Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

Qış turizmi, turizm məhsulu qarlı və yüksəkliklərdə həyata keçirilən,
xizək, dırmaşma, yerimə kimi fəaliyyətlərdən ibarət olduğu üçün mövsümi
bir xarakter daşıyır.Qış turizmi, xizək və digər qarla bağlı fəaliyyətlərin
icra edilməsinə imkan verən yerlərdə istirahət etməyi qərarlaşdırmış turist
kütləsini ehtiva edir.Əlbəttə ki, bu turizm növünü seçmiş insanlar qış tur-
izmi ilə bərabər digər turizm növlərinə də maraq salırlar. Bu aspektdən
sağlamlıq turizmi, ovçuluq, mədəniyyət və təbiət əsaslı turizmi tamalayıcı
kimi təqdim etmək olar ki, bu növlər qış turizminin mənasını dərinləşdirən,
zənginləşdirən və daha da cəzbedici hala gətirən faktorlardır.Qış turizmində
fəaliyyət göstərən turizm firmaları, yay aylarında digər bölgələrdə fərqli
turizm  fəaliyyəti  həyata  keçirirlər.  Personal  və  digər  bir  sıra  təchizat
baxımından,  istifadə  rahatlığı  və  fəaliyyətlərində  davamlılıq  və  o
cümlədən,xərclər baxımından bir sıra üstünlüklərini ortaya çıxarır.Qış tur-
izmi müəssisələri, qış mövsümü bitdikdən sonrakı müddət ərzində konqres,
sərgi, yığıncaq, idman və s. turizmi üçün düşərgələr, dağ, təbiət və yayla
turizmitəşkil  edə  bilər.  Bunun  üçün  lazım  olan  tək  amil  bu  fürsət  və
imkanları bir məhsul adı altında təşkil etmək, onu istifadəyə verə biləcək
təşkilat qurmaq və həmin təşkilatı potensial bazara tanıtmaqdır.
Ümumiyyətlə, yerləşdiyi mühitə görə, tərkibinə qış idman növlərini
qəbul edən və sağlamlıq baxımından yararlı olan qış turizm məhsullarını
Dağ turizmi, İdman turizmi və Sağlamlıq turizmi məhsulları ilə müqayisə
etmək və onların bir-birilə əlaqəli olduğunu aydın şəkildə müşahidə etmək
olar. Buna görə də, qış turizminin bu turizm məhsulu çeşidləri ilə əlaqəsi
daha geniş bir şəkildə qeyd edək.
Dağ Turizmi ilə əlaqəsi
Dağ  turizmi  adından  da  göründüyü  kimi,  dağlıq  iqlimə  malik
ərazilərdə tətil etməklə yanaşı, idmanla da məşğul olmağa imkan verən tur-
izmin bir növüdür. Digər tərəfdən isə, dağ turizmi təmiz və gözəl havadan
yararlanmaq üçün istifadə etdikləri turizm növüdür. Bu turizm növü yerimə
və  ya  dağa  dırmaşma  şəklində  də  gerçəkləşdirilir.Yuxarıda  göstərilən
anlayışlara əsasən, dağ turizmi tərkibinə dağda həyata keçirilən bütün
idman fəaliyyətlərini, yerimə və ya sadəcə dağların təmiz havasında olaraq
sakit bir tətil keçirmək imkanlarını özündə ehtiva edir. Bu baxımdan qış
turizmi ilə dağ turizmi arasında əlaqənin olduğu danılmazdır. Çünki, bir
qayda olaraq, qış turizm mərkəzləri dağlıq bölgələrdə yerləşir və ən önəmli
qış idman növü olan xizək turizmi üçün lazım olan şəraiti dağ yamaclarında
yerləşdirir. Bir çox dağlıq ərazilər turizm destinasiyaları hesab olunurlar.
Buna  səbəb  olaraq,  birinci  amil  kimi  isti,  nəmli,  ekvatorial  və  tropik
iqlimdə yerləşən dağların sərin olması turistləri cəzb edir. İkinci amil isə
Vüsal Alıyev
44


dağlarda mövcud olan mənzərələr, uyğun olmayan şəraitdə belə turistlərin
diqqətini  çəkir.  Həqiqətən  də,  Alp  dağlarındakı  bir  çox  turizm
mərkəzlərinin ziyarətçilərinin sayı qış aylarında bura gələnlərin sayından
dəfələrlə çoxdur. Son olaraq isə, dağlar qış idmanları üçün inkişaf etdirilə
bilmə qabiliyyətlərinə malikdir. Xizək idman növü xüsusi iqlim şərtləri
tələb edir: quru və yumşaq bir qar qatı, bol günəş işığı, az külək, ən az 120
gün olmaqla,yetəri qədər uzun bir qış mövsümü və iqtisadi baxımdan
qoyulmuş  təməl  investisiyanı  geri  gətirə  biləcək,  xizək  sürmək  üçün
əlverişli şərait yaradan qar örtüyü.
Həqiqətən də, maili, kələ-kötür dağlıq bölgələrinqış aylarında qarla
örtülməsi nəticəsində xizək idmanı həvəskarları üçün həyəcanlı, adrenalini
yüksəldən,  mükəmməl  idman  mərkəzlərinə  çevrilməkdədir.  Bununla
yanaşı, dağ turizmi bir çox idman növlərinin də həyatına keçirilməsinə
səbəb  olur.  Məsələn,  dağadırmanma  bütün  mövsümlərdə  həyata
keçirilməsilə bərabər snowboard, heliski, xizək yarışları, yüksək dağlardakı
açıqhavada buz konkisi qış aylarında dağlarda edilən idman növləridir.
Aparılmış araşdırmaların nəticəsi olaraq bir çox mənbələrdə qeyd
edilir ki, qış turizmi dağ turizmi ilə bərabər hesab olunaraq “Dağ və Qış
turizmi” olaraq bir ad altında turizm məhsulu növü kimi çıxış edir və qış
turizmi dağ turizminin alt bölməsidir. Lakin qış turizmi ilə dağ turizmi nə
qədər yaxın və bənzər olsalar da, onları bir turizm məhsul növü kimi
düşünmək doğru bir yanaşma deyildir. Bir çox qış turizminin idmanları
dağlarda həyata keçirilsə də, Norveç və Finlandiyadakı Hucky itlərinin
çəkdiyi xizək yarışmaları, buzları dələrək balıq ovlama, qar üstündə at
yarışları və atlı xizək gəzintiləri kimi bir çox turistik fəaliyyətlərin həyata
keçirilməsi üçün məkan olaraq dağlıq bölgələr şərt deyildir. Bu növlər üçün
şərt qarlı bölgələrin olmasıdır. Bir qayda olaraq, bu fəaliyyətlər şimal
bölgələrinin soyuq iqlim qurşaqlarında həyata keçirilir. Eyni şəkildə dağ
turizmi üçün də qar əsas xüsusiyyət olaraq qalır ki, bu da qeyd edilən növlər
arasındakı fərqdir. Ayrıca qış turizm mərkəzinin yaradılması üçün yerləşmə
məkanı olaraq dağlıq bölgənin şərt olmamasına dair ən gözəl nümunə
Dubayda çölün ortasında inşa edilmiş SkiDubai xizək mərkəzidir. 
İdman turizmi ilə əlaqəsi
İdman turizmi, idman tədbirlərində iştirak etmək və ya idman təd bir -
lə rini izləmək üçün yerləşdiyi yerdən başqa bir yerə kommersiya məq səd -
lə ri  güdməyən  səyahətdir.  Beynəlxalq  idman  təşkilatlarına  tamaşaçı,
iş tirakçı, jurnalist, idmançıların ailələri kimi qrupların iştirakı, çoxlu sayda
in sanın səyahət etməsini, yerləşdirilməsini və alış-veriş etməsini təmin et -
mək dir Təbii olaraq bu təşkilatçılığı həyata keçirən ev sahibi ölkənin tu -
45
Qış turizminin digər turizm məhsul çeşidləri ilə əlaqəsi


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə