Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   72

163 
 
 Doymamış  turşularının  məməlilərin  orqanizmində  sintez  edilməsi  qeyri-
mümkündür.  Orqanizm  linol,  linolein,  araxidon  turşularını  yalnız  qida  maddələ-
rinin  (yalnız  bitki  mənşəli)  tərkibində  mənimsəyir.  Bununla  əlaqədar  göstərilən 
turşularıa  əvəzedilməz  turşular  adı  verilmişdir.  Son  vaxtlarda  sübut  edilmişdir  ki, 
məməli  heyvanlar  qida  vasitəsilə  (sorqo,  amarant,  raps  və  s.  yem  bitkiləri  ilə 
qidalandıqda)  kifayət  qədər  linol  və  linolein  turşuları  qəbul  etdikdə  onların 
qaraciyərində bu turşulardan eykozatrien, eyzoatetraen (araxidon) və eykozapenten 
turşuları sintez oluna bilər.  
Tərkibində  bir  neçə  ikiqat  rabitə  olan  üzvi  turşuların  orqanizmdə  mühüm 
vəzifə  daşıması  son  zamanlar  müəyyən  olunmuşdur.  Belə  ki,  bu  turşular 
orqanizmdə  xəstəliktörədici  mikrobların  fəaliyyətini  minimuma  endirir.  Bioloji 
aktiv  maddələrin  (prostaqlandinlər,  prostatsiklin,  tromboksan,  leykotreinlər  və  s.) 
məhz tərkibində bir neçə ikiqat rabitə olan ali yağ turşularında əmələ gəldiyi sübut 
olunmuşdur. Doymamış ali yağ turşularına F (essensial) vitamini də deyilir.  
7. Yağların (triqliseridlərin) sintezi: Yağların biosintezinin əsas substratı 1-
fosfoqliserin  və  asil-Ko  A  molekullarıdır.  Sintez  transasilləşmə  reaksiyası  nəticə-
sində baş verir. Bu prosesdə 1-fosfoqliserin molekulu qliserinin fosforlaşmasından 
və  ya  fosfodioksiasetonun  reduksiyasından  alınır.  Asil-Ko  A  molekulu  isə  yağ 
turşularının sintez prosesi və β-oksidləşməsi zamanı əmələ gəlir.  
Əvvəlcə  transasilləşmə  reaksiyası  nəticəsində  fosfatid  turşusu  (fosfatidil-
dipalmitin) əmələ gəlir.  
 
 
 
 
Əmələ  gəlmiş  fosfatid  turşusu  fosfatidatfosfohidrolaza  fermentinin  təsiri  ilə 
hidrolizə uğrayaraq dipalmitinə (diqliseridə) çevrilir. 
                O                                                               OH 
 
2C
15
H
31
−C~S−KoA + HO−CH
2
−CH(OH)−CH
2
−O−P=O 
         Palmitil-KoA                                     1-Fosfoqliserin 
                                                                                  OH 
                                                    O 
 
                                       CH
2
−O−C−C
15
H
31
 
 
                                            
                O 
 
Qliserofosfatasiltransferaza
 
                                       CH−O−C−C
15
H
31
 + 2HS−KoA 
 
                                                          OH 
                                       CH
2
−O−P=O 
                                                          OH 
                                              Fosfatidildipalmitin 
                                                (fosfatid turşusu) 
                              


164 
 
 
Diqliserid  yenidən  diqliseridtransasilaza  fermentinin  təsiri  ilə  asil-Ko  A 
molekulu ilə tripalmitin (triqliseridi) molekulunu əmələ gətirir.  
Triqliseridlərin  sintezi  prosesini  sürətləndirən  fermentlər  qrupuna  qaraciyər 
və s. toxumalarda rast gəlinir.  
8.  Lipid  mübadiləsinin  pozğunluqları:  Yağların  və  lipoidlərin  həzm 
olunmasında mədəaltı vəzinin ifraz etdiyi fermentlərin (lipazanın) və ödün mühüm 
rolu  vardır.  Buna  görə də,  mədəaltı  vəzi şirəsinin  və ödün  bağırsağa tökülməsinin 
pozulması  yağların  orqanizm  tərəfindən  mənimsənilməsini  nəzərə  çarpacaq 
dərəcədə azaldır.  
Mədəaltı  vəzi  şirəsinin  bağırsaq  mənfəzinə  ifraz  edilməsinə  maneəçilik 
törədən  xəstəliklər  nəcisdə  yağların  miqdarının  kəskin  sürətdə  artmasına 
(steatoreya) səbəb olur.  
Pankreas  şirəsinin  bağırsaqlara  tökülməsinin  pozulması  ilə  nəticələnən 
xəstəliklər  anadangəlmə  və  qazanılma  ola  bilər.  Anadangəlmə  xəstəliklərə 
pankreas  kanalının  aplaziyasını,  mədəaltı  vəzinin  hipoplaziyasını  və  fibrozunu 
misal göstərmək olar. Bunlardan mədəaltı vəzinin fibrozu nisbətən çox rast gəlinir.  
Mədəaltı vəzinin fibrozu autosom-resessiv yolla nəslə verilən irsi xəstəlikdir. 
Bu  xəstəlik  zamanı  mədəaltı  vəzinin  selik  ifraz  edən  hüceyrələrində  fermentativ 
dəyişikliklər  baş  verir  və  onlardan  ifraz  edilən  şirə  yüksək  suvaşqanlığa  malik 
olduğuna  görə,  tədricən  vəzin  parenximasını  fibrozlaşdırır.  Yaşlı  şəxslərdə 
pankreatik  steatoreyaya  kəskin  və  xronik  pankreatidlərə,  həmçinin  mədəaltı 
vəzinin axacağının tutulması kimi xəstəliklərə də təsadüf etmək olar.  
 Öd  axacağının  tutulması,  xolesistit  (öd  kisəsinin  iltihabı)  və  öd  ifrazının 
pozulması  ilə  müşayiət  olunan  bəzi  qaraciyər  xəstəlikləri  (məsələn  Botkin 
xəstəliyi)  zamanı  bağırsaqlarda  yağların  həm  həzmi,  həm  də  sorulması  azalır, 
çünki  bağırsaqlara  düşmüş  yağlar  əvvəlcədən  ödün  təsiri  ilə  emulsiyalaşdıqdan 
sonra həzm olunurlar. Yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşular 
isə yalnız öd turşuları ilə kompleks birləşmələr (xolein turşuları) əmələ gətirdikdən 
sonra  bağırsaq  divarından  sorulur.  Bağırsaq  möhtəviyyatında  ödün  miqdarı 
azaldıqda,  yağların  parçalanması  nəticəsində  əmələ  gələn  üzvi  turşuların  hamısı 
xolein  turşularına  çevrilə  bilmir  və  buna  görə  də  bağırsaq  divarından  sorulmur. 
               O                                                              O 
 
CH
2
−O−C−C
15
H
31
              
Fosfatidatfos-
       CH
2
−O−C−C
15
H
31
 
              O                        
      fohidrolaza                                  

 
CH−O−C−C
15
H
31
 + H
2
O                         CH−O−C−C
15
H
31
 + H
3
PO
4
 
 
                   OH 
CH
2
−O−P=O                                           CH
2
−OH 
                   OH 
  Fosfatidildipalmitin                                             Dipalmitin (diqliserid) 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə