AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
Dünyada Dəzgahqayırma sənayesi haqqında arayış
ARAYIŞ
Hazırladı:
Sənaye şöbəsinin Sənaye layihələri sektorunun
aparıcı məsləhətçisi Orxan Ağaməhəmmədzadə
BAKI – 2015
2
MÜNDƏRİCAT
Ümumi müddəalar ...................................................................................................... 1
Dünya dəzgahqayırma sənayesində mövcud vəziyyət ............................................... 2
Ədəbiyyat.................................................................................................................... 3
3
I.
Ümumi müddəalar
Dəzgah nədir?
Dəzgah verilmiş hər hansı bir pəstahı alətlə emal etmək qabiliyyətinə malik
olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal
etmək və ya birləşdirmək üçün tətbiq edilir. Hissəyə forma verilməsi üçün dəzgah
alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə
malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkətlə, boş gedişdəki
hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə
ötürmə ilə xarakterizə olunur.
Mexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı yonaraq emal
etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında
deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların hərəkətli hissələrini bir-biri
ilə stabil birləşdirmək üçün çuqundan və ya polimerbetondan hazırlanmış ağır
gövdədən istifadə edilir. Bu gövdənin üzərində bərkidilmiş yönəldicilər hərəkətli
hissələrin yüksək dəqiqliklə və sürətlə hərəkətinə imkan verir. Elektrik mühərrikindən
verilən fırlanma və ya xətti hərəkəti işçi hissələrə ötürmək üçün ötürmə sistemindən
istifadə edilir. Müasir dəzgahlarda ötürmə sistemində xətti mühərriklərdən geniş
istifadə olunur. Hal-hazırda ötürmə sistemi ümumi şəkildə CNC idarəetmə sistemi ilə
idarə olunur. Bu idarəetmə sistemləri dəzgahların kompyuterdən idarə edilməsini
mümkün edir. Dəzgahların növündən asılı olaraq onlar müxtəlif konstruksiyalara
malik olurlar.
XX əsrin sonuna qədər dəzgahlar klassik konstruksiyaya malik olmuşlar. Yəni
dəzgahın gövdəsi üzərində hissələr ardıcıl olaraq yığılmışlar. Son zamanlar isə
parallel kinematikaya (Heksapod) malik yeni tipli dəzgahların tətbiqi vüsət
4
almaqdadır. Bu dəzgahın əvvəlkilərdən fərqi ondadır ki, emal zamanı ümumi hərəkət
dəzgahın bütün hissələrinin paralel olaraq işdə iştirakı nəticəsində əldə edilir.
Dəzgahların təsnifatı
Dəzgahların aşağıdakı növləri vardır:
Torna dəzgahı;
Frezləmə dəzgahı;
Burğulama dəzgahı;
Üstyonuş dəzgahı;
İçyonuş dəzgahı;
İskənələmə dəzgahı;
Pardaqlama dəzgahı;
Honalama dəzgahı;
Cilalama dəzgahı;
Elektroerrozion dəzgahı;
Lazer dəzgahı.
Avtomatlaşdırma dərəcəsinə görə dəzgahlar aşağıdakı qruplara bölünürlər:
Adi dəzgahlar, burada baş və veriş hərkətlər mühərrik və ötürmənin köməyi ilə əllə
yerinə yetirilir.
Avtomat dəzgahlar, veriş hərəkəti xüsusi sərt proqramdaşıyıcılarının köməyi ilə
avtomatik aparılır.
CNC dəzgahlar, emal prosesi kompyüterdən idarə proqramının köməyi ilə avtomatik
aparılır. Alətin avtomatik dəyişdirilməsi mümkündür.
Emal mərkəzi, bir neçə emal növünün inteqrasiyasına, prosesə nəzarətin və pəstahın
dəyişdirilməsinin avtomatik aparılmasına imkan verir.
5
Çevik istehsal sistemləri avtomatlaşdırılmış pəstah axınına qoşulmuş və istehsalın
mərkəzləşdirilmiş planlaşdırma sistemi tərəfindən idarə olunur.
Dəzgahqayırma sənayesi
Ümumi maşınqayırmada- əsas yeri dəzgahqayırma sahəsi tutur. Bu sahə
maşınqayırma sənayesinin ən qabaqcıl sahəsindən biridir.
Ümumi maşınqayırmanın aparıcı sahəsi dəzgahqayırma hesab olunur.
Dəzgahqayırma müasir dünyada elmi-texniki inkişafı müəyyən edir, yüksək ixtisaslı
əmək ehtiyatlarının istifadəsini tələb edir, ona görə də əsasən sənayecə inkişaf etmiş
ölkələrin ərazisində yerləşdirilir. Təsadüfi deyildir ki, dünya dəzgah istehsalının 75%-i
Çin, Almaniya, Yaponiya, Cənubi Koreya, İtaliya və ABŞ-ın payına düşür. 2002-ci
ildə dünya dəzgahqayırma bazarında dövriyyəyə görə liderliyi Almaniya (6,73
mlrd.dol.), Yaponiya (6,37 mlrd.dol.), İtaliya (3,77 mlrd.dol.), Koreya (3,02 mlrd.dol.)
və ABŞ (1,91 mlrd.dol.) paylaşırdılar. Dəzgahqayırma məhsullarının aparıcı
ixracatçıları Almaniya, Yaponiya, İtaliya və İsveçrədir. Bu ölkələrdə istehsal olunan
dəzgahların yarıdan çoxu ixrac olunur.
Dəzgahqayırma sənaye müəssisələrinin istehsal vasitələri ilə təmin olunmasında
həlledici rol oynayır. Dünya bazarında isə Avropa dəzgahqayırma sənayesi lider
mövqe tutmaqdadır və bu yeri qorumaq üçün fasiləsiz olaraq yeni elmi-texniki
nailiyyətlərdən istifadə edərək rəqabətqabiliyyətliliyi saxlamalıdır.
Dəzgahqayırma sənayesi klassik tsiklik inkişaf tempilə - kəskin qalxma və
enmələrlə fərqənir: iqtisadi eniş başlayan kimi dəzgahlara olan tələbat kəskin şəkildə
aşağı düşür. 2002-ci ildə dünya dəzgah istehsalı 14% (36,1 mlrd-dan 31 mlrd.-a) o
cümlədən, ABŞ-da 33%, Yaponiyada 30%, Almaniyada 12% aşağı düşmüşdür.
6
2005-ci ildə metalemaledici avadanlıq istehsalı 51,8 mlrd. dollara çatmışdır ki, bu
da 2004-cü ilə nisbətən (45 mlrd. dollar) 14% çoxdur. Həmin ildə liderlik Yaponiya və
Almaniyaya məxsusdur ki, onların payına dünya istehsalının 45%-i düşür. Üçüncü
yerdə 5 mlrd. dollarlıq istehsalla İtaliyanı qabaqlayan Çin durur.
Beynəlxalq maşınqayırma biznesinin əsasını təşkil edən kooperasiya və
ixtisaslaşma dəzgahqayırma sahəsində xüsusən inkişaf etmişdir. Bu sahə çox geniş
məhsul çeşidi ilə fərqlənir. Dünyada 35 əsas dəzgahqayırma ölkəsinin 100-dən çox
müəssisəsində minlərlə çeşiddə, modeldə dəzgah və dəmirçi-press avadanlıqları
istehsal olunur. Eyni zamanda İEÖ-in əksəriyyəti metal emal edən avadanlıqlara olan
tələbatını idxal hesabına ödəyirlər.
Dəzgahqayırma məhsullarının istehsalının coğrafiyası getdikcə genişlənsə də,
dünyada bu sahənin təmərküzləşmə səviyyəsi çox yüksəkdir. Dünya üzrə cəmi
dəzgahlar istehsalında lider olan üç ölkənin ( Çin, Almaniya və Yaponiya) payı 50%-
dən çoxdur. Dəzgahqayırma məhsulları istehsalında ən iri regionlar arasında Asiya
regionu liderdir (dünya üzrə istehsalın təqribən 60%-i, o cümlədən Çinin payı
təqribən 30%). İkinci yerdə Qərbi Avropa regionudur (30%-dən çox, o cümlədən
Almaniyanın payı 20%-dən çox). Şimali və Cənubi Amerikanın payına sahə
məhsulunun dünya üzrə həcminin təqribən 10%-i düşür. Dəzgah və avadanlıqların
dünya bazarında ilkin yerləri həmişə olduğu kimi Almaniya, ABŞ, Yaponiya, İtaliya,
B.Britaniya, Fransa və digərləri tutur. Lakin hazırda Çin, Koreya Respublikası,
Taypey (Tayvan) və habelə Braziliya artıq onları çox yaxından təqib edirlər.
7
Dəzgahqayırmanın sənayedə rolu
Bütün sənayeləşmiş ölkələrdə emal sənayesinin əsas texnoloji təmin edicisi
olan dəzgahqayırma sektorunun mühüm rolu vardır. İnformasiya texnologiyası
xaricində ən yüksək əlavə dəyəri təmin etdiyi bilinən maşınqayırma sənayesi
daxilində yer alan dəzgahqayırma fərqli bir yerə sahibdir.
İnkişaf etmiş ölkələrin sənayelərinin bir növ onurğasını təşkil edən
dəzgahqayırma, texnologiya istehsalında olan təsiri səbəbi ilə bir çox sektorların
təkmilləşməsinə birbaşa və ya dolayı olaraq təsir etməkdədir.
Dəzgahqayırma sənayesi sektoru, avtomobil, mebel, gəmiqayırma, kənd
təsərrüfatı, müdafiə, qida sənayesi kimi bütün mühüm sahələrdə istehsalat üçün lazım
olan istehsal vasitələrini təmin etməklə bərabər, eyni zamanda tətbiq etdiyi
texnologiyalar sayəsində bu sektorların məhsuldarlığına da önəmli təsir etməkdədir.
Hər hansı bir istehsalat sahəsində yarana biləcək durğunluq, bu sahə üçün dəzgah
emal edən firmaların istehsalında azalmaya səbəb olur. Dünyanın bir çox ölkəsində
yaşanmış qlobal böhranlar sadəcə bir və ya bir neçə sahəyə təsir etməklə
kifayətlənməmiş, demək olar ki, bütün sahələrdə durğunluğa səbəb olmuşdur.
Dəzgahqayırmanın inkişafında texnologiyanın rolu
Emal sənayesi daxilində texnologiyanın mühüm rolu vardır. Texnologiya ilkin
olaraq dəzgahların hazırlanması müddətini və maya dəyərini (məsrəfləri) azaldır,
onların təkmilləşdirilməsini təmin edir. Bu, əsasən modelləşdirmə, simulyasiya,
prototip istehsalı kimi müasir informasiya texnologiyaları ilə bağlıdır.
8
Texnologiyanın dəzgah üzərindəki rolu, xüsusilə qanuni tənzimləmələr, bazar
və istehlakçının dəzgahdan gözləntiləri ilə diqqət mərkəzinə çevrilməkdədir. Bazar və
istehlakçılar məhsuldan ətraf mühitə uyğun, etibarlılığı yüksək, keyfiyyəti yüksək və
maya dəyəri aşağı bir xüsusiyyət qazanmasını gözləməkdədirlər. Yeni məhsul
istehsalında son 10 ildən bəri nano texnologiyalar da istifadə olunur. Bu
texnologiyalar çox kiçik ölçüdə dəzgah istehsalına imkan yaratmaqdadır və çox geniş
tətbiq sahəsi vardır. Dəzgahqayırma sənayesində də gələcək illərdə bu texnologiyalar
tətbiq olunacaq və istehsalda əhəmiyyətli imkanlar əldə olunacaqdır.
Dəzgahqayırmanın inkişafı
XIX əsrin sonunda texnikanın ümumi inkişafı ilə əlaqədar olaraq
dəzgahqayırma da öz inkişafından geri qalmırdı. 80-ci illərdə Amerika dəzgahlarının
bütün Avropanı bürüdüyü halda, on il sonra vəziyyət artıq Avropada fəaliyyət
göstərən müəssisələrin xeyrinə dəyişməyə başlayır. Bu ərəfədə Almaniya
dəzgahqayırma sənayesi güclənərək dünyada aparıcı rol oynayır. Almaniya
dəzgahları 1893-cü ildə keçirilən Çikaqo sərgisində, 1896-ci ildə Berlin sərgisində,
1900-cü il Paris sərgisində ən çox mükafat qazanaraq dəzgahqayırma sənesində lider
statusuna nail olmuşdur.
1890-1914-cü illər, ümumiyyətlə maşınqayırmanın inkişafında çox məhsuldar
bir dövr olmuşdur. Bir çox başqa texniki nailiyyətlərlə bərabər, dəzgahqayırma və
texnoloji proseslərin inkişafında da irəliləyişlər əldə edilmişdir. Bu baxımdan
Teylorun ixtira etdiyi alət poladı nəinki texnologiyada, həmçinin dəzgahqayırmada
inkişafı stimullaşdırmışdır.
XIX əsrin 80-ci illərinin sonunda ən mühüm texnoloji nailiyyətlərdən biri də,
çoxşpindelli torna dəzgahlarının tətbiqi idi. Bu dəzgahın formalaşması prosesi bir çox
müxtəlif məqsədli ixtiraların birgə tətbiqi nəticəsində mümkün olmuşdur.
9
XX əsrin əvvəlində dəzgahqayırmada edilən ən böyük nailiyyətlərdən biri də
radial burğu dəzgahının ixtirası idi. Radial burğu dəzgahının inkişafı bu
istiqamətlərdə gedirdi:
-
Statik və dinamik sərtliyin artırılması;
-
Tezkəsən alət poladının tətbiqi ilə şərtlənən yüksək dövrlər sayı, veriş və
ötürmə gücünün tətbiqi;
-
Ötürmədə bəndlərin sayının azaldılması hesabına faydalı iş əmsalının
yüksəldilməsi;
-
Dövrlər sayı və verişin müxtəlif texnoloji tapşırıqlara uyğunlaşdırılması;
-
Sadə idarə sisteminin tətbiqi.
Rəqəmli idarəetmə sistemlərinin yaranması
Dəzgahlar üçün idarəolunma informasiyalarının yaddaşa verilməsi formalarının
axtarışı öz başlanğıcını seriyalı istehsaldan götürmüşdür. Dəzgahların yüksək
dəqiqliklə, təkrar olunaraq emal olunması üçün informasiyaların uzun müddətli və
sadə şəkildə saxlanması baxımından müxtəlif yaddaş konseptləri yaranmışdır. Onlar
dəzgahların sazlanmasını sadələşdirərək prosesə nəzarət işlərini sexlərdən
planlaşdırma şöbələrinə keçməyə imkan yaratmışdır.
XX əsrin ortalarında dəzgahların avtomatlaşdırılmış idarə olunmasına ABŞ-da
daha çox can atılırdı. Burada məqsəd, proses zamanı dəzgahlarda çalışan fəhlələrdən
asılılığın azaldılması və istehsalın idarə olunmasını mərkəzləşdirməkdən ibarət idi.
Hesablama texnikasının tətbiqi ilə nəhayət ki, dəzgahların idarə olunması üçün yeni
bir alət tapılmış olur. Sərt proqramlarla işləyən informasiya daşıyıcılarına nisbətən
yeni yaddaş mexanizminin uğurlu olmasında, həm də idarə olunma informasiyasının
10
saxlanmasının yeni üsulunun işlənib tətbiq olunması böyük rol oynamışdır. Hissənin
ümumi emal prosesi formal şəkildə abstrakt təsvirə gətirilərək kodlaşdırılır.
Bu yeni konsepti reallaşdırmaq üçün keçən əsrin 40-cı illərində bir neçə
rəqəmli idarəetmə prinsipi (NC-Numerical Control) yaradılmışdır.
Hissələrin emalı ilə bağılı prosesi avtomatlaşdırmaq üçün düzəldilmiş rəqəmli
idarə sistemi, müasir dəzgahlarda tətbiq olunan sistemlər üçün əsas sayılır.
80-ci illərin əvvəlində artıq NC sistemlərinə qarşı böyük texnoloji etibarlılıq
yaranmışdır. Bu texnologiyanın praktikada tətbiqindən alınan yaxşı nəticələr, onun
haqqında olan müsbət təsəvvürü daha möhkəmləndirmişdir. Bu dəzgah tiplərinin
fərdi və kiçik seriyalı istehsalda iqtisadi səmərəliliyi daha aydın nəzərə çarpırdı.
Rəqəmli idarəetmə sistemlərinin proqramlaşdırılması
Rəqəmli idarəetmə sistemlərinin əsas məqsədi maşınlarda işçi hissələrin
mövqeləşdirilməsinin idarə olunmasından və nəzarət edilməsindən ibarətdir.
Mövqeləşdirmənin növündən asılı olaraq mövqe, xətti və kontur üzrə idarəetmə
fərqləndirilir.
Mövqe idarəetmə maşının işçi hissələrini verilmiş nöqtədə bir-birinə nisbətən
mövqeləşdirmək və bu vəziyyətdə hər hansı bir əməliyyatı yerinə yetirməyə xidmət
edir.
Xətti idarəetmə emal şəraitində baş verdiyindən sistemə böyük ağırlıq düşür.
Dəzgahın hərəkət oxuna paralel hərəkət zamanı alət kəsmədə iştirak edir.
Bu iki idarəetmənin üstün cəhəti onların sadə quruluşa malik olması və ucuz
başa gəlməsindən ibarətdir.
Kontur idarəetməsində rəqəmli idarəetmə sistemləri maşının işçi hissəsini eyni
zamanda üç koordinat oxu boyu verilmiş kontur üzrə hərəkət etdirməyə imkan verir.
11
Bu
sistemlər
nisbətən
mürəkkəb
hərəkət
yerinə
yetirdiyindən,
onların
hazırlanmasında maşının hərəkətini ani bir zamanda hesablayıb, rəqəmli şəkildən real
hərəkətə çevirmək üçün güclü hesablama texnikasına ehtiyac yaranır. Bu növ
proqramların hazırlanması böyük zəhmət tələb etdiyindən 60-cı illərdə ilk növbədə
mövqe və xətti idarəetmə sistemləri geniş tətbiq olunur.
Getdikcə güclü elektron hissələrin idarəetmədə tətbiqi nəticəsində bu
sistemlərin məhsuldarlığını artırmaqla bərabər, hesablama texnikasının istehsal
prosesləri, layihələndirmə, nəzarətetmə və idarəetmədə tətbiqi mümkün olmuşdur.
Beləliklə, 60-cı illərin ortalarında Adaptiv Control ( AC-adaptiv idarəetmə), Direct
Numerical Control (DNC-birbaşa rəqəmli idarəetmə) və Computerized Numerical
Control (CNC-kompyuterlə rəqəmli idarəetmə) sistemləri yaradılıb istehsalda tətbiq
olunurlar.
1970-ci ildə ilk dəfə tətbiq olunan AC sistemləri əlavə xərclərlə bərabər, proses
zamanı texniki problemlər yaratdığından praktikada geniş tətbiq tapa bilmir.
Elektronikanın inkişafı nəticəsində hesablama texnikasının gücünün artması bu
texnikanın, həm də proqramlaşdırmada tətbiq olunması üçün zəmin yaratmışdır.
Bununla dəzgahların birbaşa kompyuterdən idarə olunmasına cəhd edilir. 1971-ci ildə
nümayiş etdirilən CNC torna dəzgahı ilk mini kompyuterdən idarə olunan dəzgah
hesab olunur. Minikompyuterlərin üstünlüyü ondan ibarət idi ki, burada idarəetmə
sistemi çevik olaraq istənilən dəzgah üçün proqramlaşdırma yolu ilə uyğunlaşdırıla
bilirdi.
CNC dəzgahlarının istifadəsi bütün dünyada geniş yayılmışdır. Xüsusilə
texnologiyanın inkişafı, rəqabətin artması, zaman və xammal itkisinin son dərəcə
həssas bir nöqtəyə gəlməsi CNC dəzgahlarının dünyada artmasının başlıca
səbəbləridir.
CNC (Computer Numerical Control) kompyüterlə rəqəmli idarəetmə
NC
(Numerical
Control) ilə işləyən
dəzgahların idarə sisteminin tərkib hissəsi olan
12
elektronik qurğuları işlətmək üçün tətbiq olunur. CNC sistemlər dəzgahlarda NC
proqramlarını onun mexaniki hərəkət edən hissələrinə ötürür və beləliklə, rəqəmli
şəkildə verilmiş informasiya uzlaşdırılmış mexaniki hərəkətə çevrilir. Nəticədə
alətin
istənilən trayektoriya üzrə hərəkətini təmin etmək mümkün olur
.
1975-ci ildə mikroprosessorların tətbiqi ilə dəzgahların idarə olunmasında yeni
bir texniki mərhələnin başlanğıcı qoyulur. Cəmi bir neçə millimetr ölçüyə malik kiçik
mikroprosessorlar minlərlə kiçik tranzistorları özündə cəmləyərək böyük gücə malik
idilər.
13
II. Dünya dəzgahqayırma sənayesində mövcud vəziyyət
Rəqabətli dünya istehsal bazarında məhsuldarlığı artırmaq ən aktual
məsələlərdən biridir. Bunun bir yolu yüksək ixtisaslı işçi qüvvəsindən istifadə
olunması, digəri isə daha səmərəli, yəni daha çox və keyfiyyətli məhsul istehsal
etmək qabiliyyətinə malik olan dəzgahlarnan təchizatdır. Həqiqətdə, hər ikisi bir
birini tamamlayan anlayışlardır. Belə ki, məhz ixtisaslı işçi qüvvəsi yüksək
texnologiyalar əsasında fəaliyyət göstərən avadanlıqları istehsal edir və nəticə
etibarilə bu yüksək həyat standartlarına gətirib çıxarır. Lakin, daha təcrübəli işçi
qüvvəsinin tələb etdiyi yüksək əmək haqqı və faiz dərəcələrinin aşağı olması
istehsalatda məhsuldarlığı artırmaq üçün dəzgahlara investisiya qoymağa nəzərən
daha baha başa gəlir. Buna görə də, hal-hazırda dəzgahqayırma sənayesində lider olan
ölkələrin təcrübəsi bunu göstərir ki, ən son texnologiyalara əsaslanan avadanlıqlara
investisiya qoymaq iqtisadi cəhətdən daha səmərəlidir.
Dünya dəzgahqayırma sənayesinin istehlak və istehsalının 95%-i 25 ölkə
arasında bölüşdürülmüşdür. Aşağıdakı cədvəllərdə müvafiq göstəricilər üzrə bu
ölkələr qruplaşdırılmışdır:
Çin dünyanın dəzgahqayırma sənayesində ən çox paya malik olan ölkədir.
Ölkədə
dəzgahqayırma üzrə istehlak 2011-ci ildən bəri 3 il ərzində 40.8 milyard
dollardan 22 % azalaraq 2014-cü ildə 31.7 milyard dollara enmişdir. Buna səbəb
ölkədə pul təklifinin son 20 ildə ən aşağı səviyyədə olmasıdır.
Dəzgahqayırma sənayesi üzrə istehlakda ikinci yeri tutan Amerikada 2014-cü
ilə nəzərən 2015-ci ildə istehlakın əhəmiyyətli dərəcədə artaraq 10.4 milyard dollar
olması gözlənilir.
Almaniya istehlakına görə dünya dəzgahqayırma sənayesində üçüncü yeri
tutur. Ölkənin pul təklifinin və sənaye istehsalının getdikcə azalmasına görə, son iki
ildə dəzgah istehlakı nəzərəçarpan dərəcədə aşağı düşmüşdür.
14
Son illərdə dəzgahqayırma sahəsindəki göstəriciləri artım tempində olan
Yaponiya və Cənubi Koreya bu cədvəldə ilk beşliyi tamamlayan ölkələrdir. 2014-cü
ildə Yaponiyanın dəzgah istehlakı 39.4% yüksələrək dünyada ən yuxarı artım qeydə
alınarkən, Cənubi Koreyada bu göstərici 13.2% olmuşdur.
Dəzgahqayırma sənayesində istehlaka görə əhəmiyyətli azalma Hindistan ve
Braziliyada müşayiət olunmuşdur. Belə ki, 2011-ci ilde iki ölkə üzrə dəzgah istehlakı
təxminən 2.5 milyard dollar olmuşdur. Lakin 2014-cü ildə bu rəqəm Hindistanda 1.4
milyard, Braziliyada isə 1.0 milyard olmuşdur.
DƏZGAH İSTEHLAKÇILARI
2013
2014
Çin
$31,900.0
$31,700.0
Amerika Birləşmiş Ştatları
$8,048.5
$8,056.3
Almaniya
$7,573.4
$6,758.2
Yaponiya
$3,695.8
$5,150.2
Cənubi Koreya
$4,320.0
$4,891.0
İtaliya
$2,098.4
$2,266.9
Rusiya
$2,054.5
$2,030.2
Meksika
$1,924.2
$1,708.9
Tayvan
$1,629.0
$1,687.0
Hindistan
$1,337.7
$1,416.5
Kanada
$1,342.0
$1,235.0
Türkiyə
$1,261.0
$1,227.0
İngiltərə
$1,077.5
$1,087.2
İsveçrə
$1,126.1
$1,081.8
Braziliya
$1,464.9
$1,014.6
15
Fransa
$1,113.8
$977.3
Avstriya
$734.0
$663.7
İspaniya
$426.1
$534.8
Çexiya
$435.5
$464.3
Avstraliya
$374.7
$333.0
Niderland
$342.5
$303.9
Belçika
$190.4
$221.2
Argentina
$210.0
$195.7
Portuqaliya
$209.6
$166.5
İsveç
$194.2
$161.3
Finlandiya
$121.9
$115.5
Danimarka
$63.0
$59.6
Cəm
$75,268.7
$75,507.6
16
DƏZGAH İSTEHSALÇILARI
2013
2014
Çin
24,700.0
23,800.0
Almaniya
15,268.7
12,957.2
Yaponiya
11,333.1
12831.6
Cənubi Koreya
5,150.0
5,631.0
İtaliya
5,475.9
5,074.7
Amerika Birləşmiş Ştatları
4,956.1
4,900.4
Tayvan
4,537.0
4,700.0
İsveçrə
3,242.8
3,111.7
Avstriya
1,217.0
1101.2
İspaniya
1,285.1
1,083.0
İngiltərə
1,007.1
931.9
Türkiyə
719.0
722.0
Fransa
797.3
698.9
Hindistan
576.0
645.3
Çexiya
697.2
625.9
Kanada
685.0
571.0
Niderland
428.8
380.5
Braziliya
417.5
280.0
Belçika
317.8
254.0
Rusiya
210.9
234.4
Finlandiya
191.8
170.2
Meksika
140.6
144.0
Avstraliya
160.0
143.4
İsveç
163.4
135.7
Portuqaliya
119.2
102.1
Danimarka
49.3
45.0
Argentina
36.2
37.5
CƏM
$83,883.3
$81,312.6
17
İdxal göstəriciləri
Dünya dəzgahqayırma sənayesi idxalatında ilk yeri Çin tutur. Çin 2013-cü ildə 10.1
milyard dollar məhsul idxal edərkən, 2014-cü ildə idxal göstəricisi 11.2 milyard
dollar səviyyəsinəm qalxmışdır. Siyahıda ikinci yerdə Amerika yer alır. Amerikada
2014-cü ildə dəzgahqayırma sənayesində idxal əvvəlki ilə nisbətən 27 milyon dollar
azalaraq 5.2 milyard dollar olmuşdur.
2013
2014
Çin
10,100.0
$11,200.0
Amerika Birləşmiş Ştatları
5,268.4
5,241.5
Almaniya
3,012.6
2,783.5
Rusiya
1,922.4
1,869.1
Meksika
1,907.6
1,655.3
Cənubi Koreya
1,386.0
1,496.0
İtaliya
992.2
1,021.0
Türkiyə
1,037.0
989.0
Belçika
857.6
911.6
Kanada
900.0
902.0
Braziliya
1,263.8
901.2
İngiltərə
902.9
893.1
Fransa
982.3
876.4
Hindistan
797.0
811.1
Tayvan
640.0
740.0
Yaponiya
745.1
715.7
İsveç
683.6
583.4
Çexiya
477.0
507.7
Avstriya
461.3
416.9
İspaniya
324.7
404.8
Hollandiya
452.1
401.1
Avstraliya
286.0
264.9
İsveç
288.1
239.2
Argentina
194.6
166.4
Portuqaliya
154.8
121.6
Danimarka
119.2
108.2
Finlandiya
109.6
97.2
CƏM
36,235.9
36,317.9
18
İxracat
Ölkələr üzrə dəzgah ixracatında statistik göstəricilərə görə, Almaniya və Yaponiya
uzun muddətdir ən çox dəzgah ixrac edən ölkələrdir. Dünya dəzgahqayırma
sənayesində olduqca yüksək texnologiyaya malik olan bu iki ölkəni İtaliya, Tayvan,
Çin və İsveçrə izləyir. İxracat sıralamasında inkişaf etmiş ölkələrin üstünlüyü
cədvəldən görülməkdədir. 2014-cü ildə dəzgah ixracatı əvvəlki ilə nisbətən 6.1%
azalaraq 42.1 milyard dollar olmuşdur.
2013
2014
Almaniya
10,707.9
8982.5
Yaponiya
8,382.9
8397.1
İtaliya
4,369.6
3828.8
Tayvan
3,548.0
3753
Çin
2,900.0
3300
İsveçrə
2,800.3
2613.3
Cənubi Koreya
2216
2236
Amerika Birləşmiş Ştatları
2,176.0
2085.6
İspaniya
1183.7
953
Belçika
985.0
944.4
Avstriya
944.2
854.5
İngiltərə
832.5
737.8
Çexiya
738.7
669.3
Fransa
665.8
598
Türkiyə
495.0
484
Hollandiya
538.4
477.7
Kanada
243
238
İsveç
257.3
213.6
Braziliya
216.4
166.5
Finlandiya
179.5
151.9
Danimarka
105.5
93.6
Meksika
124.1
90.4
Avstraliya
71.3
75.3
Rusiya
78.8
73.3
Portuqaliya
64.4
57.1
Hindistan
35.3
39.9
Argentina
20.8
8.2
CƏM
44,880.4
42,122.8
19
Mühəndislik və araşdırmanın sıx və zəruri olduğu dəzgahqayırma sənayesi
iqtisadiyyat daxilində də əhəmiyyətli rol oynayır. Ümumi daxili məhsul içindəki payı
çox olmasa da, bu sənaye sahəsi hər zaman cəlbedici sənaye sahəsi olması
xüsusiyyətini davam etdirmişdir.
Dəzgahqayırma sənayesinin təkmilləşməsi emal sənayesinin digər sahələri ilə
birbaşa əlaqədədir. Məsələn, qida sənayesi inkişaf etdikcə ehtiyacı olan dəzgahları bu
sahədən alaraq, həm dəzgahqayırma sənayesini daha da təkmilləşdirir, həm də bu
sektordakı mühəndislik intizamını hərəkətə gətirərək öz inkişaf tempini artırır. Bu
trend digər sahələr üçün də xarakterikdir.
Dəzgahqayırma sənayesində istehsalın digər sahələrdən fərqi, ümumi anlayış
kimi tanınan “Araşdırma və Təkmilləşdirmə” (
Research
and
Development)
tədqiqatlarının hər mərhələdə zəruriliyidir. Dəzgahlar və onların hissələri
istehlakçıların (digər sahələr və istifadəçilər) istəyinə və digər malların çeşidliliyinə
və funksiyalarına görə dizayn və layihə mərhələsindən keçər, yenidən planlaşdırılar
və istehsalata daxil olar. “Araşdırma və Təkmilləşdirmə” (
Research and Development)
tədqiqatları dəzgahqayırma sənayesinin inkişafında, təkmilləşdirilməsində və bu
sektorda texnologiyanın yenilənməsində mühüm rol oynayır.
20
Avropa dəzgahqayırma sənayesi
“CECIMO”nun (European Committee for the Cooperation of the Machine
Tool Industries) statistik rəqəmlərinə görə, 2013-cü ildə Avropa dəzgahqayırma
sənayesinin dünya üzrə ümumi istehsaldakı payı 34%-ə yüksəlib.
Avropa dəzgahqayırma sənayesinin 2012-ci ildə 8%-lik böyüməsinin ardından,
2013-cü ildə də artım tempində kiçik azalma müşayiət olundu. Avropa dəzgah
istehsalçılarının 2011 və 2012-ci illərdə ən nəzərəçarpan artımı birbaşa ixracatla
bağlıdır.
Avropa birliyi və Avro zonada böyümənin təkrar başlaması, iqtisadi vəziyyətin
müsbət olması dəzgah istehlakında indiyə qədər olan qeyri-müəyyənlikləri aradan
qaldıracaq. Son iki ildə Avropada dəzgah istehsalı 22 mlrd. Avrodan çox olmuşdur.
2008-ci ildə Avropanın dünya üzrə istehsalda ümumi payı 44% idi, lakin iqtisadi
böhranla əlaqədar olaraq bu rəqəm 34%-ə enmişdir.
Avropa dəzgahqayırma sənayesi dünya bazarında hələ də rəqabətcil yer tutur.
Üstün ixracat potensialı ixracatın 2012-ci ildə 18.8 mlrd. avro, 2013-cü ildə isə 18.3
mlrd. avro olmasına səbəb olmuşdur.
Almaniya dəzgahqayırma sənayesi
Almaniya dəzgahqayırma sənayesində istehsalın 2015-ci ildə 3% faiz artması
proqnozlaşdırılır. Çünki neftin aşağı qiyməti və avronun dünya məzənnəsində
ucuzlaşması kapital investisiyalarını canlandırır və dəzgahlara olan tələbatı artırır.
2014-cü ildə ölkədə dəzgah istehsalı 2013-cü ilə nəzərən 4% artaraq 15.1 mlrd avro
olmuşdur. 2013-cü ildə isə bu rəqəm 14.5 mlrd. avro qeydə alınmışdır.
21
Almaniya dəzgahqayırma sənayesi bütün dünya ölkələri ilə müqayisədə
davamlı inkişaf etməkdədir. Dəzgah istehsalının hər il artması mallara olan tələbatın
həm beynəlxalq bazarda, həm də daxili bazarda yüksək olması ilə əlaqədardır. Son 10
ildə ölkədə dəzgah istehsalı 2 dəfədən çox artmışdır.
Dəzgah ixracatı 2013-cü ildə 10.7 mlrd. dollar, 2014-cü ildə isə 9 mlrd. dollar,
idxalat isə 2013-cü ildə 3 mlrd. dollar, 2014-cü ildə 2.7 mlrd. dollar olmuşdur.
Rusiya dəzgahqayırma sənayesi
Rusiya xammal resursları cəhətdən ən zəngin ölkələrdən biri olmağına
baxmayaraq, sənayenin bir çox sahələrində, həmçinin dəzgahqayırma sənayesində
yüksək artım tempi müşayiət olunmur.
Ölkədə dəzgah istehsalı 2010-cu ildə 219 mln. dollar, 2011-ci ildə isə bu rəqəm
artaraq 263 mln. dollar olub. Bu göstərici sonrakı illərdə azalaraq 2013-ci ilə 211
mln. dollar, 2014-cü ildə isə 234.4 mln. dollar olmuşdur.
Dəzgahqayırma sənayesində ixracat göstəricisi 2010-cu ilə nəzərən 6.5%
artaraq 2011-ci ildə 64 mln. dollar, 2014-cü ildə isə 2013-cü illə müqayisədə 5%
azalaraq 73.3 mln. dollar ətrafında müəyyənləşmişdir. Ölkəyə dəzgah idxalı 2010-cu
ildə 1 mlrd dollar, 2011-ci ildə 1.1 mlrd dollar, 2013-cü ildə 1.9 mlrd dollar, 2014-cü
ildə isə 1.87 mlrd dollar olmuşdur.
22
Türkiyə dəzgahqayırma sənayesi
Türkiyədə
sənayeləşmə
müddətində
atılacaq
addımlarda
əvvəlcə
dəzgahqayırma sənayesinin yaradılması vacib hesab edilmiş və 70-ci illərdə bu
istiqamətdə işlər görülməyə başlamışdır. İlk əvvəl dünyanın iki mühüm dəzgah
istehsal edən ölkəsi ilə müqavilə bağlanaraq dəzgahların bəzi hissələri istisna olmaqla
digər bütün hissələrini istehsal edə biləcək avadanlıqlarla təchiz olunmuş birgə
müəssisələrdə istehsala başlanmışdır. Türkiyədə dəzgahqayırma sənayesi xeyli
inkişaf etmiş, mühüm nailiyyətlər əldə olunmuşdur.
2009-cu ildə 441,3 milyon dollarlıq dəzgah istehsalı Türkiyədə 2010-cu ildə
555 mln. dollar, 2011-ci ildə 659.4 mln. dollar, 2012-ci ildə 644 mln. dollar, 2013-cü
ildə 719 mln. dollar, 2014-cü ildə 722 mln. dollar olmuşdur.
Türkiyənin dəzgah ixracatı 2004 və 2008-ci il arasında 3.5 dəfə artaraq, 177.6
mln. dollardan 630.5 mln. dollara çatmışdır. 2009-cu ildə ixracat əhəmiyyətli şəkildə
azalaraq 379.2 mln. dollar olmuşdur. Daha sonra bu göstərici artan tempdə davaç
etmiş və 2013-cü ildə 585.9 mln. dollar olmuşdur. Dəzgah idxalatı göstəricisi isə
0
100
200
300
400
500
600
700
800
2008
2009
2010
2011
2012
2013
2014
583.2
441.3
555.0
659.4
644.2
719.0
722.0
İllər üzrə Dəzgah istehsalı, Türkiyə
23
2004-cü ildən 2011-ci ilə qədər sürətlə artaraq 1.7 mlrd. dollar olub. 2014-cü ildə
idxalat geriləyərək 1.48 mlrd. dollar, ixracat isə artaraq 592.1 mln. dollara çatıb.
Tayvan dəzgahqayırma sənayesi
Tayvan dünyanın aparıcı dəzgah istehsalçı ölkələrindən biridir. Belə ki,
dünyada 7-ci ən çox dəzgah istehsal edən ölkə kimi 2014-cü ildə istehsalı 4.7 milyard
olmuşdur. 2012-ci ildə istehsal rekord həddə çataraq 5 mlrd. dollar olmuşdur ki,
ölkənin dəzgah ixracı 4.2 mlrd. dollar dəyərində qiymətləndirilmişdir. Ölkədə 500-
dən çox dəzgah istehsalçı müəssisələrinin olması dəzgahqayırma sənayesinin
Tayvanda əsas sənaye sahələrindən biri olduğunu önə çəkir. Ada ölkəsi olan
177.6
247.7
318.3
500.9
630.5
379.2
417.3
521.1
552.2
585.9
592.1
751.4
946.8
962.1
1194.1
1409.2
686.0
931.9
1701.7
1520.6
1494.2
1483.9
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
Dəzgahqayırma
ixracat
idxalat
24
Tayvanın dəzgahqayırma sənayesinin sürətlə inkişaf etməsi daha yüksək keyfiyyətli
məhsul, dəyəri əsasında qiymətləndirilmə, operativ çatdırılma, qabaqcıl istehsal
texnologiyası və müştəri yönümlü xidmətlərlə birbaşa əlaqədardır. Tayvan hökumətı
müstəsna yenilik və əhəmiyyət kəsb edən “Tayvan Mükəmməlliyi” (Taiwan
Excellence) proqramı çərçivəsində sənayenin inkişafını dəstəkləyir.
Tayvan dəzgahqayırma sənayesi 40 ildən çox müddət ərzində qurulub hazırkı
səviyyəyə çatmışdır. Dəzgah hissələri və komponentlərinin inkişaf etdirilməsinə
istiqamətlənmiş
Tayvan şirkətlərinin uzun-müddətli investisiyaları sənaye
potensialının və texnoloji təcrübənin artırılmasına təkan verdi. Son 10 il ərzində,
Tayvan istehsalçıları ittifaq formasında olan yerli maşınqayırma müəssisələrinə
satışda olan asılılığı azaldaraq beynəlxalq bazara inteqrasiyanı uğurla inkişaf
etdirmişlər. Dəzgah istehsalının 75%-i Çin, Avropa, Asiya və ABŞ daxil omaqla
digər ölkələrə ixrac olunur.
Tayvan dəzgahqayırma sənayesinin məhsulları yüksək qiymət səviyyəsinə görə
yapon və alman texnologiyası ilə, aşağı qiymət göstəricilərinə görə isə Çin sənayesi
ilə rəqabət aparır. Bazarın bu amillərinə cavab olaraq, Tayvan dəzgah istehsalçıları
bazarın ehtiyaclarını dəyərləndirir, məhsul differensiyası strategiyalarından istifadə
edir və bazar imkanlarına uyğun məhsulları inkişaf etdirir.
Tayvan sənayesində 2012-2015-ci illər üzrə ixrac olunan dəzgahların
əksəriyyəti metal kəsən dəzgahlardan, həmçinin qazma maışnlarından ibarətdir.
Tayvan dəzgahqayırma sənayesi həmçinin ölkədə digər sektorların da
inkişafına kömək edir, xüsusilə informasiya kommunikasiya texnologiyaları və
elektrik avadanlıqları sənayesinin artımına təkan verir.
Tayvan dəzgahqayırmanın yüksək artım tempində inkişaf etməsi dünya
bazarında rəqabətcil üstünlüklərə sahib olmasıdır. Tayvan dəzgah istehsalçıları
alıcılara məhsulları yüksək keyfiyyətdə və digər ölkə sənaye məhsullarına nəzərən
daha aşağı qiymətdə təklif edir. Digər üstünlüklərdən biri də müştəri xidmətləridir ki,
25
burada həm sifarişlərin qısa müddət ərzində çatdırılması, həm də satış sonrası
xidmətlərin göstərilməsi yüksək səviyyədə həyata keçirilir.
Tayvan dəzgah ixracı 2001 – 2015
Cənubi Koreya dəzgahqayırma sənayesi
Cənubi Koreya dəzgahqayırma sənayesində istehsal 2014-cü ildə 9.3% artaraq
5.6 mlrd. dollar olmuşdur. NC kəsmə dəzgah istehsalı 11.8% artmış, lakin digər
dəzgah istehsalı təxminən 20% azalmışdır.
Ölkənin ixracat göstəricisi isə 2014-cü ildə 0.9% artaraq 2.2 mlrd. dollar
səviyyəsində müəyyənləşmişdir. Belə cüzi artım Asiya bazarlarının hər birində,
həmçinin Hindistan və Tayland sənayesində də qeydə alınmışdır.
1,357
1,445
1,674
2,251
2,654
2,961
3,465
4,761
1,700
2,960
4,000
5,035
5,971
6,604
7,086
0
1,000
2,000
3,000
4,000
5,000
6,000
7,000
8,000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011 2012(f) 2013(f) 2014(f) 2015(f)
26
NC kəsmə dəzgahlarının ixracatında artım 4.5% olaraq 1.48 mlrd. dollar,
ümumi dəzgah ixracatında isə artım 11.6% olaraq 139 mln. dollar olmuşdur. NC
dəzgah qrupuna aid olan NC torna dəzgahlarında 710 milyon dollarlıq məhsul
Amerikaya ixrac olunmuşdur.
Regionlar üzrə qruplaşdırıldıqda, dəzgah ixracatında azalma Asiya ölkələrində
5.6% qeydə alınaraq 1.2 mlrd. dollar və Şimali Amerika ölkələrində 7.8% azalma
qeydə alınaraq 425 mln. dollar olmuşdur. Lakin Avropa (17.5%) və Latın Amerikası
(14.8%) ölkələrinə ixracatda əhəmiyyətli dərəcədə artım olmuşdur.
İdxal göstəricisi 2014-cü ildə avtomobil və aero kosmik ehtiyat hissələrinə olan
investisiyaların artması, “Yen”in məzənnəsinin davamlı aşağı olması və ikinci əl
maşınların ixracatında olan artım səbəbi ilə 7.9% artaraq 1.5 mlrd. dollar
müəyyənləşmişdir.
NC kəsmə dəzgahlarının və ümumi kəsmə dəzgahlarının idxalı müvafiq olaraq
9.4% artımla 980 milyon dollar, ikincisi isə 2.2% artımla 225 mln. dollar olmuşdur.
Cənubi Koreyaya dəzgah idxalında Asiya və Şimali Amerika ölkələrinin payı
artsa da, Avropa ölkələrinin payı 0.8% azalaraq 486 milyon dollar olmuşdur.
2015-ci ildə Cənubi Koreya dəzgahqayırma sənayesində istehsal 2014-cü ilə
nisbətən 5.3% artımla proqnozlaşdırılır. Daxili investisiyaların genişlənməsi, dünya
bazarlarına, xüsusilə Amerika və Avro zonaya dəzgah ixracatının gözlənilən artımı
cari il üçün də ölkə dəzgahqayırma sənayesinin müsbət göstəricilərlə
tamamlanmasından xəbər verir.
27
Ədəbiyyat siyahısı
http://www.komma.org/komma/eng/Introduction.do
http://www.cecimo.eu/site/
http://www.gardnerweb.com/cdn/cms/2014wmtocs_SURVEY.pdf
http://www.tiad.org/dosyalar/Tiad_SektorRaporu2015.pdf
Maşınqayırmanın tarixinə dair (Rezo Əliyev). Dərslik
Dostları ilə paylaş: |