R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


25 noyabr 2016-cы il   № 77-80 (9083)

5

Azərbaycanın Bolqarıstandakı səfiri 

Nərgiz Qurbanova bu ölkənin nüfuzlu 

“Novinite” xəbər portalına müsahibə 

verib.

Energetika sahəsində əməkdaşlıq im-

kanlarından  danışan  səfir  “Cənub”  Qaz 

Dəhlizinin  Xəzər  dənizindən  alternativ 

qaz  ehtiyatlarını  Avropaya  nəql  etməklə 

Avropa  İttifaqı,  o  cümlədən  Bolqarıs-

tanın  enerji  təhlükəsizliyinin  gücləndi-

rilməsinə  yönəlmiş,  dünyada  indiyədək 

layihələşdirilmiş  ən  mürəkkəb  qaz  nəqli 

infrastrukturundan biri olduğunu bildirib. 

Səfir 2020-ci ildən etibarən Azərbaycanın 

“Şahdəniz” qaz yatağı vasitəsilə Bolqarıs-

tanı ildə bir milyard kubmetr qazla təchiz 

edəcəyinin  nəzərdə  tutulduğunu,  bu  qaz 

həcminin Bolqarıstan-Yunanıstan qaz bir-

ləşdirici kəməri vasitəsilə nəql ediləcəyini 

söyləyib. Diplomat əlavə edib ki, “Cənub” 

Qaz Dəhlizinin özəyini təşkil edən TAP və 

TANAP kəmərlərinin fiziki olaraq Bolqa-

rıstan  ərazisindən  keçməməsinə  baxma-

yaraq, Avropaya çıxış baxımından Bolqa-

rıstan dəhlizin mühüm komponenti hesab 

olunur.

Azərbaycanın  “Balkan”  qaz  qovşağı 



layihəsinə  sərmayə  qoyuluşunda  maraqlı 

olması ilə bağlı sualı cavablandıran səfir 

Azərbaycan-Bolqarıstan  münasibətlərin-

də  enerji  sahəsində  əməkdaşlığın  inkişa-

fının  mühüm  rol  oynadığını,  ölkəmizin 

Bolqarıstanın  enerji  təhlükəsizliyinin 

təmin  edilməsində  Azərbaycanı  mühüm 

tərəfdaş  görməsini  yüksək  qiymətləndir-

diyini bildirib. O, qarşılıqlı faydalı enerji 

tərəfdaşlığının  inkişafında  Azərbaycanın 

Bolqarıstanla  əməkdaşlıq  etməyə  hazır 

olduğunu  söyləyib.  Diplomat  deyib  ki, 

SOCAR xarici tərəfdaşlarla enerji əmək-

daşlığının  möhkəmləndirilməsində  Bal-

kan regionunu əsas regionlardan biri kimi 

qiymətləndirir.

Jurnalistin nəqliyyat sahəsində əmək-

daşlıq imkanları barədə sualına cavabında 

səfir  deyib:  “Azərbaycan  Şərq-Qərb  və 

Şimal-Cənub  beynəlxalq  nəqliyyat  dəh-

lizlərinin  vacib  iştirakçısı  hesab  edilir. 

Ölkə daxilində, eləcə də regionda müasir 

infrastrukturun yaradılmasında əldə etdiyi 

nailiyyətlər,  hər  iki  beynəlxalq  dəhlizin 

kəsişməsində  əlverişli  coğrafi  mövqeyi, 

eləcə də Qara, Aralıq dənizlərinin və Fars 

körfəzinin dərin su limanlarına yaxınlığı, 

maliyyə  dayanıqlılığından  irəli  gələrək 

böyük  həcmdə  sərmayə  qoymaq  imka-

nı,  transregional  layihələrin  icrasında 

çoxtərəfli əməkdaşlıq təcrübəsi kimi amil-

lər  Azərbaycanı  bu  coğrafiyadakı  bütün 

tranzit layihələrin əvəzolunmaz iştirakçısı 

kimi  təsbit  edib”.  O,  nəqliyyat  sahəsinin 

ölkələrimiz arasında prioritet əməkdaşlıq 

sahəsi olduğunu, Azərbaycanın Bolqarıs-

tan üçün Mərkəzi Asiya bazarlarına çıxış 

imkanı  əldə  etmək  baxımından  “qapı” 

rolunu oynadığını, Bolqarıstanın isə Azər-

baycana Avropanın digər ölkələrinə çıxış 

əldə etməyə imkan yaratdığını qeyd edib.

Diplomat  qeyd  edib  ki,  Azərbaycan 

və  Bolqarıstan  arasında  ticari-iqtisadi, 

elmi-texniki əməkdaşlıq haqqında komis-

siyanın Bakıda keçirilən 4-cü iclası nəq-

liyyat sahəsində əməkdaşlıq məsələlərinin 

müzakirəsi baxımından əlverişli platforma 

rolunu oynayır. Həmçinin iclas çərçivəsin-

də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı 

ilə  Bolqarıstanın  Limanlar  İnfrastrukturu 

Şirkəti arasında Anlaşma Memorandumu 

imzalanıb. Sözügedən sənəd Bakı limanı 

ilə Bolqarıstanın Burqas və Varna liman-

ları  arasında  əməkdaşlığın  qurulmasını 

nəzərdə  tutur.  Səfir  gələn  il  yol-nəqliy-

yat  sahəsində  ekspert  görüşlərinin  təşkil 

ediləcəyi barədə də məlumat verib.

İKT  sahəsində  əməkdaşlıq  imkanları 

barədə  danışan  səfir  Azərbaycan  Prezi-

denti  İlham  Əliyevin  2015-ci  il  martın 

3-5-də  Bolqarıstana  səfəri  zamanı  imza-

lan  Strateji  Tərəfdaşlıq  haqqında  Birgə 

Bəyannamədə  hər  iki  ölkənin  İKT  sahə-

sində əməkdaşlığın dərinləşməsi ilə bağlı 

niyyətlərinin  təsbit  olunduğunu  və  səfər 

çərçivəsində  rabitə,  informasiya  texno-

logiyaları və elektron idarəçilik sahəsində 

əməkdaşlıq haqqında hökumətlərarası Sa-

zişin imzalandığını xatırladıb.

N.Qurbanova  sentyabrın  29-da  Ba-

kıda  keçirilən  Azərbaycan-Bolqarıstan 

biznes  forumunda  İKT  sahəsi  üzrə  ixti-

saslaşan  bolqar  şirkətlərinin  Azərbaycan 

şirkətləri ilə faydalı danışıqlar apardığına 

ümid  etdiyini  bildirib.  İclas  çərçivəsin-

də,  həmçinin  İKT  sahəsində  əməkdaşlıq 

imkanları  barədə  müzakirə  aparıldığını 

vurğulayan  səfir  Bolqarıstan  operatorla-

rının  telekommunikasiya  şəbəkələrinin 

Azərbaycan  tərəfindən  irəli  sürülən  və 

BMT-nin  müvafiq  qətnamələri  vasitəsilə 

dəstəklənən  Trans-Avrasiya  Super  İnfor-

masiya  Magistralı  (TASİM)  layihəsinin 

tərkib hissəsi kimi istifadə edilməsi imka-

nı ətrafında fikir mübadiləsinin aparıldığı-

nı bildirib.

Müsahibədə,  həmçinin  bərpası  Hey-

dər  Əliyev  Fondu  tərəfindən  maliyyələş-

dirilən  “Trapezitsa”  Memarlıq  Muzeyi 

Qoruğu barədə söhbət açılır. Bildirilir ki, 

Bolqarıstanın  Veliko  Tırnovo  şəhərində 

yerləşən  “Trapezitsa”  Memarlıq  Muzeyi 

Qoruğunun  sentyabrın  22-də  keçirilmiş 

açılış  mərasimində  Azərbaycanın  birinci 

xanımı,  Heydər  Əliyev  Fondunun  pre-

zidenti  Mehriban  Əliyeva,  Fondun  vit-

se-prezidenti Leyla Əliyeva, Bolqarıstanın 

Baş naziri Boyko Borisov, Veliko Tırnovo 

şəhərinin meri Daniel Panov və digər yük-

sək vəzifəli şəxslər iştirak ediblər.

Heydər Əliyev Fondu tərəfindən nəin-

ki Azərbaycanda,  eləcə  də  bütün  dünya-

da  mədəni  irsin  dəstəklənməsi  ilə  bağlı 

çoxsaylı  layihələrin  həyata  keçirildiyini 

vurğulayan  səfir  “Trapezitsa”  Memarlıq 

Muzeyi  Qoruğunun  bərpası  layihəsindən 

yalnız  iki  ölkənin  deyil,  eləcə  də  buranı 

ziyarət  edən  turistlərin  yararlanacağını 

diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında kənd təsər-

rüfatı,  turizm,  təhsil,  səhiyyə  və  digər 

sahələrdə  əməkdaşlığın  genişləndirilməsi 

üçün böyük potensialın olduğunu vurğu-

layıb.  O,  həmçinin  sentyabrın  29-30-da 

Bakıda keçirilmiş V Beynəlxalq Humani-

tar Forum barədə məlumat verərək xatır-

ladıb  ki,  Bolqarıstanı  tədbirdə  vitse-pre-

zident  Marqarita  Popovanın  rəhbərliyi 

ilə  nümayəndə  heyəti  təmsil  edib.  Səfər 

çərçivəsində  vitse-prezident  Azərbayca-

nın nüfuzlu ali təhsil ocaqlarından olan və 

bolqarşünaslıq  fakültəsinin  tədris  edildi-

yi  Bakı  Slavyan  Universitetinə,  eləcə  də 

universitet  nəzdində  fəaliyyət  göstərən 

Bolqar  Dili  və  Mədəniyyəti  Mərkəzinə 

baş çəkib. Həmçinin BSU-da Azərbayca-

nın Bolqarıstandakı səfirliyinin və Xaric-

də Yaşayan Bolqarlar üzrə Dövlət Agent-

liyinin  dəstəyi  ilə  Bolqarıstanın  slavyan 

dünyasına töhfəsini əks etdirən sərgi təşkil 

olunub.

İqbal Hacıyev

BolQARIStAN ictiMAiYYəti AZəRBAYcANIN eNeRji, 

NəQliYYAt iMkANlARI BARəDə MəlUMAtlANDIRIlIB

Niderland Krallığının Rotterdam 

şəhərində nəqliyyat və loqistika şirkət-

ləri arasında nüfuz qazanan “İnter-

modal Europe 2016” adlı beynəlxalq 

nəqliyyat və logistika sərgisi keçirilib.

Tədbirdə  Transxəzər  Beynəlxalq 

Nəqliyyat  Konsorsiumuna  daxil  olan 

şirkətlər: «ADY Express» MMC (Azər-

baycan),  «ACSC  Logistics»  MMC 

(Azərbaycan),  «KTZ  Express»  (Qa-

zaxıstan) və «GR Logistics&Terminals» 

(Gürcüstan) Transxəzər Beynəlxalq Nəq-

liyyat Marşrutunu təqdim ediblər.

Vahid  stendlə  sərgidə  iştirak  edən 

konsorsium  iştirakçıları  nəqliyyat  sahə-

sində imkanlarını təqdim ediblər. Xəzər 

regionundan  keçməklə,  Çindən  Türkiyə 

və Avropa  ölkələri  istiqamətində  yükda-

şımalar həyata keçirmək üçün Transxəzər 

Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 

layihəsinin  yaratdığı  imkanlar,  yüklərin 

nəql  edilməsində  yeni  texnologiyalar  və 

çatdırılma  vaxtı  sərgi  iştirakçıları  və  qo-

naqlar  tərəfindən  böyük  marağa  səbəb 

olub.

Sərgi çərçivəsində, dünyanın tanınmış 



və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər 

keçirilib və danışıqlar aparılıb. “İntermo-

dal Europe 2016” sərgisi bir daha TBNM 

layihəsinin  dəyərini  göstərməklə  qlobal 

yükdaşımalar sistemində mültimodal nəq-

liyyat sisteminin üstünlüyünü bir daha sü-

but edib.

Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Konsorsiumunun  nümayəndələri  “Yeni 

İpək  yolu:  Avropa  ilə  Çini  birləşdirən 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşru-

tu”  adlı  biznes  sessiya  keçiriblər.  Biznes 

sessiyada Transxəzər Beynəlxalq Nəqliy-

yat  konsorsiumunun  müşahidə  şurasının 

sədri, “Azərbaycan Dəmir Yolları” QSC-

nin sədr müavini İqbal Hüseynov, konsor-

siuma daxil olan Azərbaycan, Qazaxıstan 

və Gürcüstan şirkətlərinin nümayəndələri, 

Almaniyanın “DB Cargo” və DHL, İsveç-

rənin  ASSTRA,  Bolqarıstan,  Rumıniya 

və  Polşa  yükdaşıyıcıların  nümayəndələ-

ri  çıxiş  ediblər.  Biznes  sessiya  zamanı, 

Transxəzər  Beynəlxalq  Nəqliyyat  Marş-

rutu haqda, onun imkanları, həyata keçi-

rilən infrastruktur layihələr, yükgöndərən 

və  yükdaşımalarla  məşğul  olanlar  üçün 

yaradılan  şərait  və  perspektivlər  haqda 

ətraflı məlumatlar çatdırılıb. “DB Cargo”, 

DHL və ASSTRA şirkətlərinin nümayən-

dələri  tədbir  iştirakçıları  ilə  Transxəzər 

Beynəlxalq  Nəqliyyat  Marşrutu  ilə  yük-

daşımalar həyata keçirmələri haqda təcrü-

bələrini bölüşüblər.

Keçirilən 

tədbirlər 

əsnasında, 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşru-

tunun təqdim etdiyi yeni logistika məhsu-

luna, yükdaşımalar bazarında böyük ma-

rağın olduğu dəfələrlə qeyd edilib.

Rotterdamda  təşkil  olunan  tədbirin 

təşkilatçısı Azərbaycanın “ADY Express” 

şirkətidir.  Bundan  əvvəl  isə  il  ərzində 

bu  cür  tədbirlər  Çinin  Şanxay  şəhərin-

də  “Transport  Logistics  China  2016”  və 

Ukraynanın  paytaxtı  Kiyev  şəhərində  

“TransUkraina 2016” sərgiləri çərçivəsin-

də keçirilmişdir.



“iNteRMoDAl eURoPe 2016” BeYNəlXAlQ 

NəQliYYAt və loGiStikA SəRGiSi keçiRiliB

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 

QSC-nin baş direktoru Taleh Ziyadov Belçika 

Krallığında səfərdə olub və Avropa Komissiyası-

nın Nəqliyyat və Hərəkətlilik üzrə Baş direkto-

ratlığının rəhbəri Henrik Hololei ilə danışıqlar 

aparıb. Görüş zamanı Bakı Limanının fəaliyyəti 

barədə ətraflı məlumat verilib və gələcək əmək-

daşlıq perspektivləri barədə müzakirələr aparı-

lıb.

Həmçinin Avropa Parlamentində “Avropaya Yeni 

Giriş – Bakı Limanı” adlı təqdimat mərasimi keçirilib. 

Tədbir Avropa Parlamentinin üzvləri olan deputatlar 

İvo  Vayql  (Sloveniya)  və  xanım  Gesine  Maysnerin 

(Almaniya) birgə təşkilatçılığı ilə təşkil olunub. Təd-

birdə  müxtəlif Aİ  təsisatlarını  təmsil  edən  100-dən 

çox  rəsmi  nümayəndə  və Avropa  Parlamentinin  bir 

qrup deputatı, Brüsseldə akkreditə olunmuş diploma-

tik nümayəndəliklərin əməkdaşları, eləcə də Belçikada 

fəaliyyət  göstərən  beyin  mərkəzləri,  akademik  dairələr 

və KİV nümayəndələri də iştirak ediblər.

Təqdimat mərasimi Azərbaycanın tarixi və mədəni 

irsini əks etdirən videoçarxla başlayıb.

Daha  sonra  İ.Vayql  açılış  nitqi  ilə  çıxış  edib  və 

Azərbaycanın  ötən  müddət  ərzində  müstəqil  inkişafına 

toxunub, Azərbaycanda nəqliyyat infrastrukturunun ya-

radılması istiqamətində həyata keçirilən islahatlardan və 

bu xüsusda, regionun strateji nəqliyyat qovşağına çev-

rilməsi  prosesinin  sürətlənməsindən  bəhs  edib.  İ.Vayql 

Azərbaycanın Aİ-nin etibarlı enerji tərəfdaşı olması ilə 

yanaşı, strateji nəqliyyat tərəfdaşı kimi də dəyərləndirilə 

biləcəyini bildirib.

Daha sonra çıxış edən Avropa Parlamentinin depu-

tatı Gesine Maysner Azərbaycanda tranzit imkanlarının 

geniş olması ilə bağlı məqamı qeyd edib və Azərbayca-

nın regional nəqliyyat və logistika mərkəzi kimi əhəmiy-

yətini  vurğulayıb.  G.Maysner,  həmçinin  bu  tədbirə  ev 

sahibliyi etməkdən məmnunluğunu ifadə edib.

Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət lima-

nının hazırkı fəaliyyəti və gələcək perspektivləri, onun 

inkişaf  konsepsiyası,  infrastrukturu,  o  cümlədən  liman 

ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) layihəsi-

nin strateji-iqtisadi əhəmiyyətinə dair geniş məlumat ve-

rib. Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri 

üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) ola-

cağına, Avropa və Asiyanı birləşdirən, geniş beynəlxalq 

logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyinə və bu-

nunla tarixi İpək yolunun yenidən canlanmasına öz 

xüsusi töhfəsini verəcəyinə dair fikirlərini bölüşüb.

Baş direktor cari il sentyabrın 7-də tanınmış “DP 

World” şirkəti ilə məsləhətçi qismində müqavilənin 

imzalandığını və Ələtdə yerləşən yeni Bakı Limanı 

və ətrafında ATZ qurulduğunu qeyd edib. O vurğu-

layıb ki, ATZ-də nəqliyyat və logistika infrastruktu-

runun qurulması, neft-kimya və əczaçılıq sahələrinin 

yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qab-

laşdırılması, markalanması və s. kimi işlərin həyata 

keçirilməsi planlaşdırılır. Bununla da ATZ-də minlər-

lə yeni iş yeri açılmış olacaq, bu da öz növbəsində 

ölkəyə böyük həcmdə investisiyaların cəlb olunması-

na şərait yaradılacaq.

Daha sonra, 2018-ci ildə Bakı şəhərinin ev sahib-

liyi  edəcəyi  Beynəlxalq  Limanlar  Assosiasiyasının 

(International  Association  of  Ports  and  Harbors  – 

IAPH) illik konfransına dair məlumat verilib və tədbirdə 

iştirak edən nümayəndələr konfransa dəvət edilib.

Təqdimat mərasiminin sonunda yekun nitqi ilə çıxış 

edən İvo Vayql tədbir iştirakçılarına və Taleh Ziyadova 

öz təşəkkürünü bildirib və Azərbaycanın beynəlxalq sə-

viyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlü-

yünə tam dəstəyini ifadə edən Aİ-nin mövqeyini tədbir 

zamanı bir daha səsləndirilib.

Əlavə olaraq, Taleh Ziyadovun Bakı Limanına dair 

verdiyi geniş və dolğun müsahibəsi Aİ-nin nüfuzlu me-

dia  orqanı  hesab  edilən  "Euroactiv"  xəbər  portalında 

yerləşdirilib. 

https://www.euractiv.com/section/euro-

pe-s-east/interview/ziyadov-baku-will-become-a-du-

bai-like-hub-in-eurasia/



BAkI liMANININ AvRoPA 

PARlAMeNtiNDə təQDiMAtI olUB

Xəzərdə iki iri liman tikiləcək

 

Xəzər nəqliyyat-logistika kompleksinin yaradılması La-



yihəsinin həyata keçirilməsi Mahaçqala (Dağıstan, Rusi-

ya) dəniz ticarət limanının dövriyyəsini 5-6 dəfə artırmağa 

imkan verəcək.

Report xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Ra-

mazan Abdulatipov yerli mətbuata danışıb.

“Bu  gün  Mahaçqala  dəniz  limanının  dövriyyəsi  1,5-2 

mln. ton təşkil edir. Ticarət dövriyyəsini illik 10-12 mln. tona 

qədər artırmaq imkanına malikik. Ona görə, bu limanın yeni-

dən qurulması, habelə yeni dəniz limanının tikintisini qarşıya 

vəzifə kimi qoymuşuq”, - deyə Dağıstanın rəhbəri bildirib.

Onun  sözlərinə  görə,  127  mlrd.  rubl  (3.3  mlrd.  manat) 

dəyərində olan bu layihə (Xəzər Nəqliyyat-Logistika və Də-

niz Sənaye Kompleksi) ölkə başçısı Vladimir Putinə təqdim 

edilib: “Bura gəmiqayırma zavodu, gəmi təmiri zavodu, bio-

dəniz texnologiyaları zavodunun inşası, Xəzərdə kadr mərkə-

zinin yaradılması və hərbçilərin artıq bu istiqamətdə çalışdıq-

ları yeni hərbi-dəniz bazası daxildir”.

R.Abdulatipov, həmçinin əlavə edib ki, ilkin hesablama-

lara görə, Xəzərdə təkcə kilkə ovu sayəsində respublika ildə 

2,5 mlrd. rubl həcmində əlavə gəlir əldə edə bilər.



 “israfil hüseynov” borudüzən 

gəmisi hazırda 32 düymlük qaz ixrac 

xətlərinin inşasını həyata keçirir

Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz Mərhələ 

2” layihəsi uğurla irəliləməyə davam edib. Hazırda layihə 

üzrə işlərin - mühəndis işləri, təchizat və tikinti işləri də 

daxil olmaqla ümumilikdə 83 faizdən çoxu tamamlanıb və 

ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

“BP-Azerbaijan”  şirkətindən  verilən  məlumata  görə, 

ölkədəki  bütün  tikinti-quraşdırma  və  istehsalat  sahələrində 

- həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Termi-

nalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, 

Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca 

irimiqyaslı işlər görülür.

Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd edib – 

“Şahdəniz Mərhələ 2” üçün tikilən iki platformadan birinin 

dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraş-

dırılmaq üçün yola salınıb. Hasilat və Dikborular (HDB) plat-

formasının  dayaq  blokunun  daşınması,  suya  endirilməsi  və 

yerləşdirilməsi işləri artıq təhlükəsiz şəkildə başa çatdırılıb, 

payaların üzərinə quraşdırılması işləri isə davam edir.

“İsrafil Hüseynov” borudüzən gəmisi “Şahdəniz”in şimal 

və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının in-

şasını başa çatdırıb və hazırda qalan 32 düymlük qaz ixrac 

xətlərinin inşasını həyata keçirir. Bu işlər 2017-ci ilin birinci 

rübünədək davam edəcək.

“Xankəndi”  sualtı  tikinti  gəmisinin  istismara  verilməsi 

üçün hazırlıq işləri yaxşı irəliləyir. Sentyabr ayında gəminin 

əsas mühərrikləri işə salınıb. Bu yeni gəmi tam hazır olduqda 

“Şahdəniz-2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini 

icra edəcək.

Bu ilin üçüncü rübündə Azərbaycanda 24 mindən çox in-

san bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, 

onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşıdır.

“clean energy” lNG 

tankerini icarə götürüb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Yuna-

nıstanın “Pegasus Shipholding”in mülkiyyətində olan və 

“DYNAGAS” tərəfindən işlədilən 150 min kubmetr daşıma 

tutumuna malik M/T “Clean Energy” adlı mayeləşdiril-

miş təbii qaz (liquefied natural gas-LNG) tankerini icarə 

götürüb.

  “Gazprom”  “Clean  Energy”ni  gündəlik  40  min  dollar 

olmaqla 93 aylığa kirayələyib. 7 il 9 aylıq icarə müddətində 

“Gazprom” tanker üçün 115 milyon dollar ödəyəcək.

2007-ci ildə Koreya Respublikasının “Hyundai” tərsanə-

sində inşa edilən “Clean Energy”nin uzunluğu 288 metr, eni 

isə 44 metrdir.



Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə