R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

Azərbaycanda ilk 

gəmi inşaatı

Vano Strua adına gəmi inşaatı za-

vodunun işçiləri müharibə günlərində 

yüksək əmək nümunələri göstərmişlər. 

1944-cü  ilin  əvvəlində  zavod  işçilə-

rinin  qarşısında,  yedək  gəmisi  inşaat 

etmək kimi mürəkkəb və məsul vəzifə 

qoyulmuşdu.  Bunun  üçün  qısa  müd-

dətdə gəmiləri layihələndirmək, texno-

loji işləyib hazırlamaq, hamar döşəmə-

li böyük bina tikmək, zavod sexlərinin 

çoxunu  abadlaşdırmaq tələb olunurdu.

Layihə  hazırlamaq  vəzifəsini  ye-

rinə  yetirməkdə,  Xalq  Dəniz  Donan-

ması  Komissarlığının  dəniz  gəmi  la-

yihəsi işçiləri, texniki elmlər namizədi 

Osolovski başda olmaqla özlərini doğ-

rultdular.

Həmin  layihəni  həyata  keçirmək 

işində gəmi mühəndisi Starçik və mü-

həndis  mexanik  Vilyak  yoldaşların 

fədakarlığını xüsusi qeyd etmək lazım-

dır.

Yedək tikməyin əsasında bölmələr 



üsulu qoyulmuşdu. Bütün gəmi 52 böl-

məyə ayrılmışdı ki, bu da xüsusi yığma 

meydançasında  hazırlanmış  və  avto-

mobil  mancanaqları  vasitəsilə  stapela 

gətirilmişdi.

Qaynaq işlərinin təşkilini və qay-

naqcıların öyrədilməsini qaynaq sexi-

nin naçalniki Falko yoldaş təmin etdi. 

Gəmi  mühəndisi  Aksenenko  yoldaş 

yaxşı  işi  ilə  özünü  göstərdi.  Bu  işdə 

təcrübənin  az  olmasına  baxmayaraq, 

zavodun  inşaat  qrupu  (naçalnik  Xu-

dabaşev, mühəndis Balasanov yoldaş-

lardır) stapellərin inşaatını təmin etdi. 

Onlar hidrotexniki işləri öz qüvvələri 

ilə görərək, zavod sahəsini də asfaltlaş-

dırdılar. İnşaat qrupu işçilərinin gərgin 

əməkləri  nəticəsində  tərsanədə  möh-

kəm taxta yollar quruldu.

Qazançılar sexinin (naçalnik Ley-

benzon, partiya təşkilatçısı Rexiaşvili, 

sex  komitəsi  sədri  Batiyenko  yoldaş-

lardır)  fəhlələri  böyük  işlər  görmüş-

lər.  Zavodun  köhnə  kadr  fəhlələrin-

dən Medvedov, Qorşkov, Javoronkov,  

Kryuçkov, Uyutov, Rakov, Bondoren-

ko və başqaları mürəkkəb qazan işləri-

ni müvəffəqiyyətlə görüb qurtarmışlar.

Zavod  fəhlələrinin  vəzifəsi  –  no-

yabrda  istismara  veriləcək  yedək  gə-

milərinin mexanizmlərini də vaxtında 

qurtarmaqdan ibarət olmalıdır.



S. Soyfer,

Vano Strua adına gəmi

 inşaatı zavodunun direktoru

“Qaspi bolşeviki” qəzeti, №31 (2031),

18 aprel 1945-ci il

ilk gəmi suya buraxıldı

Aprelin  18-də  Xəzər  dənizçilərinin 

həyatında  böyük  bayram  idi,  Sovet Azər-

baycanında ilk dəfə gəmi inşaatına başla-

maq Vano Strua adına zavodun gəmi təmir 

edənləri və mühəndis-texniki işçilərinə nə-

sib oldu. Zavodda dayanan bütün gəmilər 

dəniz  bayraqları  ilə  bəzənmişdi.  Xəzər 

hərbi donanması döyüşçülərinin nəfəsli or-

kestrinin gurultulu səsi açıq dənizə yayılır. 

Zavod bayram şənliyi keçirir.

Bakı vaxtı ilə saat 18-də baş gəmi in-

şaatı  mühəndisi  Volostnov  yoldaş  gəmini 

suya buraxmaq üçün hazır olduğunu xəbər 

verir. Orkestr təntənəli sovet marşları çalır, 

gəmi bir anda suya buraxılır.

Xəzər  hövzəsinin  adlı-sanlı  adamları, 

gəmiçilik  naçalnikləri,  partiya-təsərrüfat 

rəhbərləri, gəmi mühəndisləri, gəmi təmir 

edən  zavodların  direktorları,  staxanovçu-

ları,  Qızıl  Ordu  və  Hərbi  Dəniz  Donan-

ması hissələrinin nümayəndələri tribunada 

göründülər.  İlk  yedək  gəmisinin  suya  bu-

raxılması  münasibətilə  çağırılan  mitinqi 

zavodun partiya təşkilatı katibi Hüseynov 

yoldaş açdı. Sonra zavodun direktoru Soy-

fer yoldaşa söz verilir. Soyfer yoldaşın qısa 

nitqindən  sonra  Xəzər  neft  və  quru  yük 

daşıma gəmiçilklərinin naçalniki Rəhimov 

yoldaş,  Xəzər hövzəsi həmkarlar komitəsi-

nin sədri Əskərov yoldaş və başqaları çıxış 

edərək təmirçiləri təbrik etmişlər.

Həmçinin  zavodun  staxanovçuların-

dan  qazançı  Qədimov,  zavod  həmkarlar 

komitəsinin  sədri  Melik  yoldaşlar  çıxış 

edərək  gələcəkdə  daha  yaxşı  işləyəcəklə-

rinə söz vermişlər.

Yığıncaq nəfəsli orkestorun çaldığı So-

vet İttifaqının Dövlət Himni altında qurta-

rır. Yenicə dənizə buraxılmış yedək gəmisi-

nin bayrağı qaldırılır.

“Qaspi bolşeviki” qəzeti, № 32 (2032),

20 aprel 1945-ci il

i. v. Stalin yoldaşın 

xalqa müraciəti

Yoldaşlar! Vətəndaşlar!

Almaniya  üzərində  böyük  Qələbə 

günü  gəlib  çatdı.  Qızıl  Ordu  və  müttə-

fiqlərimizin qoşunları tərəfindən diz çök-

dürülən  faşist  Almaniyası  məğlubiyyətə 

uğradığını etiraf etdi və danışıqsız təslim 

olduğunu bildirdi.

Mayın  7-də  Reyms  şəhərində  təslim 

haqqında  ilk  protokol  imzalandı.  Mayın 

8-də  Almaniya  baş  komandanlığının  nü-

mayəndələri müttəfiq qoşunlarının Ali Ko-

mandanlığı və sovet qoşunlarının Ali Baş 

Komandanlığı  nümayəndələrinin  yanında 

qəti təslim aktını imzaladılar. Bu akt ma-

yın 8-də saat 24-dən etibarən həyata keç-

məyə başlandı.

Müqavilə və sazişləri sadə kağız par-

çası hesab edən alman başçılarının canavar 

təbiətini  bildiyimizə  görə  onların  sözünə 

inanmağa haqqımız yoxdur. Lakin bugün 

səhərdən etibarən alman qoşunları təslim 

aktını yerinə yetirərək kütləvi surətdə si-

lahlarını yerə qoyub qoşunlarımıza təslim 

olmağa başlamışlar. Bu isə artıq sadə kağız 

parçası deyildir. Bu, Almaniya silahlı qüv-

vələrinin həqiqətən təslim olması demək-

dir.  Doğrudur,  Çexoslovakiya  rayonunda 

almanların bir qoşun  dəstəsi hələ də təslim 

olmaqdan  boyun  qaçırır.  Lakin  ümüdva-

ram ki, Qızıl Ordu həmin qoşun dəstəsinin 

ağlını başına gətirə biləcəkdir.

İndi biz tam haqlı olaraq deyə bilərik 

ki, Almaniyanın tamamilə tarmar edilmə-

sinin tarixi günü, alman imperializmi üzə-

rində  xalqımızın  möhtəşəm  qələbə  günü 

gəlib çatmışdır.

Vətənimizin  azadlıq  və  istiqlaliyyəti 

naminə verilən böyük qurbanlar, mühari-

bənin  gedişində  xalqımızın  çəkdiyi  say-

sız-hesabsız sıxıntı və iztirablar, arxada və 

cəbhədə vətənimiz yolunda sərf edilən gər-

gin əmək əbəs olmadı və düşmən üzərində 

tam qələbə ilə nəticələndi. Slavyan xalq-

larının öz varlığı və istiqlaliyyəti uğrunda 

əsrlərdən  bəri  apardığı  mübarizə  alman 

işğalçıları və alman zülmkarlığı üzərində 

qələbə ilə qurtardı.

Bugündən belə Avropa üzərində xalq-

lar  azadlığının  və  xalqlar  arasındakı  sül-

hün böyük bayrağı dalğalanacaqdır.

Üç il bundan əvvəl Hitler bütün dünya 

qarşısında    bildirmişdi  ki,  onun  məqsədi 

Sovet  İttifaqını  parçalamaq  və  Qafqazı, 

Ukraynanı, Belorusiyanı, Baltik ölkələrini 

və başqa vilayətləri ondan ayırmaqdır. O, 

açıqdan-açığa demisdi: “Biz, Rusiyanı elə 

məhv edəcəyik ki, bir daha baş qaldıra bil-

məsin”. Bu sözlər üç il bundan əvvəl deyil-

mişdi.  Hitlerin  sərsəm  fikirlərinə  həqiqət 

olmaq qismət olmadı, müharibənin gedişi 

bu  fikirləri  alt-üst  etdi.  Həqiqətdə  hitler-

çilərin sayıqladıqları şeyin bir növ tama-

milə  əksi  baş  verdi.  Almaniya  tamamilə 

darmadağın  edilmişdir.  Alman  qoşunları 

təslim olurlar. Sovet İttifaqı qələbəni bay-

ram edir; lakin o, Almaniyanı nə parçala-

maq, nə də məhv etmək fikrindədir.

Yoldaşlar!  Böyük  Vətən  müharibəsi 

tam qələbəmizlə qurtardı. Avropadakı mü-

haribə dövrü sona çatdı. Dinc inkişaf döv-

rü başlandı.

Mənim əziz vətəndaşlarım, sizi qələbə 

münasibətilə təbrik edirəm!

Vətənimizin  istiqlaliyyətini  qoruyan 

və  düşmən  üzərində  qələbə  çalan  qəhrə-

man Qızıl Ordumuza eşq olsun!

Böyük xalqımıza, qalib xalqımıza eşq 

olsun!


Düşmənə  qarşı  vuruşmalarda  həlak 

olan, canını xalqımızın azadlıq və səadəti 

uğrunda fəda edən qəhrəmanların xatirəsi 

əbədi yaşayacaqdır!



“Qaspi bolşeviki” qəzeti, № 37 (2037),

11may 1945-ci il

Yaşı çox olanların döyüşən 

ordunun şəxsi heyyətindən 

buraxılması haqqında 

Q A N U N

Faşist Almaniyasına  qarşı  böyük  vətən 

müharibəsinin  qələbə  ilə  başa  çatdırılması 

ilə əlaqədar olaraq Sovet Sosialist Respubli-

kaları İttifaqının Ali Soveti yaşı çox olanları 

Döyüşən Ordunun şəxsi heyyətindən burax-

mağı lazım hesab edir.

Sovet Sosialist Respublikaları İttifaqının 

Ali Soveti buna uyğun olaraq qərara alır:

1. Yaşı çox olanlardan, birinci növbədə 

on üç müxtəlif yaşlı hərbi qulluqçuların Dö-

yüşən  Ordunun  şəxsi  heyyətindən  buraxıl-

ması haqqında SSR İttifaqı Xalq Komissar-

ları Sovetinin təklifi təsdiq edilsin.

2.  Həmin  qanunun  birinci  bəndində 

göstərilən on üç müxtəlif yaşlı hərbi qulluq-

çuların Döyüşən Ordunun şəxsi heyyətindən 

buraxılması işi 1945-ci ilin ikinci yarısında 

qurtarsın.

3. Tərxis edilənlər yaşayış yerinə çatana-

dək – dövlət hesabına daşınsınlar.

4. Əsgərlikdən buraxılanların hamısı ya-

şayış yerinə çatanadək yolda dövlət hesabına 

yeməklə təmin edilsinlər.

5. Əsgərlikdən buraxılanların hamısı bir 

dəst paltar və ayaqqabı ilə təchiz edilsinlər.

6.  Əsgərlikdən  buraxılanların  hamısına 

böyük  vətən  müharibəsi  zamanı  ordu  sıra-

larında xidmət etdikləri hər il üçün aşağıda 

göstərilən miqdarda birdəfəlik pul mükafatı 

verilsin:

a)  bütün qoşun növləri və xidmətlərin-

də qulluq edən və ümumi qoşun maaş dərə-

cələri üzrə pul alan döyüşçülərə - xidmət et-

dikləri hər il üçün bir illik maaş;

b)  xüsusi  hissələrdə  və  bölmələrdə 

qulluq edən, yüksək maaş alan döyüşçülərə - 

xidmət etdikləri hər il üçün yarım illik maaş;

v) bütün qoşun növlərindən olan serjant-

lara – xidmət etdikləri hər il üçün çoxu 900 

manat və azı 300 manat olmaqla vəzifə dərə-

cələrinə görə yarım illik maaş;

q)  böyük  vətən  müharibəsi  dövründə 

aşağıda  göstərilən  müddətdə  qulluq  etmiş 

zabitlərə:

bir il üçün – iki aylıq maaşları,

iki il üçün – üç aylıq maaşları,

üç il üçün – dörd aylıq maaş-

ları,

dörd il üçün – beş aylıq maaş-



ları.

7. Müttəfiq və muxtar respub-

likaların xalq komissarları sovet-

lərinə, ölkə və vilayət zəhmətkeş 

deputatları  Sovetlərinin  icraiyyə 

komitələrinə, şəhər rayonlarında-

kı müəssisə, idarə və təşkilat rəh-

bərlərinə bir vəzifə olaraq tapşırıl-

sın  ki,  əsgərlikdən  buraxılanlara 

gəlib  yaşayış  yerlərinə  çatdıqları 

gündən çoxu bir ay keçənədək iş 

versinlər.  Onlara  iş  verirkən  Qı-

zıl  Ordu  sıralarında  qazandıqları 

təcrübə və ixtisas nəzərə alınsın, 

ordu  sıralarına  getməzdən  əvvəl 

gördükləri  işdən  aşağı  olmayan 

iş  verilsin,  habelə  əsgərlikdən 

buraxılanlar mənzil və yanacaqla 

təmin edilsinlər.

8. Rayon və kənd yerlərində-

ki  zəhmətkeş  deputatları  Sovet-

lərinin  icraiyyə  komitələrinə  və 

kolxozların idarə heyyətlərinə bir 

vəzifə olaraq tapşırılsın ki, ordu-

dan  buraxılıb  öz  kəndinə  qayı-

dan kəndlilərə işə düzəlməkdə və 

təsərrüfat qurmaqda hər cəhətdən 

kömək etsinlər.

9.  Alman  işğalından  zərər  çəkən  ra-

yonlarda müttəfiq və muxtar respublikaların 

xalq komissarları sovetlərinə, ölkə və vilayət 

zəhmətkeş  deputatları  Sovetlərinin  icraiy-

yə komitələrinə bir vəzifə olaraq tapşırılsın 

ki, ev tikməyə və mənzillərini təmir etməyə 

ehtiyacı olan Qızıl Ordudan buraxılan adam-

lara taxta-şalban tədarük etmək üçün pulsuz 

olaraq meşədə yer ayırsınlar.

10.  Kommunal  və  mənzil  tikintisinə 

pul buraxan Ümumittifaq banginə (Mərkəzi 

kommunal banginə) bir vəzifə olaraq tapşı-

rılsın ki, alman işğalından zərər çəkən rayon-

larda əsgərlikdən buraxılmış şəxslərdən eh-

tiyacı olanlara yeni ev tikdirmək və evlərini 

təmir etmək üçün 5 ildən 10 ilədək müddətdə 

ödəmək şərtilə 5 mindən 10 min manata qə-

dər borc pul buraxsın.



SSRİ Ali Soveti Rəyasət Heyyətinin

 sədri M. Kalinin,

SSRİ Ali Soveti Rəyasət Heyyətinin

 katibi A. Qorkin.

Moskva, Kreml. 23 iyun 1945-ci il.

“Qaspi bolşeviki” qəzeti, № 49 (2049),

27 iyun 1945-ci il

Dənizçi qardaşlar

Müsahibim  qarayanız,  dənizçiyə  məx-

sus sağlam vicudlu bir gəncdir. Biz onunla 

“Sentrosoyuz”  gəmisinin  bortunda  görüş-

dük. O, açıq mavi dənizi diqqətlə nəzərdən 

keçirərək, dənizçi qardaşlarını xatırlayır, on-

lar haqqında iftixar hissi ilə danışır.

Həsən Paşa, Nazim, Azad, Azin Məm-

mədbəyli qardaşları dəniz aşiqləridir. Onlar 

Bakının dəniz ətrafı kəndlərindən olan Şa-

ğan kəndindəndirlər. Babaları Nəsrulla kişi 

də vaxtı ilə məşhur balıqçı olmuşdur.

Köhnə dənizçi ailəsində yeni nəslin ilk 

dənizçisi böyük qardaş Həsən Paşa 1923-cü 

ildə anadan olmuşdur. O, Bakı dəniz mək-

təbini əla qiymətlə qurtararaq, neft daşıma 

gəmiçiliyinin “Katanoviç”, “Ağamalı oğlu” 

və başqa gəmilərində kapitan köməkçisi və-

zifələrində  işləmişdir.  Komsomolçu  Həsən 

Paşa 1941-ci ildə könüllü olaraq vətən mü-

haribəsi  cəbhələrinə  getmiş  və  Qara  dəniz 

donanmasında olduğu zaman Sevostopolun 

müdafiəsində iştirak etmişdir.

Müsahibim Məmmədbəyli Nazim təvə-

zökar olduğu üçün özü haqqında danışmağı 

heç də sevmir. Ancaq mən onun həyatı ilə 

daha çox maraqlanıram. Nazim 1925-ci ildə 

anadan olmuşdur.

Gənc Nazim 1941-ci ildə qardaşı Həsən 

Paşanı  Qızıl  Ordu  sıralarına  yola  salarkən 

Bakı  dəniz  məktəbinə  daxil  olmağı  qərara 

aldı.


Nazim məktəbə daxil olduğu ilk gündən 

yaxşı oxumağı və yüksək intizamı ilə bütün 

müəllimlərin  hörmətini  qazanmışdır.  Gəmi 

sürmək  işindən  dərs  deyən Yusif  Rəcəbov 

onun haqqında həmişə deyərdi: “Nazim də-

nizi sevir. Ondan uzaq məsafələrə üzən gəmi 

şturmanı olacaqdır”.

Nazim 1945-ci ildə Bakı dəniz məktəbi-

ni əla qiymətlə bitirdi. Onu sərbəst işləmək 

üçün  “Sentrosoyuz”  gəmisinə  kapitanın 

üçüncü köməkçisi təyin etdilər. O, gəmidə, 

yaxşı işilə az vaxt içərisində özünü göstərdi. 

Burada  ictimai  işlərdə  fəal  iştirak  etdiyinə 

görə gəminin komsomolçuları onu komso-

mol təşkilatının katibi seçdilər. O, həmçinin 

gəmidə çıxan “Kursant” divar qəzetinin bu-

raxılması işinə də rəhbərlik edir.

Ortancıl  qardaş  Azad  Məmmədbəyli 

1927-ci ildə anadan olmuşdur. O, tam olma-

yan orta məktəbi bitirərək, qardaşının həvə-

sinə həmin məktəbin gəmi sürmə şöbəsinə 

daxil oldu. Azad da 1944-cü ildən Lenin – 

Stalin  komsomolunun  üzvüdür.  Hazırda  o, 

əla qiymətlə ikinci kursa keçmişdir.

Bu  dənizçi  ailəsində  kiçik  qardaş Azi-

nin  dənizçilik  işində  seçdiyi  sənət  o  biri 

qardaşlarından  xüsusilə  fərqlənir.  Azin  də 

komsomolçudur.  O,  gəmi  mexaniki  olmaq 

arzusundadır. Ona görə də Azin Bakı matros 

şagirdləri məktəbinin maşın şöbəsinə daxil 

olmuşdur. Hazırda məktəbin üçüncü kursun-

da oxuyur. Azin ixtisaslı gəmi mexaniki ol-

maq üçün dərslərinə səy ilə fikir verir.

Əhməd Rəhimov,

“Qaspi bolşeviki” qəzeti, 81 (2081),

12 oktyabr 1945-ci il

Donanmamıza gənc dənizçi 

kadrlar hazırlayaq

Qüdrətli  hərbi  və  yük  daşıma  donan-

mamıza  ixtisaslı  dənizçilər  hazırlamaq 

işində dənizçilik məktəbləri böyük rol oy-

namışdır.  Keçən  ilin  mart  ayında  Dövlət 

Müdafiə  Komitəsinin  qərarı  ilə  Xalq  Də-

niz  Donanması  Komissarlığı    sistemində 

qapalı surətdə dənizçilik məktəbləri təşkil 

olundu.  Bakı dəniz texnikumu da həmin il 

dənizçilik məktəbi ilə əvəz olundu.

Beləliklə,  keçən  ilin  payızından  mək-

təbin  siması  tamamilə  dəyişdi.  Bütün 

otaqlar,  siniflər  qaydaya  salındı,  geniş  və 

işıqlı yatacaq otaqları düzəldildi. Kursant-

ların dərsi müvəffəqiyyətlə mənimsəmələri 

üçün onlara əyani vasitələrdən və kabinet 

təcrübələrdən geniş istifadə etmək imkanı 

yaradıldı.  Bu  işdə  radio-texniki  mütəxəs-

sisi müəllim Tağıyevin işini xüsusilə qeyd 

etmək  lazımdır.  İxtisaslı  müəllimlərdən 

Tağıyev  və  Koroleviç  yoldaşların  yaxşı 

işləmələri nəticəsində az vaxtda bütün la-

zımi cihazlarla, alətlərlə, aparatlarla təchiz 

olunmuş nümunəvi kabinetlər təşkil olun-

muşdur.

1944-45 illərin dərs illəri müvəffəqiy-



yətlə  başa  çatdırıldı.  Bu  ilki  dərs  ilinə 

nümunəvi  hazırlaşmaq  üçün  məktəb  ko-

mandanlığının  qarşısında  yeni  vəzifələr 

dururdu.  Məktəbdə  yeni  laboratoriyalar, 

kabinetlər təşkil edilməli, məktəbin binası 

avadanlaşdırılmalı və əsaslı təmir edilmə-

li idi. Hazırda təmir işləri müvəffəqiyyətlə 

qurtarmışdır.  Bu  işdə  Xəzər  neft  və  quru 

yük  daşıma  donanmalarının  naçalniki  M. 

C.  Rəhimov  yoldaş  məktəbimizə  böyük 

kömək  etmişdir.  Yeni  dərs  ilinə  müvəf-

fəqiyyətlə  başlamaq  üçün  bütün  kursant-

lar, müəllimlər və məktəbin başqa işçiləri 

üçün lazımi şərait yaradılmışdır. Partiya və 

hökumətimiz bizə gələcək ixtisaslı dənizçi 

mütəxəssisləri  hazırlamaq  kimi  şərəfli  iş 

tapşırmışdır.  Sovet  dənizçisi  dünyada  ən 

savadlı, mədəni, öz işini mükəmməl bilən 

dənizçi olmalıdır.

Məktəbimizin ən yaxşı müəllim və iş-

çilərindən  Makarov,  Kudelkin,  Tağıyev, 

Popov,  Qoldşdeyn,  Hacıyev,  Rəcəbov, 

Mustafayev, Zayseva və başqaları xüsusilə 

yaxşı  işləyərək,  ixtisaslı  dənizçi  kadrları 

hazırlamaq işində bütün bilik və bacarıqla-

rını sərf edirlər.

Bu  il  şturman,  çilingər  sexi,  kimya, 

fizika,  mexanik,  tornaçı,  radio-laborato-

riya,  radio-rubka,  radio  verilişi  üçün  yeni 

kabinetlər  düzəldilmiş  və  sahmana  salın-

mışdır.  Bütün  siniflər  və  yaşayış  otaqları 

rənglənmişdir. Məktəbin geniş otaqları So-

vet İttifaqı marşalları, admiralları və Vətən 

müharibəsi  qəhrəmanlarının  şəkilləri  ilə 

bəzənmişdir.

Məktəbimizin  komandanlığı  1945-46-

cı tədris ilini də müvəffəqiyyətlə başa çat-

dırmaq üçün bütün qüvvəsini səfərbərliyə 

alacaqdır.

Mayor A. İ. Mustafayev, 

Bakı dəniz məktəbinin

naçalniki,

 “Qaspi bolşeviki” qəzeti, № 86 (2086),

31 oktyabr 1945-ci il

“DəNiZ”

O illərdə “Dəniz” nədən yazırdı

(Nöqtəsinə, 

vergülünə dəymədən)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



25 noyabr 2016-cы il   № 77-80 (9083)

6


Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə