Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə191/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   184   185   186   187   188   189   190   191   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

626 



11. Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür 

etmədi).  

12. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!  

13. (O) bir kölə azad etməkdir;  

14. Yaxud aclıq günü (zamanı) yemək verməkdir -  

15. Qohumluq əlaqəsi çatan bir yetimə.  

16. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!  

17. Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən 

kimsələrdən olmaqdır!  

18. Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)  

19. Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə 

verilənlərdir!)  

20. Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, 

oradan heç yerə çıxa bilməzlər!)  

 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

627 



.

91

.  


əş-Şəms

  

(Günəş) surəsi  

(Məkkədə nazil olmuşdur, 15 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);  

2. And olsun (günəşin) ardınca çıxan aya;  

3. And olsun onu (günəşi) parlaq edən gündüzə;  

4. And olsun onu (günəşi) örtən gecəyə;  

5. And olsun göyə və onu yaradana;  

6. And olsun yerə və onu döşəyənə;  

7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə);  

8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,  

9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!  

10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.  

11. Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.  

12. Onların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni 

öldürməyə) qalxdığı zaman  

13. Allahın peyğəmbəri onlara belə demişdi: "Allahın bu dişi (maya) dəvəsinə 

(toxunmayın), onun su içməsinə (mane olmayın).  

14. Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu 

günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

628 



15. (Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. 

Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, 

hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı 

əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)  

 

 

 



.

92

.  


əl-Leyl

  

(Gecə) surəsi  

(Məkkədə nazil olmuşdur, 21 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;  

2. And olsun işıqlanmaqda olan gündüzə;  

3. And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,  

4. Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə 

Cəhənnəm üçün çalışırsınız).  

5. Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,  

6. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,  

7. Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!  

8. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib 

Allaha) möhtac olmadığını sansa,  

9. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

629 



10. Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün 

hazırlayacağıq!)  

11. (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.  

12. Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq 

isə hər kəsin öz işidir).  

13. Axirət də Bizim, dünya da Bizimdir!  

14. (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.  

15. Ora ancaq azğın (kafir) daxil olar.  

16. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!  

17. Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).  

18. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,  

19. O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin 

(etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir 

mükafat gözləməz).  

20. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.  

21. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı 

olacaqdır!  

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

630 



.

93

.  


əz-Zuha

  

(Səhər və ya Səhər işığı) surəsi  

(Məkkədə nazil olmuşdur, 11 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun səhərə;  

2. And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,  

3. (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, 

nə də sənə acığı tutdu.  

4. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!  

5. Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz 

ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!  

6. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!  

7. Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol 

göstərmədimi?!  

8. Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!  

9. Elə isə yetimə zülm etmə!  

10. Dilənçini də (qapıdan) qovma!  

11. Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!  

 

 

 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə