Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

Qo bustan erazisinde rast gelmek mümkündür. Buradakı qayalar o dövrde
ya şamış insanların adet-enenelerinden behs eden daş salnameni xatırladır.
Sa həsi 4.400 hektar olan Qobustan qoruğunu haqlı olaraq açıq sema altında
mu zey adlandırırlar. Bu qiymetli daşlarda qorunub saxlanılan bir çox sir-
rlerin üstü indiyedek açılmayıb. Bezi qayalarda tesvirlerle yanaşı, yazılara
da rast gelmek mümkündür. Hemin yazılar Roma imperiyasının XII legio-
nunun Azerbaycanda olmasını sübut edir. Böyükdaş və Cingirdağda olan
və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük
ixtirası kimi dəyərləndirilir.
Qobustan erazisinde yerleşen abidelerin böyük ehemiyyeti nezere alı -
na raq, 1966-cı ilde buranın Qobustan Milli Tarix-Bedii Qoruğu elan edil -
mə si  ile  bağlı  qerar  qebul  olunub.  2007-ci  ilde  ise  Qobustan  Milli
Tarix-Bedii Qoruğu YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına
da xil edilib. 
Azərbaycanın qədim torpağı Naxçıvan ərazisində yüksək bədii or na -
ment  lər malik olan bir çox abidələr vardır. Bunlardan Azərbaycan me mar -
lı ğının şöhrəti Əcəmi Əbubəkr tərəfindən tikilmiş dünya şöhrətli Mömünə
Xatun türbəsini və bundan əvvəl 1162-ci ildə Əcəmi tərəfindən inşa edilmiş
Yusif  Küseyr  oğlunun  xatirə  sərdabə  kompleksini,  Şərur  rayonunun
Qarabağlar kəndindəki Qarabağlar Tarixi Memarlıq kompleksini, Culfa
rayonundakı Gülüstan türbəsini, Ordubad şəhərindəki XV-XIX əsr abidəsi
Ordubad Mədəniyyət Qoruğunu, qədim arxeoloji abidələrdən Naxçıvan
şəhərindəki  e.ə.  II  minillik  –  orta  əsrlərə  aid  Qədim  Naxçıvan  şəhəri
xarabalıqları, Babək rayonundakı tunc dövrünə aid Qızılburun yaşayış yeri,
I-II Qızılbulaq məbədləri, Babək rayonunda Çalxanqala kəndindəki tunc
dövrünə  aid  Çalxanqala  qalası,  Çalxanqala  kurqanları,  Oğlan  qala  və
Əlincə qalası kimi möhtəşəm müdafiə istehkamlarını göstərmək olar (1, s.
33). Bu abidələr Naxçıvana gələn turistlərin marağına səbəb olur və onlar
bu diyarın tarixi haqqında məlumat almaqdan zövq duyurlar.
Ölkəmizin qədim tarixini özündə bu günə qədər qoruyub saxlayan şə -
hər  lərindən biri olan Gəncə özünün memarlıq sənəti ilə də məşhurdur. Bu
me marlıq abidələri əsrlərin sınaqlarından keçərək bu günümüzə qədər gəl -
miş dir. Bu abidələr həm memarlıq üslubuna görə, həmdə qədimliyinə görə
tu ristlər arasında böyük marağa səbəb olur. Belə abidələrdən: Gəncə qalası
(XV əsr), Cümə məscidi (XIX əsr), İmamzadə türbəsi (XVI əsr), Darı Sul-
tan sarayı (XVI əsr), Qədim karvansara (XII əsr), Nizami məqbərəsi (XII
əsr) və s. qeyd etmək olar. Gəncədə tarixi-memarlıq abidələrin bir ərazidə
yerləşməsi onların turizm baxımından istifadəsini asanlaşdırır (2, s. 433).
Şəhərdə olan tarixi abidələr, məscidlər dövlət tərəfindən bərpa olunur və
mühafizə edilir. Gəncədə 200 tarixi və 50 muzey abidəsi vardır. 
Fatimə Mürsəlova
32


Azərbaycan ərazisində aparılan geniş arxeoloji tədqiqatlar nəticəsində
tunc dövrünə aid bir sıra qiymətli abidələr aşkar edilmişdir. Belə mühüm
abidələrdən biri də Qazax şəhərindən bir az aralıda, Ağstafa çayının sol
sahilində yerləşən Baba-Dərviş abidəsi olmuşdur. Məlum olmuşdur ki, bu
abidələrin altında daha qədim dövrə aid yaşayış yerlərinin izləri vardır. Bu
xüsusiyyətinə görə Baba-Dərviş Naxçıvandakı Gültəpə abidəsindən sonra
bütün Qafqazda ikinci abidə olmuşdur. Bundan başqa Qazax rayonunun
Daşsalahlı  kəndində  paleolit  dövrünə  aid  Damcılı  mağara-düşərgəsi,
Dəmirçilər kəndində tunc dövrünə aid Baba-Dərviş yaşayış yerinin üç
abidəsi, Ağstafa royunu Aşağı Göycəli kəndində Neolit-tunc dövrünə aid
Toyçatəpə yaşayış yeri, Dağ Kəsəmən kəndində tunc-ilk dəmir dövrünə
aid qədim yaşayış yeri və qəbirstanlıqlar aşkar edilmişdir. 
Öz tarixinin və abidələrinin zənginliyi ilə şöhrət tapmış Qarabağın tə bii-
coğrafi şəraiti buranın ən qədim insan məskənləri siyahısına daxil ol ma sına
səbəb olmuşdur. Qarabağ torpağı zəngin yerüstü abidələri ilə məş hurdur.
Bunlardan Ağdam rayonunun Xaçın kəndindəki 1314-cü il ta rix li Qulu Musa
oğlu türbəsini, Ağdam Cümə məscidini, Şahbulaq kən din də ki Karvansaray
və məscidi, Bərdədəki XIV əsr türbəsini, İbrahim məs cidini, 1322-ci ildə
tikilmiş Allah-Allah türbəsini və Nüşabə qalasını, İmam zadə məscidini,
Torağay çayının Tərtər çayına qovuşduğu yerdə çay sət hindən təxminən 2000
metr hündürlükdə sıldırım qayalardan ibarət bir yük səklikdə inşa edilmiş
Çəraberd qalasını, hamam, karvansaraylar və s. göstərmək olar. 
Azərbaycan arxeoloqları indiki Fizuli şəhəri yaxınlığında dünyada ən
qə dim insan məskənlərindən olan Azıx və Tağlar mağarasını aşkar etmişlər.
Qu ru çay və Köndələn çayların su ayrıcında olan Azıx mağarası bir neçə
iri salondan ibarət olub,uzun bir dövrdə ibtidai insanların yaşayış düşərgəsi
ol muşdur. Qazıntılar zamanı ibtidai insanların həyat şəraitini əks etdirən,
həm də təxminən 1,5–2 milyon il bundan əvvəlki dövrdə Azərbaycanın
flora və faunasını özündə əks etdirən zəngin maddi –mədəniyyət qalıqları
aşkar edilmişdir. 
Belə abidələrlə yanaşı XVII-XIX əsrləri əhatə edən Kosalı abidələrin
kompleksi, Xocalı kurqanlarını, Menhir abidəsini, Üzərlik təpəni, Füzuli
rayonundakı  türbələri,  Şuşa  şəhərindəki  XVIII-XIX  əsr  Şuşa  tarix-
memarlıq  qoruğunu,  orta  əsrlərə  aid  köhnə  Bərdəni,  kurqanları  və  s.
abidələri qeyd etmək olar. 
Qarabağ  ərazisindəki  körpülər  haqqında  danışarkən  Cəbrayıl  ray-
onunda XI-XII əsrlərdə Araz çayı üzərində inşa edilmiş 11 və 15 tağlı
Xudafərin körpüləri əsas mövzuya çevrilir. Uzun əsrlər cənnətdən axan çay
kimi təsəvvür edilib,ziyarətgaha çevrilən və 1813-1828-ci illərdə Rusiya
ilə İran arasında bölüşdürülmüş Azərbaycanı bir-birindən ayıran qalaya
33
Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə