“Ölməmişdən ölən könlüm”



Yüklə 1,76 Mb.
səhifə1/7
tarix30.12.2017
ölçüsü1,76 Mb.
#18797
  1   2   3   4   5   6   7


NEMƏT PƏNAHLI



AZƏRBAYCAN HARAYI
(ŞEİRLƏR ÇƏLƏNGİ)


BAKI 2012

Ölməmişdən ölən könlüm”


Ağlı qəlbinə üstün gələnlər zahirdə qalibdirlər. Onlara elə gəlir ki, onlar qələbə çalıblar və ağıllıdırlar. Çünki, qəlblə hissi dəyişik salırlar. Yəni, Allahla şeytanı bir-birinə qarışdırırlar. Halbuki, ağlın vəzifəsi nəfsi cilovlayıb. Ruha meydan verməkdir. Allah-Təala bəqa mülkünün sultanı olduğu üçün Onun qanunları da əbədidir. Ta ki, Özü “dur” deyənə qədər. Yəni? Yəni, ağlın, nəfsin və nəhayət ruhun məramı və keyfiyyəti bir İlahi nizam olaraq, dəyişməzdir. Onların keyfiyyətini dəyişmək istəyi puçdur, fənadır. İnsan yalnız öz yerini, halını dəyişdirə bilir --- ya müsbətə, ya mənfiyə, özü bilər.

Elə məhz bu “özü bilər” insanı faili-muxtar etdi. Onu kainatın əşrəfi yapdı. Yaranmışların ən gözəli, Xaliqin görünmək istədiyi (və göründüyü) yeganə məzhər yaratdı. Elə buna görə də təsdiqi etiraf edilmiş hədisi qüdsilərin birində buyrulur; “Mən görünmək istədim, insanı yaratdım”.

İnsan ucadır. Heç zaman alçalmağa layıq olmayıb. Çünki, eşqdən yaradılıb. Onu yaradan, onu sevib yaradıb. Sevgidən yaranan məxluq, ayaqlara düşərkən, ilkin aşiq olan Allah ona acımazmı? Odur ki, “Mənə yaxın olun!” deyir. Çünki, Mən sizə çox, amma çox yaxınam! Son kitabının “Qaf” adlı surəsində də buyurduğu kimi, “Mən sizə şah damarınızdan yaxınam”.

Dəli könlüm, nə ararsan

Yox sənə canandan yaxın.

Niyə uzağa baxırsan?

O şah damarından yaxın...

Nemət Pənahlı bu yaxınlığı görüb! Bu yaxınlığın yaxasından yapışıb. Onun şair olduğunu hər kəs bilir. Amma necə şair olduğunu hər kəs bilmir. Çünki o, nazim deyil. Belə ki, sözü nəzmə çəkən o qədər gözəl şair var ki,.. Hələ bizim ölkəmizdə!? Allah göstərməsin! Fəlakət qədər şair var. Gözəl söz sarıdan kasadlığımız yoxdur, şükür Allaha. Bəlkə elə buna görədir ki, bu xalqın enerjisi, potensialı sözlərdə, çıxışlarda, məclislərdə itib batır, tükənir. “Bəlkə” dedim, amma bu bəlkəyə oxşamır. Elə həqiqətdir ki, var. Əfsus!

Mən onu şəxsən və ruhən tanımasaydım, şeir kitabına ön söz yazmayacaqdım. Bu mexanikanı qəbul edə bilmirəm. Bizlər adətən ilk dəfə gördüyümüz, eşitdiyimiz bir kəs haqqında elə sözlər deyirik ki, sanki onu min illərdir tanıyırıq. Bu da bizim qeyri-adi istedadlarımızdan biridir.

Amma mən sayın Nemət bəyi gözəl tanıyıram. Həm meydanlardan, həm də Şəhidməmməd kəndindəki evlərinin zirzəmisində qurulan təkyəvarı məclislərdən.

Fəqət o, gerçəkdən şairdir. Anlamazlar üçün umulmaz dərəcədə gözəl bir şair. Haq və azadlıq, eyni anda Haqqı və azadlığı bir arada tuta bilən mənəviyyat carçısıdır o!

Bizim zəmanəmizdə dərviş olmaq dəb deyil. Sufiyanə yazmaq keçilməz divarlar ardından gələn haraya bənzəyir. Bu kitabda tez-tez ölmədən ölmək fikrinə rast olacaqsınız. Düşüncə ilə yazılan şeir mütləq düşündürməlidir. Əlbəttə, bütün şeirlər düşüncə ilə yazılır. Amma hansı düşüncə ilə? Mühüm olan da budur zatən. Həmin fikir əziz Peyğəmbərimizin müqəddəs hədisidir” “Mutu qəbləhən tə mutu” Yəni, ölməmişdən öncə ölün. Məncə (və səhv elədiyimi sanmıram) Nemət Pənahlının ürfani şeirlərinin bütününün arxasında məhz bu əfkar dayanır.

Baxmamışdan görə bilim,

Ölməmişdən ölə bilim.

Xızırdan su ala bilim,

Içim Allah deyə-deyə.

İnsan öldükdən sonra nələrin şahidi olacaq, onu ölməmişdən öncə görə bilər. Elə ərəb dilindəki “şəhid” kəlməsi ilə “şahid” kəlməsi də eyni kökdən və eyni mənadandır. Müqəddəs yolda ölənin adı ona görə şəhiddir ki, o qarşı tərəfdə həqiqətlərə şahid olur. Təsəvvüfdə şərtləndirilən mərhələlərdən biri də belədir:

1. Kəsrəti-vücüd

2. Kəsrəti-mövcud

3. Vəhdəti-vücud

4. Vəhdəti-mövcud

5. Şuhud

Məhz bu sonuncu “şuhud” mərtəbəsi şahidlikdir --- şəhidlikdir.

Nemət Pənahlının Haqqa şahidliyi ilə azadlıq yolundakı diri şəhidliyi bu mənada eyni nöqtədə birləşir. Dünya bu cür siyasətçiləri sevmir. Çünki o, DÜNYADILR! Ərəbcədəki “dəni” sözündəndir “dünya”. “Dəni” alçaq yer anlamındadır. Həmin kökdən olan “ədna” isə alçaq məkana talib olanlardır. Ədnalar nə anlasın şahidin halından?

Bu mənzumələrin bir çox yerində “Ələst”in adı çəkilir. Yadınıza Aşıq Ələsgəri salım:

Ələstdən “bəli” dedim, nə xoş kamaldı yüküm”

Ənənə təkrarçılıq deyil. Belə düşünənlər yanılırlar. Əgər Nemət Aşıq Ələsgəri təkrarlayırsa, onda deməli Ələsgər Füzulini, Füzuli də Mənsur Həllacı təkrarlayır. Bizdəki bu neqativ qibtə hardandır görəsən? Bir əqidəni yaşatmaqla onu yamsılamaq arasında nə qədər fərq var İlahi! Necə olur ki, biz bu qədər yanlış düşünə bilirik?

Yuxarıda dedim, indi dərvişlik dəbdə deyil. Nemət Həllac Mənsurun həyatını yaşamaya bilər. Amma onu yaşatmaq üçün illah ki, birinin dərisimi soyulmalıdır? Hələ məlum deyil, kimi nə gözləyir...

Amma mənim dərdim odur ki, şairlər yazdıqlarını yaşamırlar. Bunun əvəzində yaşadıqlarını yazsaydılar daha səmimi olardılar. Yaşadıqları şəhvəti, dünya hərisliyini qələmə alanlar, müqəddəsliyin yanından belə keçməyib, ona poema həsr edənlərdən daha inandırıcı görünürlər.

Fəqət Nemət Pənahlının “təhlükəli” misraları yaşanmış duyğulardır. Yanlış anlamayın. Onun siyasi şeirlərini nəzərdə tutmuram. Onların gerçəkliyi hər kəsə məlumdur. Söhbət onun ürfani şeirlərindən gedir. Bir dəfə o mənə adəti üzrə şeirlərini oxuyurdu. Bir yerində dözə bilməyib müdaxilə etdim: “Necə yəni, dünən Nəsimi idim. Bu gün Nemətəm. Bu cahana yenə gəldim və s.” Gözlərimin içinə baxdı. Amma çox dərinə baxdı. İçim titrədi.

Sonsuz surət geyinmişəm,

Ət sümüyə bürünmüşəm.

Hər məkanda görünmüşəm,

Can için də can olmuşam,...


Firon ilə Musa mənəm,

Ərşə çıxan İsa mənəm,

Mühəmməd Mustəfa mənəm,

“Mən külli insan olmuşam”.

Bu şeirlərin fəlsəfi təhlilə ehtiyacı var. Bu isə bir kitaba yazılan publisistik bir ön sözün qüdrətində deyil. Onun ürfani şeirlərini təsəvvüf ədəbiyyatı və fəlsəfəsi qəliblərində təhlil etmək lazımdır. Niyə də olmasın? Məgər bu, İlahi eşq deyilmi? Baqi olan Allah sevgisi nəyə görə dünən vardı, bu gün yox? Bir nəfər bu suala məntiqi cavab versin mən əbədiyyən susacağam. Fəqət bu fikrin inkarı yoxdur. Yer üzündən peyğəmbərlik məktəbi kəsildi. Amma Vilayət məktəbi davam edir. İslam Peyğəmbərindən sonra bənzər eyni qəbildən olan iddiaların hamısı şarlatanlıqdır. Lakin, bu o demək deyil ki, İlahinin rəhməti də yer üzündən kəsildi. Qətiyyən. Dediyimiz kimi, nəbilik bitdi, amma övliyalıq davam edir. Nemət kimi, mürşid əlindən su içənlər həmin cürət sahibləridir ki, bu məqamı dinin özü belə “küfr” adlandırır. O, şeirlərinin birində dinə möhtac olmayan aşiqdən bəhs edir. Bunu yazan o şəxsdir ki, şəriətin zahiri qanunlarına sərt şəkildə riayət edir, təqvanı və zöhdü baş tacı edərək, zahiri vücudunda belə Allahın sonuncu dinini hifz edir. Bəs bu nə təlaşdır?

Bəli, bu, həmin “şəriət”, “təriqət”, “mərifət”, “həqiqət” qatlarıdır ki, aşiq o fəzada daima teyy edir. Buna ürfanda “teyyül-ərz” də deyilir (“teyy” eləmək ərəb dilində uçmaq deməkdir). Maraqlıdır ki, qədim türkcədə cənnət mənasını bildirən söz “uçmaq” olaraq ifadə edilir. Buradan belə bir nəticə çıxır ki, İslamaqədərki Türk tanrıçılığının özündə də güclü bir təsəvvüf, aşkar bir ürfani dünyagörüş yatır.

Bu mənada Nemət Pənahlının türkçülüklə, millətçiliklə, azadlıq duyğuları ilə bağlı mənzumələri də bütövlükdə kamil bir idrakın bəhrəsidir.

Ərşə-kürşə hökm eyləyən,

Coşub “Ənəlhəq” söyləyən.

Düşmənin bağrın teyləyən

Elim hardasan, hardasan?

Burada ruhən də kamil bir millət sevdasından gedir söhbət.

Bu şeirlər həqiqidir, yapma deyil. Səmimidir, riyakar deyil. O, sevir, mədh eləmir. O, yaşayır, yazmır. Yazdıqları isə sadəcə batindən zahirə bir köçürmədir. Şeir yazmaq xatirinə ələ alınan qələmin mərifəti deyil.

O, Yunus Emrəyə nəzirə yazır. Fəqət bu, çox böyük bir cürətdir. Sadə görünməsin. Yunus bizim tanıdığımız tamadavari el şairlərindən deyil. Ona nəzirə yazmaq onunla birləşmək deməkdir.

Yer də göy də ay da gün də dövr edər,

Dövranlar var bu dövrandan içəri,

Gizlin-gizlin könülləri seyr eylər

Pünhan olan Canan candan içəri.


Odur hökm eyləyən vaxtın üstündə,

Taleyin üstündə, baxtın üstündə,

Oturmuş, hökm edir taxtın üstündə,

Soltandan içəri, xandan içəri.

Bu, əsl vəhdətdir. Həm də qürurverici bir ləyaqətdir. Kimiləri bir zaman kolxozu mədh eyləyən şairlə birləşir, digəri isə Yunus Emrə ilə.

O, Ağrı dağının qarlı ətəyini, dumanlı aşırımlarını keçib, ölməmək üçün, yaşayıb mübarizə aparmaq üçün o zillətlərdən aşıb. Ona görə də həmin şeirləri oxuyanda adam üşüyür. Sanki onun yerinə sənin əllərini, ayaqlarını buz kəsir.

Ağrıdağı, qorxum yoxdu ölümdən,

Yıxılanda tutan olmur əlimdən,

Ayrı düşdüm vətənimdən, elimdən,

Əldən gedən həm vətəndi, həm candı,

Yol ver keçim Ağrıdağı, amandı.

O, Təbrizin gülüstanı yerinə zindanını görüb. Elə buna görə də yazdıqları insanı təəssüf atəşində yandırır. Yaşasın azadlıq, ölsün köləlik! Bu şüarın bu dünyada heç bir zaman tam mənası ilə gerçək olmayacağını elə hamıdan yaxşı Nemət bilir. Lakin başqa cür yaşamaq mümkündürmü? Kaş ki, mümkün olsaydı... Fəqət, eşqin atəşi yandırmadan ötüb keçməz. O, Haq eşqidir, Vətən eşqidir, azadlıq eşqidir.

Leyli üzün görüb Məcnun olmuşam,

Kərəm kimi yanıb, mən kül olmuşam,

“Ənəlhəq” söyləyib, Mənsur olmuşam,

Fənadan bəqaya düşmüşəm daha.

Neçə illərdir biz onu tanıyırıq. Heç özümüzə sual vermişık ki, bu insan niyə yorulmur? Bu qədər hüsrandan, yox olmadan, təəssüf burulğanlarından sonra o, niyə vaz keçmir? İnsan nə qədər ölüb dirilər? Bu məchulların bir cavabı var: Onun da adı ölmədən öncə ölməkdir! Anlayan anlasın, anlamayan anlamasın. Dədə Yunus demişkən,

Bilməyən nə bilsin bizi?

Bilənlərə salam olsun...

Biz onda Ələsgər sayağı saz səsi duyuruq. Şeirin çox çətin janrı olan təcnislərini oxuyuruq. İnanın, onlar çox kamil şeirlərdir.


Sirlər xəznəsində bir inci idim,

“Ol” deyib qaldırdı ayağa məni.

Yarın dərgahında birinci idim,

Şeytan yaman saldı ayağa məni.


Ağlar qaldım, əlim yara yetişməz,

Cərrah yaralarım yara, yetişməz.

Dərd olmasa qəlbdə yara yetişməz,

Əridim yar süzsün ayağa məni.


Son misradakı “ayaq” kəlməsinin nə anlama gəldiyini yalnız ürfan əhli bilər. Şərq şeirini bilənlər onun yalnız zahiri mənasını anlar. Amma batindən xəbərləri olmaz. Çünki bu işlər elmlə, ağılla ortaya çıxacaq nəsnələr deyil.

Şəm başına pərvanələr dolanar,

Dolanar ki, ürəyinə dola nar.

Yar qoynunda yetişə nar, dola nar,

Gözüm dolub, gülən narı hey çalır.

Bax bu da təcnisdir, Özü də əla təcnisdir. Nemət Pənahlı bu mənada əsl, amma əsl şairdir. Yuxarıda dediyimiz kimi, nazim deyil. Söz xatirinə sözü nəzmə çəkmir. Onu yaşayır və yaşadır.


Səssizlikdən gələn səs,

Tanrıdan gələn nəfəs.

Tənhalığa girən kəs,

Haqq qapısın bulacaq.


Bu, zahirdəki tərki-dünyalıqdır. Batındə isə, belə deyil. Nemət sevgili millətinin şairidir. Onun ağlayışı da şirindir. Onun yazdığı bir bənd təxminən on beş ildir ki, yadımdan çıxmır. Hərdən o bəndi saz üstündə oxuyuram. O qədər kövrəkdir ki, gözlərimi islatmasa olmur:
Ayırma, ayırma bülbülü güldən,

Bülbül nalə çəkər, gül ağlar qalar.

Naşı mizrab vursa ustad sazına,

Pərdələr inildər, tel ağlar qalar.


Onun məhəbbəti də məhz saz üstündə köklənib. Mən onun saz çaldığını bilirəm. Sazı necə sevdiyini də bilirəm. Çox məhrəm şeirlərindən birində Nemət yazır:
Köklə telli sazı, köklə sevgilim,

Bas bağrına “ruhani” çal, “ruhani”.

Yaralı könlümü dinlə sevgilim,

“Ruhani” çal, “ruhani” çal, “ruhani”.

Lakin, lakin,...

Ərşdən uca taxtımız,

Qələndərdir baxtımız,

Fəna oldu baxtımız,

Allah-Allah Hu Allah,

La İlahə İlləllah.


Sirri-pünhandır zatın,

Eşit könlüm fəryadın.

Zikr edir Nemət adın,

Allah-Allah Hu Allah,

La İlahə İlləllah.
O, geri qayıdır. Haqqa doğru, qəlbindəki pünhanlara doğru. Batini sufiliyə doğru. Bütün qovğalara, qarğaşalara rəğmən içindəki büllur kimi paklığı itirmir. Qəlbinin Allah evi olduğunu heç zaman unutmur.

Yarın şəhərinə gəldim,

Arayıb, evini buldum,

Hicran qapısından girdim,

Varıb ona qonaq oldum.
Salam verdim, salam aldım,

Qolumu boynuna saldım,

Üzümü üzünə qoydum,

Məst olub, yanında qaldım.


Bu şeirlər Mövlana Cəlaləddin Ruminin Əttar Nişaburı haqqında dediyi “Eşqin yeddi şəhərini Əttar gəzdi bitirdi. Biz hələ onun bir küçəsinin döngəsindəyik” fikrini yada salır. Bu zinətlərdən Nemət xəbərdardır. Xəbəri olmasa, niyə yazsın ki, bunları? O qədər mövzu var...
İçibdi eşq şərabını,

Məst olubdu yaman könlüm!

Zikr eyləyir Yar adını,

Dayanmayır bir an könlüm!


Belə mövzular könül işidir. Dünyanın qəzavü qədərinə talib deyil. Yunus Emrənin dediyi Mən içindəki məndir, Süleyman içindəki Süleyman, xan içindəki sultandır. Çox maraqlıdır. Nemət bir yerdə yazır:
Eşqlə bəzə, otağını,

Yarla bir sal, yatağını,

Aç, Allaha qucağını,

Möhtac olma dinə, könül!


Bu, nə deməkdir? Bu, həmin yeddi mərtəbəli təsəvvüf qavramıdır ki, elmi ədəbiyyatda bu cür təsnifatlanır:
1. Tələb

2. Eşq


3. Mərifət

4. İstiğna

5. Tovhid

6. Heyrət

7. Fəna
Bunlar elmi terminlərdir. Alimlər bunları öyrənə bilər. Lakin onları yaşamaq aşiqlərin işidir.

Həzrət Əli (ə) bir hədisində belə buyurur: “Xalq ilə ol, xalqdan olma” Bu qəliz funksiya Nemətin bir şeirində belə canlanır:


Boşla, dost-tanışı, qohum-qardaşı,

Ol, Aşiq Nemətin yarı-yoldaşı,

Haqqı sevib olaq, Haqqın sirdaşı,

Xalqla olan, Haqdan olacaq, könül!


Və yaxud da
Eşqlə yanıb, Səməndərtək alışdı,

Yeri-göyü, ərşi-kürşü dolaşdı,

Səcdə edib, o meraca ulaşdı,

Nur ələndi, günəş doğdu, könlümə!


Çox poetikdir, axıcıdır, əsl şair qələmidir. Eşq olsun ona və Onun Xaliqinə.

Biz ona ənənəvi yaradıcılıq uğuru-filan arzulamırıq. Biz ona Haqq arzulayırıq. Arzuladıqlarını görməyi arzulayırıq.

Hələlik, əziz Nemət Pənahlı!

Fəxrəddin Salim

Filologiya üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN HARAYI


Azərbaycan! Vətənim hey, elim hey!

Parçalandın niyə dilim-dilim hey?

Min illərdi nalə çəkir dilim hey!

Yetər daha yatdığınız, oyanın!

İblis ilə yol getməyin, dayanın!
Oyan, millət, bu qəflətdən, amandır,

Röyaların tamam zənnü-gümandır,

Yollarımız qar-çovğundu, dumandır,

Başdan-başa ölkə dərddir, ələmdir,

Kəsilibdir qollarımız, qələmdir.

Saraylarda daim fitnə-fel olub,

Məzlumların göz yaşları sel olub,

Bizi yıxan, yaltaq, satqın döl olub,

Mədhiyyələr qulaqları batırır,

Laylay deyib, el-obanı yatırır.


Tarixlərdən gəlin alaq ibrəti,

Hardan aldı bu satqınlar şöhrəti?!

Tapdalayıb ar-namusu, qeyrəti,

Əcnəbiyə bələdçilik etdilər,

Yəhudidən təlim almış itdilər.

Şeytan olub yollarını azdılar,

Ulu türkün tarixini pozdular,

Laykalardan poemalar yazdılar.

Erməniyə, rusa baba dedilər,

Cavidlərin başlarını yedilər.


Sallaqxana carçıları oldular,

Qətl, qarət zınqırovu çaldılar,

Boynumuza boyunduruq saldılar.

Toy tutdular bütün elə, obaya

Axtalanıb döndü bunlar yabıya.
Qoşuldular bolşevik daşqasına,

Şaumyana- erməni çoşqasına.

Stalinin döndülər peşqasına.

Fəxr etdilər yandıraraq quranı,

Dağıtdılar Türküstanı, Turanı!
Casus olub danosları yazdılar,

Sibirlərdə bizə qəbir qazdılar.

Köksümüzə saplanmış bir pazdılar.

Bağışlandı Qarabağın açarı,

Mişarlandı Dərbənd, Göyçə, Borçalı!

Zəngibasar dönüb oldu Hayastan,

Qoşdu Vurğun, Şaumyana bir dastan,

Çıxa bilmir Azərbaycan bu yasdan.

Hürriyyətə hərzə-hədyan dedilər,

Qururuq biz yeni dövran dedilər.

El-obanı hərraclara qoydular,

Cəllad kimi dərimizi soydular,

Ərənlərin gözlərini oydular.

Nəsillərin dönüb oldu kor oğlu,

Əsir düşdü Giziroğlu, Koroğlu.
Bolşevizmin cəhənnəmi qalandı.

“Kimi sürgün oldu, kimi talandı”,

Çərxi-fələk döndü, tərsə dolandı.

Nəsimilər dabanından soyuldu,

Haqqı görən gözlərimiz oyuldu.
Eşitmədik ərənlərin nərəsin,

Kəsəmmədik gavurların bərəsin,

Görəmmədik cəhənnəmin dərəsin.

Yetmiş bir il qazanlarda qaynadıq,

Biclər çaldı, biz də gic-gic oynadıq.
Qanqal kimi hərtərəfdə bitdilər,

Ədiblik yox, nökərçilik etdilər,

Əlləri boş, üzü qara getdilər.

İblislərə eylədilər biəti,

Qazandılar Yezid kimi lənəti.
Eşit, sözüm tarixlərə aynadır,

Cəhənnəmin qazanları qaynadı.

Tufan qopdu, el yerindən oynadı,

Millət axdı meydanlara töküldü,

Köynəyimdən qanlı bayraq tikildi.
Dağlar-daşlar ah-nalədən inlədi,

İsrafil də Surun çaldı ünlədi,

Millət məni, ruhum ərşi dinlədi.

Dəmirdağda tonqal çatdım, qaladım,

Tənha qaldım, Bozqurd oldum, uladım.
Ürəyimə dağ basdılar yan-yana,

Nadanları gördüm baxdım hayana.

Lənət belə zəmanəyə, dövrana.

Hey asıldım, heykəlləşdim, daş oldum,

Yenə gəldim zahidlərə tuş oldum.
Qurban olub sürülərdən seçildim,

Abi-həyat çeşməsiyəm, içildim.

Bir ney kimi Laməkandan biçildim,

Fəryad edib sonsuzluğa uçdum hey!

Surətlərdən, mənalardan keçdim hey!
İudalar, qoca qurdlar, lisalar,

Tərtib edib yeni qanun, yasalar,

İstədilər yenə məni asalar.

Oda yaxıb, diri-diri soyurlar,

Öldürürlər, sonra heykəl qoyurlar.

Azərbaycan! Vətənim hey, elim hey!

İnkar olan soyum, köküm, dilim hey!

Əsir düşən mənim Göyçə gölüm hey!

Ulu türkəm, Azərbaycan oğluyam,

Vətənimə, millətimə bağlıyam.


Yaman yıxdı bizi başsız başçılar,

Zəhər qatdı aşımıza aşçılar.

Cəllad imiş qaş düzəldən qaşçılar.

Gözümüz kor, dilimiz lal olubdu,

Gülüstanda güllərimiz solubdu.
Çərx dolanır, axırzaman yetişir,

Hamı qəflət yuxusunda yatışır,

Halal, haram bir-birinə qatışır,

Hərəmxana, qumarxana açırlar,

Biqeyrətlər bir-bir qoyub qaçırlar.
Tulaların qurdla aşna olubdur,

Çoban yoxdur, sürü başsız qalıbdır,

Əcnəbilər ölkəmizə dolubdur.

Sərvətimiz, qeyrətimiz satılır,

Qollarımız arxamızda çatılır.
Gözəllərin pritonlarda yatışır,

“Mədəniyyət kürsəyi”ndə atışır,

Əcnəbiylə bir-birinə qatışır.

Namus, qeyrət, hər şey pula satılır;

Körpələr də bic doğulub atılır!

Ölkə olub «Qoca qurda» bir bazar;

Millət avam, o sa quduz canavar,

Məhv eyləyir milli olan hər nə var.

Deməyin, bu söz-söhbətdi, nağıldı,

Belə getsə, tifağımız dağıldı!


Min bir fitnə, min bir oyun qurulub,

Millət bezib bu oyundan, yorulub,

“Ziyalın” da axtalanıb, burulub.

Xacələrdən yeni nəsil törəməz,

Min il keçsə, korlar günəş görəməz.
Yarasa tək doluşdular deşiyə,

Anya, Tanya layla dedi beşiyə,

Sahib çıxdı dığa evə-eşiyə.

Haxciklərlə bir döşəkdə yatdılar,

Qanımızı it qanına qatdılar!
El sözüdür: “oğul oxşar dayıya”.

İşlərimiz dirənibdir qayaya

Düşmən dönüb yaralanmış ayıya,

Quduzlaşıb, bizi didib-dağıdır,

Əlbir olub dayı-bala, yağıdır!

Ter prezident, Artur olub baş nazir,

Dinsizlərin hüzurunda şeyx hazır,

Əl altından fitva verib gor qazır.

Aldanmayın, qoyun deyil, qurddu o,

Ürəklərə xəncərləri yortdu o.


Məzlumların ahı ərşə dirənir,

Başın üstə qara kabus hərlənir,

Yağmur kimi göydən dərd-qəm ələnir.

Göy kişnəyir, buludların ağlayır,

Sellər daşıb, yollarımı bağlayır.

Ulduz doğub, Qoşabulaq qaynamır,

Qırat, Dürat şahə qalxıb oynamır,

Aşıq Cünun dəliləri haylamır.

Tərki silah meydanlara atıldım,

Sazla, sözlə döyüşlərə qatıldım.


Dara düşdüm, dəlilərim bilmədi,

Ha çağırdım, Dəli Həsən gəlmədi,

Nigar xanım göz yaşını silmədi,

Gecə-gündüz Eyvaz deyib ağladı,

Ah-naləsi ürəyimi dağladı.
Yağı qalxdı Qıratımın belinə,

Aldı Misri qılıncımı əlinə,

Düşdük keçəl həmzələrin felinə.

Qıratımı, qılıncımı satdılar,

Məni zülmət quyusuna atdılar.
Obaların, oymaqların boşaldı,

Körpələrin güllələrə tuş oldu,

Başkəsənlər, qaniçənlər baş oldu.

Kürsülərdə dil boğaza qoymayır,

Zəli kimi qan içməkdən doymayır.
Bu bayquşlar yenə yaman ulayır,

Axmaq köpək qurdun dalın yalayır,

Çalbölüklər yurd-yuvanı talayır.

Xoruz susur, toyuqların banlayır,

Dəli könlüm fəlakəti anlayır!
Hiyləgərlər başımızı qatırlar,

Xərçəng olub hər yerə kök atırlar,

Rüşvət ilə yüklərini çatırlar.

Millət sağmal inək kimi sağılır,

Elm, təhsil ocaqların dağılır.

Hökmdarlar şan-şöhrətin əsiri,

Nadanlara yoxdur sözün təsiri,

Olubdurlar bir qarının yesiri.

Məclis qurub gecə-gündüz tıxırlar,

Heyran-heyran əcnəbiyə baxırlar!

Azərbaycan! Vətənim hey, elim hey!

Harda qaldın mənim səba yelim, hey!

Kol dibində boynubükük gülüm, hey!

Kolun-kosun kölgəsindən çıxginən,

Baş qaldırıb bir günəşə baxginən.
Dörd bir yanın qaratikan koludur,

Başın üstə qarğa-quzğun doludur,

Xilas yolun Haqq-ədalət yoludur.

Dağlar, daşlar savaş deyib bağırır

Vətən bizi harayına çağırır.
Ehey, mənim Türk, müsəlman qardaşım,

Kədər-qüssə, dəd-ələmdir hər daşın,

Qarşıda var çox müqəddəs savaşın,

Damarlarda qoy qanımız qaynasın,

Altda kəhər, əldə qılınc oynasın.
Ərənlərə hər an döyüş zamanı,

Bu savaşda əldən vermə bir anı,

Qanla yazaq qəhramanlıq dastanı,

Millətimiz əsir-yesiq olmasın,

Qisasımız qiyamətə qalmasın.
Yetər! verdin kafirlərə aman, hey!

Harda qaldın, Mehdi Sahibzaman hey?!

Nalə çəkir mənim bəxtsiz anam, hey!

Əfsanəydim, dastan idim, nağıldım,

Məzlumların naləsindən doğuldum.
Nə yoruldum, nə dincəldim, nə yatdım,

Gah qılınca, gah qələmə əl atdım,

Bütlər yıxdım, möcüzələr yaratdım,

Oldum dövrün İbrahimi, İsası,

Mirasımdır Kəlamullah Əsası.
Başdan-başa tarix qanla yazılıb,

Məzarımız siyasətlə qazılıb,

Yaratdığım tarix tərsə yozulub,

Millət yenə iblislərə uyubdur,

Meydanlarda məni tənha qoyubdur.
Bir olduqca ərənlərə qatıldıq,

Aslan olub döyüşlərə atıldıq,

Parçalandıq, tonqallara çatıldıq,

Düşmən bizi yaman saldı oyuna,

Oxşatdılar gah xərə, gah qoyuna!
Düşmənlərin hiyləsinə uymayın!

Yetər, haqqın gözlərini oymayın!

Nəsimiyəm, yenə məni soymayın.

Aldanmayın zahidlərin sözünə,

Azərbaycan, güvən özün özünə!

Bəsdir daha lənət deyin şeytana,

Car çəkirəm xəbər verin hər yana,

Qalx ayağa! Millət, yürü meydana,

Satqınları vəlvələyə salayın,

Vətən üçün şəhid, qazi olayın.


Gəlib çatıb çoxdan qisas zamanı,

Yetər verdik daşnaqlara amanı,

Tutaq yenə dığalara divanı,

Xocalının qisasını alayın,

Şah babam tək qələbələr çalayın!
O tay, bu tay, şimal, cənub birləşsin,

Millətimiz ərənləşsin, ərləşsin,

Qaçqın-köçgün İrəvana yerləşsin,

Gavurlarda qoymayaq bu qisası,

Yalnız budur qələbənin əsası.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə