Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   72

171 
 
efirləri),  nukleotidlərin  (nukleozidfosfatlar)  və  s.  birləşmələrin  də  tərkibinə  daxil 
olur. 
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların parçalanmasında 
fosforun rolu çox böyükdür.  
Fosfat  turşusu  bir  sıra  kofermentlərin  də  tərkib  hissələrindən  biridir.  O, 
kalsiumla  birlikdə  sümük  toxumasının  əsasını  təşkil  edir.  Bədəndəki  fosforun  
87%-i  sümük  toxumasındadır.  Bunların  yəni  fosfor  və  kaliumun  mübadiləsi 
pozulduqda tetaniya, raxit və osteomalyasiya xəstəliyi baş verir.  
Kükürd  əsas  üzvi  birləşmələrin:  bəzi  aminturşularının,  peptidlərin 
(qlütation), zülalların, hormonların və fermentlərin tərkibində olur.  
Kükürd bəzi vitaminlərdə də (tiamin, biotin) vardır. Bunlarda kükürd reduk-
siyalaşmış  formada:  hidrogen-sulfidin  qalığı  şəklindədir.  Kükürd  sulfhidril  qrupu 
şəklində oksidləşmə-reduksiya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopo-
lisaxaridlərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklindədir.  
Kükürd  ən  çox  tükdə  (yunda),  buynuzda,  dırnaqda  və  lələkdə  olur.  Onun 
qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını) dəridə toplanır.  
Kükürd  orqanizmdə  əmələ  gələn  bir  sıra  zərərli  maddələrin  (fenol,  krezol, 
indol,  skatol  və  s.)  sulfat  turşusunun  efirləri  şəklində  zərərsizləşməsində  mühüm 
rol oynayır. O, orqanizmə zülallarla daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə 
sulfatlar  (natrium-sulfat,  kalium-sulfat,  ammonium-sulfat,  kalsium-sulfat,  maqne-
zium-sulfat), az qismi  isə sulfat  turşusunun efirləri (fenol-kükürd,  indoksilkükürd, 
krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.  
Dəmir  ən  çox  (60–70%)  porfirinin  törəmələrində  (hemoqlobin,  mioqlobin), 
katalazada,  peroksidaza  və  sitoxromlarda  olur,  zülal  komplekslərində  isə  nisbətən 
azdır. Qan plazmasında beta-qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.  
Dəmir  orqanizmdə  baş  verən  oksidləşmə-reduksiya  proseslərində,  immuno-
bioloji  reaksiyalarda,  boy  artımı  və  qanyaranma  proseslərində  aktiv  iştirak  edir. 
Dəmir  mübadiləsi  qan  zərdabında  dəmirin  daşıyıcısı  rolu  oynayan  ixtisaslaşmış 
zülali maddə-siderofillin vasitəsilə həyata keçirilir.  
 
 


172 
 
 
Dəmir zülal komplekslərindən ən çox (quru çəkiyə  görə 17–25%)  ferritində 
olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.  
Xlor  bütün  toxumalarda  və  bioloji  mayelərdə  ion  halındadır.  Bu  ən  çox 
mədə  şirəsində  xlorid  turşusunun  tərkibində,  qan  plazmasında,  xörək  duzunda 
mövcuddur.  Bioloji  mayelərdə  osmos  təzyiqinin  yaranmasında  xlorun  da  rolu 
böyükdür. Qanın osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.  
Flüor sümüklərdə, dişlərdə kalsium-flüorid şəklindədir. Bunun artıqlığından 
dişlərdə  ləkə  əmələ  gəlir.  Bu  da  xallı  emal  adlanır.  Flüorid  az  olanda  isə  dişin 
emalı sərtliyini itirir.  
4.  Mikroelementlər  mübadiləsi  və  bioloji  rolu:  Heyvan  orqanizmində 
mikroelementlər  mühüm  fizioloji  funksiya  yerinə  yetirir.  Bir  çox  fermentlərin 
(karboanhidraza, uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-
hidrataza  və  s.)  hormonların  və  vitaminlərin  tərkib  hissəsi  mikroelementlərdən 
ibarətdir,  mübadilə  proseslərinin  fəallaşmasında,  qandoğurmada,  toxuma  tənəffü-
sündə, boy və inkişaf proseslərində iştirak edir.  
Mikroelementlərin üzvi birtləşmələri qeyri-üzvi birləşmələrinə nisbətən daha 
qüvvətli  təsir  göstərir.  Məsələn,  20  mq  qeyri-üzvi  kobalt  0,004  mq  üzvi  kobaltla 
əvəz olunur.  
Mikroelementlərin  çatışmazlığından  bir  sıra  xəstəliklər  baş  verir,  heyvan-
ların boy və inkişafı ləngiyir, məhsuldarlığı azalır. Bu da xarici mühitdə: torpaqda, 
suda,  bitkilərdə  onların  azlığından  və  ya  artıqlığından  irəli  gəlir.  Bu  məsələlərin 
öyrənilməsi  ilə  biogeokimya  elmi  məşğul  olur.  Biogeokimya  kainatın  kimyəvi 
tərkibi  ilə  orqanizmin  elementar  kimyəvi  tərkibi  arasındakı  əlaqəni  və  mübadilə 
proseslərini öyrənir. Biogeokimyanın banisi akademik V. İ. Vernadskidir. Hazırda 
bəzi  ölkələrdə  bir  sıra  biogeokimyəvi  əyalətlər  müəyyən  edilmişdir.  Bu  da 
mikroelementlərin  xarici  mühitdə  yayılma  dərəcəsini  (azlığını  və  artıqlığını) 
göstərir.  Bu  məsələni  ilk  dəfə  öyrənən  akademik  L.  P.  Vinoqradov,  sonralar  isə    
V. V. Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K. Dautov və başqaları 
olmuşdur.  Bu  biogeokimyəvi  əyalətlərə  görə  insan  və  heyvanların  mikroelement-
lərlə nə dərəcədə təmin olunduğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata 
keçirilir.  Bu  sahədə  Azərbaycanda  da  xeyli  işlər  aparılmışdır  (Ə.  Güləhmədov,      
İ. Eyyubov, F. Hacıyev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).  
Azərbaycanın  çox  rayonlarında  (Şəki–Zaqatala,  Lənkəran–Astara,  Laçın–
Kəlbəcər,  Gəncə  -  Qazax,  Muğan  zonalarının  və  s.)  mikroelementlərin  (yod, 
kobalt, mis, manqan və s.) çatışmazlığı və bununla əlaqədar olan bəzi xəstəliklərdə 
(endemik  ur,  enzootik  ataksiya,  alimentar  anemiya  və  s.)  aşkar  edilmişdir.  Lakin 
bir  sıra  rayonlarda  (Daşkəsəndə  kobalt,  Gədəbəydə  mis,  Naxçıvanda  molibden  və 
s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.  


173 
 
İnsan  və  heyvanlar  mikroelementləri  yediyi qida  və  içdiyi su  ilə qəbul edir. 
Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda akobaltoz xəstəliyi nəzərə çarpır. 
Bu  xəstəlik  zamanı  B
12
  vitamininin  sintezi  pozulur.  Çünki  onun  tərkibində  4,5% 
kobalt  vardır.  Ona  görə  də  akobaltoz  B
12
  avitaminoza  da  səbəb  olur.  Xəstəliyin 
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə kobalt və ya B
12
 
vitamini əlavə olunur.  
Yod  orqanizmdə  ən  çox  qalxanabənzər  vəzdə  toplanır  və  tiroksinin 
sintezində  iştirak  edir.  O,  çatışmayanda  endemik  ur  xəstəliyi  baş  verir.  Yodun 
çatışmamazlığına donuzlar, xüsusən cavanları daha həsasadır. Yodun çatışmamaz-
lığının  qarşısını  almaq  üçün  insan  və  heyvanlara  verilən  xörək  duzuna  natrium 
yodid  (100 kq-a 1 q) qatılır.  
Mis  orqanizmdə  ən  çox  qaraciyərdə  və  dalaqda  toplanır.  Bu  mikroelement 
qanyaratmada  və  hemoqlobinin  sintezində  iştirak  edir.  Orqanizmdə  mis  çatışma-
dıqda qoyunlarda enzootik ataksiya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemi-
ya) əmələ gəlir.  
Manqan  ən  çox  qaraciyərdə  və  böyrəklərdə  olur.  Fermentlərdən  peptidaza-
ları,  fosfatazaları,  arginazanı,  karboksilazanı,    xolinesterazanı  və  s.-ni  fəallaşdırır. 
ATF-lə fəal kompleks: Mn ATF
2-
 əmələ gətirir.  
Manqanın  çatışmazlığı  qanyaranma  prosesinə,  cinsi  yetişməyə,  daxili 
sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir. 
Manqanın  çatışmazlığına  quşlar  daha  həssasdır.  Onlarda  perozis  adlanan 
xəstəlik  baş  verir.  Bu  isə  ətrafların  və  qanadların  sümüklərinin  deformasiyası  ilə 
xarakterlənir.  
Molibden  xarici  mühitdə  çox  olduqda  heyvanlarda  xroniki  molibden 
toksikozu  əmələ  gəlir.  Boy  prosesi  dayanır,  anemiya  baş  verir,  diri  çəki  azalır. 
Qoyunlarda yun məhsuldarlığı pozulur.  
Orqanizmdə  təbii  radioaktiv  elementlərin  əhəmiyyəti  də  çoxdur.  Onlardan 
(məsələn,  radioaktiv  karbon)  alınan  enerjidən  mübadilə  proseslərində  istifadə 
olunur.  Bu  məsələləri  radiobiologiya  öyrənir.  Hazırda  radiobiologiya  elminin 
sürətlə inkişafı da bununla əlaqədardır.  
Mikroelementlərin  maldarlıqda:  heyvanların  normal  inkişafında  və 
məhsuldarlığında  əhəmiyyəti  böyükdür.  Ona  görə  də  heyvanların  yemləndirilmə-
sində  onların  mikroelementlərə  olan  təlabatı  və  yemlərdə,  yem  payında,  kifayət 
qədər olmasına da fikir verilməlidir.   
 
 


174 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
  
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 15.  MADDƏLƏR MÜBADİLƏSİNİN ORQANİZMDƏ ƏLAQƏSİ  
                       (VƏHDƏTİ) 
 
 
 
P L A N  
 
 
 
1. Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi haqqında ümumi məlumat 
2. Nuklein turşularının və zülalların mübadiləsi arasında əlaqə 
3. Nuklein turşularının və karbohidratların mübadiləsi arasında əlaqə 
4. Nuklein turşularının və lipidlərin (triqliseridlərin) mübadiləsi arasında  


175 
 
    əlaqə 
5. Karbohidratların və zülalların mübadiləsi arasında əlaqə 
6. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə 
7. Karbohidratların və lipidlərin mübadiləsi arasında əlaqə
 
 
1.  Maddələr  mübadiləsinin  orqanizmdə  əlaqəsi  haqqında  ümumi  məlumat: 
Maddələr  mübadiləsi  bir-biri  ilə  sıx  əlaqəsi  olan  və  bir-birini  tamamlayan  ardıcıl 
kimyəvi  proseslərdən  ibarət  nizamlı  düzülüşü  olan  ansambıldır.  Heterotrof 
orqanizmlərdə  qida  vasitəsilə  hazır  şəkildə  qəbul  edilən  üzvi  maddələr  kimyəvi 
proseslər nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına onların 
orqanizmi qurulur.  
Qəbul  edilən  qidanın  tərkibində  orqanizmin  qurulması  üçün  lazım  olan 
maddələr  hazır  şəkildə  mövcud  deyildir.  Yalnız  bir  sıra  biokimyəvi  çevrilmələr 
(fermentlərin iştirakı ilə) sayəsində heterotrof orqanizmlərdə bir sinifə mənsub olan 
üzvi  maddələr  digər  sinifin  nümayəndələrinə  çevrilir.  Bu  da  orqanizmin  həyat 
fəaliyyətinin  qurulmasına  və  inkişafına  zəmin  yaradır.  Məsələn,  heterotrof 
orqanizmlərdə  qida  vasitəsilə  qəbul  olunan  karbohidrat-ların  yağlara  çevrilməsi 
aşağıdakı sxem əsasında baş verir.  
 
 
                                                                  Qlükoza 
 
                                                        Fruktoza-1,6-difosfat 
 
                            NAD
+
   NADN 
 
              1-Fosfo-               Dioksiaseton-                  3-Fosfoqliserin- 
              qliserin                       fosfat                                aldehidi 
 
Yağ                                                                                    Piruvat 
 
                 Yağ                                                                Asetil-KoA 
               turşusu 
 
                                                                                        Krebs tsikli                         
 
 


176 
 
 
Avtotrof  orqanizmlərdə  üzvi  maddələr  fotosintez  nəticəsində  qeyri-üzvi 
maddələrdən  sintez  olunur.  Bu  prosesdə  əsasən  karbohidratlar  sintez  olunur. 
Həmçinin  piroüzüm  turşusu  əmələ  gəlir  ki,  bu  maddədən  də  aminturşular,  asetil-
Ko A və başqa maddələr sintez olunur. Əmələ gəlmiş maddələr zülalların, nuklein 
turşularının və lipidlərin biosintezi üçün ilkin material rolunu oynayır.  
Deməli,  üzvi  maddələrin  bir-birinə  əlaqəli  keçidləri  canlı  orqanizmin 
mövcudluğunu təmin edir.  
Canlı  orqanizmdə  zülalların,  karbohidratların,  nuklein  turşularının  və 
lipidlərin  mübadiləsinin  bir-biri  ilə  əlaqəsi  aralıq  məhsulların:  metabolitlərin 
hesabına  yaranır.  Bu  məhsullar  karbohidratların  zülallara,  nuklein  turşularına, 
zülalların  nuklein  turşularına,  lipidlərə  və  karbohidratlara,  lipidlərin  zülallara, 
nuklein  turşularına  və  karbohidratlara  çevrilməsinə  şərait  yaradır.  Aralıq 
məhsullardan  əsas  rol  oynayanlar  sirkə  turşusu,  qismən  nukleotidlər,  ketoturşular 
və s. birləşmələrdir. Bu sxem qısa şəkildə belədir.  
 
 
Bu  məhsulların  sonrakı  parçalanmasından  CO
2
  və  H
2
O  əmələ  gəlir,  enerji 
ayrılır.  Bu  enerji  vasitəsilə  başqa  proseslərdə  əlaqə  yaranır.  Belə  ki,  karbohid-
ratların  okidləşməsi  nəticəsində  ATF-də  toplanan  enerjidən  yağlarda  və  zülalların 
biosintezində,  yağların  oksidləşməsindən  alınan  enerjidən  isə  karbohidratların  və 
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan enerjidən də lipidlərin 
və  karbohidratların  mübadiləsində  istifadə  olunur.  Deməli,  maddələr  mübadilə-
sində  əlaqə  enerji  mübadiləsində  yaranır.  Müxtəlif  maddələrin  mübadiləsi  zamanı 
qarşılıqlı  əlaqənin  yaranmasında  və  onların  vəhdətində  mühüm  rolu  Krebs  sikli 
oynayır.  
Mübadilə prosesində bu əlaqə hüceyrənin ayrı-ayrı hissələrində də (mitoxon-
driyalar,  ribosomlar,  nüvə  və  s.)  rabitə  yaradır.  Belə  ki,  mitoxondriyalarda  əmələ 
gələn  enerji  ATF-lə  nüvəyə  aparılaraq  zülalların  və  nuklein  turşularının  sintezi 
üçün  istifadə olunur. Nüvədə sintez olunan RNT ribosomlara aparılaraq zülalların 
sintezində  iştirak  edir.  Belə  misalları  çox  göstərmək  olar.  Bunları  ümumiləşdirə-
rərk  göstərmək  olar  ki,  mübadilə  proseslə-rində  əlaqə  nəinki  metabolitlərin 

Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə