Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə185/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   181   182   183   184   185   186   187   188   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

599 



32. O (hər biri) bir saray boyda qığılcımlar saçar.  

33. O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.  

34. O gün vay halına (qiyaməti) yalan sayanların!  

35. Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.  

36. Onlara üzr istəməyə izin də verilməz.  

37. O gün vay halına (qiyaməti) yalan sayanların!  

38. Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə 

günüdür!  

39. (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, 

Mənə qarşı qurun görək!  

40. O gün vay halına (qiyaməti) yalan sayanların!  

41. Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,  

42. İstədikləri meyvə içində olacaqlar!  

43. (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla 

yeyin-için!  

44. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"  

45. O gün vay halına (qiyaməti) yalan sayanların!  

46. (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz 

günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)  

47. O gün vay halına (qiyaməti) yalan sayanların!  

48. Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar!  

49. O gün vay halına (qiyaməti) yalan sayanların!  

50. (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama 

inanacaqlar?!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

600 



 

 

 



.

78

.  


ən-Nəbə’

  

(Böyük xəbər) surəsi (Məkkədə nazil olmuşdur, 40 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?  

2. Böyük bir xəbər (qiyamət günü) haqqında!  

3. Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.  

4. Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!  

5. Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!  

6. Məgər Biz yeri döşək etmədikmi?!  

7. Dağları da dirək?!  

8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.  

9. Yuxunuzu da istirahət etdik.  

10. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.  

11. Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.  

12. Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.  

13. Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.  

14. (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

601 



15. Onunla dən və bitki yetişdirək,  

16. Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.  

17. Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!  

18. Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.  

19. (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.  

20. Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.  

21. Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!  

22. O, azğınların məskənidir.  

23. Onlar orada sonsuz müddət qalacaqlar.  

24. Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;  

25. Qaynar sudan və irindən başqa!-  

26. (Dünyadakı əmələrinə) uyğun cəza olaraq.  

27. Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, 

onun əzabından qorxmurdular).  

28. Ayələrimizi də elə hey təkzib edirdilər.  

29. Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb 

təsbit etmişik).  

30. İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!  

31. Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),  

32. Bağçalar və üzüm bağları,  

33. Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-

birinə bənzər) həmyaşıd qızlar.  

34. (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

602 



35. Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.  

36. (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -  

37. Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən 

bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!  

38. Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi 

kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!  

39. Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə 

tərəf qayıdan bir yol tutar!  

40. Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün 

insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək 

üçün) torpaq olaydım!" - deyəcəkdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

603 



 

 

.



79

.  


ən-Naziat

  

(Can alanlar) surəsi  

(Məkkədə nazil olmuşdur, 46 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun (kafirlərin canını) zorla alanlara;  

2. And olsun (mö’minlərin canını) rahatlıqla alanlara;  

3. And olsun sür’ətlə üzənlərə;  

4. And olsun (bir-birini) ötdükcə ötənlərə;  

5. And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən 

mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın 

hüzurunda duracaqsınız)!  

6. O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),  

7. Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru 

birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. 

Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).  

8. O gün ürəklər qorxub titrəyəcək,  

9. Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.  

10. (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz 

(öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!  

11. Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!"  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə