Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   37   38   39   40   41   42   43   44   45

 
209 
 
 
 
 
 
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında  
50 illik yubiley tədbirindən. 28 noyabr 2014-cü il 
 
210 
 
 
Həyat ideallarından biri, əziz müəllimi  
Xalıq Yahudovla 
 
 
 
Universitet Elmi Şurasında  
dekanlar Fariz Əmirov və Ərəstun Məmmədovla 


 
211 
 
 
Atatürk Mərkəzində Türkiyədə çap olunan  
kitablarının təqdimatı 
 
 
 
Əziz dostu Adil Mirseyidin fərdi sərgisində 
 
212 
 
 
 
 
Gənc yazarların dostu 


 
213 
 
 
Əziz dostu hakim Ənvər Seyidovla  
 
 
 
Akademik Xoşbəxt Yusifzadənin 85 yaşının təbriki 
 
214 
 
 
Doğma ev 
 
 
 
Doğma kollektiv 


 
215 
 
 
KKTC prezidenti Rauf Denktaşla 
 
 
 
Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Güllə 
 
216 
 
 
 
 
 
Çingiz Aytmatov əfsanəsi 


 
217 
 
 
Azərbaycanın Əməkdar müəllimi, İqtisad Universitetinin 
dosenti Müzəffər Məmmədovun 
yubiley təbriki 
 
 
 
Elçin İsgəndərzadə və Rasim Gənzəli 
 
218 
 
 
 
 
İTTİFAQ MİRZƏBƏYLİ 
 
əməkdar jurnalist 
 
ƏLLİ İLDƏ  YÜZ  İLİN ÇALIŞMALARINA 
 VƏSİQƏ VERMİŞ ZİYALIMIZ 
 
Onun  haqqında  çox  oxumuşdum,  çox  eşitmişdim.  Həm 
elmi, həm də bədii yaradıcılığı barədə əhatəli məlumatım var 
idi.  Amma,  nədənsə  elə  bil  onun  haqqında  deyilənlər  mənə 
inandırıcı gəlmirdi. Düşünürdüm – necə ola bilər ki, gənc bir 
alim bu qədər yerli və xarici miqyaslı uğurlara imza atsın və 
həmin uğurların hamısı beynəlxalq aləmdə yüksək səviyyədə 
qəbul  edilsin?  Üstəlik  beynəlxalq    elm  ictimaiyyəti  onun 
uğurlarını  təkcə  qəbul  və  təqdir  etmir,  həm  də  dövri  olaraq  
yüksək  mükaftlara  layiq  görür.  Bu,  necə  ola  bilər?  –  deyə 
düşündüyüm  2008-ci  ildə  –  bir  elmi  məclisdə  şəxsi 
tanışlığımıza imkan yarandı.  Mən həmin tanışlıqdan sonrakı 
illər ərzində - bir çox  tədbirlərdə birgə iştirakımızdan, birgə 
xarici  səfərimizdən,  toy-bayramlarda,  müxtəlif  tədbirlərdə  
ünsiyyətimizdən    sonra  təkcə  onun  uğurlarını  təqdir 
etmədim,  həm  də    həyatda    yorulmaz,  elmdə  təşəbbüskar, 
bədii  yaradıcılıqda  isə    incə  zövqlü,  qaynar  ilhamlı,  eyni 
zamanda  prinsipial  xarakterli  olan  bu  soydaşımızla  fəxr 
etməyə başladım.  
Söhbət professor Elçin  İsgəndərzadədən  gedir. Mən onu 
hörmətli  oxuculara  sadəcə  professor  kimi  təqdim  etdim.  Bu 
qənaətim  təkcə  ona  görə  deyil  ki,  professor  titulunu  digər 


 
219 
titullardan  daha  üstün  tuturam.  Yox.  Sadəcə,  onun  digər 
titullarını  qeyd  eləmək  imkanımız  yoxdur.  Həm  yazının 
həcmi  baxımından,  həm  də  vaxt  etibarilə.  Onun  haqqında 
olan  “Vikipediya”  materialını  oxumaq  kifayətdir  ki,  oxucu 
mənim  bu  fikrimlə  razılaşsın.  Hər  halda,  aşağıda  bu  barədə 
bəzi  məqamlardan  söz  açmağa  çalışacağıq.  İndi  isə  bu 
sətirləri  qələmə  almaqda  bizə  kömək  olmuş  bir  neçə 
fraqmentə diqqət yetirək. 
2008-ci  ilin  mart  ayı.  Bakıda  “Bakıxanovların  ekran 
təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilir. Çoxsaylı 
çıxışlardan  sonra  SSRİ  xalq  artisti,  akademik  Arif  Məlikov 
Bakıxanovlar  nəslinin  görkəmli  simaları  haqqında  olan  nəşr 
materiallarının  beynəlxalq  aləmə  çıxarılması  zərurətini 
vurğulayır  və  təklif  edir  ki,  bu  məsələ  konkret  olaraq  bir 
şəxsə  həvalə  edilsin.  İndi  digər  bir  görkəmli  ziyalının  -  
akademik  Bəkir  Nəbiyevin  dediklərinə  fikir  verin:  - 
Fikrimcə,  bu  işi  lazımınca  yerinə  yetirə  biləcək  alimimiz 
Elçin İsgəndərzadədir. Bu ətraf ölkələrdə elə bir qəzet-jurnal 
redaksiyası,  yaradıcı  birlik  yoxdur  ki,  orada  Elçin 
İsgəndərzadənin  dostu,  tanışı  olmasın.  Hamımızdan  gənc 
olsa  da,  xaricdə  Azərbaycan  elmini,  ədəbiyyatını  tanıtmaq 
üçün  kifayət  qədər  səy  göstərib.  İnanıram  ki,  bu  sahədə  də 
səyləri müsbət nəticələr verəcəkdir.  
2012-ci  ilin  iyun  ayı.  İstanbulun  və  bütövlükdə 
Türkiyənin “ən böyük konsert və konqre sarayı” kimi tanınan 
Lütvi Kirdar sarayı. Peyğəmbər (salavatullah) nəslindən olan 
böyük  şair,    filosof,  görkəmli  xeyriyyəçi  və  din  xadimi  Əs-
Seyyid  Osman  Hülusi  Darendevi  mövzusunda  beynəlxalq 
simpoziuma  toplaşmışıq.  Tədbirdə  Avropanın  və  Asiyanın 
əksər  ölkələrini  təmsil  edən  onlarla  görkəmli  alim  iştirak 
edir.  Simpoziumun  başlanmasından  əvvəl  alimlər  bir-biri  ilə 
tanış  olmağa  çalışır,  gələcək  əməkdaşlıq  barədə  söhbət 
 
220 
edirlər.  Türkiyədən,  İraqdan,  Pakistandan,  Makedoniyadan, 
Şimali  Kiprdən  olan  alimlər  isə  yaxınlaşaraq  Azərbaycan 
nümayəndə  heyətinin  üzvü  Elçin  İsgəndərzadə  ilə  qardaş 
kimi görüşür, dostcasına qucaqlaşır və səmimi söhbət edirlər.  
Bu  iftixargətirən  məqam  mənim  nəzərimdən  yayınmır  və 
şahidi olduğum faktların  təəssüratını köhnə dostumuz,  Türk 
Dünyası  Araşdırmaları  Beynəlxalq  Elmlər  Akademiyası 
Ankara  bürosunun  sədri  ,  professor  Hayretdin  İvginlə 
bölüşürəm.  Professor  çox  maraqlı  cavab  verir:  -  Elçin  bəy  
bütün  şərq  xalqlarının  elm  ictimaiyyəti  arasında  tanınmış 
alimdir.  Qardaş  azərilər  Qarabağı  təmsil  etmək  üçün  
beynəlxalq  aləmə  “Qarabağ”  futbol  komandasını,    Şuşanı 
təmsil  etmək  üçün  isə  Elçin  İsgəndərzadəni  göndərsələr, 
kifayətdir.  Onun  Azərbaycanı  təmsil  etdiyi  ünvanların  
siyahısında  Avropanın  və  Asiyanın  50-dən  çox  ölkəsi  var. 
Odur ki, xarici alimlərin Elçin bəyin başına toplaşmasını tam 
təbii qarşılayın. 
2013-cü  ilin  dekabr  ayı.  Səudiyyə  Ərəbistanının  Ər-
Riyad  şəhəri.    “Səudiyyə  Ərəbistanı,  Azərbaycan  və  Orta 
Asiya  ölkələri  arasında  iqtisadi  əməkdaşlığın  perspektivləri” 
adlı konfransa toplaşmışıq. Orta Asiya ölkələrini təmsil edən 
həmkarlarımızla  söhbət  zamanı    mən  Maqsud  Şeyxzadədən 
söz  açdım.  Özbəkistan  Xarici  İşlər  Nazirliyinin  internet 
xəbərlər  buraxılışının  baş  redaktoru  olan  bir  həmkarımız 
mənim  azərbaycanlı  olduğumu  biləndə  professor  Elçin 
İsgəndərzadəyə  salamlar  söyləməyimi  xahiş  etdi  və 
vurğuladı ki, Elçin bəy türk xalqları arasında ədəbi əlaqələrin 
möhkəmləndirilməsinə  xüsusi  töhfələr  verən,  qeyri-adi 
enerjiyə malik bir ziyalıdır.  
Bu  üç    faktdan  sonra,  lap  elə  əvvəl  də,    eşitdiyim  və 
şahidi  olduğum  bir  çox  məqamlara  görə  əvvəllər  Elçin  
haqqında    eşitdiklərimə  inanmadığıma  görə  sadəcə  özüm 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə