Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

 
191 
 
Rəhmətlik  Sərdarın  da  ov  tüfəngi  var  idi.  Şəhər  mühiti 
əyninə  dar  paltar  kimi  gəlib  sıxanda  özünü  ova  verirdi.  (Bu 
sahədə şairlərə örnəyi bəlkə də mühitin ən çox sıxdığı Səməd 
Vurğun vermişdi). 
Sərdar  Əsəd  ölüncəyə  qədər  itirmədiyi  ağayana  tərzi  ilə 
özünü  yetirib  Əlinin  böyründə  əyləşdi.  Bu  iki  istedad 
sahibinin  hər  ikisi  məndən  beşbetər  bəduğur  ulduz  altda 
doğulmuşdu.  Odur  ki,  heç  vaxt  başlarını  və  ya  əllərini 
qaldırıb  göylərdən  kömək  istəmirdilər.  Amma  günlərin  bir 
günü  Sərdar  Əsədin  səbr  kasasının  dolacağına,  boş  cibinə, 
boş  kasasına  üsyan  edəcəyinə  inanırdım.  İnanırdım  ki,  ovçu 
Sərdar  bütün  bunların  səbəbkarı  kimi  altında  doğulduğu 
ulduza  güllə  atacaq.  (Amma  həmin  gülləni  təəssüf  ki,  özünə 
“atdı”.  Həmin  sahədə  dünya  üzrə  birinci  örnək  məncə 
özünəqəsdçilərin öncülü sayıla biləcək, həm də məşhur ovçu 
Heminqueyə  aiddir:  özünü  ov  tüfəngi  ilə  vurmamışdan  öncə 
deyibmiş: nəhayət özümə layiq şikarı ovlayıram. 
S.Əsəd Əlikərimin ad günündə onun saf təbəssümlü şəkli 
önündə intihar etmişdi). 
İnsana,  göy  qübbəsi  altda  özünütəsdiqi  üçün  elə  az 
möhlət  verilib  ki,  ölümlərin  hamısına  vaxtsız  demək 
mümkünləşir. 
Rəssam 
Aydın 
Mirseyidoğlununkundan 
tutmuş  Vidadi  Məmmədlərin,  Adil  Rəsulların,  Elçin 
Səlcuqların... cümlə itirdiklərimizin: 
 
Sən yadıma düşürsən 
Bakıya yağış yağanda... 
Yağışlı bir gündə 
 Rəsmimi çəkirdin 
Əlində sehirli fırça 
...Sən rus arağını, ispan nəğmələrini, 
 
192 
Lorkanın şeirlərini  
....sevərdin. 
Çəkdiyin portretdən indi baxıram özümə 
Həmdə Xarıbülbülü çəkmişdin 
O rəsmdə 
Həmin Xarıbülbül nazlı-nazlı 
Gülümsəyir üzümə. 
Sən yoxsan artıq bu gözəlim dünyada 
Dərdlərini özünlə qəbir evinə apardın 
Təbəssümünü, rəsmlərini  
Yadigar qoydun bizə. 
...Bu axşam, şəhər qələbəliyində 
Səni arayıb, axtarıb, bulmaq istəyirəm. 
Fırçandan doğulmuş portretdəki 
 xoşbəxt şair olmaq istəyirəm... 
 
İstedad  insanlara  Tanrı  tərəfindən  bəlkə  də  ilahi  ərinti 
(bir  növ  xammal)  kimi  verilir.  Onlardan  istifadə  həmin 
seçilmişlərin  öhdəsinə  buraxılır.  Həmin  ərinti  onlar 
tərəfindən  həyat  kredolarına  uyğun  şeirə,  rəsmə,  heykələ 
çevrilir.  Bundan  sərfəli  istifadə  etməyənlər,  ömrünü  nakam 
başa  vuranlar  da  olar.  Macal  tapıb  əlindəki  istedad  ərintisini 
kətana köçürə bilmiş, ürəyincə və ürəklərcə portretlər yarada 
bilmiş rəssam mənə neçə əvəzsiz dostumun faciəsini yaşatdı. 
Üstündə durduğum torpağı (və dünyanın bütün torpaqlarını) 
dəfn  etdiyimiz  təbəssümlərin  gor  yeri  sandım.  Müqəddəs 
sükutumla ehtiramımı bildirdim. 
Sonra  da  bütün  bunları  şeiriylə  mənə  yaşadan  müəlliflə 
rəmzi bir müsahibə keçirdim: 
-  Vidadi Məmmədi tanıyırdınmı? 
-  Bir-iki  hekayəsini  oxuyub  təsirlənmiş,  az  yazdığına 
görə oxucu ərkyanalığı ilə təqsirləndirmişdim. 


 
193 
-  Onun təbəssümünü görə bilmişdinmi? 
-  Aramızdakı zaman məsafəsi buna imkan verməmişdi. 
Təəssüf  ki,  bu  nadir  mənzərəni  rassamlardan  da  görən, 
kətana  çevirən  olmamışdı.  Özünə,  sözünə  səhlənkarlığını 
hiss  elədiyi  anlarda  sifətindəki  xəcaləti  öz  qrub  rənglərinə 
batmış təbəssümü ilə ört-basdır etmək istəyirdi. 
Vidadini  həm  də  ömürlüyü  ilə  yaxından  bələd  olduğum 
müəlliflə arzularının uyğunluğu yada salmışdı. Hər ikisi eyni 
yaşda  eyni  arzuları  yaşasa  da  həyat  taxtası  üzərindəkilərin 
yollarını başqa-başqa səmtlərə salmışdı. 
Şeirlərin  müəllifi  dünya  səfərini  Cıdır  Düzündən 
başlamaq  istəmiş,  həmin  ucalıqdan  dünyaya  boylanmağa 
macal da tapmışdı. 
Belə  bir  zirvədən  insanlara  baxmaq  istəyən  Vidadinin 
yolunu  ehtiyac  Qarabağ  bazarlarının  birinə  salmışdı.  Uşaq 
yaşlarından  çörəyini,  suyunu,  boyunu  özü  qazanmağa 
başlamışdı.  Gündəlik  qəpik-quruşuyla  bərabər  çoxlu  insan 
tanımağı da ilkin qazanclarından olmuşdu. 
Kitab müəllifi də, Vidadi də şəklinin oxuduğu məktəbin 
şərəf lövhəsinə düşməsini, ilk məhəbbətlərinə çevrilə biləcək 
bir qızın sevgisini qazanmasını istəmişdi. 
Vidadi də, aşağıdakı misraların müəllifi də,- 
 
Allah, ölümdən betərdi- 
Savaşmadan məğlub olmaq dərdi,- 
 
günlərin  bir  günü  qalib  kimi,  bir  ağ  atlı  oğlana  dönüb 
əvvəl  oxuduğu  məktəbin  önündən,  sonra  doğma  şəhərinin 
küçələrindən  keçmək  istəmişdi.  Vidadini  murazının  dəli 
köhləni  üstündən  salmış,  elə  ona  görə  də  başqa  nakam 
dostları kimi murazı gözündə qalmış, üzü qüruba çəkilmişdi. 
 
194 
(Onun 
həyat 
faciəsini 
dostlarından 
biri 
elegiyalaşdırmağa çalışmışdı: 
 
Vəbə tək bu ömrü tapmağa nə var, 
Kimlərsə, kimlərə yoğurur, yapır... 
Bu yorğa həyatı çapmağa nə var,- 
Səni çapa-çapa altında çapır, 
Hamı öz evini, qəbrini tapır. 
Qəlbini yazdıran vaxt tap bir görüm, 
Ömrünü qızdıran, baxt tap bir görüm,  
Muraz köhlənini seçə bil görüm, 
Çapıb baş küçədən keçə bil görüm). 
 
Amma  əlimdəki  kitabın  müəllifinin  Cıdır  Düzündən 
başlayan  səfəri  bir  dünya  turuna  döndü.  Ölkələrin  ali 
kürsülərində  məğrur  səsi  ucaldı.  Təbəssümü  dəfn  olunmuş 
dostların  üstündə  ağı  deyə  bildi.  Ona  bir  misra  Füzuli 
Sevdası  arzulayan  Adil  Mirseyid  də,  yerlisinə  ürək  sözlərini 
deyə bilməmiş Pərviz də, - ədəbiyyatımızın bütün nakamları 
həmin ağıdan bir də boy göstərə bildi.  
Onun,  Vaqif  Səmədoğluya  həsr  etdiyi  şeir  məni  gənclik 
illərimin  ən  unudulmaz  dostlarından  biriylə  görüşdürdü. 
Şeirimizin əsrlərcə axa biləcək bir nəhrinə dönmüş Məmməd 
Arazla.  Axırıncı  dəfə  Şüvəlandakı  yaradıcılıq  evində 
qarşılaşmışdıq.  Baş-başa  verib  kədərlənmiş,  sözün  yerini 
qəmə-qüssəyə, onlardan doğulan göz yaşına vermişdik. 
 
Və gün gəldi tikanlı məftilləri qırıb 
Keçdik Arazı, keçdik o taya,- 
Qara çarşaba bürünmüşdü Təbriz. 
Bundan öncə Təbrizi xalça ilmələrində 
Və miniatürlərdə görmüşdük biz. 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə