Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə186/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   182   183   184   185   186   187   188   189   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

604 



12. Onlar deyirlər: "Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab 

durur).  

13. (Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə 

çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!  

14. Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!  

15. (Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?  

16. O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:  

17. "Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox 

azmışdır (həddini aşmışdır).  

18. Və de: "(Günahlardan) təmizlənmək istəyirsənmi?  

19. Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?"  

20. (Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi 

peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) 

göstərdi.  

21. Lakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu.  

22. Sonra üb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya 

qarşı tədbir tökməyə) tələsdi.  

23. Və (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:  

24. "Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!"  

25. Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və 

əvvəlinci sözlərinin cəzasını verdi).  

26. Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.  

27. (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;  

28. Qübbəsini ucaltdı, düzəldib nizama saldı;  

29. Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

605 



30. Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün 

onu yararlı hala saldı).  

31. Ondan suyunu və otlağını çıxartdı.  

32. (Orada) dağları yerləşdirdi.  

33. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.  

34. O böyük bəla (qiyamət) gələndə,  

35. O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına 

salacaqdır.  

36. Cəhənnəm də hər görənə görünəcəkdir.  

37. Kim (dünyada) azğınlıq etmişsə,  

38. Dünyanı (axirətdən) üstün tutmuşsa,  

39. Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!  

40. Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə 

istəyini (şəfvəti) qadağan etmişsə,  

41. Həqiqətən, onun yurdu Cənnətdir!  

42. (Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt 

qopacağı) barəsində soruşarlar.  

43. Sən onu (onun vaxtını) nə bilirsən?!  

44. Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.  

45. Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!  

46. Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, 

yaxud bir səhər qaldıqlarını sanacaqlar!  

 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

606 



 

 

.



80

.  


Əbəsə

  

(Qaşqabağını tökdü) surəsi  

(Məkkədə nazil olmuşdur, 42 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.  

2. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.  

3. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) 

təmizlənəcəkdir!  

4. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!  

5. (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə 

(dövlətliyə) gəldikdə,  

6. Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).  

7. Onun (küfrdən) təmizlənməsindən sənə nə?!  

8. Yüyürə-yüyürə sənin yanına gələn  

9. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,  

10. Sən ondan üz çevirirsən!  

11. Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.  

12. Kim istəsə, ondan öyüd alar.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

607 



13. (Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -  

14. (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna 

bilməz).  

15. (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan 

köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).  

16. (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.  

17. Ölsün (kafir) insan! O nə nankordur!  

18. (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?  

19. (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.  

20. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.  

21. Sonra onu öldürüb qəbrə qoydu.  

22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.  

23. Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.  

24. İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).  

25. Həqiqətən, Biz yağışı bol yağdırdıq.  

26. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),  

27. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;  

28. Üzüm və yonca;  

29. Zeytun və xurma (bağları);  

30. (Ağacları bir-birinə) sarmaşan bağçalar;  

31. (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.  

32. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə