Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

 
183 
 
Savaş günü atları yəhərləyib 
Qibləsinə vardığımız 
                Məmləkətdir, məmləkət. 
Durna telli igidləri 
               dəliqanlı, havalı. 
Gəlinləri, qızları 
               bənövşətək həyalı 
              Məmləkətdir, məmləkət. 
Qarşı yatan sıra dağlar 
                ulusumun cənnəti. 
Könüllərin yarasında  
                ayrılığın həsrəti. 
 
Bu misraları baxışları atlı türkün nəzərləri kimi səhra ilə 
üfüq  arasındakı  əbədiyyətə  zillənən  türkçü,  Şuşa-Qarabağ 
həsrətini  milli  faciə  kimi  yaşayan  Azərbaycan  şairi  yaza 
bilər. Misal verdiyim misralar Elçin İsgəndərzadənin “525-ci 
qəzet”də çap olunmuş “Şahmar şikəstəsi” poemasını yadıma 
saldı.  Q.Mehdi  doğru  olaraq  onu  “Muğam-rekviyem” 
adlandırır. Şair yazır: 
 
Bu nə bəxtdi, düşüb bir nəhs ələ ki, 
Taleyimiz ömrümüzə tələ ki, 
Baş qarışıb, məshəb itib hələ ki 
Qarabağa bizsiz gəlir bu yaz da... 
 
Belə  bir  ovqatla  da  Elçin  İsgəndərzadə  ən  sanballı  şeir 
kitablarından birini “Bir ümid Xarıbülbül” (2008) adlandırıb. 
Kitaba  yığcam,  fəqət    məzmunlu  ön  söz  yazmış  görkəmli 
alim  Nizami  Cəfərov  deyir:  “Elçinin  şeiri  adamın  ürəyini, 
hissini,  əzmir,  sıxmır,  emosiyanı  təlatümə  gətirmir,  ürəyə, 
 
184 
hissə  olduqca  sakit,  rəvan,  harmonik  bir  axınla  dolur... 
Qarabağ  şikəstəsi  kimi!..  Elçin  hisslərin  filosofudur”.  Mən 
hesab  edirəm  ki,  Elçin  İsgəndərzadənin  “İkiliklər”i  ən  yaxşı 
fəlsəfi-intellektual şeir beytləridir: 
 
Mənim könlüm sənsiz qaldı, 
Uçan durnam qatar saldı. 
 
İçərişəhərdə sərsəri külək 
Veyillənir sərxoş rəssam tək. 
 
Divarda akvarellə çəkilmiş rəsm 
Rəsmdəki dağlardan gəlir səsim. 
 
Dünyanın  məşhur  təlimlərindən  olan  vəhdəti-vücuda 
görə  qum  dənəsi  dünyanın  modelidir.  “Zərrə  mənəm,  günəş 
mənəm. // Cahr ilə pəncü-şeş mənəm”- deyirdi böyük hürufi 
şair Nəsimi. 
 Beləliklə,  dənizin  suyunun  şor  olduğunu  bilmək  üçün 
dənizi bütöv içmək lazım deyil, bircə damla kifayətdir. Eləcə 
də  görkəmli  alim,  texnika  elmləri  doktoru,  professor  Elçin 
İsgəndərzadənin  səmimi  bir  türkçü,  türk  dünyasının 
sevimlisi,  türk  ruhunun  poetik  tərcümanı,  istedadlı  şair 
olmasını  bir  daha  təsdiq  və  təqdim  etmək  üçün  onun  zəngin 
və  çoxcəhətli  yaradıcılığını  başdan  ayağa  şərh  etmək  lazım 
deyil. Bu gələcək tədqiqatçıların işidir.  
Elçin  İsgəndərzadə  50  yaşın  aşırımına  zəngin  bir  elmi-
nəzəri,  bədii-fəlsəfi,  mənəvi-əxlaqi  arsenalla  gəlib,  özü  ilə 
böyük  nüfuz və bütöv şəxsiyyət gətirib. 
 
      10 avqust 2014 


 
185 
 
 
 
 
 
VAQİF NƏSİB 
                                                                  şair 
 
QUZEYDƏN GÜNEYƏ GÖYQURŞAĞI SƏYAHƏT 
 
Həmin  yolçuluq  şair  dostlarımdan  birinin  şeirlərini 
oxuduqdan  sonra  baş  tutmuşdu.  Quzeyimdən  güneyimə 
səyahətim  damlaları  güllərin,  otların  rənginə  boyanmış 
yağışlarla müşayiət olunmuşdu. 
 
İydə yarpaqlarından süzülən, 
 
İnci kimi saçlara düzülən. 
Yağmur damlaları,- 
 
sanki  varlığımın ehtiyacından doğulmuşdu. Ona görə də 
ətrafımdakı  ağacları  başıma  çətir  kimi  tutub,  heç  ondan 
daldalanmaq  da  istəməmişdim.  Yalın  ayaqlarımı  torpaqdan 
çəkməyib  belə  bir  yağışlı  gündə  özüm  ağac  kimi  bitməyə 
çalışmışdım.  Havanın  qaraldığından  da  darılmamışdım.  Üst-
başıma istəmişdim ki, nəhəng işıq böcəkləri də yağa: 
 
Qoy ulduzlar tökülsün, 
Gecənin ətəyindən... 
 
Əsl  sənət  əsərləri  istedad  sahiblərinin  ömür-gün 
yağmurlarından  yaranır.  İçinə  ömürlərin  poetik  anları 
sığışdırılmış  həmin  damlalara  düşmək,  onlarla  görüşmək 
 
186 
həmişə  xoş  olur.  Eyni  yolun  yolçuları  belə  yağışlarda 
əllərini, 
ürəklərini 
qızdıra 
bilir. 
Həmin 
damlalar 
buxarlandıqda  belə  xatirələrin  yaz  dumanına  çevrilib  onlara 
ömürlərinin–günlərinin  acılı-şirinli  anlarını  yada  sala  bilir. 
Onların möcüzəsi ilə ötən günlər və itən dostlar qara durnalar 
kimi səf çəkib qayıdır. 
Dağların quzey və güney tərəfləri olurmuş... 
Adamların  uğurlu  və  bəduğur  ulduzlar  altda  doğulanları 
olduqları kimi. 
Birincilər  dağların  günaşağısına  düşüb,  işıqlı  arzularına 
çatır, o birilər çiskinində, dumanında itib batırmış. 
Quzeydəkilər  dumandan,  yağışdan  təngə  gələndə  daşlı-
kəsəkli  cığırlarla  üzlərini  güneyə  tutur.  Varlıqlarını 
şəfəqlərdən islaq paltar kimi asıb qurutmağa çalışırdı. 
Güneydəkilərin  gözləri  günəş  şüalarından  qamaşanda, 
varlıqları dəmyə torpaqları kimi cadarlaşanda özlərini quzeyə 
vermək  istəyir,  dumana  cuna  kimi  bürünməyə,  leysanları 
paltar kimi geyinməyə çalışırdı. 
Şeirləri  ilə  tanışlığıma  qədər  həmin  qələm  yoldaşımı 
güney  səmtinin  adamı  sayır,  həyatın  çiskininə  yağışına 
düşmədiyini 
hesab 
edirdim. 
Doğrudan 
da 
yaradıcı 
şəxsiyyətləri üz-gözlərindən çox vaxt olduqları kimi görmək 
müşkülləşir.  Onları  əsərlərinin  prizmasından  necə  var  elə 
müşahidə  eləmək  mümkün  olur.  Cildini  şeir  dünyasının 
alaqapıları  kimi  açıb  poetik  aləminə  qədəm  basmağa 
başladığım  şair  dostum  həmin  gerçəkliyə  məni  bir  daha 
inandırdı.  Ordan  tamamilə  başqa  bir  adam  boylanırdı.  Həm 
də  bütün  çalarları,  nişanələri  ilə,  əsrlər  boyu  xələfləri  üçün 
sənət  örnəyinə  çevrilmiş  ustadlarımızın,  onlara  bənzər  bir 
övladı 
görünürdü. 
Misralarla 
çəkilmiş, 
naxışlanmış, 
cilalanmış  həmin  portretdə  Nəsimi  həqqi,  Füzuli  yanğısı, 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə