R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


25 noyabr 2016-cы il   № 77-80 (9083)

4

P

rezident İlham Əliyevin 

2016-cı il 16 noyabr tarixli 

Fərmanı ilə “MİDA” Məhdud Məsuliy-

yətli Cəmiyyətinin sərəncamında olan 

mənzillərin vətəndaşların güzəştlə əldə 

etməsi Qaydası” təsdiqlənib. Azərbay-

can Respublikasının Prezidenti yanında 

Mənzil İnşaatı Dövlət Agentliyinin 

direktoru Samir Nuriyev təsdiq olunmuş 

yeni Qaydalarla bağlı və vətəndaşların 

güzəştli şərtlərlə mənzilə sahib olmasını 

təmin etmək məqsədilə görülən işlər 

barədə AZƏRTAC-a müsahibə verib. 

Müsahibəni təqdim edirik.

- Samir müəllim, dövlət başçısının 

imzaladığı  bu  fərmanın  vətəndaşlar 

üçün  sosial  əhəmiyyətini  necə  qiymət-

ləndirirsiniz?

-  Prezident  İlham  Əliyevin  2016-cı 

il 16 noyabr tarixli Fərmanı və “MİDA” 

Məhdud  Məsuliyyətli  Cəmiyyətinin 

sərəncamında olan mənzillərin vətəndaş-

ların güzəştlə əldə etməsi Qaydası” ölkə 

vətəndaşlarının  mənzil-məişət  şəraitinin 

yaxşılaşdırılması  istiqamətində  son  illər 

ərzində  həyata  keçirilən  sosial  siyasətin 

məntiqi  davamıdır  və  olduqca  mühüm 

əhəmiyyət kəsb edir.

Müstəqillik dövründə ulu öndər Hey-

dər  Əliyevin  və  onun  layiqli  davamçısı 

Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə 

aparılan uğurlu və genişmiqyaslı islahat-

lar  ölkəmizdə  iqtisadi  və  sosial  mühitin 

yaxşılaşdırılmasına  xidmət  edir.  Həyata 

keçirilən uzaqgörən dövlət siyasəti sayə-

sində ölkəmizin dayanıqlı inkişafı təmin 

olunmaqla yanaşı, bir çox sosial problem-

lər öz həllini tapıb, əhalinin sosial müda-

fiəsinin gücləndirilməsi və rifahının daha 

da yüksəldilməsi istiqamətində mütərəqqi 

addımlar atılıb.

Dövlət  başçısının  qarşıya  qoyduğu 

məqsədlərdən biri də vətəndaşların mən-

zil-məişət  şəraitinin  yaxşılaşdırılmasıdır. 

Ölkə əhalisinin sayının artması vətəndaş-

larımızın mənzilə tələbatının təmin olun-

ması  məsələsini  daha  da  aktuallaşdırır. 

Xüsusilə  də  aztəminatlı  vətəndaşların, 

gənc  ailələrin  mənzil  probleminin  həlli 

Prezident İlham Əliyev tərəfindən priori-

tet vəzifə kimi müəyyən edilib.

İmzalanmış  Fərman  ölkədə  aztəmi-

natlı ailələrin güzəştli şərtlərlə mənzillər-

lə təmin edilməsi məsələsinə cənab Pre-

zident tərəfindən ayrılan xüsusi diqqətin, 

habelə  Azərbaycan  Respublikası  vətən-

daşının  maraqlarının  təmin  olunması 

məqsədilə sosial sahədə həyata keçirilən 

dövlət  siyasətinin  reallaşdırılması  çərçi-

vəsində  aparılan  islahatların  davamlılığı 

ilə bağlı qətiyyətin göstəricisidir.

Fərmanla  təsdiq  olunmuş  Qayda 

vətəndaşların  güzəştli  şərtlərlə  mənzilə 

sahib  olmasını  təmin  etməklə  yanaşı, 

bu  sistemin  tam  şəffaf  şəkildə  fəaliyyət 

göstərməsinə şərait yaradacaq.

Prezidentin  tapşırıqları  əsasında 

“Elektron  hökumət”  portalında  yaradıla-

caq “Güzəştli mənzil” sistemi mənzilləri 

güzəştlə  əldə  etmək  hüququ  olan  vətən-

daşların vaxt itirmədən elektron qaydada 

qeydiyyatının aparılmasına və bu proses-

də  insan  faktorunun  minimuma  endiril-

məsinə imkan verəcək.

- Yeni Qaydanın əsas mahiyyəti nə-

dən ibarətdir? ”Güzəştli mənzil” siste-

mi nə zaman istifadəyə veriləcək?

-  Prezident  İlham  Əliyevin  mü-

vafiq  Fərmanı  ilə  mənzilləri  güzəştlə 

əldə  etmək  hüququ  olan  şəxslər,  habelə 

“Güzəştli mənzil” elektron sistemi vasitə-

silə mənzillərin əldə olunması şərtləri və 

mexanizmi  müəyyənləşdirilib.  Qaydaya 

əsasən,  “Elektron  hökumət”  portalında 

“Güzəştli  Mənzil”  sistemi  yaradılacaq 

və  vətəndaşlara  Mənzil  İnşaatı  Dövlət 

Agentliyinə  ayrılmış  torpaq  sahələrində 

inşa  olunacaq  yaşayış  binalarında  mən-

zilləri güzəştli şərtlərlə əldə etmək imkanı 

təqdim olunacaq. Sistem 2017-ci il mayın 

1-dən etibarən istifadəyə veriləcək.

“Güzəştli mənzil” sistemi agentliyin 

tabeliyində  fəaliyyət  göstərən  “MİDA” 

MMC-nin  sərəncamında  olan  mənzilləri 

əldə  etmək  istəyən Azərbaycan  Respub-

likası vətəndaşının elektron müraciətinin 

real vaxt rejimində vahid və ictimaiyyət 

üçün açıq olan qeydiyyatının aparılmasını 

təmin edəcək.

-  ilk  dəfə  Azərbaycanda  tətbiq 

olunacaq  “Güzəştli  mənzil”  sistemi-

nin əsas üstünlükləri nədən ibarətdir? 

Mənzilləri kim əldə edə biləcək və pro-

ses necə həyata keçiriləcək?

-  Güzəştli  şərtlərin  əsas  mahiyyəti 

ondan  ibarətdir  ki,  satılacaq  mənzillərin 

qiyməti  həmin  ərazidəki  orta  bazar  qiy-

mətindən  aşağı  olacaq.  Eyni  zamanda, 

vətəndaşlar  mənzilin  dəyərini  “Azər-

baycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin güzəştli ipoteka krediti va-

sitəsilə də 3 ildən 30 ilədək müddət ərzin-

də  aylıq  ödəmək  imkanı  əldə  edəcəklər. 

Qeyd  edim  ki,  mənzillər  tam  təmirli  və 

mətbəx mebeli ilə təchiz olunmuş vəziy-

yətdə təhvil veriləcək.

Qaydaya  əsasən  mənzilləri  güzəştlə 

əldə etmək hüququ Azərbaycan Respub-

likası  Prezidentinin  2016-cı  il  22  iyun 

tarixli Fərmanı ilə təsdiq edilmiş “Azər-

baycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka 

kreditinin  verilməsi  Qaydası”nın  3.2-ci 

bəndində nəzərdə tutulmuş şəxslərə məx-

susdur.

Həmin bəndə uyğun olaraq aşağıdakı 



şəxslər güzəştli ipoteka kreditindən istifa-

də etmək hüququna malikdirlər.

gənc  ailənin  üzvü  olan  aşağıdakı 

şəxslər:


-şəhid ailəsinin üzvü (əri/arvadı, öv-

ladları);

-Milli Qəhrəman (özü, əri/arvadı, öv-

ladları);

-məcburi  köçkün  və  ya  ona  bərabər 

tutulan şəxs;

-ən azı 3 il dövlət qulluğunda qulluq 

edən, o cümlədən dövlət qulluğunun xü-

susi növündə xidmət keçən şəxs;

-ən azı 5 il dövlət ümumtəhsil məktə-

bində müəllim işləyən şəxs;

-fəlsəfə  doktoru  elmi  dərəcəsi  olan 

şəxs;

-idman  sahəsində  xüsusi  xidmətləri 



olan şəxs (fəxri bədən tərbiyəsi və idman 

xadimi, ölkə miqyaslı yarışların qalibi (I 

yer),  beynəlxalq  miqyaslı  yarışların  mü-

kafatçısı (I, II və ya III yer);

Bununla  yanaşı,  ailə  vəziyyətindən 

asılı  olmayaraq,  aşağıdakı  şəxslər  də 

güzəştli  ipoteka  kreditindən  istifadə  et-

mək hüququna malikdirlər:

-elmlər  doktoru  elmi  dərəcəsi  olan 

şəxs;


-ən azı 15 il dövlət qulluğunda qulluq 

edən şəxs;

-ən azı 3 il hərbi xidmətdə olan (müd-

dətli həqiqi hərbi xidmətdə olan hərbi qul-

luqçulardan başqa), həmçinin ehtiyata və 

istefaya  buraxılmış Azərbaycan  Respub-

likasının  hərbi  qulluqçuları  (“Hərbi  və-

zifə və hərbi xidmət haqqında” Azərbay-

can  Respublikası  Qanununun  41.0.6-cı, 

41.0.7-ci,  41.0.8-ci,  41.0.10-cu,  42.0.3-

cü,  42.0.4-cü  və  42.0.5-ci  maddələrində 

nəzərdə  tutulan  hallarda  ehtiyata  və  ya 

istefaya  buraxılmış  hərbi  qulluqçular  is-

tisna olmaqla);

-ən  azı  3  il  daxili  işlər  orqanlarında 

xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Bu kateqoriyalara aid olunan şəxslər 

sosial ipotekadan yararlanmaq hüququna 

malik  idilər.  Artıq  bununla  yanaşı,  təs-

diq  olunmuş  yeni  Qaydaya  əsasən,  hə-

min şəxslər sosial mənzillərin orta bazar 

qiymətindən aşağı qiymətə əldə edilməsi 

hüququna da sahib olurlar.

Qeyd olunan şəxslər “Güzəştli mən-

zil” sistemi vasitəsilə müraciət edib qey-

diyyatdan  keçdikdən  sonra  mənzil  seçi-

mini  həyata  keçirə  biləcəklər.  “Güzəştli 

mənzil” elektron sistemi iki pilləli olacaq. 

İlk  növbədə  müraciət  edən  vətəndaşın 

təqdim edəcəyi məlumatlar əsasında təs-

diq olunmuş kateqoriyaya aid olub-olma-

dığı  yoxlanılacaq.  Müraciətə  5  iş  günü 

ərzində baxılacaq və qeydiyyat haqqında 

qərar qəbul olunacaq.

Növbəti  mərhələdə,  satışa  çıxarılan 

mənzillər haqqında elan dərc olunduqdan 

sonra sosial mənzil almaq hüququ olan və 

qeydiyyatdan keçmiş şəxs elektron sistem 

vasitəsilə  mənzili  ünvan  əsasında  otaq 

sayı  və  mərtəbə  göstərilməklə  seçərək 

əldə edə biləcək. Onu da vurğulayım ki, 

Qaydaya  əsasən  yalnız  layihə  üzrə  ti-

kinti işlərini 30 və daha çox faizi yerinə 

yetirilmiş  binaların  mənzillərinin  satışa 

çıxarılması barədə elan verilə bilər. Elan 

satışın başlanmasına ən azı 30 gün qalmış 

veriləcək.

- Agentliyin ilk layihəsinin icrası ilə 

bağlı işlər hansı mərhələdədir?

- Artıq  ictimaiyyətə  məlumat  verdi-

yimiz  kimi,  agentliyin  ilk  layihəsi  olan 

Yasamal  Yaşayış  Kompleksi  Bakı  şəhə-

rinin  Yasamal  rayonunda,  xarici  dairəvi 

avtomobil  yolunun  kənarında  ayrılmış 

və sahəsi 11,6 hektar təşkil edən ərazidə 

həyata keçirilir. Yasamal Yaşayış Komp-

leksinin  ərazisinin  seçilməsi  zamanı  in-

sanların  rahat  yaşayışı  üçün  zəruri  olan 

bütün amillər nəzərə alınıb. Ərazi şəhərin 

ekoloji cəhətdən təmiz və əlverişli hissə-

sində yerləşir.

Ötən  müddət  ərzində  Yasamal  Ya-

şayış  Kompleksinin  yerləşəcəyi  ərazi 

üçün  şəhərsalma  əsaslandırılması  sənədi 

hazırlanaraq təsdiq olunub, habelə tikin-

tinin layihə-smeta sənədləri tərtib edilib. 

Hazırkı mərhələdə tikinti layihəsi müva-

fiq ekspertiza rəyinin alınması məqsədilə 

Fövqəladə  Hallar  Nazirliyinin  Tikintidə 

Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi-

nin Dövlət Baş Ekspertiza İdarəsinə təq-

dim  edilib.  Eyni  zamanda,  əraziyə  yeni 

avtomobil yolunun çəkilməsi və mövcud 

mühəndis-kommunikasiya  xətlərinin  kö-

çürülməsi işləri həyata keçirilir.

- vətəndaşları maraqlandıran əsas 

məsələlərdən  biri  də  mənzillərin  key-

fiyyəti  ilə  bağlıdır. tikiləcək  binaların 

keyfiyyətinə nəzarət və tikinti şirkətləri 

ilə əməkdaşlıq necə təşkil ediləcək?

-  Qeyd  etməliyəm  ki,  ölkə  rəhbər-

liyi  tərəfindən  qarşımıza  qoyulan  əsas 

məqsədlərdən biri də həm binaların, həm 

də təmirin keyfiyyətinin yüksək səviyyə-

də olması ilə bağlıdır. Tam əminliklə qeyd 

etmək  istəyirəm  ki,  həm  görülən  işin, 

həm də istifadə olunan tikinti materialla-

rının keyfiyyətinə ciddi nəzarət ediləcək. 

Agentlikdə və onun tabeliyində fəaliyyət 

göstərən “MİDA” MMC-də çalışan şəhər-

salma  üzrə  mütəxəssislər,  memarlar  və 

tikintiyə nəzarəti həyata keçirən müvafiq 

bölmələrin əməkdaşları bu layihənin yük-

sək səviyyədə həyata keçirilməsini təmin 

edəcəklər.  Ciddi  nəzarət,  eyni  zamanda, 

tikintini həyata keçirən sahibkarlara işlə-

rini tələb olunan keyfiyyət standartlarına 

uyğun təşkilinə xidmət edəcək.

Xüsusi  vurğulanmasını  zəruri  hesab 

etdiyim daha bir amil yerli tikinti mate-

riallarından istifadə məsələsidir. Son illər 

ərzində  Azərbaycanda  tikinti  sənayesi 

sürətlə inkişaf edib. Həm dövlət, həm də 

yerli və xarici özəl investisiyalar hesabı-

na  ölkədə  həyata  keçirilən  tikinti  işləri 

bunun bariz nümunəsidir. Agentliyin sö-

zügedən  və  növbəti  tikinti  layihələrinin 

reallaşdırılmasını da əhatə edəcək fəaliy-

yəti  vətəndaşların  mənzil-məişət  şəraiti-

nin yaxşılaşdırılması ilə yanaşı, həmçinin, 

inşaat sektorunun inkişafına da müsbət tə-

sir göstərəcək. Sosial mənzillərin tikintisi 

yeni  iş  yerlərinin  yaradılmasına,  habelə 

inşaat  sektorunun  və  tikinti  materialları 

sənayesinin investisiya baxımından daha 

da cəlbedici olmasına töhfə verəcək.

- Bəs güzəştli şərtlərlə mənzilə sa-

hib  olan  vətəndaşlar  üçün  hər  hansı 

məhdudiyyətlər nəzərdə tutulurmu?

- Azərbaycan Respublikası Preziden-

tinin müvafiq Fərmanı ilə təsdiq edilmiş 

“MİDA”  Məhdud  Məsuliyyətli  Cəmiy-

yətinin  sərəncamında  olan  mənzilləri 

vətəndaşların  güzəştlə  əldə  etməsi  Qay-

dası”na əsasən mənzillər əldə olunduqda 

vətəndaşla müvafiq müqavilə imzalandığı 

gündən  onun  tam  mülkiyyətinə  verilə-

cək.  Bununla  belə,  müvafiq  müqavilədə 

mənzilin  3  il  müddətində  özgəninkiləş-

dirilməsinə, habelə icarəyə və kirayə ve-

rilməsinə məhdudiyyət nəzərdə tutulacaq. 

“MİDA”  MMC-nin  sərəncamında  olan 

mənzillərin  güzəştlə  satılması  dövlətin 

vahid sosial siyasətinin həyata keçirilmə-

si istiqamətində atılan addımlardan biridir 

və imtiyaz olaraq insanlara sosial dəstək 

göstərilməsi məqsədini daşıyır. Sirr deyil 

ki, güzəştli şərtlərlə orta bazar qiymətin-

dən aşağı qiymətə əldə olunmuş mənzillər 

dərhal satışa çıxarılacağı təqdirdə əmlak 

bazarına mənfi təsir edər, həmçinin sui-is-

tifadə hallarının baş verməsinə səbəb ola 

bilər.  Qeyd  olunan  məhdudiyyət  bunun 

qarşısını almaq məqsədi daşıyır. Güzəştli 

mənzil sahibləri əldə etdikləri əmlakı sat-

maq və ya icarəyə vermək hüququnu yal-

nız müəyyən olunmuş müddət bitdikdən 

sonra əldə edəcəklər.



-  Samir  müəllim,  ətraflı  müsahi-

bəyə görə təşəkkür edirik.

- Mən də AZƏRTAC-a Agentliyimi-

zin  fəaliyyətini  daim  diqqət  mərkəzində 

saxladığına görə təşəkkürümü bildirirəm. 

Oxuyucularımızı  isə  əmin  etmək  istə-

yirəm  ki,  dövlətimizin  başçısının  tapşı-

rıqlarını rəhbər tutaraq, sosial mənzillərin 

tikintisi  layihəsini  və  “Güzəştli  mənzil” 

sisteminin  yaradılmasını  ən  yüksək  sə-

viyyədə təşkil etmək üçün öz səylərimizi 

əsirgəməyəcəyik.

GüZəştli MəNZilləR kiMləRə və hANSI 

şəRtləRlə veRiləcək?

Noyabrın 17-18-də Azərbay-

can Dövlət Dəniz Akademiyasında 

“Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yi” QSC-nin və Təhsil Nazirliyinin 

dəstəyi ilə “Dil – karyeraya gedən 

yol” adlı üçüncü Ümumrespublika 

ali məktəblərarası tələbə müsabiqəsi 

keçirildi. 

Azərbaycan Dövlət Dəniz Akade-

miyasının artıq üçüncü dəfə ev sahib-

liyi  etdiyi  müsabiqədə  gələcəyin  də-

nizçiləri ilə yanaşı, daha 16 ali təhsil 

ocağının  -  Bakı  Dövlət  Universiteti, 

Heydər Əliyev adına Azərbaycan Ali 

Hərbi Məktəbi, Azərbaycan Respubli-

kası Prezidenti yanında Dövlət İdarə-

çiliyi Akademiyası, Azərbaycan Dillər 

Universiteti, Azərbaycan Dövlət Neft 

və  Sənaye  Universiteti,  Azərbaycan 

Dövlət  Pedaqoji Universiteti,  Azər-

baycan Texniki Universiteti, Azərbay-

can  Dövlət  İqtisad  Universiteti,  Bakı 

Slavyan  Universiteti,  Azərbaycan 

Dövlət  Aqrar  Universiteti,  Azərbay-

can  Dövlət  Mədəniyyət  və  İncəsənət 

Universiteti,  Azərbaycan  Memarlıq 

və  İnşaat  Universiteti,  Milli Aviasiya 

Akademiyası, Azərbaycan    Koopera-

siya  Universiteti, Qafqaz Universiteti,  

Sumqayıt Dövlət Universitetinin  tələ-

bələri iştirak edirdilər. 

Tədbiri  giriş  sözü  ilə ADDA-nın 

rektoru, texnika üzrə fəlsəfə doktoru, 

dosent  Çingiz Əliyev açdı, gənclərin 

beynəlxalq dillərə mükəmməl yiyələn-

məsində belə tədbirlərin əhəmiyyətini 

vurğuladı və iştirakçılara uğurlar arzu-

ladı. 

Azərbaycan  Dövlət  İqtisad  Uni-



versitetinin məzunu, “Dil – karyeraya 

gedən yol” adlı ikinci  Ümumrespub-

lika  ali  məktəblərarası  tələbə  müsa-

biqəsinin qalibi Faiq Xasayev hazırda 

Fransada  təhsilini  davam  etdirdiyin-

dən bu ilki müsabiqənin  iştirakçıları-

na  ürək sözlərini video görüntü  va-

sitəsi ilə çatdırdı.

Cari ildə yaranmasının 20 illiyini 

qeyd  edən Azərbaycan  Dövlət  Dəniz 

Akademiyasının  fəaliyyətini  əks  et-

dirən videofilmin nümayişindən sonra 

müsabiqənin  şərtləri  barədə  iştirakçı-

lara məlumat verildi.

ADDA-nın tədris  işləri üzrə pro-

rektoru,  professor  Faiq  Nağıyevin  

sədrlik  etdiyi  münsiflər  heyətinə  qa-

baqcıl elm və təhsil işçiləri daxil idi. 

Hər  iştirakçıya  seçdiyi  mövzunu 

qısa  vaxt  ərzində  audio-vizual  mate-

rialların köməyi ilə təqdim etmək im-

kanı verildi. Tələbələrin hazırladıqla-

rı layihələr  maraqlı olduğu qədər də 

rəngarəng idi.  Seçdikləri mövzuların 

təqdimatı zamanı bilik və bacarıqları, 

natiqlik məharətləri ilə fərqlənən tələ-

bələr belə tələbkar münsiflər feyətinin 

asan olmayan suallarını da cavablan-

dırırdılar. 

Təqdim olunmuş layihələr  müəy-

yən  olunmuş  kriteriyalar  əsasında 

qiymətləndirildikdən  sonra    qaliblər 

elan edildi.  Birinci yerə Azərbaycan 

Respublikası Prezidenti yanında Döv-

lət İdarəçiliyi Akademiyasının tələbəsi 

Məmmədağa  Bəydəmirov  layiq  gö-

rüldü. Qalibə 1-ci dərəcəli diplom və 

noutbuk təqdim edildi.

İkinci yeri Milli Aviasiya Akade-

miyasının tələbəsi Nurad Ağayev tut-

du. O, 2-ci dərəcəli diplom və planşe-

tin sevincini yaşadı.

Üçüncü yerə isə Azərbaycan Döv-

lət Dəniz Akademiyasının tələbəsi Əli 

Nəsirli çıxdı (3-cü dərəcəli diplom və 

mobil telefon).



Tahir DADAŞOV

“Dil – kARYeRAYA GeDəN Yol”

Noyabrın 26-27-də Türkmənis-

tanın paytaxtı Aşqabadda dayanıqlı 

nəqliyyat sistemi üzrə ilk qlobal  

konfrans keçiriləcək.

Türkmənistanın 

Azərbaycanda-

kı  səfirliyi  noyabrın  21-də  konfransla 

bağlı brifinq təşkil edib.

Səfirliyin birinci katibi Batır Rəcə-

bov tədbirin əhəmiyyətindən danışaraq 

bildirib  ki,  Türkmənistanın  nəqliyyat 

sahəsində  dövlət  siyasətinin  əsas  is-

tiqaməti Mərkəzi Asiya, Xəzər dənizi, 

Qara dəniz, Baltik regionu, Yaxın Şərq, 

Cənub və Cənub-Şərqi Asiyanı birləş-

dirən yeni geoiqtisadi məkanın yaradıl-

masıdır.


Batır  Rəcəbov  deyib  ki,  Türkmə-

nistan-Əfqanıstan-Tacikistan 

dəmir 

yolunun Türkmənistan hissəsinin açılış 



mərasimi  noyabrın  28-də  keçiriləcək. 

O, bu xəttin region ölkələrinin dostluq 

və əməkdaşlıq yolu olacağına ümid et-

diyini vurğulayıb. Diplomat ilk qlobal 

konfransda  Azərbaycan  nümayəndə 

heyətinin də iştirak edəcəyini deyib.

B.Rəcəbov,  həmçinin  Azərbaycan 

ilə  Türkmənistan  arasında  nəqliyyat 

sahəsində  əməkdaşlığın  genişləndiril-

məsi istiqamətində görülən işlərdən da-

nışıb.  O,  bu  sahə  üzrə  yaradılmış  işçi 

qrupunun bu yaxınlarda Azərbaycanda 

olduğunu qeyd edib.

AşQABADDA DAYANIQlI NəQliYYAt SiSteMi 

üZRə ilk QloBAl koNfRANS keçiRiləcək

Azərbaycan əhalisinin sayı 

ilin əvvəlindən 79,0 min nəfər 

və ya 0,8 faiz artaraq 2016-cı il 

oktyabr ayının 1-nə 9784,6 min 

nəfərə çatıb.

Dövlət  Statistika  Komitəsin-

dən    bildiriblər  ki,  əhalinin  sıxlığı 

bir kvadratkilometrə 113 nəfər olub. 

Əhalinin ümumi sayının 53,1 faizi-

ni  şəhər,  46,9  faizini  kənd  sakinlə-

ri,  49,8  faizini  kişilər,  50,2  faizini 

isə qadınlar təşkil edir. Hazırda hər 

1000 kişiyə 1007 nəfər qadın düşür.

Cari  ilin  yanvar-sentyabr  ayla-

rı  ərzində  Ədliyyə  Nazirliyinin  rayon  (şəhər) 

qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, 

yaxud hər gün orta hesabla 437 doğulan körpə 

qeydə alınıb və bu göstərici əhalinin hər 1000 

nəfərinə  16,5  təşkil  edib.  Doğulan  körpələrin 

53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından 

ibarət  olub.  Körpələrin  2090-ı  əkiz,  54-ü  isə 

üçəm doğulub.

Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min 

ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 

nəfər əhaliyə 5,8 olub. Bu müddətdə qeydiyyat 

şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min 

boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 

nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı 

isə  1,3  olub.  Daxili  İşlər  Nazirliyi  və  Dövlət 

Miqrasiya Xidmətinin müvafiq qurumları tərə-

findən  cari  ilin  yanvar-sentyabr  ayları  ərzində 

Azərbaycana  daimi  yaşamaq  üçün  2678  nəfər 

gələn və 1397 nəfər ölkədən gedən qeydə alı-

nıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil 

edib.

AZəRBAYcAN əhAliSiNiN SAYI AçIQlANIB



Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə