Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Əmək fəaliyyəti 
İnsanın əmək fəaliyyəti istehsal prosesi ilə, istehsalın ayrı-ayrı fazaları ilə əlaqədardır. fəaliyyət
hər hansı bir sahədə iş, çalışma, fəallıq göstərmə, aktivlik deməkdir. Buna misal olaraq, pedaqoji 
fəaliyyət, ictimai fəaliyyət və s. göstərmək olar.
Əmək fəaliyyətində insan bədənində damarların, tələffüz üzvlərinin, əsəb sisteminin və qan 
dövranının işi ilə əlaqədar biokimyəvi proseslər baş verir. Bu halda insan bədəni, qida məhsullarının 
oksidləşib parçalanması üçün müəyyən miqdarda oksigen tələb edir. İstehsal şəraitində insanlar 
tərəfindən görülən iş, sərf olunan əzələ və əsəb enerjilərinin qiyməti ilə təyin olunur.
İnsan əməyinin intensivliyi, bədənin gərginliyinin elə dərəcəsidir ki, burada adamların 
sağlamlığına xələl gətirmədən bütün iş vaxtı və müasir texniki vasitələrdən istifadə edilməklə fiziki və 
əsəbi enerjilərinin sərfi tələb olunur. 



Əməyin intensivliyi aşağıdakı faktorlardan asılıdır: 

sosial şərait (kollektivdə əməyin xarakteri, texnikanın səviyyəsi və təhlükəsizlik şəraiti, 
maddi maraq),

xarici şərait (iqlim və sanitar-gigiyena şəraiti),

yaşayışın sosial-iqtisadi şəraiti (sağlamlıq, qida ev və s.) və bəzi fərdi faktorlar. 
Əmək şəraitini düzgün təşkil etmədikdə, adam tez yorulur, onun diqqəti azalır və xəsarət alma təhlükəsi 
artır. 
Normal iş şəraitinin yaradılmasında əsas təsir göstərən faktorlar:

iş yerinin işıqlandırılması,

havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik),

avadanlıqların yaratdığı səs və vibrasiyalardır. 
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına 
zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. Normal iş şəraitinin yaradılmasında əsas təsir 
göstərən faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik), 
avadanlıqların yaratdığı səs və vibrasiyalardır. 
Şəkil 1.3 Əməyin müxtəlif fəaliyyətləri
Şəkil 1.4 Fəhlə əməyi (fiziki əmək) 
1.1.2.
 
Tələbələr üçün fəaliyyətlər 

Əmək mühafizəsi məsələləri sahəsində dövlət və həmkarlar ittifaqı konfederasiyasının 
qərarlarını araşdırıb təqdimat hazırlayın.

Şəklə diqqət yetirin. Əməyin hansı fəaliyyətləri göstərilib. Bu fəaliyyətlər barədə 
məlumat toplayıb dəftərinizə yazın və sinifdə müzakirə edin (şəkil 1.5).

Əmək şəraitini düzgün təşkil etmədikdə yaranan zərərlər barəsində məlumat toplayın 
və nəticə çıxarın.

Müəllim lövhədə aşağıda göstərilən cədvəli çəkir və tələbələrə bu cədvəli verilən (şəkil 
1.6) üzrə doldurmağı tapşırır. 


10 
Şəkil 1.5 Əməyin fəaliyyətləri 
DÜZ 
SƏHV 
 
Şəkil 1.6 Əmək şəraitinin düz və səhv qurulması 
 
1.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə