Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   72

165 
 
Belə  hallarda  nəcis  bozumtul-ağ  rəngdə  olur,  onun  tərkibində  çoxlu  miqdarda 
parçalanmamış yağlar və sorulmamış yağ turşuları aşkar edilir (axolik nəcis).  
Bəzi mədə-bağırsaq xəstəliklərində (kəskin enterokolit, dizenteriya, bağırsaq 
vərəmi,  qastritlər  və  s.)  qida  maddələrinin  həzm  sistemində  hərəkəti  sürətlənir  və 
bağırsaq  divarlarının  selikli  qişasında  anatomik  dəyişikliklər  meydana  çıxır  ki, 
bunlar da yağların sorulmasının pozulmasına səbəb ola bilər. 
Qida  maddələrinin  tərkibindən  yağların  və  lipoidlərin  tamamilə  çıxarılması 
yolverilməz haldır, çünki onların qida maddələrinin tərkibindən çıxarılması nəticə-
sində  orqanizm  yağlarda  həll  olan  vitaminlərdən  (A,  D,  E,  K)  və  əvəzedilməyən 
yağ turşularından (linol – C
17
H
31
COOH, linolen – C
17
H
29
COOH) məhrum olur.  
Xolesterin  mübadiləsinin  pozulmaları  ateroskleroz,  öd  daşı  xəstəliyi, 
ksantomatoz  (idiopatik  hiperxolesterinemiya),  lipoidli  nefroz  və  s.  xəstəliklərin 
əsasını  təşkil  edir.  Ateroskleroz  xəstəliyi  qanda  xolesterinin  artması  ilə  müşayiət 
olunur.  Öd  daşlarının  ümumi  kütləsinin  əsas  hissəsini  (90%-ə  qədər)  xolesterin 
təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Suda həll 
olmayan  xolesterinin  məhlul  halında  qalmasında  öd  turşularının  mühüm  rolu 
vardır. Xolesterinin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ 
gəlir.  Bu  kristal  daşlar  oksalat,  urat,  fosfat,  karbonat  duzlarının  həll  olmayan 
çöküntüləridir.  Xolesterin  mübadiləsinin  pozulmaları  praktiki  təbabətin  mühüm 
problemlərindən  biridir.  Bu  problem  haqqında  tələbələr  “Patoloji  fiziologiya” 
kursunda  və  klinik  kafedralarda  daha  ətraflı  məlumat  alacaqlar  və  onun  aradan 
qaldırılması yolları haqqında məlumat əldə edəcəklər.  
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 


166 
 
 Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 14. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ. SUYUN VƏ DUZUN  
                      MÜBADİLƏSİ. MAKRO VƏ MİKROELEMENTLƏR 
 
 
 
 
P L A N  
 
 
 
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat 
2. Suyun mübadiləsi və orqanizmdə rolu 
3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər 
4. Mikroelementlər mübadiləsi və bioloji rolu 
 
 
 
 
 


167 
 
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumatİnsan və heyvanların 
bədənində  mineral  maddələrdən  su  və  duzlar  olur.  Bunlar  da  molekul  və  ionlar 
şəklində,  həm  də  başqa  maddələrlə  (zülallar,  karbohidratlat,  turşular  və  s.) 
birləşmiş halda təsadüf edilir.  
Duzlara  molekul  halında  əsas  sümük  toxumasında  və  qismən  hüceyrələrin 
tərkibində  rast  gəlinir.  Onlar  birləşmiş  halda,  yaxud  ionlar  şəklində  hüceyrə  və 
toxumaların  əmələ  gəlməsində  və  s.  (molekulların  formalaşmasında  da  )  iştirak 
edirlər.  
Su toxumalarda zülallarla,  lipidlərlə, karbohidratlarla birləşmiş  haldadır. Bu 
da  onlardakı  funksional  qruplarla  (karboksil,  hidroksil,  keton,  aldehid  qrupları  və 
s.),  su  ilə  onun  dissosiasiya  məhsullarının:  hidrogen  və  hidroksil  ionlarının 
xassələri  ilə əlaqədardır.  Su birləşmiş  halda sərbəst  formaya  nisbətən çox az olur. 
Əzələlərdə suyun birləşmiş forması onun maksimum 1%-ni təşkil edir.  
Mineral maddələrdən çoxluğu təşkil edən sudur. O, polifunksional maddədir. 
Su  polyarlıq  xassəsinə  və  hidrogen  rabitəsi  yaratmaq  qabiliyyətinə  malik 
olduğundan  orqanizmdə  həlledici  rolunu  oynayır.  O,  bədəndə  temperaturun 
nizamlanmasında iştirak edir. Bu da istilik tutumunun çoxluğu ilə izah olunur.  
Su bioloji  mayelərin (qan, sidik, öd, həzm şirəsi və s.) əsasını təşkil edərək, 
bədəndə onların hərəkətinə də şərait yaradır. O, ifrazatda da iştirak edir. Maddələr 
mübadiləsi  nəticəsində  əmələ  gələn  son  məhsullar  sulu  məhlullar  şəklində  ifrazat 
orqanlarına aparılır və bədəndən xaric olunur. Buna sidik, tər və s. misal göstərilə 
bilər.  
Su  mübadilə  proseslərində  də  qida  maddələrinin  parçalanmasında,  yeni 
maddələrin biosintezində də iştirak edir. Su mexaniki funksya da daşıyır: oynaqları 
hərəkət  zamanı  sürtünmə  ilə  zədələnmədən  qoruyur.  Bütün  bu  göstərilənlərlə 
əlaqədar olaraq, insan və heyvan 20%-dən çox su itirdikdə ölür.  
Mineral  maddələr  miqdarına  görə  2  qrupa:  makroelementlərə  və 
mikroelementlərə bölünür.  
Makroelementlərin  orqanizmdə  miqdarı  0,001%-ə  qədərdir.  Bu  miqdardan 
az,  yəni  10
-3
─10
-12
%  arasında  olan  elementlərə  isə    m  i  k  r  o  e  l  e  m  e  n  t  l  ə  r  
deyilir.  Makroelementlərə:  kalsium,  maqnezium,  natrium,  kalium,  xlor,  kükürd, 
fosfor  və  s.  mikroelementlərə:  mis,  yod,  kobalt,  sink,  manqan,  molibden  və 
başqaları aidddir.  
Makroelementlərə  orqanizmdə  əsas  qeyri-üzvi  birləşmələr:  sulfat,  fosfat, 
karbonat,  xlorid,  flüorid  turşularının  duzları  şəklində  təsadüf  olunur.  Bu  duzlar 
osmos təzyiqinin yaranmasında, buferli məhlulların əmələ gəlməsində, turşu-qələvi 
müvazinətində də iştirak edir.   
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların, fermentlərin, vitamin-
lərin  və  hormonların  tərkibində  olur.  Məsələn,  zülallardan  hemoqlobində  dəmir, 
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə