Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

-
 
ortamüddətli - bir ildən 5 il müddətinə qədər verilir və maşın və 
avadanlıqların ixracının kreditləşdirilməsi üçün istifadə edilir
-
 
uzunmüddətli  -  5  ildən  artıq  müddətə  verilir  və  iri  investisiya 
layihələrinin ixracmın kreditləşdirilməsi üçün istifadə edilir; 
Dempinq - ticarət siyasətinin maliyyə qeyri-tarif metodu olaraq ixrac 
qiymətlərinin  normal  qiymətlərdən  aşağı  səviyyəyə  salınması  yolu  ilə 
əmtəələrin  xarici  bazarlara  ixracmın  dəstəklənməsini  nəzərdə  tutur. 
Dempinq həm xarici bazarı tutmağa çalışan ayn-ayn firmaların resursları 
hesabına, həm də ixracatçılara dövlət subsidiyalarının verilməsi hesabına 
həyata keçirilə bilər. Dempinqin növləri aşağıdakılardır: 
a)
 
epizodik  dempinq  -  artıq  əmtəələrin  epizodik  satışı  aşağı 
qiymətlərlə həyata keçirilir
b)
 
planlaşdırılan dempinq; 
c)
 
mövsümü dempinq; 
d)
 
talançı dempinq; 
e)
 
daimi dempinq; 
f)
 
əks dempinq; 
g)
 
qarşılıqlı dempinq; 
h)
 
valyuta dempinqi; 
Dempinq faktının müəyyənləşdirmə metodları aşağıdakılardır: 
1.
 
Normal  dəyər;  2.  Üçüncü  ölkələrlə  qiymət  səviyyəsinin 
müqayisəsi. 
Dempinq  həm  beynəlxalq  səviyyədə,  həm  də  bir  çox  ölkələrin 
antidempinq qanunları ilə qadağan edilmişdir. Əksər ölkələr özünə qarşı 
tətbiq  edilən  dempinq  halını  aşkar  etdiyi  halda  antidempinq  rüsumları 
tətbiq edirlər. 
Antidempinq  rüsumu  əmtəənin  daxili  və  xarici  bazarlarda  satış 
qiymətlərinin fərqi həcmində müəyyən edilməklə, idxal ölkəsi tərəfindən 
dempinq əsasında həyata keçirilən qeyri-ədalətli qiymət 
55 


rəqabətinin mənfi nəticələrini aradan qaldırmaq məqsədilə tətbiq edilir. 
2.5.
 
İxrac-idxal əməliyyatlarının məzmunu, növləri, həyata 
keçirilməsi metodları, statistik uçotu və beynəlxalq tənzimlənməsi 
Beynəlxalq  kommersiya  fəaliyyətində  ixrac-idxal  əməliyyatları 
xüsusi yer tutur, 
1.
 
İxrac-idxal  əməliyyatları  (İİƏ)  -  material-maddi  forması  olan 
əmtəələrin  alqı-satqısı  ilə  bağlı  olan  kommersiya  fəaliyyətidir.  İxrac 
əməliyyatı  dedikdə,  xarici  kontragentin  mülkiyyətinə  vermək  üçün 
əmtəələrin  xaricə  aparılması  və  satışı  ilə  bağlı  əməliyyatlar  nəzərdə 
tutulur.  Daha  doğrusu,  ixrac  əməliyyatlan  ölkədə  istehsal  olunan, 
çıxarılan (hasil olunan),  yaxud  gömrük nəzarəti altında istehsal olunan 
əmtəələrin  ölkədən  çıxarılması  və  satışı  ilə  bağlı  olan  əməliyyatlardır. 
İdxal əməliyyatı dedikdə isə ölkənin daxili bazarında reallaşdırmaq üçün 
əmtəələrin  ölkəyə  gətirilməsi  və  satışı  ilə  bağlı  əməliyyatlar  nəzərdə 
tutulur. 
Beynəlxalq  kommersiya  təcrübəsində  ÜƏ  dedikdə,  adətən,  yalnız 
kommersiya  əsasında,  daha  doğrusu,  beynəlxalq  ticarət  sövdələşməsi, 
yəni  əmtəələrin  beynəlxalq  alqı-satqısı  haqqında  BMT-nin  1980-ci  il 
Vyana  Konvensiyasına  uyğun  olaraq  alqı-satqı  kontraktı  əsasında 
bağlanan  və  həyata  keçirilən  əməliyyatlar  başa  düşülür  (belə  ki, 
təmənnasız  bağışlanmalar  İİƏ-yə  aid  edilmir,  onlar  ayrıca  nəzərdə 
tutulur). 
İİƏ o vaxt təkmil - başa çatmış hesab olunur ki, əmtəə kontra- gentin 
dövlət sərhədindən buraxılsın, bundan sonra isə statistik uçot üçün lazım 
olan müəyyən gömrük rəsmiləşdirilməsi qaydaları həyata keçmiş olsun. 
56 


Beynəlxalq  kommersiya  təcrübəsində  istifadə  olunan  aşağıdakı  bir 
neçə anlayışlan nəzərdən keçirək: 

İxrac  dedikdə,  statistik  nəzərə  alman  və  uçota  götürülən  aşağıdakı 
əməliyyatlar nəzərdə tutulur: 
-
 
ölkədə  istehsal  edilən,  yetişdirilən  və  çıxarılan,  həmçinin, 
əvvəldən xaricdən gətirilərək və emala məruz qalan, işlənib hazırlanmış 
əmtəələrin Ölkədən çıxanlması və ya xarici alıcılara (ölkələrə) satışı; 
-
 
əvvəldən xaricdən gətirilmiş, gömrük nəzarəti altmda emala məruz 
qalmış əmtəələrin ölkədən aparılması; 
-
 
Təkrar ixrac və ya reixrac əməliyyatları: əvvəldən gətirilmiş və 
ixrac  ölkəsində  heç  bir  emala  məruz  qalmadan  əmtəələrin  (beynəlxalq 
hərrac  və  birjalarda  reallaşdırılan  əmtəələr),  o  cümlədən  “azad  zona” 
ərazilərində  və  qeyd  edilmiş  gömrük  anbarlarında  olan  əmtəələrin 
aparılması üzrə olan əməliyyatlardır. 
Adətən, satıcı üçün malın sonrakı vəziyyəti maraqlı deyil - alıcı onu 
təkrar həm istehsala buraxa, həm üçüncü bir ölkəyə sata, həm də bazarda 
reallaşdıra  bilər.  İstənilən  halda  satıcı  üçün  ixrac  əməliyyatı  həyata 
keçirilmiş  hesab  olunur.  İxrac  əməliyyatının  əsas  əlamətləri  xarici 
kontragentlə  müqavilənin  imzalanması  və  malın  ölkə  sərhədindən 
çıxması hesab olunur. 
Tarixən  və  məntiqi  cəhətdən  ixrac  istənilən  kompaniyanın 
fəaliyyətinin beynəlmiləlləşməsi yolunda nəzərdə tutulmuş, xarici bazara 
girmə  üsulunun  seçiminin  ənənəvi  həlli  yoludur.  İxrac  fəaliyyətinin 
başlanması və inkişafına aşağıdakı motivlər səbəb ola bilər: 
-
 
biznesin  ümumi  gəlirliliyinin  artırılması  məqsəd  kimi  qarşıya 
qoyulduqda; 
-
 
daxili bazarda tələbin azalması və ya rəqabətin güclənməsi
-
 
əsas  məqsədli  bazarlara  coğrafi  bölgü  hesabına  tələbin  kəskin 
dəyişməsinin aradan qalxması və kommersiya risklərinin aşağı 
57 


düşməsi; 
-
 
yerli  şirkət  brendinin  xaricdə  tanınması  və  müsbət  beynəlxalq 
imicin qazanılması; 
-
 
xaricdən gələn kommersiya təklifləri; 
-
 
elmi tədqiqatlara çəkilmiş xərcləri daha tez və iqtisadi cəhətdən 
daha səmərəli şəkildə kompensasiya etmək arzusu və s. 
Təkrar ixrac əvvəlcə idxal edilmiş məhsulun əhəmiyyətli dərəcədə 
dəyişikliyə uğramadan digər ölkələrə ixracıdır. Hərçənd ki» qəbul edən 
Ölkədə malın ciddi dəyişikliklərə məruz qalmamasına baxmayaraq, onun 
təsnifləşdirilməsini dəyişməyən əməliyyatlar - bağlanma, markalanma və 
s.  aparıla  bilər.  Əgər  idxal  olunmuş  malın  təkrar  emalı  üzrə  əlavə 
əməliyyatlarm dəyəri onun yeni ixrac qiymətinin 50%-indən çoxdursa, o 
zaman  beynəlxalq  ticarət  təcrübəsinə  uyğun  olaraq  onun  satışı  üzrə 
əməliyyatlar  təkrar  ixrac  deyil,  ixrac  əməliyyatı  adlanır.  Konkret 
vəziyyətdən  və  məcburedici  səbəblərdən  asılı  olaraq  təkrar  ixracın 
aşağıdakı növləri var: 
-
 
məcburi  təkrar  ixrac  -  bu,  idxal  olunmuş  malm  daxili  bazarda 
satıla bilinmədiyi halda baş verir. 
-
 
spekulyativ  təkrar  ixrac  -  bu,  əsasən,  birja  əməliyyatma  xasdır. 
Məhsulun qiymətinin gələcəkdə qalxacağını əvvəlcədən proqnoz edərək, 
onun sonradan baha qiymətə satmaq məqsədilə alınması ilə bağlıdır. 
-
 
texnoloji təkrar ixrac - əsasən mühəndis-tikinti kompaniyalarına, 
kompleks  avadanlıq  istehsalçılarına  xas  ixrac  əməliyyatıdır.  Məzmunu 
ondan  ibarətdir  ki,  onların  ixrac  etdiyi  malm  tərkib  hissələrinin  böyük 
əksəriyyətini idxal məhsulian təşkil edir. 
-
 
uçot təkrar ixrac - bu, malı öz ölkəsinə gətirmədən (azad ticarət 
zonalanndan keçirməklə) həyata keçirilən əməliyyatlardır. 
Əvvəldə  qeyd  edildiyi  kimi,  idxal  dedikdə  malların  bir  ölkədən 
başqa bir ölkəyə, başqa sözlə, xarici ölkələrdən idxalçınm ölkəsinə 
58 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə