Mövzu: 12. Layihənin idarə edilməsində monitorinq və qiymətləndirmə. Plan



Yüklə 22,79 Kb.
səhifə1/3
tarix23.06.2023
ölçüsü22,79 Kb.
#118615
  1   2   3
Mövzu12.Layihənin idarə edilməsində monitorinq və qiymətləndirmə.New Microsoft Word Document (3)


Mövzu:12.Layihənin idarə edilməsində monitorinq və qiymətləndirmə.
Plan:

1. İdarəçiliyin monitorinqi. Məsləhətçilər və mentorlar.


2. Monitorinqin keçirilməsi planı.
3. Qiymətləndirmə nəyə görə lazımdır?
4. Qiymətləndirmənin növləri.
5. Qiymətləndirmədən sonrakı mərhələ.
6. Layihənin qiymətləndirilməsi üçün yaranan suallar.


Ədəbiyyat:

  1. İqbal Babayev Layihələrin idarə edilməsi. Bakı – 2022



1. İdarəçiliyin monitorinqi. Məsləhətçilər və mentorlar.
- Təşkilatlarda layihələrin idarə olunması metodologiyasının tətbiqi layihələrin mahiyyət və məqsədinin tez-tez dəyişməsi ilə bağlıdır. Layihə idarəçiliyinin müvafiq metodlar əsasında həyata keçirilməsi üçün ana təşkilat tərəfindən mütləq dəstək olmalıdır.
Bir çox təşkilatlarda problemlərin əsas yaranma səbəbi idarəçilik prinsipinin pozulması və ya düzgün məlumatın olmaması, yaxud bundan xəbərsizlikdir. Layihə ofisini təmsil edən layihə idarəçiliyi üzrə məsləhətçilər və mentorlar menecerlərə layihə idarəçiliyi və həmin idarəçilik üsulu ilə bağlı irəli sürülən tələbləri öyrətməli və xüsusi təlimlər keçməlidirlər. Məsələn, layihələrin uğurla həyata keçirilməsi üçün mövcud tələblərə cavab verən mühasibat sisteminin qurulması tələb olunur. Bu halda layihə idarəçiliyi mentorları menecerlərə tələb olunan mühasibat sistemini və onun tətbiq edilməsi metodikasını öyradə bilər.
Məsləhətçilərin va mentorların xüsusiyyətləri.
Layihə ofisini layihə idarəçiliyi üzrə məsləhətçilər və mentorlarla təmin etmək məqsədilə iki əsas vəzifə nəzərdə tutulmalıdır:
- Standart məsləhətçilər - layihənin idarə edilməsi üzrə ən azı beşillik təcrübəsi olmalı və qrafiklərin qurulması, büdcənin tərtib edilməsi və resursların paylanması bacarığına malik olmalıdırlar;
Baş məsləhətçilər - standart məsləhətçilər üçün şamil edilən talablardən başqa, mühüm əhəmiyyət kəsb edən, layihələrin icrası üzrə 10-15 illik təcrübəyə malik olmalıdırlar.
Layihə idarəçiliyi üzrə məsləhətçilərin və mentorların səmərəli göstərməsi üçün onların ən yüksək layihə idarəçiliyi üzrə ixtisas səviyyə malik olması zəruridir. İlk növbədə, onlar etibarlı kadrlar, peşəsinə və ictimai mövqeyinə hörmətlə yanaşan şəxslər olmalıdırlar. Nəzərə almaq lazımdır idarəetmə sahəsində bilik və təcrübələrinin yüksək səviyyədə olması onlar nüfuzunu qaldıran ilk şərtlərdən biridir. Əgər təşkilat layihələrin həyata keçirilməsi məqsədilə layihə komandasına layihə idarəçiliyi üzrə yüksək səviyyəli mütəxəssislər cəlb etməzsə, onda hər hansı bir dövrdən sonra uğursuzluğa düçar olacaq və ya müflisləşəcəkdir.



Yüklə 22,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə