Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

 
187 
Vaqif gözəlləməsi  müasir, bənzərsiz bir şəkildə öz vəhdətini 
təşkil edirdi. 
Sonradan  öyrəndim  ki,  qələm  yoldaşım  özünə  dərkini 
çox erkən başlatmışdı. Özünün istinad nöqtəsini tapıb, ordan 
doğulduğu dünyaya, ana vətəninə baxmağa çalışmışdı. 
...Ağdamdan  Şuşaya  gedən  avtobusda  oturmuş  13-14 
yaşlarındakı oğlanı heç kəs görmürdü. Heç o özü də kimsəni 
narahat  etmək  istəmirdi.  Axı  sakitcə  əyləşib  gözlərini  yola 
zilləyirdi. 
Həmin 
zamanlar, 
ətrafdakı 
adamlar 
bu 
yeniyetmənin  yolunu  Cıdır  Düzünə  salmaq  istədiyindən 
xəbərsiz  idilər.  Onu  da  bilmirdilər  ki,  həmin  səfərlər  həmin 
uşağın az qala vərdişinə çevriləcək. 
Uşaqlığını  Şuşada,  Malıbəyli  kəndində  keçirmişdi. 
Qarabağın  şah  misrasına  bənzəyən,  Şuşanın  yollarının  izinə 
uşaqlıq  dünyasına  səyahət  etmək  üçün  düşmüşdü.  Dünyaya 
səyahətini  başlatma  üçün  meydan  axtarışına  çıxıb  Cıdır 
Düzünü seçmişdi. 
Burdan  onun  gözünə,  qəlbinə  yığmaq  istədiyi  cümlə-
cahan  görünə  bilirdi.  Təbiət  şah  əsərlərindən  ibarət  sərgisini 
həmin  yerlərdə  açmışdı.  Həmin  yerlərin  ağacları,  çayları, 
qayaları,  əsrarəngiz  nəyi  varsa  nəğmə  üstə  köklənmişdi. 
Təbiət  bu  yerdə  həm  gözəlliyi  ilə  cilvələnir,  həm  də  çalıb 
çağırırdı. 
Həmin  zamanlar  Cıdır  Düzündə  bir  yeniyetmə  dünyaya 
baxa-baxa  özünün  arzu  heykəlinə  çevrilmişdi.  (Bəlkə  də 
həmin şeiri, həmin dövrünə boylandığı zaman yaranmışdı): 
 
Gözlərimin yaşında, 
Ürəyimin başında 
Bir bulud hüzn, 
Bir yarpaq niskil,- 
Xəyalımda xarıbülbül,- 
 
188 
İlk sevdamdı elə bil. 
Ömür qaralı-ağlı,  
Bütün yollarım bağlı 
Bu gün mənim misralarım 
Ormanda azmış cığır... 
 
Həmin  cığır  başlamağına  həmin  yerlərdən  başladı. 
Amma nə düyənsiz dağ çaylarında axıb getdi, nə dağların kor 
dumanında  itib  batdı,  nə  ormanların  zümrüd  qaranlığında 
lövbər  atdı.  O  dünya  çətinliklərini  yara-yara  elmin,  sənətin 
böyük  yoluna  çatdı.  Çünki,  bu  səfər  Cıdır  Düzündən 
başlayırdı.  Oranı  gözlərindən  ağıl  və  nağıl  yağan  bir 
yeniyetmə  dünya  oynatmaq  üçün  özünə  istinadgah  nöqtəsi 
seçmişdi.  Zirvələrin  qaşında  özünün  arzu  heykəlinə  dönüb 
məslək andını içmişdi: 
-  Ehey 
dünya, 
eşidirsənmi 
Qarabağ 
atlarının 
kişnərtisini...  Görürsənmi  onların  birinin  yalmanındakı 
Qarabağın  bir  yeniyetmə  balasını.  Bu  yerin  adamları 
andlarına sadiq olur.  Arzusuna yetənə  kimi, lap saqqalı yerə 
dəysə  də  bu  Qarabağlı  balası,  həmin  Qarabağ  atının 
yalmanından düşməyəcək... 
...Həmin gün bir dostun bir şeir kitabı bələdçiyə çevrilib 
məni  ömrümün  quzeyinə  bir  səyahətə  çıxardı.  Və  ömrümün 
quzeyinə düşmüş unudulmaz dostlarımla görüşdürdü. 
Doğrudan  da  əsl  sənət  nümunələri  də  qranitləşə, 
qayalaşa  bilir.  Və  onlar  da  sədalara  əks-sədalarını  ərmağan 
edir.  Həmin  gün  həmin  səfərimdə  dostlarım  oxuduğum 
şeirlərin əks-sədaları ilə görüşümə gəldi: 
 
Mikayıl Müşfiqin 
Cavanlıq şəkli baxır divardan, 
Baxır, gülümsəyir elə bil, 
Elə bil heç otuz yeddidə 


 
189 
 İyirmi doqquz yaşında 
Güllələnən şair deyil... 
 
Bu  nakam  şairin  həmin  ağısı,  nədənsə  Əli  Kərimi 
xatırlatdı.  Yaddaş  səmasında  onun  gülümsəyən  şəklini 
gördüm.  Onu  deyim  ki,  rəhmətlik  Əliyə  ilahidən  saf,  uşaq 
təbəssümü  bəxş  olunmuşdu.İInanırdım  ki,  həmin  məsumluq 
zamanın  ən  cansız  adamını  da  insafa  gətirə  bilərdi.  Amma 
xeyirxahı  Mehdi  Hüseynin  ölümündən  sonra  ədəbi  yetimə 
çevrilmiş  Əli  Kərimin  həmin  təbəssümü  bəzi  ədəbi 
“çekistləri”  rəhmə  gətirə  bilmədi.  Poeziyamızın  ritorikadan 
xilasında  az  qala  körpüyə  çevrilmiş  o  boyda  şairi  yaşarı 
şeirlərinə,  körpə  təbəssümünə  əhəmiyyət  vermədən  kiçicik 
qulluğundan,  -  ədəbi  işçiliyindən  –  uzaqlaşdırdılar.  Necə 
deyərlər onu küçələrə saldılar. 
Şirin  çaxıra  qurşanan  şairin  acı  günləri  bax  beləcə 
başladı.  Əli  Kərimi  də  bax  beləcə  öz  əlləri  ilə  güllələdilər. 
Özünə vurduğu güllələrdən boş şüşələr ətrafında gilizlər kimi 
qaldı. 
Həmin  zamanlar  Əlini  şəhər  küçələrində  görən  zaman 
ürəyimdən qara qanlar axırdı. Amma bunların poetik donunu 
biçə  bilmirdim.  Qələm  dostumun  aşağıdakı  misraları  gec  də 
olsa dadıma çatdı: 
 
Bu  boyda  dünyada...  (Əli  Kərim  təbiri  ilə:  Şərq  boyda 
xarabada), 
 
Təkcə bir allahı var, 
Həmin allahın 
Həmin bəndəsinə 
Verə biləcəyi 
Bircə qəpik pulu yox. 
 
190 
 
...Əvvəlcə  Əli  Kərim,  özüvari  kövrək  bulud  şəklində 
quzeyinə yetişib böyrümdə əyləşdi. (Onsuz da sağlığında da 
qaradinməz  idi.  Yaxınlarının  istədiklərini  gözlərindən 
oxumasını arzulayırdı.) 
İkinci şeir rəhmətlik Sərdar Əsədi də yada saldı. (Şairlər 
çox  vaxt  haqlarını  ala  bilmir.  Ehtiyac  onları  divara  dirəyir. 
Dünya divarlarına diqqətlə baxılsa divara dirənmiş nə qədər 
sənət adamını barelyef şəklində görmək olar). 
Bir  dəfə  Sərdarla  rastlaşmışdıq.  Maaşdan-maaşa  azmaz 
tüklənən gözəl şairin cibi boş, üzü tüklü idi. Elə bil allahının 
bir  qəpik  vermədiyi  bəndəsinə  rəhmi  gəldi.  Bir  hallı-varlı 
yerlisini qənşərinə çıxardı. O da cibinə bir onluq basdı. Onun 
yeməkxanaya  yox,  dəlləkxanaya  üz  tutduğunu  görüb 
təəccübləndim. Sözləri heyrətimi yuyub apardı: 
-  Əvvəl üzümdəki pislikləri qırxdırım, sonra vuraq... 
 
Gözümü açandan, ağlım kəsəndən 
Aynalı tüfəng görmüşəm mən. 
Aynalı tüfəng vardı 
Qarabağdakı evimizdə. 
Aynalı tüfəng namusdu bizdə 
Əski əlifbayla bir misra yazılmışdı 
Tüfəngin qundağında. 
Bəzən tüfəng elə bil  
Səsləyib çağırırdı məni, 
Gün batanda, axşamçağında. 
Qırx beş yaşında 
Eşidirəm o aynalı tüfəngin 
Babamınkına oxşar səsini. 
Qarabağdakı evimizdəki  
Aynalı tüfəngin qundağındakı yazıdan 
Öyrəndim nəslimin şəcərəsini... 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə