Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   37   38   39   40   41   42   43   44   45

 
221 
özümü  qınadım.  Həmişə  belə  olub.  Biz  kiminsə  alimini, 
yazıçısını,  şairini  tərifləyə-tərifləyə  göylərə  qaldırmışıq. 
Sonra  məlum  olub  ki,  təriflədiyimiz    adam  onun 
Azərbaycandakı  həmkarlarının    yanında  qat-qat  kiçik 
görünür. Qərəz… 
Bəs  əcnəbilər  nə  üçün  Elçin  İsgəndərzadənin  elmi  və 
ədəbi  yaradıcılığını  yüksək  qiymətləndirirlər?  Yaxud,  onun 
bu  qədər  uğurlar  qazanmasının  təməlində  nə  dayanır?    Bu 
suallara  cavab  tapmaq  üçün  əlimizdə  olan  materiallara 
müraciət etdik. 
 Öyrəndik  ki,  qəhrəmanımız  1964-cü  ildə  Azərbaycanın 
dilbər guşələrindən olan  Şuşa şəhərində anadan olub və orta 
məktəbi  Ağdam  şəhərində    Qızıl  medalla  bitirib.  Adlı 
təqaüdçü 
kimi 
təhsil 
aldığı 
Azərbaycan 
Politexnik 
İnstitutunun Mexanika fakültəsini də  fərqlənmə diplomu ilə 
bitirib. 
Tələbəlik 
illərində 
Azərbaycan 
Ali 
məktəb 
tələbələrinin  Ümumrespublika  Elmi  Konfranslarında  beş 
dəfə  Birinci  dərəcəli  diploma  layiq  görülüb.  1982-ci    ildə 
Omsk  şəhərində    keçirilən  Ali  riyaziyyat  fənni  üzrə 
Ümumittifaq  olimpiadasının  diplomantı  olub.  1983-cü  ildə 
M.Bauman  adına  Moskva  Ali  Texniki  Məktəbdə  keçirilən 
Ümumittifaq  Tələbə  Elmi  Konfransının  diplomantı  olub. 
1984 -cü ildə  "Ən yaxşı tələbə elmi işi üçün" medalı ilə təltif 
olunub. 
Sank-Peterburq 
Texniki 
Universitetində 
Maşınqayırmanın 
Texnologiyası 
fənni 
üzrə 
keçirilən 
Ümumittifaq 
Tələbə 
Elmi 
Konfransının 
diplomantı 
olub.1985-ci  ildə  A.Sneckaus  adına  Vilnüs  Politexnik 
İnstitutunda keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının 
diplomantı  olub  və  elmi  əsəri  kitabda  çap  olunub.Tallin 
Politexnik  İnstitutunda    keçirilən  Ümumittifaq  Tələbə  Elmi 
Konfransının  diplomantı  olub  və  elmi  əsəri  kitabda  çap 
olunub.  Yəqin,  hörmətli  oxucu  indi  bildi  ki,  mən  nə  üçün 
 
222 
yazının  əvvəlində  sadəcə  professor  Elçin  İsgəndərzadə 
yazmaqla  kifayətləndim.  Bu  adamın  hələ  tələbəlik  illərində 
qazandığı nailiyyətlər bütöv bir abzas oldu.  
Elçin  İsgəndərzadə  böyük  ədəbiyyata  Xalq  şairi 
Məmməd  Arazın  xeyir-duası  ilə  gəlmiş  və  sonrakı  illərdə 
yenilik  ruhlu  ədəbi  üslubuna  sadiq  qalaraq,  son  illər 
ədəbiyyatımızın Dünya təmsilçilərindən birinə çevrilmişdir. 
O,  tələbə  kimi  öz  üzərində    çalışmaqla  yanaşı  elmi 
ixtiraları  ilə  də  yadda  qalıb.  1986  -cı  ildə  Moskva  şəhərində 
Ümumittifaq  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  Qızıl 
medalına  layiq  görülüb.  İlk  elmi  ixtirası  Bakı  Məişət 
Kondisionerləri  zavodunda  istehsalata  tətbiq  olunub  və  ildə 
1,2  milyon  rubl  iqtisadi  səmərə  verib.  Minsk  Politexnik 
İnstitutunda (Belorusiya) kecirilən Ümumittifaq Tələbə Elmi 
Konfransının  diplomantı  olub.  1989-cu  ildə    "Maşın  və 
mexanizmlər  nəzəriyyəsi"  ixtisası  üzrə  Azərbaycan  Texniki 
Universitetinin  aspiranturasına  qəbul  olunub.  1989-2014-cü 
illərdə  dünyanın  müxtəlif  ölkələrində  kecirilmiş  100-dək 
beynəlxalq,  regional  və  respublika  miqyaslı  elmi  qurultay, 
konqres, simpozium və konfransların iştirakçısı olub. 1991-ci 
ildə    Qırğızıstanın  paytaxtı  Bişkek  şəhərində  keçirilən 
"Dəyişən quruluşlu mexanizmlər texnikada" Beynəlxalq elmi 
konfransında  Azərbaycanı  təmsil  edib.  1993  –cü  ildə 
namizədlik  dissertasiyası  müdafiə  edərək,  texnika  elmləri 
namizədi  alimlik  dərəcəsi  alıb.  Uyğun  ixtisas  üzrə  keçmiş 
İttifaqın  və  Azərbaycanın  ən  gənc  alimi  olub.    1997-ci  ildə 
“Akademik  Yusif  Məmmədəliyev”  mükafatına  və  medalına 
layiq 
görülüb. 
Fikrimizcə, 
bütün 
bunlar 
Elçin 
İsgəndərzadənin  dünyada  tanınmasına  səbəb  olan  təməllər 
idi. 
İndi  isə  Elçini  beynəlxalq  aləmdə  daha  çox  tanıdan 
illərin  başlanğıcı  barədə.  Gənc  alim  1994  –cü  ildə 


 
223 
"VEKTOR" Beynəlxalq Elm Mərkəzini təsis  edib.   2000-ci 
ildə  "Qızıl  Qələm"  mükafatına  layiq  görülüb.  "VEKTOR" 
Beynəlxalq Elm Mərkəzi tərəfindən Xudu Məmmədov adına 
Beynəlxalq  Elm  mükafatı  və  Şahmar  Əkbərzadə  adına 
Beynəlxalq  Ədəbiyyat  mükafatı  təsis  edib.  2012-ci  ildə  
texnika  elmləri  doktoru,  professor  elmi  adına  layiq 
görülüb.  O,  eyni  zamanda  filologiya  elmləri  doktorudur.  
Нйу-Йорк  Елмляр  Академийасынын,    «Гафгаз  Халглары» 
Бейнялхалг  Елмляр  Академийасынын,  Avropa  Тябият 
Елмляри 
Академийасынын, 
 
 
Бейнялхалг 
Кадр 
Академийасынын,  Тябриз  Дил  вя  Кцлтцр  Академийасынын, 
Тцрк 
Дцнйасы 
Арашдырмалары 
Бейнялхалг 
Елмляр 
Академийасынын,    Gürcüstan  Milli  Akademiyasının, 
İtaliya  Beynəlxalq  Elmlər  Akademiyasının,  Vatikan 
Bonefisiana 
Akademiyasının, 
Авропа 
Мядяниййят 
Академийасынын 
щягиги 
(академик) 
цзвц 
сечилиб. 
"BAYATI"  Beynəlxalq  ədəbi-sənət    jurnalını    təsis  edib  və 
baş  redaktoru  seçilib."VEKTOR"  Beynəlxalq  elm  jurnalını 
təsis edib və baş redaktoru seçilib. "VEKTOR" Nəşrlər Evini 
təsis  edib.  Uluslararası  “Nizamidən  Yunus  Əmrəyə-
Atatürkdən  Heydər  Əliyevə  uzanan  sevgi  yolu”  Beynəlxalq  
simpoziumunun  təşkilat  komitəsinin  düz  10  ildir  ki, 
həmsədridir.  
Азярбайъан 
йазычыларынын 
Х, 
XI 
və 
XII 
гурултайларынын  нцмайяндяси  олуб.  2010-cu  ildə  Dünya 
Böyük  Şeir  Mükafatı  (The  World  Grand  Prize  for  Poetry) 
ilə təltif edilib.  
Kitabları  dünyanın  20-dən  çox  ölkəsində  (Almaniya, 
İran,  Türkiyə,  Quzey  Kıbrıs,  Ukrayna,  Qırğızıstan, 
Qazağıstan, 
Rusiya, 
Suriya, 
Bolqarıstan, 
Rumıniya, 
Makedoniya,  Gürcüstan,  Albaniya  və  s.)  yerli  xalqların 
dillərinə cevrilərək  çap olunub. 2006-cı ildə  müqəddəs həcc 
ziyarətində  olub.      Avropanın  fəxri  alimi  və  mədəniyyət 
 
224 
səfiridir.  Azərbaycan,  Rusiya,  Türkiyə,  Makedoniya, 
Qırğızıstan,  Kosova,  Bolqarıstan  və  digər  ölkələrin  Yazarlar 
Birliyinin üzvüdür.  
200-dən cox elmi əsərin, 47 ixtiranın, 14 monoqrafiya və 
dərs  vəsaitinin,  85  bədii  və  elmi  kitabın,  130  çevirmə 
kitabının  müəllifidir.  300-dək  bədii  və  elmi  kitabların  elmi 
redaktoru olub. "Ədəbiyyat" qəzetinin (Azərbaycan), "Mars"  
(Azərbaycan),  "Alov"    (Azərbaycan),  "Kümbət"  (Türkiyə), 
"Turnalar"    (Quzey  Kıbrıs),  "Kaynak"    (Bolqarıstan), 
"Türkçem"    (Kosova),  "Jalın"    (Kazaxıstan),  "Yeni  nəşrlər” 
(Azərbaycan),  "Yazıçı"    (Azərbaycan),  "Kərkük"    (İraq), 
"Sürməli"    (Türkiyə),  “İhlamur”  (Türkiyə),  və  digər 
jurnalların  və  nəşrlərin  redaksiya  heyətinin  üzvüdür. 
Avrasiyanın bir çox ölkələrində yaradıcı birliklərin üzvü olsa 
da,  ən  çox  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü  olduğuna 
görə fəxr edir.  
İndi isə işdəki kitab şkafımızdakı bəzi kitab və jurnallara 
ötəri  də  olsa  nəzər  salaq.    Ötən  il  mərhum  yazar  Arif 
Əmrahoğlunun redaktorluğu  və ön sözü ilə  “Vektor” nəşrlər 
evində  ərsəyə  gəlmiş  və  elə  həmin  il  də  Azərbaycan 
Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən 
“Qızıl  Kəlmə”  ədəbiyyat  üzrə  Dövlət  mükafatına  layiq 
görülmüş    “Qürbət  hücrəsində”  adlı  kitabın  Elçinin  neçənci 
çap əsəri olduğunu bilmirəm. Amma, şeirlər və poemalardan 
ibarət olan bu kitabın 27-ci səhifəsindəki “Alça çiçəkli gecə” 
adlı şeirin  həm bütün ümidsizlərə ümid vermək baxımından, 
həm  də  poeziya  nümunəsi  kimi  kifayət  qədər  original 
olduğunu  çox  yaxşı  bilirəm.  Tanınmış  yazıçı,  əməkdar 
juurnalist  Qərib  Mehdinin  (o  da  doğulduğu  kəndin  adını 
təxəllüs  götürsəydi,  Qərib  Mirzəbəyli  olacaqdı,  çünki  bizim 
kənddə  doğulub-böyümüş  ziyalılardandır)  bu  il  eyni  nəşrlər 
evində işıq üzü görmüş, ədəbi fraqmentlərdən ibarət “Elçin – 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə