Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə5/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   2   3   4   5   6   7   8   9   ...   113

podrat-sazlama, 
podratçıların 
hazırlanması 
müqavilələri 
ilə 
rəsmiləşdirilir. 
c)
 
Kompleks  xidmətlər  (“Açar  altında”  tipli  layihələr,  yəni 
obyektlərin 
tikintisindən 
başlamış 
avadanlıqlann 
alınması, 
quraşdırılması, sazlanması, mütəxəssislərin öyrədilməsi və s. əhatə edən 
kompleks fəaliyyət). 
4.
 
Beynəlxalq icarə əməliyyatları. Belə əməliyyatlar ya icarə, ya da 
lizinq  müqaviləsi  əsasında  həyata  keçirilir.  İcarə  əməliyyatları 
müddətindən asılı olaraq uç növə aynlır: 
a)
 
Qısa müddətli icarə - rentinq (1- İlə qədər); 
b)
 
Orta müddətli icarə - xayrinq (lildən 2-3 ilə qədər); 
c)
 
Uzun müddətli icarə - lizinq (2-3 ildən 15-20 ilə qədər). 
İcarənin müddəti avadanlığın həyat tsikli ilə bağlıdır. Lizinqin 
rentinq  və  xayrinqdən  fərqi  ondadır  ki,  icarə  obyekti  ödənilmiş  icarə 
dərəcəsi,  amortizasiya  (aşınma),  avadanlığın  mənəvi  aşınması  nəzərə 
alınmaqla, qalıq dəyərilə icarədann mülkiyyətinə keçir. 
5.
 
Beynəlxalq turizm əməliyyatları. Bu növ kommersiya əməliyyatı 
müxtəlif turist xidmətlərinin (turistlərin yerləşdirilməsi, turistlərin təyinat 
ölkəsinə çatdırılması və ölkədə yerdəyişməsi, turistlərin qidalandınlması, 
onların  mədəni  tələbatlannın,  işgüzar  maraqlarmın  ödənilməsi,  ticarət 
müəssisələri,  sənədlərin  rəsmiləşdirilməsi  və  s.  ilə  bağlı  xidmətlər)  və 
turistlərin tələbatlarının ödənilməsi məqsədilə turist tələbat əmtəələrinin 
təqdim edilməsini əhatə edir. 
6.
 
tstehsal-texniki  əməkdaşlıq  üzrə  əməliyyatlar.  İstehsal-tex-  niki 
razılaşmalar texniki biliklərin ötürülməsi və mübadiləsi, istehsalın və işçi 
qüvvəsinin  ən  yaxşı  şərtlərinin  axtanşı,  kütləvi  istehsalın 
genişləndirilməsi,  istehsalın  ixtisaslaşdırılması,  yeni  bazarların  axtarışı, 
istehsal xərclərinin aşağı salınması və s. məqsədilə bağlana bilər. 
7.
 
İdarəetmənin təkmilləşdirilməsi və informasiya sahəsində
15 


xidmətldrin təqdim edilməsi əməliyyatları. 
8.
 
Kinofilm və teleproqramlarm mübadiləsi üzrə əməliyyatlar. 
Beynəlxalq əmtəə dövriyyəsinin təminedici əməliyyatlarına aiddir: 
1.
 
Beynəlxalq yüklərin daşmması əməliyyatları; 
2.
 
Nəqliyyat - ekspeditor xidmətləri; 
3.
 
Yüklərin sığortalanması əməliyyatları; 
4.
 
Beynəlxalq  daşmmalar  zamanı  əmtəələrin  -  yüklərin 
qorunub saxlanması, anbar əməliyyatları. 
5.
 
Beynəlxalq hesablaşmaların apaniması. 
Qeyd edilən əməliyyatları '"əmtəələrin irəlilədilməsi əməliyyatları*’ 
da adlandırırlar. Bəzən bu növ əməliyyatlann payına ümumi kontraktın 
dəyərinin 40-50%-i düşür. 
BKİ-nin  spesifik  forması olan istehsal  və ET əməkdaşlıq sferasmı 
xüsusi ayırmaq lazımdır. Çünki, bu xüsusi əməkdaşlıq sferası müəyyən 
növ təşkilati-idarəetmə fəaliyyətinin nəticəsi kimi çıxış edir. Bu sferanm 
əsas məqsədləri aşağıdakı növ razılaşmaların bağlanmasıdır: 
-
 
istehsalın ixtisaslaşması və kooperasiyalaşması; 
-
 
obyektlərin birgə tikintisinin və onların istismarımn təşkili; 
-
 
istifadə  olunan  əmtəə  məhsullannm  kompensasiyalı  (güzəştli) 
ödənişilə iri sənaye obyektlərinin göndərilməsi
-
 
elmi  tədqiqatlar  sahəsində  kooperasiya  sövdələşmələrinin 
bağlanması. 
Bu  razılaşmalar  beynəlxalq  ticarət  sövdələşmələri  əsasında  həyata 
keçirilir. Ona görə də beynəlxalq ticarət təkcə maddi dəyərlərlə bağlı olan 
kommersiya  əməliyyatlanm  deyil,  eləcə  də  beynəlxalq  ticarət  kanalları 
ilə reallaşdınlan digər ticarət- iqtisadi fəaliyyət növlərini də əhatə edir. 
16 


BKƏ-nin həyata keçirilməsinin özünəməxsus metodları mövcuddur. 
Ticarət  metodlan  dedikdə  ticarət  əməliyyatlarının  həyata  keçirilmə 
üsulları başa düşülür. Beynəlxalq təcrübədə BKƏ- nin həyata keçirilən iki 
əsas metodundan istifadə olunur: 
1.
 
Birbaşa metod (direct) - kommersiya əməliyyatlarının bilavasitə 
istehsalçı  ilə  istehlakçı  arasında  həyata  keçirilməsini  nəzərdə  tutur.  Bu 
metod  vasitəsilə  istehsalçı  (mal  göndərən)  və  son  istehlakçı  (mal  alan) 
arasında  birbaşa  əlaqələr,  bilavasitə  son  istehlakçıya  məhsulların 
göndərilməsi  və  alqı-satqı  müqaviləsi  əsasında  istehlakçılar  tərəfindən 
malların sərbəst olaraq istehsalçılardan alınması həyata keçirilir. 
2.
 
Dolayı metod (indirect) - kommersiya əməliyyatlarının vasitəçi ilə 
həyata  keçirilməsini  nəzərdə  tutur.  Bu  metodla  vasitəçilərlə  bağlanan 
xüsusi razılaşma əsasında əmtəələrin vasitəçi firmalardan alınması həyata 
keçirilir. 
Ticarətin  bilavasitə  metodu  maliyyə  nöqteyi-nəzərincə  sərfəlidir. 
Çünki,  istehsalçı  bu  zaman  vasitəçiyə  veriləcək  komission  mükafatdan 
azad  olunur,  kommersiya  fəaliyyətinin  nəticələrinin  vasitəçi  təşkilatın 
mümkün  insafsızlığından,  yaxud  kifayət  etməyən  səlahiyyətlərindən 
asılılığı və riski aşağı düşür. Həmçinin, bu metod daim bazarda olmağa, 
dəyişiklikləri  nəzərdə  saxlamağa  və  vaxtında  onlara  uyğun  reaksiya 
verməyə  imkan  yaradır.  Eyni  zamanda,  bu  metodun  istifadəsi 
kommersiya  ixtisasının  və  ticarət  təcrübəsinin  olmasından  xəbər  verir. 
Əks halda maliyyə xərcləri nəinki azala, hətta əhəmiyyətli dərəcədə arta 
bilər. Bundan əlavə, daxili ticarətlə müqayisədə beynəlxalq ticarət daha 
risklidir  ki,  bu  da  müxtəlif  ölkələrin  iqtisadi,  siyasi,  hüquqi  və  sosial 
şərtləri,  onların  adət-  ənənələri,  həmçinin  ticarət  tərəfdaşları  arasında 
böyük məsafələrin olması ilə şərtlənir. Nəticədə, çox zaman beynəlxalq 
ticarət əməliv- yatlarmın apaniması üçün vasitəçilərbən istifadə edilməsi 
məqsö- 
17 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə