Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə192/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   184   185   186   187   188   189   190   191   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

631 



 

.

94

.  

əl-İnşirah

  

(Açılma və ya Genişlənmə) surəsi  

(Məkkədə nazil olmuşdur, 8 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin 

köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi 

kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul 

etməyə layiq olar!)  

2. Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü 

yüngülləşdirmədikmi?!)  

3. (Elə bir yük ki) sənin belini bükürdü.  

4. Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; 

xütbələrdə adın çəkilər!)  

5. Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil 

olar!)  

6. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə 

dözmək lazımdır!)  

7. (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, 

qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)  

8. Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, 

Ona tərəf yönəl !)  

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

632 



 

.

95

.  

ət-Tin

  

(Əncir) surəsi  

(Məkkədə nazil olmuşdur, 8 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun əncirə və zeytuna;  

2. And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;  

3. And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,  

4. Biz insanı ən gözəl biçimdə yaratdıq!  

5. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!  

6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-

hesabsız) mükafat gözləyir.  

7. (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) 

yalan saymağa vadar edən nədir?!  

8. Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!  

 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

633 



.

96



əl-Ələq



  

(Laxtalanmış qan) surəsi  

(Məkkədə nazil olmuşdur, 19 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə 

(bismillah deyərək) oxu!  

2. O, insanı laxtalanmış qandan yaratdı.  

3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!  

4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.  

5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.  

6. Xeyr, insan azğınlıq edər,  

7. Özünün dövlətli olduğunu gördüyü üçün!  

8. Axı sənin axır dönüşün Rəbbinədir!  

9. Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur  

10. Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?  

11. Bir de görək, əgər o doğru yoldadırsa,  

12. Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz 

qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil 

iş olarmı)?!  

13. (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə 

Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

634 



14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!  

15. Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and 

olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -  

16. Özü də yalançı, günahkar kəkilindən!  

17. Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!  

18. Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!  

19. Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) 

yaxınlaş!  

 

 

 



.

97

.  


əl-Qədr

  

(Qədr gecəsi) surəsi  

(Məkkədə nazil olmuşdur, 5 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil 

etdik!  


2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!  

3. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on 

doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi 

yeddisinə təsadüf edir).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

635 



4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr 

gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər 

alaraq) yerə enərlər.  

5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr 

gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə 

mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də 

Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)  

 

 



.

98

.  


əl-Bəyyinə

  

(Açıq-aydın dəlil) surəsi  

(Məkkədə nazil olmuşdur, 8 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə 

açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.  

2. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş 

peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).  

3. O səhifələrdə doğru-dürüst hökmlər vardır.  

4. Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra 

(dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar 

etdi, kimisi də şəkk-şübhə içində qaldı).  

5. Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən 

haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din 

budur!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

636 



6. Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. 

Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.  

7. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.  

8. Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn 

cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. 

Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!  

 

.

99



.  

əz-Zilzal

  

(Zəlzələ) surəsi  

(Məkkədə nazil olmuşdur, 8 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;  

2. Yer öz yükünü çıxardıb atacağı zaman;  

3. İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman -  

4. Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -  

5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!  

6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-

dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).  

7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir 

(mükafatını alacaqdır).  

8. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını 

çəkəcəkdir).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

637 



.

100

.  


əl-Adiyat

  

(Qaçan atlar) surəsi  

(Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;  

2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;  

3. And olsun sübh çağı hücum edən atlara;  

4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;  

5. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,  

6. İnsan öz Rəbbinə qarşı çox nankordur.  

7. Və o özü də buna şahiddir.  

8. Həqiqətən, insan var-dövlətə çox hərisdir!  

9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;  

10. Ürəklərdə olanlar faş ediləcəyi zaman  

11. Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir 

(cəzalarını verəcəkdir)!  

 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

638 



.

101

.  


əz-Qariə

  

(Ürəkləri dəhşətə salan qiyamət) surəsi  

(Məkkədə nazil olmuşdur, 11 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ürəkləri dəhşətə salan qiyamət!  

2. Nədir qiyamət?!  

3. Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!  

4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);  

5. Dağlar isə didilmiş yun kimi olacaqdır!  

6. (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,  

7. (Cənnətdə) xoş güzəran içində olacaq!  

8. Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,  

9. Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!  

10. Sən nə bilirsən ki, o (Haviyə) nədir?!  

11. O çox qızmar bir atəşdir!  

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

639 



.

102

.  


ət-Təkasur

  

(Çoxluqla öyünmə) surəsi  

(Məkkədə nazil olmuşdur, 8 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə 

öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,  

2. Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) 

qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə 

qədər bu halınızda davam etdiniz)].  

3. Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq 

biləcəksiniz!  

4. Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) 

mütləq biləcəksiniz!  

5. Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya 

malına uymazdınız)!  

6. (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!  

7. Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!  

8. Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq 

sorğu-sual olunacaqsınız!  

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

640 



.

103

.  


əl-Əsr

  

(Axşam çağı) surəsi  

(Məkkədə nazil olmuşdur, 3 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin 

əsrinə) ki,  

2. İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan 

içindədir?  

3. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə 

edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)  

 

 

 



.

104

.  


əl-Huməzə

  

(Qeybətçi) surəsi  

(Məkkədə nazil olmuşdur, 9 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!  

2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

641 



3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.  

4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt 

mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!  

5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!  

6. O, Allahın yanar odudur.  

7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar.  

8. O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.  

9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!  

 

 

.



105

.  


əl-Fil

  

(Fil) surəsi  

(Məkkədə nazil olmuşdur, 5 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə 

Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!  

2. Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!  

3. Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.  

4. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.  

5. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) 

döndərdi!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

642 



.

106

.  


əl-Qüreyş

  

(Qüreyş) surəsi  

(Məkkədə nazil olmuşdur, 4 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar 

üçün səfəri asanlaşdırması) xatirinə,  

2. Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət 

və ticarət edə bilmələri) xatirinə.  

3. Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!  

4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin 

təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.  

 

 



.

107

.  


əl-Maun

  

(Zəkat) surəsi  

(Məkkədə nazil olmuşdur, 7 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) 

gördünmü?  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

643 



2. O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);  

3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də 

özgəsini qoyar).  

4. Vay halına o namaz qılanların ki,  

5. Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-

vaxtında qılmazlar);  

6. Onlar (namazlarında) riyakarlıq edər,  

7. Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-

qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).  

 

 



 

.

108

.  

əl-Kovsər

  

(Kövsər) surəsi  

(Məkkədə nazil olmuşdur, 3 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol 

ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!  

2. Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!  

3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası 

kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin 

nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

644 



.

109

.  


əl-Kafirun

  

(Kafirlər) surəsi  

(Məkkədə nazil olmuşdur, 6 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə 

ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər!  

2. Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!  

3. Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!  

4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!  

5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!  

6. Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də 

mənə)!"  

 

.

110



.  

ən-Nəsr

  

(Kömək) surəsi  

(Məkkədə nazil olmuşdur, 3 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

645 



2. İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman  

3. Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, 

"Sübhanəkə Allahümmə və bihəmdikə" kəlməsini de) və Ondan bağışlanmağını dilə. 

Həqiqətən, O, tövbələri qəbul edəndir!  

 

 

 



.

111

.  


Əbu-Ləhəb

  

(Alov atası) surəsi  

(Məkkədə nazil olmuşdur, 5 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o 

ölsün!)  

2. (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-

uşağı).  

3. O, alovlu atəşə girəcəkdir.  

4. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) 

övrəti də həmçinin!  

5. Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın 

uzunluğunda zəncir) olacaqdır!  

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

646 



.

112

.  


əl-İxlas

  

(Yalnız Allaha məxsus olan sifətlər) surəsi  

(Məkkədə nazil olmuşdur, 4 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: 

"(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);  

2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, 

əbədidir!)  

3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)  

4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"  

 

 

.



113

.  


əl-Fələq

  

(Sübh) surəsi  

(Məkkədə nazil olmuşdur, 5 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə!  

2. Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

647 



3. Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) 

şərindən;  

4. (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların 

şərindən;  

5. Və bir də paxıllığı tutanda paxılın şərindən!"  

 

 



 

.

114

.  

ən-Nas

  

(İnsanlar) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə;  

2. İnsanların ixtiyar sahibinə;  

3. İnsanların tanrısına;  

4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın 

şərindən-  

5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,  

6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən 

olsun, istər insanlardan!]"  



 

 

 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə