................................................98 
Ömrə bərabər görüş............................................................112 
Dünyaya baxanlar və görənlər............................................120 
Elmi yaradıcılığına bir nəzər..............................................124 
Poetik dünyasına nasir baxışı.............................................131 
Poeziya çinarından yeddi yarpaq........................................140 
Son söz yerinə və yaxud bənzəri olmayan insan................147 
Müzəffər Məmmədov “Türk dünyasının fəxri”.................150 
Nəriman Həsənzadə “Elçin İsgəndərzadə yaradıcılığı”....159 
Zəlimxan Yaqub “Ümidin qanadlarında”..........................170 
Nizaməddin Şəmsizadə “İdrakın bədii şöləsi”...................176 


 
239 
Vaqif Nəsib “Quzeydən Güneyə göyqurşağı səyahət”.....185 
Ümbülbanu “Xoşbəxt yolçuluq”.......................................198 
Cаодат  Mухамедова  “  Aлмазные  грани  творчества 
Эльчина Искандарзада”...................................................201 
İttifaq  Mirzəbəyli  “Əlli  ildə  yüz  ilin  çalışmalarına  vəsiqə 
vermiş ziyalımız”................................................................218 
Ruslan Dost Əli “Mayak adam!”........................................228 
 
240 
 
Rasim GƏNZƏLİ 
QIZIL TÜRKLƏRDƏN BİRİ 
 
 
 
Чапа имзаланмыш
: 16.04.2015 
Каьыз форматы: 60x84 1////
/16 
Щяъми: 14 ч.в.; Сифариш: 613; Sayы: 1000 
 
 
 
«ВЕКТОР» БЕЙНЯЛХАЛГ ЕЛМ МЯРКЯЗИ 
«ВЕКТОР» НЯШРЛЯР ЕВИ 
Цнван: АЗ1018. Бакы шящ, Зыь йолу, 20 г 
тел: (+99470) 3007000; (+99412) 4471404 
faks: (+99412) 3796003 
е-mail: isgenderzadeh@rambler.ru 
www.vektor.az
 

Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə