Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

çevirən bu çayın üzərində bir-birindən 800 metr aralıda tikilmiş bu körpülər
öz dövrünün son dərəcə mükəmməl mühəndis qurğusu hesab edilir. Kör-
pünün  tikilmə  tarixi  haqqında  məlumatlar  azdır  və  yalnız  XIII  əsr
tarixçilərdən biri körpünün VIII əsrdə tikildiyini qeyd edir (1, s. 38–39). 
Azərbaycanın  qədim  memarlıq  abidələri  ilə  zəngin  olan  bölgələri
sırasında Quba, Xaçmaz, Şamaxı, Qəbələ və s. rayonlarınında öz yeri var.
Qəbələ şəhəri xarabalıqları öz tarixi coğrafiyasına görə Səlibir, Çilli qoruq,
Kamal təpə, Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir.
Qazıntılar zamanı Səlibirdə möhtəşəm qala bürcləri, yaşayış yeri qalıqları,
metal şüşə, sümük qalıqları, saxsı qablar tapılmışdır. 
Bizim günlərimizə qədər çoxlu orta əsr tikililəri və şəhər xarabalıqları
qalmışdır ki, onlar xalqın mədəniyyət tarixində yüksək yer tutur. Qəbələnin
Nic, Zaqatalanın Qum, Ləkit kəndləri yaxınlığında, qədim Azərbaycan
dövləti-Qafqaz Albaniyasının məbədləri, Zaqatalada məscid, şəhər qalaları,
qayalar  sinəsində  mahir  sənətkarlıq  tərəfindən  yaradılmış  Pəri  qalası,
Şamaxı  rayonu  yaxımlığında  Gülüstan  qalası,  antik  dövrə  aid  qədim
Şamaxı şəhəri qalıqları, Mərəzədə Diri Baba türbəsi, Qalaxan kəndində
türbəlkər kompleksi, Yeddi günbəz, Şəkinin Qala və karvansarayları, Xan
sarayı, Kiş məbədi, Şəki şəhəri XVIII-XIX əsrə aid Yuxarı Baş memarlıq
qoruğunu və s. göstərmək olar.
Ismayıllı rayonundakı XI-XIX əsrlərə dair Lahıc kəndi-Dövlət Tarixi-
Mədəniyyət qoruğu, Qubadakı Xınalıq kəndi – Dövlət Tarixi-Mədəniyyət
qoruğu, Quba hamamı, Came məscidi, Qaxdakı Həsən qalası məbədi, Qax
rayonundakı qədim Alban kilsələrindən Qum bazlikası, Qurmuq məbədi,
Alaverdi məscidi, Xaçmaz rayonunda Sərkərtəpə yaşayış yeri bura gələn
turistlərin diqqətini cəlb edir. 
Azərbaycan  xalqının  tarixini  özündə  əks  etdirən  tarixi  memarlıq
abidələrlə yanaşı qədim dövrlərdən bu günə qədər gəlib çıxmış milli irs
nümunələri də bu gün turistlərin daha çox marağına səbəb olur. Ölkəmizin
tarixi mədəniyyətini özündə əks etdirən milli irs nümunələri bugün tur-
izmin inkişafında əhəmiyyətli rola malikdir. 
Ölkədə milli irs nümunələrinə xalq sənətkarlığının ayrı-ayrı növləri,
suvenir istehsalı, müxtəlif kustar üsulla hazırlanan məhsullar,dekorativ
sənət nümunələri, ənənəvi toxuculuq və s. aid edilir. 
Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zən -
gin ləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət
ümum bəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni
zaman da, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan
xal çasıdır.
Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bi lə -
Fatimə Mürsəlova
34


 rik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və isteh sal
edilən xalçalar dünyada müqayisəyə gəlməz nümunələr kimi qəbul olu nur.
"Azərbaycanın xalçası" sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Ke niya
Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-mad di
mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNES CO-nun
Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. 
Ölkədə qeyd olunan irsi nümunələrdən xalçaçılıq ənənəvi sənət növ lə -
rindən olmaqla turizmdə suvenir istehsalı üçün önəmli yer tutur. Xal ça çı lıq
sənətinə aid olan kiçik ölçülü xalçalar beynəlxalq sərgilərdə nümayiş olu nur
və ölkəyə gələn turistlərin ən çox aldığı suvenir məhsullarından sa yı lır.
Ölkədə xalçaçılıq qədim adət-ənənələrini Quba, Şamaxı, Bakı, Qa ra bağ,
Qazax bölgələrində qorunub saxlanılıb. Burada kiçik ölçülü xalçalar və ona
uyğun gələn müxtəlif məhsullar əl əməyi ilə toxunulduğuna görə öl kəyə
gələn turistləri daha çox cəlb edir. Son illər ölkənin əsas turizm mər kəz -
lərindən sayılan Quba, Şamaxı, İsmayıllı, İçərişəhərdə, Şəkidə kiçik xal ça
sexləri fəaliyyət göstərirki, onlarında istehsal etdiyi məhsullara təla bat artıb. 
Qədim dövrlərdən bu günə qədər qurunub saxlanılan sənət növlərindən
biri də ipəkçilik olmuşdur. Azərbaycanda ipəkçilik 1500 illik tarixə malik
olan sənət növlərindəndir. Ipəkçilik ölkəmizin bir çox regionunda, xüsusilə
Şəki və Gəncə, Şamaxı və Şuşa şəhərlərində inkişaf etmişdir. O dövr üçün
Şəki ipəyi bütün dünyada məşhur idi. Hal-hazırda da bu sənət növü ilə
məşğul olanlara Şəki şəhərində rast gəlmək olar. 
İpəkçiliyin inkişafı ilə yanaşı ölkəmizdə daha qədim sənət növü olan
batik  sənət  növü,  yəni  kəlağayı  hazırlanması  ilə  məşğul  olurdular.
Kəlağayılar dörd künc formalı ipək parçadan hazırlanmış, qədim qadın baş
örtüyü  olmuşdur.  Onlar  müxtəlif  naxışlarla  boyanılırdı.  Bu  naxışlar
kəlağayı  üzərinə  basmanaxış  üsulu  ilə  basılırdı.  Kəlağayı  istehsalı
Azərbaycanda  qədimdən  məlumdur.  Təbriz,  Gəncə  ,  Şamaxı,  Şəki,
Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək
keyfiyyətli kəlağayılar hazırlanırdı. Şəki və Basqal kəlağayıları sırasında
“Şah buta”, “Saya buta” , “Xırda buta” çeşidlərindən daha çox istifadə ol-
unub. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı
əlvan kəlağayılar böyük şöhrət qazanmışdı.
Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında
Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı
ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına
daxil edilib.
Qədim  xalq  sənət  növlərindən  biri  də  Dəmir  dövründən  qalma
misgərlikdir. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə
35
Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə