Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluqları 800 km-ə bərabərdir.
BƏƏ tərkibində 7 əmirlik: Əbu-Dabi, Dubay, Şərca, Ərman, Rəs-əl –
Heyma, Umm-əl-Qayveyn və Füceyra daxildir. Ölkə ərazisinin 93%-i Əbu-
Dabi və Dubay əmirliklərinin payına düşür (1). 
Birləşmiş Ərəb Əmirliklərini tеz-tеz "vеrgi cənnəti" аdlаndırırlаr.
Ölkənin  vеrgi  sistеminin  özəlliyi  оndаn  ibаrətdir  ki,  BƏƏ-də  nə
müəssisələrin gəlir vеrgisi (хаrici bаnklаr və nеft şirkətləri istisnа оlmаqlа
– хаrici bаnklаr gəlirlərinin 20%-i həcmində, хаrici nеft şirkətləri isə Əbu-
Dаbi  əmirliyində  gəlirlərinin  55%-i,  bütün  digər  əmirliklərdə  isə
gəlirlərinin 50% vеrgi ödəməlidirlər), nə də fiziki şəхslərin gəlir vеrgisi
mövcud dеyil. Gömrük rüsumlаrı dа çох məhdud хаrаktеr dаşıyır – rəsmi
оlаrаq zinət əşyаlаrı 10%-lik, digər iхrаc оlunаn mаllаr isə 4% lik vеrgiyə
cəlb еdilirlər. Prаktikаdа isə iхrаc еdilən mаllаrın əksəriyyəti vеrgiyə cəlb
оlunmur,  əgər  оlunurlаrsа  bеlə,  vеrginin  həcmi  1%-dən  аrtıq  оlmur.
Həmçinin  iki  bələdiyyə  vеrgisi  mövcuddur.  Bunlаr  yаşаyış  sаhəsinin
icаrəsi  (5%),  kоmmеrsiyа  əmlаkının  icаrəsi  (10%),  mеhmаnхаnа
хidmətləri və əyləncə (5%) vеrgiləridir. Ölkədə həm də ƏDV və sаtış
vеrgisi аnlаyışı yохdur (8).
Ölkənin vergi sisteminin təhlilindən aydın olur ki, turizm sənayesinə
qoyulan  kapitalın  əsas  hissəsi  vergiyə  cəlb  olunmur.  Həmçinin  xarici
şirkətlərin ölkədə tikdirdiyi turizm obyektlərinin çoxu vergidən azaddır və
ya sinvolik rəqəmlərlə vergi ödəyir. Bu da ölkənin bu sahədə daha çox uğur
qazanmasına imkan vermişdir. Aparılmış təhlillər göstərir ki, ökəyə turizm
sahəsinə cəlb olunan investisiyaların 35% xarici sərmayədarların payına
düşür ki, bu göstəricidə hər il artır. 
Аktivlərinin həcminə görə ən iri bаnklаr Abu-Dаbi milli bаnkı (Na-
tional Bank of Abu Dhabi), Dubаy milli bаnkı (National Bank of Dubai),
Emirates Bank International, Mashreq bank və Əbu-Dаbi kоmmеrsiyа
bаnkıdır (Abu Dhabi Commercial Bank). Ümumiyyətlə,ölkədə 21 yеrli
kоmmеrsiyа  bаnkı  və  26  хаrici  kоmmеrsiyа  bаnkı  fəаliyyət  göstərir.
Həmçinin 2 invеstisiyа bаnkı vаr (9).
Yеrli bаnklаr hеç bir vеrgi ödəmir. Хаrici bаnklаr isə,qеyd оlunduğu
kimi, gəlirlərinin 20%-ni vеrgi şəklində dövlət büdcəsinə ödəyirlər.Yеrli
bаnklаr BƏƏ-də qеyri-nеft invеstisiyаlаrının əksəriyyətini mаliy yələş -
dirirlər. İslаm bаnklаrının rоlu və nüfuzu sürətlə аrtmаqdаdır. Hələlik
оnlаrın əsаs fəаliyyət sаhəsi dаşınmаz əmlаkın tikintisini, özəl müştərilərin
və  turizm  üzrə  tikinti  хərclərinin  mаliyyələşdirilməsidir.  Turizm
sənayesinin maliyyələşdirilməsində komersiya bankları öz əhəmiyyətin
saxlayır. Bu sahəyə ayrılan kreditlərin yarıdan çoxun kommersiya bankları
verir. Turizminin inkişafının ilk illərində bu sahəyə yatırılan investisiyaların
65
Birləşmiş Ərəb Əmirliklərində beynəlxlaq turizminin inkişaf xüsusiyyətləri


əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilirdisə, hazırda bu yükün altına
daha çox kommersiya bankları və xarici banklar girmişdir. 
Beynəlxalq  turizm  təşkilatının  məlumatlarına  görə,  Cənub-Qərbi
Asiya son illər beynəlxalq turizminin inkişafına görə daha çox fərlənir. Illik
artım tempi isə 3-5% təşkil edir. 2014-cü ildə regiona gələn turistlərin 38%
BƏƏ payına düşür. Körfəz ölkələri arasında beynəlxalq turizmdən ən çox
gəlirləri  BƏƏ  (32,5%),  ikinci  yerdə  isə  Səudiyyə  Ərəbistanı  (22,4%)
götürmüşdür(5).
Beynəlxalq turizmdən gələn gəlirlərin dinamik olaraq artması XX
əsrin  80-ci  illərindən  başlayaraq  bu  sahəyə  çəkilən  xərclərin  artması,
ölkənin neft sənayesindən sonra alternativ iqtisadi mənbə olaraq turizm
sektoruna prioritet istiqamət olaraq baxması ilə bağlıdır. Ölkədə turizm
sənayesinə ayrılan vəsaitlər son 20 ildə on dəfədən çox artmışdır. Bu da
BƏƏ-nin,  xüsusilə  Dubay  şəhərinin  beynəlxalq  turizm  mərkəzinə
çevrilməsinə imkan vermişdir. Bununla yanaşı, Dubay şəhərində azad iqti-
sadi zonanın təşkili, ölkədə münbit investisiya mühitinin yaradılması,
turistləri  cəlb  edən  infrastruktur  sahələrin  genişləndirilməsi  və
müasirləşdirilməsi qeyd olunan iqtisadi inkişafın əsasını təşkil edir. 
Şəkil 1. BƏƏ turizminin inkişaf dinamikası (5)
Şəkildən göründüyü kimi BƏƏ beynəlxalq turizminin inkişafı digər
təsərrüfat sahələri arasında üstün mövqe tutmuşdur. Hazırda beynəlxalq
turizmdən gələn gəlirlər neft sənayesindən sonra ikinci yeri tutur. Ölkədə
ümumi  daxili  məhsulun  45%  neft  sənayesinin,  40%  isə  beynəlxalq
turizmdən gələn gəlirlər təşkil edir (5).
Səfiyyə Məmmədli
66


Beynəlxalq turizmdə iştirak edənlərin sayı 2010-cu il ilə müqayisədə
2015-ci ildə 56,7% artmışdır. Turist axınlarının əsas istiqaməti Çin, MDB
ölkələri və Avropa İttifaqından gələnlər təşkil edir. Ölkədə 2014-cü il ilə
müqayisədə 2015-ci ildə gələn turistlərin sayında 5,6% artım olmuşdur ki,
bunun da əsas hissəsi Rusiya Federasiyasından gələn turistlərdən ibarət
olmuşdur. Avropa ittifaqı ölkələrindən gələnlər ümumi turist axınlarının
35 % təşkil edir. Rusiyadan gələn turistlər isə 16,3% təşkil etmişdir. Gəlmə
turizm üzrə ümumi artımın əsas hissəsi Dubay və Abu-Dabi əmirliyinin
payına düşür (5). 
BƏƏ gələn turistlər arasında Avropa ölkələrininn payının artması son
beş ildə bu sahədə fəaliyyət göstərən turoperatorların aktiv fəaliyyəti ilə
bağlı olmuşdur. Digər tərəfdən BƏƏ Avropa İttifaqına daxil olan 28 ölkə
üçün vizasız rejimin tətbiqi turistlərin kütləvi axının təmin olunmasına
imkan vermişdir. 
Ölkəyə gələn turistlərin məqsədinə görə qruplaşdırdıqda ənənəvi ola -
raq istirahət, əyləncə, işgüzar, macəra həvəskarları və eko turizm üstünlük
təş kil edir. Ərəb əmirliyini seçən turistləri buranın ilboyu çimərlikləri, müa -
sir əyləncə və istirahət mərkəzləri, dəbdəbəli otelləri, geniş ceşiddə şopinq
etmək imkanları, təklif olunan müxtəlif növ turlar və s. daha çox cəlb edir. 
Statistik məlumatların təhlilindən məlum olur ki, istirahət və əyləncə
turizmi  seçənlər  ümümi  turist  axınlarının  40%-ə  qədərini  təşkil  edir.
Istirahət üçün isə əsas yer olaraq Dubaydakı otel və istirahət məkanları
daha çox seçilir. Beləki, ölkəyə gələn turistlərin 67%, həmçinin istirahət
və əyləncə məqsədilə gələnlərin 3\2 Dubay şəhərinə istiqamətlənir (9). Onu
da qeyd edək ki, Dubay şəhərinə gələn turistlərin sayının çox olması,
turoperatorların daha çox burada olan otellər və turagentliklərlə işləməsi,
ənənəvi işlənmiş turların mövcudluğu ilə bağlıdır.
Dubay başlıca olaraq dörd əsas hissədən ibarətdir. Bunlar Cümeyrah,
Burc Ərəb, Deira bölgəsi və Şeyx Zayed prospektidir. Şəhərin əsas gəzib-
görməli yerlərinə şəhəri iki hissəyə ayıran körfəz sahillərini, iki minarəli
Cümeyrah məscidini (Jumeirah Mosque), "Jumeirah Beach Hotel" ini, in-
gilis memar tərəfindən hazırlanmış "Burj- Al- Arab" otelini, ikonik üs-
lublarda inşa edilmiş məşhur ərəb göydələnlərini, “Dubai Marina”sını,
tarixi binaları ilə məşhur Burc Dubayı, əsas alış-veriş mərkəzi olan "Dubai
Mall" u və bir çox başqa yerləri göstərmək olar.
Dubayın ən qaynar və lüks hissəsi Cümeyrah bölgəsidir. Dünyanın 8-
ci möcüzəsi olan Palmiyə adası, dalğa şəklində olan 5 ulduzlu Jumeirah
Beach oteli və Burj-Al-Arab oteli də burada yerləşir. Bir tərəfdən Bəsrə
körfəzi,  digər  tərəfdən  Hind  okeanı  Dubayın  görünüşünə  daha  başqa
mənzərə qatır.
67
Birləşmiş Ərəb Əmirliklərində beynəlxlaq turizminin inkişaf xüsusiyyətləri


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə