Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Elektrik maşınları quraşdırılmış otaqlarda ilkin mühafizə vasitələri – yanğın söndürən



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Elektrik maşınları quraşdırılmış otaqlarda ilkin mühafizə vasitələri – yanğın söndürən 
və quru qum olan yeşikdən istifadə qaydalarını təsvir edir” 

Yanğın zamanı ilk olaraq hansı tədbirlər görülməlidir? 

Yanğını söndürmək üçün hansı vasitələrdən istifadə olunur? 

Köpük yaradan kimyəvi tərkibli yanğın söndürənlər haqqında nə deyə bilərsiniz? 

Toz şəkilli maddələr olan yanğın söndürücülərdən hansı yanğınlar zamanı istifadə etmək 
sağlamlıq üçün zərərli ola bilər? 
2.3.1. Yanğın təhlükəsinin qarşını ala biləcək tədbirləri və yanğının yayılmasına qarşı 
mübarizədə yanğın söndürmə vasitələrini seçir 

Yanğın söndürmə maddələri və vasitələri, onlardan istifadə qaydaları 
İlkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğınsöndürmə 
balonları, yanğın söndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı 
hidrantlar, köpük generatorları, avtomatik yanğınsöndürmə sistemləri, yanğın 
aksessuarları.
Yanğınların söndürülməsində istifadə olunan ilkin yanğınsöndürmə 
vasitələrindən biri olan odsöndürən balonları yanğın sinfinə uyğun olaraq istifadə edilir: 
Sulu (A), quru Kimyəvi Tozlu (ABCE), Köpüklü (AB), Karbon dioksidli odsöndürənlərdən isə (BCE) 
sinfə aid yanğınların söndürülməsində istifadə olunur. 
A - sinif yanğınlar: Bərk materiallar (kağız, taxta, parça, kağız kimi qatı maddə yanğınları). 
Şəkil 2.8 Yanğınsöndürmə vasitələri 
Şəkil 2.9 Tibb çantası 


30 
B - sinif yanğınlar: Maye maddələr (maye yanacaq, tez alışan kimyəvi məhlullar kimi yanar 
maddələr). 
C - sinif yanğınlar: Qazlar (metan, propan, LPG (mayeləşdirilmiş neft qazı kimi yanan və partlayıcı 
qaz yanğınları).
Unutmaq olmaz ki, yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna 
görə də unutmaq olmaz ki, yanğın vaxtı yalnız alov deyil, həm də bu zaman yaranan tüstü də olduqca 
təhlükəlidir. Məlumdur ki, yanma əmələ gəlməsi üçün yanar maddə, oksigen və maddənin müəyyən 
temperatura qədər qızması üçün istilik impulsu olmalıdır. Odur ki, yanmanı dayandırmaq üçün bu amillər 
arasındakı əlaqəni kəsmək lazımdır. Bu da müxtəlif vasitələrin 
tətbiq edilməsi ilə mümkündür. Bunun üçün məişətdə hər 
şeydən çox sudan, qumdan (torpaqdan), keçədən, köpükdən 
və xüsusi söndürücü tozlardan istifadə edilir. Tezalışan 
mayelər - kerosin, benzin yanarsa (köpüklü odsöndürənlər 
olmadıqda), mayenin üstünə torpaq və ya qum tullamaq 
lazımdır. Su - yanğını söndürmək üçün universal vasitədir. Su 
odun üstünə düşərək buxarlanır, yanar şeyin istiliyinin çox 
hissəsini udur, bununla da yanma şəraitini pozur, zəiflədir. 
Söndürmə vasitəsi olan suyun mənfi cəhətlərindən 
biri onun yanan səthləri zəif islatmasıdır. Su böyük səthə 
yayılması nəticəsində axıb gedir. Onun təsiri çox qısa və ötəri 
olur. Lakin suyun həmin islatmaq qabiliyyətini asanlıqla 
artırmaq olar. Əgər suya azacıq miqdarda (0,7 - 1,5%) səthi-
aktiv maddə əlavə edilirsə, onun səthi yayılma xüsusiyyəti 
xeyli azalar, odsöndürmə xüsusiyyəti isə kəskin surətdə artar. 
Məişətdə işlədilən hər hansı yuyucu maddə (tozlar, mayelər, 
pastalar) səthi-aktiv maddə kimi işlədilə bilər. Bu, çox mühüm 
haldır. Bunu su ehtiyatı toplayanlar nəzərə almalıdırlar. Belə 
su ehtiyatı (su ilə dolu çəllək) hər taxta evin yanında, xüsusən 
də yay dövründə mütləq olmalıdır.
Bir daha xatırlatmaq istərdik ki, bəzi hallarda yanmanı 
ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz 
ki, su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında 
olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar 
yanarkən su ilə söndürülməsi yolverilməzdir. 
Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri 
cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, 
bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə 
başlamaq lazımdır. 
Su bir çox tezalışan və yanan mayelərdən ağırdır. Ona 
görə də, belə mayeləri su ilə söndürmək olmaz. Belə ki, su 
aşağı yatacaq, tezalışan və yanacaq maye suyun üzərinə 
qalxacaq və yanmaqda davam edəcək. 
Yanmaqda olan yağı, mazutu və nefti su ilə yalnız 
tozlandırılmış halda söndürürlər. Belə hallarda tozlandırılmış su tez buxara çevrilir, beləliklə də hava 
oksigeninin yanma mənbəyinə keçməsinə mane olur. 
Yanğınların söndürülməsində digər yanğınsöndürmə vasitələrindən - daxili yanğınsöndürmə 
kranlarından, qarmaqdan, lingdən, baltadan və xüsusən də kimyəvi odsöndürənlərdən və s. səmərəli 
istifadə etməyi öyrənmək lazımdır. 
Hazırda müxtəlif odsöndürənlərdən ilk yanğınsöndürmə vasitəsi kimi geniş istifadə olunur.
Şəkil 2.10 Yaddaş kitabçası 
Şəkil 2.11 Köpüklü odsöndürən 


31 
Köpüklü odsöndürənlər bərk materialların, yanar məhlulların yanğın zamanı söndürülməsi üçün 
nəzərdə tutulmuşdur. 
Tozla işləyən odsöndürənlər də çox geniş yayılmışdır. Onlar bərk materialların, yanar 
məhlulların, qaz və elektrik avadanlıqlarının söndürülməsində tətbiq edilir. 
Müasir dövrümüzdə kimyəvi - köpüklü odsöndürənlər daha geniş yayılmışdır. Kimyəvi -köpüklü 
odsöndürənlərdən xırda yanğınların söndürülməsində istifadə olunur. Odsöndürmə vasitəsi kimi köpük 
tətbiq edilir. Çünki köpük yanan materialın üstünü tamamilə örtür və oksigenin daxil olmasının qarşısını 
alır. Köpük elektrik cərəyanını yaxşı keçirdiyi üçün kimyəvi-köpüklü odsöndürənlərlə cərəyan altında 
olan elektrik naqillərini, elektrik qurğu və cihazlarını söndürmək olmaz. Bu odsöndürənlərlə həm də 
yanan natriumun, kaliumun, maqneziumun, spirtlərin, kükürdün, asetonun, karbidin və kalsiumun 
söndürülməsi məsləhət görülmür. 
Şəkil 2.12 Təhlükəsizlik işarələri 
Ayda bir dəfədən az olmamaqla odsöndürənlərə baxılmalı, onların tozu və şırnaq deşiyi 
təmizlənməli, onun tam işlək vəziyyətdə olmasına daim diqqət yetirilməlidir. Odsöndürənin rütubətdə 
saxlanılmasına yol vermək olmaz. 
Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava 
cərəyanı yaratmaq olmaz. 
Əgər yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov 
digər mənzillərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq 
vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli 
binalarda yanğın zamanı binanın damına da qalxmaq olar. 
Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda 
saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər birinci növbədə məhz balkon və pəncərələrə 
yaxınlaşırlar. 
Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər 
şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də 
yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə 
çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar. Paltar 
söndükdən sonra həmin zərərçəkən şəxs müalicə müəssisəsinə göndərilməli və ya təcili yardım 
çağırılmalıdır. 


32 
Yanğın vaxtı odsöndürücünün istifadə qaydalarını oxumağa vaxt olmur. Buna görə də öncədən 
yanğına hazırlıqlı olmaq lazımdır ki, cəld və məqsədəuyğun hərəkət edəsiniz. Yanğın baş verdikdə 
yaranan tüstü heç də alovdan az təhlükə yaratmır. Buna görə də yaxşı olar ki, üzünüzə maska taxın və 
ya heç olmasa dəsmaldan istifadə edin. Alova yaxınlaşarkən təhlükəsiz məsafədə, bir neçə metrdə 
dayanın, əyilib odsöndürücünün tənzimləyicisini sərt cismə vurun. Alovdan güclü istilik gəldiyi üçün ilk 
öncə sınaq şırnağını önünüzdə olan sahəyə yönəldin. Bundan sonra yanan əşyanı qısa və dəqiq 
şırnaqlarla söndürün.
Qəfləti partlayışlardan özünüzü qoruyun. Oddan mühafizə olunmaq üçün heç vaxt sintetik 
geyimdən istifadə etməyin. 
Şəkil 2.13 Təhlükəsizlik plakatı
2.3.2. Tələbələr üçün fəaliyyətlər 

Aşağıdakı şəklə münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini 
göstərin. 
Şəkil 2.14 Yanğınsöndürən balonlar 


33 

Yanğınların söndürülməsində istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən biri 
olan odsöndürən balonlarından yanğın sinfinə uyğun olaraq istifadə haqqında 
müzakirələr təşkil edin.

Kimyəvi köpüklü yanğın söndürücülərin istifadəsi haqqında bilməli olduğunuz qaydaları 
qeyd edin. 

“Əgər elektrik naqilləri yanırsa, onu söndürmək üçün nə etmək lazımdır?” – sualı 
əsasında dairəvi müzakirə təşkil edin. 
2.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə