Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

26 
 
Steridlər.  Sadə  lipidlərin  bir  qrupunu  da  steridlər  təşkil  edir.  Steridlərin 
insan və heyvanlarda olan nümayəndələrinə zoosteridlər deyilir.  
Zoosteridlər  irimolekullu  yağ  turşularının  sterollar  adlanan  spirtlərlə  əmələ 
gətirdikləri mürəkkəb efirlərdir.  
Sterinlər-siklopentanoperhidrofenantrenin  (və  ya  steran)  törəmələridir. 
Onların tərkibində hidroksil qrupu olduğuna görə sterollar da adlanır.  
Sterinlərin xarakterik nümayəndələrindən biri xolesterindir.  
Xolesterin  doymamış  biratomlu  ikili  siklik  spirtdir.  İnsan  və  heyvan 
orqanizmində  maddələr  mübadiləsində  sterid  hormonların,  öd  turşularının,  D-
vitamininin  biosintezində  mühüm  bioloji  rol  oynayır,  eritrositləri  hemolizdən 
qoruyur.  Xolesterinə  bütün  hüceyrələrdə  membranın  tərkib  hissəsi  kimi  təsadüf 
edilir. Xolesterin və onun efirləri (xüsusən doymamış turşularla) qan plazmasında, 
beyində və s. toxumalarda da çox olur. Öd daşları əsasən xolesterin törəmələridir.  
5.  Fosfolipidlər  (xolinfosfatidlər,  kolaminfosfatidlər,  serinfosfatidlər, 
inozitfos  fatidlər,  asetalfosfatidlər,  sfinqofosfatidlər),  tərkibi,  bioloji  rolu
Mürəkkəb  lipidlərə  aid  olub,  yağabənzər  maddələrdir.  Yağabənzər  maddələrin 
tərkibində  də  triqliseridlər  vardır.  Lakin  yağlardan  fərqli  olaraq  bunlarda  əlavə 
fosfat turşusu və s. maddələr də (xolin, kolamin, serin, inozit və s.) olur. 
Fosfatidlər  yağ  həlledicilərinin  çoxunda  (benzol,  efir,  xloroform)  həll  olur, 
lakin  asetonun  təsirindən  çöküntü  verir  və  hiqroskopikdir.  Suda  şişərək  kolloid 
məhlul  əmələ  gətirir.  Bunlar  optik  aktiv  olub,  polyarizasiya  müstəvisini  sağa 
fırlayır (d-izomer). 
Fosfatidlər insanların və heyvanların hüceyrələrində və toxumalarında (sinir 
toxumasında,  qaraciyərdə,  böyrəklərdə,  ağciyərdə,  ürəkdə  və  s.)  olmaqla  eyni 
miqdarda  paylanmır.  Fosfatidlərə  mitoxondriyalarda,  mikrosomlarda  da  təsadüf 
edilir.  Onlara  orqanizmin  bütün  orqan  və  toxumalarında  rast  gəlmək  olar.  Beyin 
toxuması,  ürək,  qaraciyər,  yumurta  sarısı  və  balıq  kürüsü  fosfatidlərlə  daha 
zəngindir.  Fosfatidlər  zülallarla  birlikdə  biokomplekslər  əmələ  gətirərək  hüceyrə 
orqanoidlərinin  (nüvə,  endoplazmatik  tor,  ribosom,  mitoxondrilər)  əsasını  təşkil 
edir.  Müxtəlif  maddələrin  bir  toxumadan  digərinə  daşınmasını  təmin  edir. 
Tərkibində  olan  spirtin  növünə  görə  fosfatidlər  aşağıdakı  yarımqruplara  bölü-
nürlər: 
Xolinfosfatidlər  (lesitinlər),  kolaminfosfatidlər  (kefalinlər),  asetilfosfatidlər 
(plazmogenlər), serinfosfatidlər, inozitfosfatidlər və sfinqofosfatidlər.  
Xolinfosfatidlər.  Xolinfosfatidlər  həm  bitki,  həm  də  heyvan  toxumalarında  rast 
gəlmək  olur.  Bunlar  beyin  toxumasının  və  periferik  sinirlərin  tərkibinə  daxildir. 
Qanda və digər toxumalarda da xolinfosfatidlərə rast gəlinir.  
Xolinfosfatidlərin  nümayəndəsi  lesitinlərdir.  Bunlara  fosfatidilxolin  də  deyilir. 
Lesitinlər bir molekul qliserindən, iki molekul (biri doymuş, digəri doymamış) yağ 


27 
 
turşusundan,  bir  molekul  fosfat  turşusundan  və  bir  molekul  da  xolindən  əmələ 
gəlir. Odur ki, hidroliz olunduqda göstərilən maddələrə ayrılır: 
 
 
 
 
 
 
 
 
 
Lesitinlər xolinfosfatın qliserinin hansı karbon atomunun yanında olmasından asılı 
olaraq  α-  və  β-  formada  təsadüf  edilir.  α-lesitində  fosfat  turşusunun  və  xolinin 
qalığı qliserinin α-karbonu, β-lesitində isə β-karbonu ilə birləşirlər. 
 
 
 
 
 
 
 
 
Lesitinlər  ən  çox  yumurtanın  sarısında  və  soyada  olur.  Bunlar  etil  spirtində  yaxşı 
həll  olur,  havada  tündləşir,  buna  səbəb  tərkibində  olan  yağ  turşularının 
oksidləşməsidir.  
Lesitin molekulundakı doymamış yağ turşusu hidroliz edildikdə lizolesitin adlanan 
yüksək hemolitik təsirə malik olan maddələr əmələ gəlir. İlan zəhərinin tərkibində 
göstərilən  prosesi  kataliz  edən  spesifik  fermentlər  vardır.  İlan  sancmış  adamın 
qanında  eritrosidlərin  hemolizə  uğraması  həmin  fermentin  fəaliyyəti  nəti-cəsində 
hemolitik təsirə malik lizolesitinin miqdarının artması ilə izah olunur.  
Kolaminfosfatidlər (kefalinlər). Kolaminfosfatidlərə kefalin adı verilməsi onun ilk 
dəfə  olaraq  baş  beyində  aşkar  olunması  ilə  əlaqədardır.  Onlara  həmçinin 
qaraciyərdə,  böyrəkdə,  yumurta  sarısında  və  paxlalı  bitkilərin  meyvəsində  rast 
gəlmək olur.  
Kolaminfosfatidlərdə 
xolinin 
əvəzinə 
etanolamin 
(və 
ya 
kolamın) 
NH
2
─CH
2
─CH
2
─OH olur.  
Kolaminfosfatidlərin nümayəndələri kefalinlərdir. Bunlara fosfatidiletanol-aminlər 
də deyilir. Kefalinlərin tərkibində bir mole-  
kul  qliserinin,  iki  molekul  yağ  turşusunun,  bir  molekul  fosfat  turşusunun  və  bir 
molekul da kolaminin qalığı vardır.  
α CH
2
OCOR
1
 
   

 
β CHOCOR
2
 
   

         O                            OH  CH

   


                                       
α CH
2
O
── ─
P O CH
2

CH
2
─ ─
N CH
3
  
               


                                 
               OH                         CH

α-Lesitin 
α CH
2
OCOR
1
 
   

        O                           OH  CH

   


                                      
β CHO
── ─
P O CH
2

CH
2
─ ─
N   CH
3
  
   


                                           
   

          OH                             CH

α CH
2
OCOR
2
 
 
    β-Lesitin 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə