Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə190/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   184   185   186   187   188   189   190   191   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

622 



8. (O gün) bir çox üzlər sevinəcək;  

9. (Dünyadakı) zəhmətindən razı qalacaq;  

10. (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,  

11. Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.  

12. Orada axar bulaq;  

13. Orada uca taxtlar;  

14. (Çeşmələr kənarında) piyalələr;  

15. Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar  

16. Və döşənmiş (nəfis) xalılar vardır!  

17. Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?  

18. Göyə (baxmırlar ki) necə ucaldılmışdır?  

19. Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?  

20. Və yerə (baxmırlar ki) necə döşədilmişdir?  

21. (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət 

verənsən!  

22. Sən onların üzərində hakim deyilsən!  

23. Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə  

24. Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!  

25. Şübhəsiz ki, onların axır dönüşü Bizədir!  

26. Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!  

 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

623 



 

.

89

.  

əl-Fəcr

  

(Dan yeri) surəsi  

(Məkkədə nazil olmuşdur, 30 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun dan yerinə;  

2. And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on 

gecəsinə);  

3. And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt 

olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);  

4. And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət 

günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!  

5. Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!  

6. (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad 

qövmünə)?!  

7. Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!  

8. (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.  

9. (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud 

qövmünə)?!  

10. Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!  

11. O kəslər ki, məmləkətlərdə tüğyan edir,  

12. Oralarda çoxlu fitnə-fəsad törədirlər.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

624 



13. Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.  

14. Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.  

15. İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət 

versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər.  

16. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni 

alçaltdı (mənə xor baxdı)!" - söyləyər.  

17. Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin 

haqqını vermirsiniz).  

18. Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.  

19. Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını 

vermirsiniz).  

20. Mal-dövləti isə lap çox sevirsiniz.  

21. Xeyr! Yer dağılıb parça-parça olacağı;  

22. Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı  

23. Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz 

günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!  

24. O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - 

deyəcəkdir.  

25. O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!  

26. (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!  

27. (Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, 

əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!")  

28. Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!  

29. (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!  

30. (Onlarla birlikdə) Cənnətimə varid ol!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

625 



 

 

 



.

90

.  


əl-Bələd

  

(Şəhər) surəsi  

(Məkkədə nazil olmuşdur, 20 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And içirəm bu şəhərə (Məkkəyə) -  

2. Sənin yaşadığın (sənə halal olan) şəhərə;  

3. And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu 

İsmailə) ki,  

4. Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər 

əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı 

bir hikmətdir, həyatın qanunudur!)  

5. Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?  

6. Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir?  

7. Məgər o heç kəsin onu görmədiyini güman edir?!  

8. Məgər Biz ona iki göz vermədikmi?!  

9. Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!  

10. Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə