Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

yaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən
dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri
olub. O da məlumdur ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tar-
ixi Neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən
sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət kimi onun təşəkkülü
artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə
gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən yüksək
inkişaf  etdiyini  bir  sıra  Avropa  ölkələrində,  o  cümlədən  Rusiya
muzeylərində saxlanan mis eksponatlar da sübut edir.
Azərbaycanda  misgərlik  sənətinin  mərkəzlərinin  Təbriz,  Gəncə,
Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənilir.
XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc
ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri
dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, aşsüzən, kəfkir, kasa,
cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran,
Türkiyə və digər yerlərdə tanınıb.
2015-ci ilin 30 noyabr tarixində Namibiya Respublikasının paytaxtı
Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması
üzrə  Hökumətlərarası  Komitəsinin  10-cu  sessiyası  keçirilmişdir.
Azərbaycan  tərəfindən  “Lahıc  misgərlik  sənəti”  nominasiyası  təqdim
olunmuş və fayl Qeyri-maddi mədəni irsin qorunmasına dair Konven siya -
nın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik
faylı kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Rep -
re zen  tativ siyahısına daxil edilmişdir.istinad
Bu sənət növləri ilə yanaşı ölkəmizdə duluzçuluq da inkişaf etmişdir.
Duluzçuluq əsasən tunc dövründə yaranmağa başlanmış,dövrümüzə qədər
gəlib çıxmışdır. Müxtəlif formalı kiçik qablardan tutmuş taxıl saxlanan iri
küplərədək bir sıra məmulatlar hazrlanırdı. Hal-hazırda dulusçuluq məktəbi
masallı rayonu ərazisində saxlanılmış və inkişaf etdirilir.
Bundan  başqa  ölkə  ərazisində  ağac,daş  və  metal  üzərində  oyma
sənətidə inkişaf etmişdir. Bu əsasən mis qablar üzərində müxtəlif naxışların
işlənməsi, ağaclardan müxtəlif musiqi alətlərinin və məişət əşyalarının
hazırlanması ilə səciyyəvi idi. 
Ədəbiyyat
1. Məsim Abadov “Azərbaycan turizmi və onun inkişaf problemləri” 
Bakı, 2014, s. 31
2. B. Bilalov və Ç. Göyüşov “ Turizmin əsasları” Bakı, 2015, s. 432
3. Dərgahov V.S “Rekreasiya – turizm ehtiyatları” Bakı, 2008, s. 142
4. http://www.unesco.org/culture/ich/en/lists
Fatimə Mürsəlova
36


UOT-9:91:910.4 
Günel RÜSTƏMOVA
Turizm ve sosial mədəni sahədə servis xidməti
ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
gunel.rustamova24@gmail.com 
Azərbaycanda dağ-xizək turizminin inkişaf istiqamətləri
Development directions of mountain-skiing tourism in Azerbaijan
Развитие направления горнолыжного туризма в Азербайджане
Abstract: The article is written about the factors stipulating of the
development ofmountain-skiing tourism, the centres where this type of
tourism  is  developed,  the  role  in  attarcting  the  foreign  and  domestic
tourists, development dynamics of mountain-skiing tourism in the country,
the competitive opportunities in this area, the prices in mountain-skiing
tourism centres and development perspectives. 
Key  words: tourism  market,  winter  tourism,  mountain-skiing
tourism, resort, hotel, marketing.
Резюме: В статье также способствовало развитию горнолыжного
туризма, развитие туристических центров, роль привлечения ино-
странных и местных туристов, динамика развития горнолыжного ту-
ризма,  конкурентные  возможности  в  этой  области,  цены  зимой
туристические центры, учитывая перспективы развития.
Ключевые слова: рынок туризма, зимний туризм, горнолыжный
туризм, курорт, отель, маркетинг.
Azərbaycanda turizm bazarının əsas meyllərinin təhlili göstərir ki,
iqtisadi islahatlar, əhalinin gəlirlərinin artması, müvafiq infrastrukturun
tədricən yaradılması, regionlarda iqtisadi dirçəliş turizm sənayesinin per-
spektiv inkişafını təmin etmişdir. Turizm bazarında bölgələrinin rolunun
üstün  olması  və  yeni  tikilən  yerləşmə  müəssisələrinin  regionların
əksəriyyətini əhatə etməsi, bu sahənin prioritet olmasına şərait yaratmışdır.
Dağ-xizək turizm modelləşdirilməsində tələb və təklifin öyrənilməsi
turməhsulun formalaşmasına təsir göstərən amillərdən sayılır. Ölkədə dax-
37
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies


ili  turizm  tələbatı  elmi  cəhətdən  tam  öyrənilməsə  də,  apardığımız
tədqiqatlar  göstərir  ki,  ümumdaxili  məhsulun  artımı,  xidmətlərin
yüksəlməsi,  infrastruktur  sahələrin  təkmilləşdirilməsi  əhalinin  turizm
tələbatına müsbət təsir etmişdir. Daxili turizm tələbatının artması, ümumi
iqtisadi inkişafla əlaqəli görünsə də, buna istirahət yerlərində xidmətin
səviyyəsinin,  onların  maddi-texniki  bazasının  yüksəlməsi  də  təsir
göstərmişdir. Bu baxımdan son illər istifadəyə verilən daö-xizək turizm
kompleksləri yeni turizm növünün inkişafından xəbər verir. Belə ki, 2000-
ci ilə qədər ölkənin mövcud yerləşmə müəssisələrinin əksəriyyəti Bakı
şəhəri və onun ətrafının payına düşürdüsə, hazırda bu göstərici regionların
hesabına artmışdır. Nəzərə almaq lazımdır ki, ölkədə əsas turizm tələbatı
Bakı-Sumqayıt aqlomerasiyasında formalaşır və əhali təbii landşaft ek-
zotikliyi ilə seçilən ərazilərə üstünlük verir, bu isə regionlarda turizmin
inkişafını  stimullaşdırır.  Qeyd  olunan  bölgələrdə  qış  turizmi  üçün
potensialın olmasından istifadə edərək yeni dağ-xizək turizminin təklif
olunması  ölkədən  bu  məqsədlə  gedən  500  mindən  çox  turistin  yerli
xidmətlərdən istifadə etməsinə imkan vermiş olacaqdır (2).
Şahdağ  dağ  regionunun  4  mərhələdə  inkişaf  etdirilməsi  nəzərdə
tutulmuşdur (8):
I. Üç beynəlxalq otel, 13 restoran və bar, hər biri 19-dan az olmayan
liftləri və yolları olan xizəksürmə yamaclarının təmin edilməsi;
II. Xizək liftlərinin şəbəkəsinin genişləndirilməsi, eləcə də, yayda
istirahət məqsədilə gözəl kotteclərin inşaası;
III.  Gələcəkdə  yaşayış  zonasının  genişləndirilməsi  və  dağətəyi
ərazilərə doğru xizək cığırlarının artırılması, qondolalar və qar maşınları
üçün əlavə infrastrukturların (üzmə hovuzu, tennis, futbol, basketbol zalları
və örtülü idman kompleksləri) quraşdırılması;
IV. Yaşayış komplekslərinin, əlavə dəbdəbəli otellərin, fərdi kənd
evlərinin və balaca kotteclərin sayının artırılması və çadırlarda gecələmək
imkanları olan istirahət zonasının genişləndirilməsi, ticarət mərkəzləri və
restoranların hazırlanması.
Qış turizminin daha çox daxili bazara istiqamətlənməsi bu sahədə
olan tələbatın öyrənilməsin aktuallaşdırır. Hazırda qış turizm bazrının tam
formalaşmaması bu sahədə dəqiq müştəri seqmentasiyasın aparmağa imkan
vermir. 
Günel Rüstəmova
38


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə