Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   72


 
Cədvəl 2. 
 
Bəzi orqan və toxumaların kimyəvi tərkibi, %-lə  
(S. M. Rappoportun göstəricilərinə görə) 
 
Orqan və 
toxuma 
Su 
Zülal 
Lipid 
Mineral maddə 
Dəri 
58 
27 
14 
0,6 
Sümük 
28 
20 
25 
27,0 
Əzələ 
70 
22 

1,0 
Yağlı toxuma 
23 

71 
0,2 
Qaraciyər 
71 
22 

1,4 
Beyin 
75 
11 
12 
1,4 
 
Hüceyrə  canlıları  cansızlardan  fərqləndirən  əsas  xüsusiyyətlərə  malikdir. 
Hüceyrə  canlıların  əsas  quruluş  və  funksional  vahididir.  Ayrı-ayrı  orqan  və 
toxumaların  hər  birinin  özünə  məxsus  hüceyrə  quruluşu  vardır.  Hüceyrənin 
tərkibində üzvi və qeyri-üzvi birləşmələr müxtəlif miqdardadır.  
2-ci cədvəldən göründüyü kimi orqanizmin əsas kütləsini 
su  təşkil  edir.  Belə  ki,  dərinin  58%,  əzələnin  70%,  qaraciyərin  71%,  beynin  isə 
75%-ni  su  təşkil  edir.  Həmçinin  zülal,  lipid,  karbohidratlar  və  mineral  maddələr 
bütün orqan və toxumalarda müxtəlif miqdarda yayılmışdır.  
 
Cədvəl 3. 
      Hüceyrənin kimyəvi tərkibi 
( A. Hezenin göstəricilərinə görə) 
 
Maddə 
Hüceyrə kütləsində 
qatılığı %-lə 
Orta molekul 
kütləsi 
Molekul sayının DNT 
molekullarına nisbəti 
Su 
85 
18 
1,2
∙10

Zülallar 
10 
36
∙10

700 
DNT 
0,4 
10

1,0 
RNT 
0,7 
4
∙10

44 
Lipidlər 

700 
7
∙10

Digər üzvi 
birləşmələr 
0,4 
250 
4
∙10

Mineral maddələr 
1,5 
55 
6,8
∙10




 
Hüceyrənin kimyəvi tərkibi onun növündən, funksional vəziyyətindən, canlı 
orqanizmin növündən, yaşından və s. faktorlardan asılıdır.  
 
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 2. KARBOHİDRATLAR. TƏSNİFATI, KİMYƏVİ TƏRKİBİ,  
                    ORQANİZMDƏ YAYILMASI. 
 
P L A N 
 
 
1. Karbohidratların orqanizmdə yayılması və təsnifatı 
2. Monosaxaridlər, quruluşu və bioloji rolu 
3. Oliqosaxaridlər, quruluşu və bioloji rolu 



 
4. Homopolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi 
5. Heteropolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi 
 
 
 
 
 
1.  Karbohidratların  orqanizmdə  yayılması  və  təsnifatı:  Bitki  və  heyvan 
orqanizmlərində  olan  üzvi  birləşmələrdən  bir  qrupu  da  karbohidratlardır.  Bunlara 
sulu karbonlar və ya  qlüsidlər də deyilir.  
Karbohidratlar  heyvanlarda  az  (quru  maddənin  2%-i  qədər),  bitkilərdə  isə 
çox (quru maddənin 80%-i qədər) olur. Karbohidratlar əsas üç elementdən: karbon, 
oksigen  və  hidrogen-dən  ibarətdir.  Bu  elementlər  molekullarda  1:2:1  nisbətində, 
yəni  hər  bir  karbon  atomu  iki  hidrogen  və  bir  oksigen  atomu 
)
(
2
O
CH
  ilə  birləşir. 
Bu  formuladan  belə  güman  etmək  olar  ki,  hər  karbon  atomuna  bir  su  molekulu 
uyğun  gəlir.  Odur  ki,  triozalar  C
3
H
6
O
3
    və  ya  C
3
(H
2
O)
3
,  tetrozalar  C
4
H
8
O
4
  yaxud 
C
4
(H
2
O)
4
 şəklində də yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar 
adı  verilimişdir.  Bu  ad  isə  tam  düzgün  deyil.  Çünki  başqa  üzvi  birləşmələr  də 
vardır  ki,  onların  molekul  tərkibləri  yuxarıda  göstərilən  qaydaya  uyğun  gəlir, 
amma  karbohidrat  deyildir.  Bunlara  misal  sirkə  turşusunu  (CH
3
COOH),  süd 
turşusunu  (CH
3
CHOHCOOH)  və  s.-ni  göstərmək  olar.  Ancaq  sulu  karbon  adı 
elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir.  
Karbohidratların  tərkibindəki  karbon  atomlarının  sayının  axırına  “oza” 
şəkilçisi  əlavə  etməklə  onların  adı  düzəldilir.  Məsələn,  maddənin  tərkibində  iki 
karbon atomu olduqda “bioza”, üçdə trioza, dörddə tetroza, beşdə pentoza, altıda 
heksoza, çox sayda isə polioza adlanır.  
 
 



 

 

─ ─
 C   ) 
               O 
         C 
         

   H 
   H
──
C OH 
           │
 
   H
──
C OH 
         

 
         CH
2
OH 
D-Eritroza 
 
               O 
         C 
         

   H 
   H
──
C OH 
        
 │
 
   H
──
C OH 
        
 │
 
         CH
2
OPO
3
H

Eritroza -4--fosfat 
 
               O 
         C 
         

   H 
HO
──
C H 
         

 
   H
──
C OH 
           │
 
         CH
2
OH 
D-Treoza 
 
Karbohidratlar  təbiətdə  ən  çox  yayılmış  üzvi  birləşmələrdir.  Bunların 
mürəkkəb  formalarına  daha  çox  rast  gəlinir.  Yalnız  sellüloza  təbiətdə  olan  bütün 
üzvi  maddələrin  yarıdan  çoxunu  təşkil  edir.  Mürəkkəb  karbohidratlar  (sellüloza, 
nişasta, qlikogen, inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir.    
Karbohidratlar  mühüm  bioloji  vəzifə  daşıyır.  Belə  ki,  onlar  vacib  energetik 
material, ehtiyat qida maddəsi, sementləşdirici maddə sayılır. Bütün canlılar əsasən 
bunların oksidləşməsindən alınan enerji hesabına fəaliyyət göstərir. Bu birləşmələr 
bitkilərdə  istinad  toxuması,  insan  və  heyvanlarda  müdafiə,  habelə  antikoaqulyant, 
antifriz  və  sürtkü  materialı  funksyasını  yerinə  yetirir.  Zəhərli  maddələri 
zərərsizləşdirir.  Nuklein  turşularının,  aromatik  amin  turşularının  biosintezində, 
hüceyrələrin  bir-birilə  və  xarici  mühitlə  əlaqəsinin  yaranmasında,  qan  qruplarının 
spesifikliyində iştirak edir.  
Karbohidratlar  tərkiblərinə  görə  3  qrupa:  monosaxaridlərə,  oliqosaxaridlərə 
və polisaxaridlərə bölünür. 
2.  Monosaxaridlər,  quruluşu  və  bioloji  rolu:  Monosaxaridlər  və  ya  bəsit 
şəkərlərə,  monozalar,  tərkibində  ikidən  yeddiyə  qədər  karbon  atomu  saxlayan 
karbohidratlar: bioza, trioza, tetroza, pentoza, heksoza və heptozalar aiddir.  
Monosaxaridlər tərkibindəki funksional qruplara görə iki yerə: aldozalara və  
 
ketozalara ayrılır. Aldozlar tərkibində aldehid qrupu saxlayan                       ketoza-
 
 
lar isə keton qrupu                 
 
saxlayan monosaxaridlərdir. Bunların fosfat turşusu, 
pirofosfat  turşusu,  amin  turşuları,  sirkə  turşusu  və  bir  sıra  qeyri  turşularla  əmələ 
gətirdikləri mürəkkəb efirləri bioloji cəhətdən çox əhəmiyyətlidir.  
 
Triozalar.  Triozalar  (C
3
H
6
O
3
)  tərkibində  üç  karbon  atomu  saxlamaqla 
aldehid  və  keton  formalarında  olur.  Aldotriozalara  misal  qliserin  aldehidi  və 
ketotriozalara-dioksiaseton göstərilə bilər.  
Tetrozalar.  Tetrozalar 


4
8
4
O
H
C
  tərkibində  dörd  karbon  atomu  saxlayan 
monosaxaridlərdir.  Onların  nümayəndələrindən  eritroza  və  treozanı  göstərmək 
olar.  Eritroza  aldotetrozalardandır.  Buna  insan,  heyvan  və  bitkilərdə  fosfat 
turşusunun  efiri  (eritroza  4-fosfat)  şəklində  fotosintez  prosesinin  və  karbohidrat-
ların mübadiləsinin aralıq məhsulu kimi təsadüf edilir.  
 
 
 
 
 
 
            O 
(−C        )                          
             H 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə