Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

Əmtəə reklamı turizm məhsulunun və xidmətlərinin reklamı deməkdir
və  burda  turizm  məhsulunun  digər  məhsullarla  müqayisəsi  aparılır.
Əminedici reklam zamanı isə xidmətlər barədə dəqiq məlumat verilir.
Yaddaş reklamı. Öz fəaliyyəti haqqında müştərilərə müntəzəm olaraq
xatırlat-maq məqsədilə turist müəssisələri müntəzəm istehlakçının yadına
xidmətlər barə-də, harda hansı xidmətləri görə bilər deyə məlumat verilir
və turizm firmasının bazarda mövqeyinin möhkəmləndirməsi üçün şərait
yaradır:
– Hər hansı bir turizm şirkətinin xidmətləri barədə məlumatlanma
–  Hər  hansısa  bir  turizm  firmasının  xidmətləri  barədə  lazımi
informasiyanı əldə edərək gələcək fəaliyyətdə bundan düzgün istifadə
olunması.
– Müştərini hər hansısa bir turizm firmasına cəlb etmək.
Həmçinin auditoriyalı reklamı qeyd edə bilərik ki, burda reklamın
kütləvi informasiya vasitələri ilə (telefon, faks) yayılması, gəzinti reklamı
zamanı dövlətin reklam həyata keçirilir. 
Reklamın mətnindən asılı olaraq reklamlar hər hansısa emosiyalar
oyada bilər. Emosional reklamlar insanlara hisslər vasitəsilə yeriyir və
adətən psixoloji təsir göstərir. Onun ən sevimli vasitəsi illustrasiyadır.
Bəzən az miqdarda səslərdən də istifadə olunur (3, s. 61).
Firmanın yüksək imicə malik olması böyük məqsəddir. İmic ingilis
sözü  olub  təsvir,  görünüş  deməkdir.  Kotlerin  kəlamlarına  görə  imic
“kampaniyanın qəbul edilməsi və hamı tərəfindən bəyənilməsi” deməkdir.
Xeyirverici imicin olması dünya bazarında tanınmaq üçün vacibdir. İmic
reklamı  hər  hansı  bir  turizm  firmasının  reklamına  sərf  olunur.  Onun
məqsədi ictimaiyyətdə, ilk növbədə isə fəal və potensial müştərilərdə
cəlbedici imicin formalaşdırılması, turist müəssisələrinə və onun təklif et-
diyi xidmətlərə etimadın yaradılmasıdır. Məhsulun hər hansı imicinin
yaradılmasına yönəldilmiş reklam onun fərqləndirici xüsusiyyətlərini qeyd
etməyə xidmət edərək möhkəmləndirici xarakter daşıyır, turist firması və
onun  məhsullarının  seçiminə  görə  düzgün  qərar  verdikləri  barədə
müştəridə inamı gücləndirməyə xidmət edir. 
Reklamın müxtəlif maliyyələşdirmə mənbələri ola bilər. Bu əlamətə
uyğun olaraq onlar fəqləndirilirlər:
– Ayrı-ayrı turist müəssisəsi adından verilən (dar firma reklamı)
– Müştərək (korporativ reklamlar) 
Müştərək reklam müstəqil turist müəssisələrinin reklam səylərini bir
turist məhsulu çərçivəsində birləşdirməklə yanaşı həmçinin turist firmaları
və  turist  xidmətlərinin  istehsalçılarının  reklam  səylərini  birləşdirməyi
nəzərdə tutur. 
Yadulla Haqverdiyev
28


Göründüyü kimi düzgün təşkil olunmuş reklam turizmin inkişafına
səbəb olmaqla yanaşı həm də gələcəkdə bu sahədən əldə olunan gəlirlərə
də bir başa təsir göstərir. Bu zaman nəzərə alınmalıdır ki, reklam fəaliyyəti
müntəzəm olaraq təcrübə hesabına inkişaf edən xüsusiyyətə malikdir.
Ədəbiyyat 
1. Матанцев А.Н. Эффективность рекламы. – М., 2002.
2. Песоцкий Е. Современная реклама. Теория и практика – М.: 
Прогресс, 2001.
3. Хромов Л.Н. Рекламная деятельность: Искусство, теория, 
практика. Петрозаводск: АО «Фолиум», 1994.
4. http://www.rae.ru/forum2012/184/140
29
Turizmdə reklamın xüsusiyyətləri


UOT-9:91:910.4 
Fatimə MÜRSƏLOVA
Turizm işi ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
fatima.mursalova@hotmail.com
Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları
Historical and cultural tourism resources of Azerbaijan
Исторические- культурные туристические ресурсы
Aзербайджана
Abstract: Historical monuments of the country are an important factor
contributing to be attractive for tourists, affecting the development of
tourism. Because the patterns of material culture that reflect the history,
lifestyle is interested in tourists traveling to any country. In turn, each coun-
try and the role of human civilization, formed to present to the world cul-
tural heritage samples will use it to prove its antiquity. In turn, means that
tourism plays an important role in informing the world of the cultural her-
itage of the country.
Azerbaijani lands of historical and architectural monuments is very
rich. These are tombs, mosques, caravanserais and palaces, fortresses, tow-
ers, residential buildings, baths and there is no number, no account to the
treasury.
Key words: Tourism, historical and cultural resources, Azerbaijan his-
torical and architectural monuments, national heritage. 
Резюме: Исторические памятники страны являются важным фак-
тором,  способствующим  быть  привлекательным  для  туристов,
влияющие на развитие туризма. Поскольку образцы материальной
культуры, отражающие историю, образ жизни заинтересован в тури-
стов,  путешествующих  в  любой  стране.  В  свою  очередь,  каждая
страна и роль человеческой цивилизации, сформированная, чтобы
представить мировые образцы культурного наследия будет исполь-
зовать его, чтобы доказать свою древность. В свою очередь, означает,
что туризм играет важную роль в информировании мир культурного
наследия страны. 
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
30


Азербайджанские земли исторических и архитектурных памятни-
ков очень богат. Эти гробницы, мечети, караван-сараи, дворцы, крепо-
сти, башни, жилые дома, бани и нет никакого числа, нет счета в казну.
Ключевые слова: Туризм, исторических и архитектурных памят-
ников, исторические- культурные памятники Азербайджана, образцы
национального наследия. 
Tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən, ölkənin
turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardandır. Çünki
istənilən ölkəyə səyahət edən turist həmin ölkənin tarixinə, yaşayış tərzini
əks etdirən maddi mədəniyyət nümunələrinə maraq göstərir. Öz növbəsində
hər bir ölkə də qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rol-
unu  sübuta  yetirmək,  onu  dünyaya  təqdim  etmək  üçün  mədəni  irs
nümunələrindən  faydalanmış  olur.  Deməli,  turizm  də  öz  növbəsində
ölkənin mədəni irsinin dünyaya tanıdılmasında böyük rol oynayır.
Azərbaycan torpağı tarix və memarlıq abidələri ilə olduqca zəngindir.
Bu xəzinəyə saysız hesabsız saraylar, türbələr, məscidlər, karvansaraylar,
ha mamlar, qalalar, bürclər, yaşayış binaları daxildir. Hər il arxeoloqlarımız
ye ni – yeni abidələr aşkar edirlər, tariximizi və mədəniyyətimizi zəngin -
ləş  dirirlər. 
Respublikamıza gələn qonaqlar, turistlər əzəmətli qalalara, bürclərə,
məbədlərə, türbələrə, məscidlərə, saraylara, dağ üzərindəki yazılara, kar-
vansaraylara, qədim insan məskənlərinə, körpülər və s. abidələrə, incə
zövqlə  düzəldilmiş  zərgərlik  əşyalarına,  zərif  naxışlı  əl  toxumalarına
baxdıqca öz heyrətlərini gizlədə bilmirlər.
Bakıdakı XV-XVIII əsr yadigarı Şirvanşahlar saray kompleksi, XVII
əsrdə  inşa  olunmuş Atəşgah  məbədi,  İçərişəhər  memarlıq  şəhərsalma
komp  leksini, Məhəmməd məscidini, Qız qalasını, Şirvanşahlar yaşayış bi -
na sını, Divanxananı, Şah məscidini, Seyid Yəhya Bakuvinin türbəsini, Mu -
rad  darvazasını,  hamam, Təzə  Pir  məscidini,  Bakı  qala  darvazalarını,
Kar vansarayları, Ləzgi və Çin məscidlərini, Böyük Mərdəkan qəsrini, Mər -
də kan qalasını, Ramana qəsəbəsindəki Raman qəsrini, Nardaran kən din -
də ki Nardaran qəsrini, Bakı buxtasındakı Bayıl qəsrini, Razin və Binə
qə səbələrindəki məscidləri, Şabran rayonundakı orta əsrlərə aid Beşbarmaq
səd di, V-VI əsrlərə aid Çıraqqalanı, Şabran şəhərinin xarabalıqlarını və s.
turizm ekskursiya obyekti kimi göstərmək olar (1, s. 32).
Bu tarixi abidələr arasında Mezolit orta əsrlər dövrünə aid olan Qo bus -
 tan Dövlət Tarix Bədii Qoruğunu xüsusilə qeyd etmək lazımdır. Əc dad -
 larımızın  heyat  terzini  eks  etdiren  minlerle  qayaüstü  tesvirlere  mehz
31
Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə