R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

(Əvvəli 1-ci səhifədə)

Daha  sonra  Prezident  İlham 

Əliyev  burada  Rəşid  Behbudovun 

ailə üzvləri görüşdü.

Dövlətimizin  başçısı  görkəmli 

müğənninin  ailə  üzvləri  ilə  xatirə 

şəkli çəkdirdi.

“Rəşid  Behbudov”  gəmisinin 

istismara verilməsini bildirən rəm-

zi lent kəsildi.

Prezident  İlham  Əliyevə  mə-

lumat  verildi  ki,  150  nəfər  tutan 

“Rəşid Behbudov” sürətli sərnişin 

gəmisi  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” QSC və “Caspian Ma-

rine Services” Alyansının sifarişinə 

əsasən  tikilib.  Gəmidə  ulu  öndər 

Heydər  Əliyev  ilə  Rəşid  Behbu-

dovun  görüşləri  və  dövlətimizin 

başçısı İlham Əliyevin dünya şöh-

rətli müğənninin Bakıda abidəsinin 

açılışı  zamanı  çəkilən  fotolardan 

ibarət stend yaradılıb. Xəzərdə neft 

və  qaz  layihələrində  rəqabətqabi-

liyyətli,  beynəlxalq  standartlara 

uyğun  yüksək  səviyyəli  xidmət-

lərin  göstərilməsi  istiqamətində 

mühüm  rol  oynayacaq  bu  gəmi 

alüminium gövdəli sürətli sərnişin 

gəmilərinin tikintisi dünyada məş-

hur  olan  Avstraliyanın  “Austal” 

gəmiqayırma  zavodunda  inşa  edi-

lib və sərnişinlərin, eləcə də kiçik 

həcmli  yüklərin  dəniz  platforma-

larına təhlükəsiz çatdırılması üçün 

nəzərdə tutulub.

Gəmidə  sərnişinlərin  rahatlığı 

üçün  yüksək  şərait  yaradılıb,  ən 

son beynəlxalq konvensiya tələblə-

rinə uyğun səs və titrəmə izolyasi-

yası təmin edilib, istirahət sahələri 

quraşdırılıb.  “Rəşid  Behbudov” 

sürətli  sərnişin  gəmisi  eyni  tip-

li  “Müslüm  Maqomayev”  gəmisi 

ilə  bərabər  BP  şirkətinin  sifarişlə-

rini  yerinə  yetirəcək.  Bütövlükdə 

alüminium  təbəqələrdən  yığılmış 

katamaran tipli gəmi saatda 60 ki-

lometr sürət yığmaq imkanına ma-

likdir.  Onun  uzunluğu  70,  eni  isə 

16  metrdir.  Gəmi  ən  müasir  ava-

danlıqla,  o  cümlədən  DP-2  daya-

nıqlı  mövqeləndirmə  sistemi,  sər-

nişinlərin  platformalara  təhlükəsiz 

keçidi üçün xüsusi teleskopik kör-

pü  ilə  təchiz  olunub.  Bu  isə  onun 

Beynəlxalq  Dənizçilik  konvensi-

yalarının tələblərinə tam səviyyədə 

cavab  verməsini  təsdiqləyir.  Belə 

gəmilərdə xüsusi teleskopik körpü-

nün istifadəsi dünyada ilk dəfə tət-

biq olunur. Hazırda irimiqyaslı neft 

və  qaz  layihələrinə  xidmət  edən 

bir  sıra  digər  gəmiçilik  şirkətləri 

teleskopik  körpü  texnologiyasının 

tətbiqini Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyinin  təcrübəsi  əsasında 

öyrənir. Bu texnologiya platforma-

ya  yan  almadan,  heyətin  gəmidən 

platformaya qalxma-enmə əməliy-

yatlarında  təhlükəsizliyə  etibarlı 

zəmin yaradır.

Dünya  şöhrətli  müğənninin 

nəvəsi "Rəşid Behbudov" gəminin 

istismara verilməsini bildirən düy-

məni basdı.

Görkəmli  sənətkar  Rəşid  Beh-

budovun  ailə  üzvlərinə  gəminin 

maketi hədiyyə olundu.

Dövlətimizin  başçısı  İlham 

Əliyevə yeni alınmış “Qafur Məm-

mədov” quru yük gəmisi barədə də 

məlumat verildi. Bu gəminin ded-

veyti  5,500  ton,  uzunluğu  108,3, 

eni  16,5,  saya  oturumu  isə  4,79 

metrdir.  Gəmi  Xəzərdəki  quru 

yük  donanmasının  yenilənməsi, 

hazırda balansda olan, maksimum 

yükgötürmə qabiliyyəti 3 min ton 

təşkil  edən  və  istismar  müddətini 

başa  vurmuş  gəmiləri  yeniləməyə 

və  növbəti  illər  ərzində  Gəmiçili-

yin quru yük daşımaları bazarında 

mövqeyinin  sabitləşməsinə  imkan 

yaradır.  Eyni  zamanda,  belə  gə-

milərin  istismara  verilməsi  stra-

teji  əhəmiyyətə  malik  Bakı-Tbi-

lisi-Qars  dəmir  yolu  xəttinin  işə 

salınması  nəticəsində  ölkəmizin 

ərazisindən  keçməklə  daşına-

caq  tranzit  yüklərin  və  konteyner 

həcmlərinin  mənzil  başına  vax-

tında  çatdırılmasında  da  mühüm 

əhəmiyyət  daşıyır.  Ümumilikdə, 

Azərbaycan Xəzər Dəniz Gəmiçi-

liyi 2014-2016-cı illər ərzində do-

nanması üçün 5,500 ton yükgötür-

mə qabiliyyətinə malik 8 yeni quru 

yük gəmisi alıb. Hazırda Gəmiçili-

yin Xəzərdən kənarda Azərbaycan 

bayrağı  altında  üzən  gəmilərinin 

sayı 10-a çatıb.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


25 noyabr 2016-cы il   № 77-80 (9083)

2

Azərbaycan Respublikası Dövlət 

Dəniz Administrasiyasının rəisi Qüdrət 

Qurbanovun rəhbərlik etdiyi nümayən-

də heyəti BMT-nin ixtisaslaşmış agent-

liyi, ölkəmizin 1995-ci ildən üzv olduğu 

Beynəlxalq Dəniz Təşkilatının (IMO) 

London şəhərində yerləşən baş qərar-

gahında qurumun Dəniz Təhlükəsizliyi 

Komitəsinin 97-ci sessiyasında iştirak 

edir.

Dövlət  Dəniz  Administrasiyasının 

mətbuat  xidmətindən    bildirilib  ki,  cari 

il  noyabrın  25-dək  keçiriləcək  sessiyada 

dəniz üzgüçülüyünün təhlükəsizliyinin tə-

min edilməsi, dəniz mühitinin mühafizə-

si, gələcəkdə dəniz qəzalarının qarşısının 

alınması, eləcə də beynəlxalq ictimaiyyəti 

dərindən  narahat  edən  dəniz  quldurluğu 

halları  ilə  mübarizəyə  dair  ümumi  mü-

zakirələr  aparılacaq.  Həmçinin  sessiyada 

“Dənizdə  insan  həyatının  mühafizəsinə 

dair  Beynəlxalq  Konvensiya”ya,  “Də-

nizçilərin  hazırlanmasına,  onlara  diplom 

verilməsinə və növbə çəkməyə dair Bey-

nəlxalq  Konvensiya”ya,  “Maye  qazları 

qalama şəklində daşıyan gəmilərin inşası 

və  avadanlıqlarına  dair  Beynəlxalq  Mə-

cəllə”yə,  “Neft  tankerlərinin  və  qalama 

yüklər  daşıyan  gəmilərin  yoxlanılma-

sı  üzrə  genişləndirilmiş  təftiş  proqramı 

haqqında Beynəlxalq Məcəllə”yə, “Daya-

nıqlılığa  dair  Beynəlxalq  Məcəllə”yə  və 

dəniz nəqliyyatı sahəsi üzrə bir sıra digər 

mühüm sənədlərə təklif edilən dəyişiklik-

lərin nəzərdən keçirilməsi planlaşdırılır.

Sessiya  çərçivəsində Azərbaycan  nü-

mayəndə  heyətinin  Beynəlxalq  Dəniz 

Təşkilatının  rəsmiləri,  sessiyaya  qatılmış 

bir sıra üzv dövlətlərin nümayəndə heyət-

ləri ilə baş tutacaq ikitərəfli görüşlərində 

qarşılıqlı əməkdaşlığın daha səmərəli hə-

yata  keçirilməsi,  habelə  dəniz  nəqliyyatı 

sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli 

olan  bir  sıra  mühüm  məsələlər  ətrafında 

fikir mübadiləsinin aparılması nəzərdə tu-

tulur.

Avropa İttifaqı Azad Ticarət Zonası 

tipli xüsusi iqtisadi zonanın yaradıl-

masına dəstək olaraq dünyada mövcud 

müsbət təcrübələrin Azərbaycana gəti-

rilməsi məqsədilə texniki dəstək layihəsi 

həyata keçirir.

Bu sözləri Avropa İttifaqının Azərbay-

candakı  daimi  nümayəndəliyinin  rəhbəri 

Malena Mard jurnalistlərə açıqlamasında 

deyib.

O bildirib ki, layihənin dəyəri 262 min 



avro təşkil edir. Amma burada layihənin 

məbləği yox, Avropa İttifaqı ilə Azərbay-

can və Bakı Limanı arasındakı sıx əlaqələ-

rin möhkəmlənməsi önəm kəsb edir.

M.Mardın  sözlərinə  görə  layihənin 

icra müddəti 1 il olacaq və dünyada möv-

cud olan müsbət təcrübələr Azərbaycana 

gətiriləcək.  Bunun  üçün  milli  və  bey-

nəlxalq  ekspertlər  qrupu  yaradılacaq. 

Azərbaycanın dayanıqlı inkişafı üçün bu 

layihənin böyük əhəmiyyəti var. Biz Av-

ropa  İttifaqı  olaraq  rəqabətədavamlılığın 

təmin olunmasında maraqlıyıq.

Noyabrın 10-da İran 

İslam Respublikası Yol və 

Şəhərsalma Nazirliyinin 

Limanlar və Dəniz Təşkila-

tının nümayəndələri (PMO) 

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin rəh-

bərliyi ilə görüşüblər.

Görüş  zamanı  Azərbay-

canın  son  illər  əldə  etdiyi 

uğurların,  paytaxt  Bakının 

göz oxşamasının onlarda xoş 

təəssürat  yaratdığını  bildirən 

“PMO”-nun 

nümayəndəsi 

Cabbar  Cəlilian  daha  sonra 

təmsil etdiyi qürum haqqında 

ətraflı məlumat verib və Gəmiçiliklə bir-

gə  layihələrin  icrasının  mümkünlüyünə 

əminliyini ifadə edib. 

Azərbaycan  Respublikasının  Prezi-

denti  İlham  Əliyevin  Xəzər  dənizinin 

dostluq, əməkdaşlıq və sülh dənizi olma-

sı  fikrini  qonaqların  diqqətinə  çatdıran 

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin  sədri  Rauf  Vəliyev    Azərbay-

can dənizçilərinin dost və qonşu ölkənin 

şirkətləri  ilə  gəmiçilik  sahə-

sində  qarşılıqlı  faydalı  əmək-

daşlıqda  maraqlı  olduqlarını 

bildirib.  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-nin 

ölkə başçısının müvafiq sərən-

camı  ilə  3  il  əvvəl  yaradıldı-

ğını  bildirən  sədr  kollektivin 

qısa müddət ərzində qazandığı 

uğurlar  və  qarşıda  duran  və-

zifələrdən də söz açıb. 

Tərəflər  görüş  zamanı  ət-

raflı  fikir  mübadiləsi  apardıq-

ları yükdaşımalar, gəmi təmiri, 

dəniz  dibinin  dərinləşdirilmə-

si,  agent  xidmətləri,  Xəzər-

dənkənar hövzələrdə fəaliyyət, dənizçilik 

təhsili sahələrində birgə əməkdaşlığın zə-

ruriliyi haqqında razılığa gəliblər.

Görüşdən sonra qonaqlar Gəmiçiliyin 

muzeyi ilə yaxından tanış olublar.

Bakı Limanı Azad Ticarət Zonası 

tipli xüsusi iqtisadi zonanın yaradılma-

sı üçün çox əlverişli yerdir və burada 

biznes mühitinin inkişafı üçün hər cür 

şərait var.

Bu  sözləri  Azad  Ticarət  Zonaları  və 

iqtisadi  inkişaf  sahəsi  üzrə  ingiltərəli 

mütəxəssis Toni Paul Restall jurnalistlərə 

açıqlamasında deyib.

O bildirib ki, 30 ildir bu sahədə çalışan 

bir mütəxəssis kimi Ələt qəsəbəsində yer-

ləşən Bakı Limanının ərazisində yaradılan 

Azad Ticarət Zonasının Azərbaycana iqti-

sadi uğur gətirəcəyini söyləyə bilər. Çün-

ki bu zonanın yerləşmə mövqeyi, Bakının 

müasir  və  rahatlığı,  enerji  və  neft  yataq-

larının olması bu işdə mühüm əhəmiyyət 

kəsb edir.

T.Restallın  sözlərinə  görə,  Azərbay-

can  başqa  ölkələrin  təcrübəsindən  və  öz 

imkanlarından  yararlanaraq  bu  layihəni 

uğurla həyata keçirəcək: “Ancaq mən bu 

işdə əsas amili vurğulamaq istəyirəm. La-

yihənin uğurla həyata keçməsində puldan 

daha  önəmli  bir  faktor  var.  Bu  da  ölkə 

rəhbərinin necə olmasıdır. Mən əminliklə 

deyə bilərəm ki, Azərbaycanın bəxti gəti-

rib ki, ölkə başçısı uzaqgörən və təcrübəli 

siyasi xadimdir. Bu işin müsbət nəticələn-

məsində  onun  qərarları  əsas  rol  oynayır. 

Bu da mənə Azad Ticarət Zonasının uğur-

lu olacağını deməyə əsas verir”.



BiRGə lAYihələRiN icRASININ 

MüMküNlüYüNə əMiNlik ifADə olUNUB

“AZəRBAYcANIN BəXti GətiRiB ki, ölkə BAşçISI 

UZAQGöRəN və təcRüBəli SiYASi XADiMDiR”

PReZiDeNt ilhAM əliYev XəZəR DəNiZ 

GəMiçiliYiNiN YeNi GəMiləRiNiN iStiSMARA 

veRilMəSi MəRASiMiNDə iştiRAk eDiB

AZəRBAYcAN BeYNəlXAlQ DəNiZ təşkilAtININ DəNiZ 

təhlükəSiZliYi koMitəSiNiN 97-ci SeSSiYASINDA təMSil olUNUR

AvRoPA ittifAQI AZəRBAYcANDA AZAD ticARət 

ZoNASINA DəStək lAYihəSi həYAtA keçiRiR


Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə