Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

Ölkədə turizm xidmətlərinin payı son illər artsa da, bu göstəriciləri
qış turizm növlərinə də aid etmək olar. Belə ki, 2010-2015-ci illər arasında
bu artım çox az göstəricilərlə ifadə olunmuş və ölkə üzrə 100-120 mln
manat arasında dəyişmişdir. Bu göstəricinin iki dəfədən çox artması 2012-
2015-ci illərdə qış turizminin inkişafı ilə bağlı olmuşdur. Ölkədə kiçik
sahibkarlara məxsus istirahət müəssisələrində istirahət edənlərin sayı son
beş ildə iki dəfədən çox artmış, göstərdiyi pullu xidmətlər isə 2010-ci ildə
ümumi xidmət sahələrində göstərilən pullu xidmətin 3,4% təşkil etdiyi
halda 2015-ci ildə 12,5%-ə catmışdır (10).
Azərbaycanda  dağ-xizək  turizminin  inkişafında  bir  çox  amillər
qarşılıqlı olaraq nəzərə alınır. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Marketinq siyasətinin düzgün qurulması və istehlakçı məm nu niy -
yətinin  təmin  olunması.  Qış  turizm  bazarında  müxtəlif  növ  istehlakçı
seqmentasiyası fəaliyyət göstərir. Hədəf marketinqinin secilməsi konkret
müştəri  kütləsinə  istiqamətlənmiş  olur.  Regionda  dağ-xizək  turizm
sahəsində bir çox ölkələrin ənənəvi xidmətləri təklif etməsi dağ-xizək tur-
izm komplekslərinin müəyyən müştəri kütləsinə istiqamətlənən hədəf mar-
ketinqinin secilməsin zəruri edir. Hər bir bazar seqmentinin cəlbediciliyinin
qiymətləndirilməsini, bir və ya bir neçə bazara çıxılmağın seçilməsini
nəzərdə tutur. Qış turizm kompleksləri gəlirlər baxımından ən yüksək
müştəri  dəyərini  yaratmalı  və  vaxt  keçdikcə  onu  saxlaya  biləcək
seqmentlərini hədəfə almalıdır. 
2. Qiymət siyasətinin düzgün qurulması və rəqabət davamlılığının
təmin edilməsi. Ölkədə turizm xidmətlərinin ümumilikdə yüksək olması,
əsasən  mövsüm  dövründə  fəaliyyət  göstərməsi,  turizm  şirkətləri  ilə
əlaqələrin zəif olmasın qeyd etmək olar (4). İstirahət mərkəzləri heç bir
turizm şirkəti ilə belə müqavilə bağlamayaraq yalnız göstərilən qiymətlərlə
birbaşa və turizm şirkətləri vasitəsilə turist qəbul edirlər. Azərbaycanda
real vəziyyətdə turizm şirkətləri və regionlarda yerləşən istirahət mərkəzləri
arasında  bu  iş  prosesi  demək  olar  ki,  müşahidə  olunmur.  Istirahət
mərkəzləri  mövsüm  ərzində  özlərini  riskə  atmayaraq  iri  müəssisələrə
uzunmüddətli və əksər hallarda müqaviləsiz yerləri bron edirlər. Belə olan
halda şəhərlərdə fəaliyyət göstərən turizm şirkətləri regionlarda istirahət
etmək istəyən turistləri yerləşdirə bilmirlər. Xüsusilə vurğulamaq lazımdır
ki, fəaliyyət göstərən istirahət mərkəzləri hətta mövsümü az turistlə başa
vursala belə şirkətləri qiymətlərlə tanış etməyə maraqlı olmurlar. Belə olan
halda onlar yalnız mənfəət əldə etmək istəyində olsalar belə bunu necə
etmək lazım olduğunu bilmirlər və ölkədə turizmin inkişafına, bu sənayedə
fəaliyyət  göstərən  sahibkarlıq  subyektləri  arasındakı  əlaqələrin
yaranmasına kömək edə bilmirlər. 
39
Azərbaycanda dağ-xizək turizminin inkişaf istiqamətləri


Şahdağ  qış-yay  turizm  kompleksinində  qiymətlər  tez-tez  dəyişir.
“Zirvə” otelində verilən məlumata görə yeni tarif siyasəti, hər ay, hətta
gündəlik tələbatdan asılı olaraq qiymət dəyişikliyni nəzərdə tutur. “Əgər
ötən ötən il “Zirvə” otelində bir yerlik nömrə -100 manat, iki yerlik - 140
manat, üç yerlik - 250 manat idisə, bu gün nömrənin qiyməti bir nəfər üçün
129 manat, iki nəfərlik - 145 manat müəyyən edilib, amma qiymət daim
dəyişə bilir (10). 
Müqayisə  üçün  qeyd  edək  ki,  Uludağda  4  günlük  tam  pansion
istirahətin qiyməti təyarə biletidə daxil olmaqla 650 manata yaxındır.
Şahdağ qış istirahət zonasında isə 4 günlük istirahət bir nəfərə ən azı 500
manat təşkil edir. Baxmayarq ki, Uludağda xidmətin keyfiyyəti və xizək
kanatlarının uzunluğu Şahdağ turizm kompleksindən daha uzundur(7). Onu
da qeyd edək ki, Uludağda istənilən tələbata uyğun otellər vardır. Şahdağ
istirahət mərkəzində isə otellər əsasən dörd və beş ulduzlu olmaqla daha
bahalı xidmətlər təklif edirlər. Bununla yanaşı Uludağda oteldə qalanlar
üçün bütün xidmətlər 30-40% güzəştlə təklif olunur.
Gürcüstanda Bakuryani dağ-xizək kurortlarının qiymət siyasətidə
Şahdağ  və  tufandağ  dağ-xizək  turizm  mərkəzindən  daha  ucuzdur.
Bakuryanidə  turistlərə  xidmət  daha  çox  yerli  əhalinin  nəzarətindədir.
Bakuryaniyə gələn turistlərin əksəriyyəti azərbaycanlılar olur. Kanatda
gəzmək bir dollar yaxındır. Otellərin qiyməti isə çox ucuzdur. 20-150 dollar
arasında  tam  pansion  xidmət  göstərən  otellər  tapmaq  mümkündür.
Göründüyü kimi eyni xidmətləri qonşu Gürcüstan və Türkiyədə daha ucuz
qiymətə tapmaq mümkündür. 
Onu da qeyd edək ki, ölkədə yeni il və həmrəylik bayramlarında
istirahət vaxtları 5-6 gün davam edir. Bu bayramlarda dağ-xizək turizm
mərkəzlərinə  gedənlərin  sayı  artmış  olur.  Bayram  günlərini  hərə  öz
büdcəsinə uyğun keçirmək istəyir. Vətəndaşların və Azərbaycana gələn
turistlərin normal istirahətinin təşkili üçün hər il müəyyən işlər görülür.
Amma Azərbaycana gəlmək üçün müəyyən viza maneələri və ölkənin
istirahət obyektlərində yaşanan mövsümü bahalaşmalar qış turizminin
inkişafına  problemlər  yaradır.  Şahdağ  qış-yay  turizm  kompleksində
yerləşən oteldəki Yeni İl qiymətlərinə nəzər saldıqda qiymətlərin xarici
ölkələrə nisbətən baha olduğunu görərik. Oteldə Yeni İllə bağlı təşkil olu-
nan bayram şənliyində iştirak 150-170 AZN-ə başa gəlir. Səhər yeməyi
daxil iki nəfərlik otağa görə azı 250 AZN tələb olunur. Bununla yanaşı
oteldə minimal olaraq 4 gecə qalmaq şərt kimi qoyulur. Qiymətlərdən belə
çıxır ki, bizim ölkədə yerləşən otellər və qış turizmi obyektləri Avstriya və
İsveçrədə yerləşən ənənəvi xizək kurortlarından daha bahadır. Avstriyada
yerləşən eyni seqmentdən olan otellər turistlərə otaqları gecəsi 109 manata
Günel Rüstəmova
40


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə