Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə188/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   184   185   186   187   188   189   190   191   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

613 



6. O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda 

duracaqlar!  

7. Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların 

əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!  

8. Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)  

9. O, yazılı bir kitabdır!  

10. O gün vay halına yalan sayanların!  

11. O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.  

12. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.  

13. Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir 

(uydurmalarıdır!)" - deyər.  

14. Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.  

15. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!  

16. Sonra Cəhənnəmə varid qalacaqlar.  

17. Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir.  

18. Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət 

sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı 

və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!  

19. Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!  

20. O, yazılı bir kitabdır.  

21. Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!  

22. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.  

23. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.  

24. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

614 



25. Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.  

26. Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün 

yarışsınlar!  

27. Ona təsnim (suyu) qatılmışdır.  

28. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər 

(qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).  

29. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.  

30. (Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz 

edirdilər.  

31. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) 

kefləri kök qayıdırdılar.  

32. Onlar (mö’minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - 

deyirdilər.  

33. Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.  

34. Bu gün isə mö’minlər kafirlərə güləcəklər.  

35. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).  

36. Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)  

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

615 



 

.

84

.  

əl-İnşiqaq

  

(Yarılma) surəsi  

(Məkkədə nazil olmuşdur, 25 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Göy yarılacağı,  

2. Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;  

3. Yer uzanıb dümdüz olacağı;  

4. Qoynunda olanları bayıra atıb boşaldacağı;  

5. Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan 

dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!  

6. Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona 

qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib 

çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib 

dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər 

etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)  

7. Kimin əməl dəftəri sağ əlinə verilmişsə,  

8. Onun yüngül haqq-hesab çəkiləcək  

9. Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!  

10. Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,  

11. O: "Ay öldüm!" - deyə şivən qopardacaq,  

12. Və Cəhənnəmə vasil olacaqdır!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

616 



13. O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.  

14. Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) 

qayıtmayacaqdır.  

15. Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna 

qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.  

16. And içirəm şəfəqə,  

17. Gecəyə və (gecənin) qoynuna aldıqlarına,  

18. Bədirlənməkdə olan aya ki,  

19. Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!  

20. Onlara nə olub ki, iman gətirmirlər?  

21. Özlərinə Qur’an oxunduqda səcdə etmirlər?  

22. Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.  

23. Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!  

24. (Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə 

ver!  

25. İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz 



(tükənmək bilməyən) mükafat gözləyir!  

 

 



 

 

 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə