Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə6/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   2   3   4   5   6   7   8   9   ...   113

dəuyğun, bəzən isə vacib hesab olunur. 
Birbaşa metod firmalar vasitəsilə aşağıdakı hallarda həyata keçirilir: 
-xarici bazarda uzunmüddətli kontraktlar əsasında əmtəələrin satışı 
və alışı; 
-
 
bahalı və iri ölçülü avadanlığın ixracı; 
-öz satış dairəsi olan filiallar və törəmə şirkətləri tərəfindən standart 
- çox seriyalı avadanlığın ixracı; 
-
 
inkişaf  etməkdə  olan  ölkələrdə  (İEOÖ)  istehsalçı  fermerlərdən 
birbaşa kənd təsərrüfatı məhsullarmın alışı və s. 
İstər  inkişaf  etmiş  ölkələr  də  (lEÖ),  və  istərsə  də  İEOÖ-də  dövlət 
müəssisə  və  təşkilatları  tərəfindən  həyata  keçirilən  BKƏ-nin  əsas 
hissəsini birbaşa idxal və ixrac təşkil edir. Bu əlaqələrin üstünlüklərinə 
aiddir:  birbaşa  sabit  əlaqələr,  istehsal  proqramının  xarici  bazara  tez 
uyğunlaşması, əlaqələrin tez bərpası və s. 
Birbaşa əlaqənin aşağıdakı əsas xarakterik xüsusiyyətləri vardır: 
1.
 
Konkret xarici istehlakçının və ya istehlakçılar qrupunun xüsusi 
tələb  və  sorğusuna  istiqamətlənmiş  və  əvvəlcədən  razılaşdırılmış 
müəyyən növ və tələb edilən miqdarda əmtəələrin göndərilməsi; 
2.
 
idxal  və  ixrac  əməliyyatlarının  məqsədyönlü  xarakter  daşıması 
(adətən,  mürəkkəb  və  kompleks  avadanlıqlarla  bağlı  əvvəlcədən 
razılaşdırılmış sifarişlər üzrə); 
3.
 
istehlakçı  və  istehsalçılar  arasında  uzunmüddətli  və  stabil 
əlaqələrin mövcudluğu (müntəzəm mal göndərməni nəzərdə tutan uzun 
müddətli kontraktlar əsasında). 
Müasir  kommersiya  təcrübəsində  birbaşa  metoddan  istifadə  geniş 
yayılmışdır.  Belə  ki,  amerika  firmalarının  satışının  2/3  hissəsi,  ingilis 
firmalarmın isə fəaliyyətinin 70%-i birbaşa satışın payına düşür. Birbaşa 
əlaqələrdə TMK-lar böyük rol oynayır.TMK-lar bu 
18 


kompaniyalann  aid  olduğu  və  yerləşdiyi  ölkədən  kənarda  -  xaricdə 
kompleks istehsal və xidmətə malik və ya onlara nəzarət edən, müxtəlif 
ölkələrdə  geniş  filial  və  şöbələr  dairəsinə  sahib  olan  və  beynəlxalq 
səviyyədə bu və ya digər məhsulun istehsalında aparıcı rola malik olan 
böyük  müəssisələr,  yaxud  iri  sənaye-maliyyə  birlikləridir.  Onlar 
beynəlxalq  istehsalın  əsasını  və  istiqamətini  müəyyən  etməklə,  öz 
strukturlarına  istehsal,  elmi-tədqiqat,  təchizat,  satış  xarakterli  çoxsaylı 
xarici  filialları  daxil  etməklə  iri  transmilli  qruplara  çevrilmişlər. 
Beləliklə,  TMK-lar  özlərinin  xaricdə  xüsusi  satış  və  istehsal 
müəssisələrini yaratmaqla, firmalararası birbaşa əlaqələri intensiv olaraq 
həyata  keçirirlər.  Nəticədə,  TMK-lar  müasir  beynəlxalq  kommersiya 
əməliyyatlarının 
həyata 
keçirilməsinin 
metod 
və 
üsullarını 
yeniləşdirərək, onları daim təkmilləşdirirlər. 
Ticarət vasitəçilərinin köməyi ilə, yəni istehsalçı və istehlakçılardan 
asılı  olmayan  ticarət  firmalan,  təşkilatları  və  şəxslərin  iştirakı  ilə 
beynəlxalq əmtəə dövriyyəsinə cəlb edilən bütün əmtəələrin yandan çoxu 
reallaşdınlır.  Beynəlxalq  kommersiya  təcrübəsində  bir  sıra  vasitəçilər 
mövcuddur ki, onlar ayn-ayn ölkələrin ticarət təcrübələrindən asılı olaraq 
müxtəlif  cür  adlanırlar,  lakin  bu  zaman  onlarm  iqtisadi  və  hüquqi 
məzmunları qorunub saxlanılır. Onlar vasitəsilə, adətən, ikinci  dərəcəli 
məhsulların  reallaşdırılması,  az  tutumlu,  uzaq  və  az  öyrənilən,  tanış 
olmayan  bazarlarda,  həmçinin  satış  dairəsi  olmayan  xarici  ölkələrdə 
BKƏ  həyata  keçirilir.  Ticarət  vasitəçi  firmalar,  adətən,  yerli  bazarları 
yaxşı tanıyır, onların xüsusi anbarları, xidmətedici texniki bazaları, satış 
dairələri  olur.  Bütün  bunlar  onlara  BKƏ-ni  həyata  keçirməkdə  bir  çox 
üstünlüklərə  malik  olmağa  imkan  verir.  Ticarət  vasitəçiləri  xüsusən 
standart  sənaye  avadanlığı  və  istehlak  əmtəələrinin  satışının  həyata 
keçirilməsində böyük rol oynayırlar. 
19 


1.3.
 
Beynəlxalq ticarət, beynəlxalq kommersiya sövdələşməsi 
anlayışı və onun xarakterik xüsusiyyətləri 
Beynəlxalq  ticarət  elmUtexniki  tərəqqiyə  əsaslanmaqla,  dünya 
ölkələri  arasında  əmtəə  və  xidmətlərin  mübadiləsini,  müxtəlif  növ 
beynəlxalq kommersiya əməliyyatlarmı nəzərdə tutur. Beynəbcalq ticarət 
beynəlxalq kommersiya əməkdaşlığının demək olar ki, əksər sahələrini 
və növlərini özündə birləşdirir. İstənilən ölkənin iqtisadi müvəffəqiyyəti 
onun xarici ticatətilə sıx bağlıdır və heç bir ölkə dünya iqtisadi sistemində 
digər  ölkələrlə  əlaqələr  qurmadan,  öz  sağlam  iqtisadiyyatını  yarada 
bilməz.  Xarici  ticarətin  inkişafı  istənilən  ölkə  üçün  ən  güclü  amildir. 
Buna  baxmayaraq,  ölkələrin  eyni  zamanda  beynəlxalq  əmtəə 
mübadiləsindən asılılığı da getdikcə artmaqdadır. 
Xarici ticarət > hər bir ölkənin digər ölkələrlə idxal və ixrac ticarət 
əməliyyatlarmdan  ibarətdir.  Beynəlxalq  ticarət  isə  bütün  dünya 
ölkələrinin  xarici  ticarətlərinin  məcmusu  kimi  başa  düşülür.  Xarici 
ticarətin müxtəlif növləri mövcuddur: hazır məhsul, maşm və avadanlıq, 
xammal, texnologiya, xidmət maliyyə alətlərinin (derivativlər, qiymətli 
kağızlar) və s. ticarətini misal göstərmək olar. 
Beynəlxalq ticarət üç əsas göstərici ilə xarakterizə olunur: 
-
 
əmtəə dövriyyəsi (ümumi həcm) ilə; 
-
 
əmtəə struktruru ilə; 
-
 
coğrafi struktur ilə. 
Xarici  ticarət  dövriyyəsi  beynəlxalq  əmtəə  dövriyyəsində  iştirak 
edən  ölkənin  idxal-ixrac  əməliyyatlarının  dəyərinin  məcmusunu  təşkil 
edir.  Xarici  ticarətin  iki  fiziki  və  dəyər  həcmini  fərqləndirirlər.  Xarici 
ticarətin  dəyər  həcmi  cari  valyuta  məzənnəsindən  istifadə  etməklə, 
müəyyən  vaxt  ərzində  uyğun  illərin  cari  dəyişən  qiymətlərində 
hesablanır, xarici ticarətin fiziki həcmi isə sabit 
20 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə