Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə184/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   180   181   182   183   184   185   186   187   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

595 



8. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını 

qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.  

9. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından 

ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür 

istəyirik.  

10. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən 

eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"  

11. Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş 

edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).  

12. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə 

mükafatlandıracaqdır.  

13. Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də 

sərt soyuq görəcəklər.  

14. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında 

olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).  

15. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə 

dolanacaqlar.  

16. Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur 

(qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.  

17. Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də 

içirdiləcəkdir.  

18. (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) 

Səlsəbil adlanır.  

19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, 

sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.  

20. (Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

596 



21. (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl 

libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab 

içirdəcəkdir.  

22. (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) 

mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"  

23. (Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil 

etdik.  

24. Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və 

nankor olana boyun əymə!  

25. Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)  

26. Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da 

Onu təqdis edib şə’ninə tə’riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində 

keçir!)  

27. Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır 

günə (qiyamət gününə) dal çevirərlər.  

28. Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) 

Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.  

29. Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar 

(ibadət və itaətlə Allaha yaxınlaşar).  

30. (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq 

Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

31. (Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) 

onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!  

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

597 



 

 

 



.

77

.  


əl-Mursəlat

  

(Bir-birinin ardınca göndərilənlər) surəsi  

(Məkkədə nazil olmuşdur, 50 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud 

küləklərə);  

2. And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);  

3. And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;  

4. And olsun (haqla batili) ayıranlara;  

5. And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-  

6. (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi 

çatdıranlara) ki,  

7. Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!  

8. Ulduzlar sönəcəyi;  

9. Göy yarılacağı;  

10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);  

11. Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi 

zaman,  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

598 



12. (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"  

13. (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə 

qədər!"  

14. Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!  

15. O gün vay halına (qiyaməti) yalan sayanların!  

16. Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!  

17. Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.  

18. Biz günahkarlarla belə rəftar edirik.  

19. O gün vay halına (qiyaməti) yalan sayanların!  

20. Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!  

21. Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,  

22. Müəyyən bir vaxta qədər.  

23. Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!  

24. O gün vay halına (qiyaməti) yalan sayanların!  

25. Məgər Biz yeri məskən etmədikmi  

26. Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-

dolanar).  

27. Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.  

28. O gün vay halına (bu ne’mətləri) yalan sayanların!  

29. (O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz 

(cəhənnəm əzabının) içinə!  

30. Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"  

31. O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə