Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   2   3   4   5   6   7   8   9   ...   113

nəzərə almaq lazımdır ki, iqtisadi cəhətdən sərfəli xarici ticarət fəaliyyəti 
yalnız  iri  miqyaslı  əmtəə  satışı  zamanı  mümkündür.  Beynəlxalq 
kommersiya  əməliyyatlanmn  təşkili  üzrə  kommersiya  işinin  mühüm 
elementi  kontragentlərin  -  xarici  firmaların  və  ya  əmtəə  alıcılarının 
seçilməsi hesab olunur. Lazımi fırmalan ya əmtəə- firma və ya sahələr 
üzrə  məlumat  kitabçalarından,  kataloqlardan,  reklam  göstəricilərindən, 
mətbuatdakı  nəşrlərdən  və  digər  materiallardan,  o  cümlədən  internet 
resurslarından  istifadə  etməklə,  ya  da  xarici  ticarət  təşkilatlarının 
(strukturlarının) köməyi ilə tapmaq mümkündür. Qeyd edilən mənbələr 
arasında  firmalar  üzrə  məlumat  kitabçaları  daha  əhəmiyyətli  hesab 
olunur.  Kontragenti  seçərkən  bazarda  onun  real  vəziyyətini,  təsərrüfat 
fəaliyyətinin göstəricilərini yaxşı bilmək vacibdir. 
BKƏ ilə bağlı, xarici bazarın tədqiqinin mühüm vəzifələrindən biri 
bazarda tələb və təklif arasında tarazlığı qaydaya salmaq üçün əlverişli 
şəraitin  təmin  edilməsi  imkanının  öyrənilməsidir.  Beləliklə,  xarici 
bazarın  tədqiqatında  əsas  məqsəd:  bazarın  inkişafına,  strukturuna, 
münasibətlərin  xarakterinə  təsir  göstərəm  mühiti  -  mikro  və  makro 
amilləri  tədqiq  və  təhlil  etmək  və  dəyərləndirmək,  müvafiq  ölkələrin 
ümumtəsərrüfat  strukturunun  və  uyğun  bazarlarm  kon-  yunkturunun 
qarşılıqlı surətdə vəziyyəti və meyllərini öyrənməkdir. Bir qayda olaraq 
tədqiqat  üçün  öncədən  maraq  dairəsində  olan  ölkə  haqqmda  ümumi 
məlumat, o cümlədən, onun sahəsi, əhalisinin sayı, milli resursları, dövlət 
qumluşu, iqtisadiyyatının inkişaf səviyyəsi və strukturu, pul sistemi, milli 
resursları,  valyuta  vəziyyəti,  vergi  qanunvericiliyi  prinsipləri, 
sosial-mədəni  xüsusiyyətləri,  əhalisinin  həyat  səviyyəsi,  təhsili  və 
mədəniyyəti və s. təhlil edilir. 
Əgər  dünya  bazarı  və  milli  sahə  bazarlan  iştirakçılar,  yaxud  qrup 
iştirakçıları  arasında  bölüşdürülübsə,  bu  halda  tədqiqat  üçün  bazarın 
ayn-ayn seqmentlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, 
12 


istehsalın  istiqamətini  konkret  alıcıların  tələblərinə  yönəltmək  imkam 
yaradır. Bununla bağlı, bazahn seqmentləşdirilməsi metodikasının işlənib 
hazırlanması  mühüm  şərtdir.  Bazarın  ayrıca  bir  seqmentində  müəyyən 
alıcılar  qrupunu  malın  konkret  olaraq  müəyyən  istiqamətinə  yönəltmək 
daha əlverişli olur. 
1.2.
 
Beynəlxalq kommersiya əməliyyatlarmm növləri və onlann həyata 
keçirilməsi metodları 
BKƏ bu fəaliyyəti həyata keçirən subyektlərin və konkret fəaliyyət 
obyektinin  mövcudluğunu  nəzərdə  tutan  idarəetmə  fəaliyyətidir.  Qeyd 
edildiyi  kimi,  kommersiya  əməliyyatlarının  beynəlxalq  xarakterli 
olmasının  əsas  şərdərindən  biri,  kontragent-  lərin  -  tərəflərin  müxtəlif 
ölkələrdə  yerləşməsidir.  BKƏ-nin  ikinci  vacib  şərtini  bu  növ 
əməliyyatların gömrük statistikasının qeydiyyatından keçməsi təşkil edir. 
BKƏ-nin  subyekti  kimi,  dövlətdən  xarici  bazara  çıxmaq  hüququ  olan 
firma və təşkilatlar çıxış edir. Hal- hazırda kommersiya fəaliyyətinin əsas 
subyekti  kimi  bütövlükdə  dünya  bazarmda  belə  fəaliyyətin  xarakter  və 
prinsiplərini müəyyən edən iri transmilli kompaniyalar (TMK) çıxış edir. 
BKƏ-nin  obyektlərini  -  əmtəələrin  mübadiləsi  kimi  həyata  keçirilən 
maddi-  material  dəyərləri,  xidmətlər  və  istehsal,  elmi-texniki 
əməkdaşlığın digər nəticələri təşkil edir. Bu obyektlər də öz növbəsində 
dünya bazarında həyata keçirilən BKƏ-nin növlərini müəyyən edirlər. 
BKƏ əsasən iki növə: 
-
 
qarşılıqlı Ödəniş əsasında bilavasitə iştirakçılar - müxtəlif ölkələrin 
kontragentləri arasında həyata keçirilən əsas əməliyyatlara
-
 
əmtəənin  satıcıdan  alıcıya  irəlilədilməsini  həyata  keçirən 
təminedici (və ya əlavə) əməliyyatlara ayrılır. 
13 


Əsas BKƏ-yə aiddir: 
1.
 
Maddi-material 
formasında  əmtəələrin  mübadiləsi  - 
kommersiya 
əsasmda  ixrac-idxal  əməliyyatları»  İxrac-idxal 
əməliyyatları  alqı-satqı  kontraktları  ilə  rəsmiləşdirilir  ki,  onlar  da  öz 
növbəsində 
iki 
istiqamətə 
ayrılır; 
unifıkasiyalaşdırılan 
(standartlaşdırılan)  və  razılaşdırılan.  Müasir  dövrdə  sənayecə  inkişaf 
etmiş Ölkələrin ixrac strukturunun təxminən 40%-ni xammal və yarım- 
fabrikatlar,  60%-ni  isə  hazır  məhsullar,  məmulatlar  və  müxtəlif 
maşınqayırma məhsulları təşkil edir. 
2.
 
Texnologiyaların ticarəti üzrə əməliyyatlar, ticarət patentləri
lisenziyalar,  NOW-HOW  (ingiliscə:  know-how,  ’’bilirəm-necə’’ 
deməkdir)  formasında  elmi-texniki  (ET)  biliklərin  mübadiləsi. 
Texnologiyaların  ticarəti  əməliyyatlan  lisenziya  razılaşmaları  əsasmda 
rəsmiləşdirilir.  Onlar  həmçinin  bu  razılaşmalara  əlavə  olaraq 
kontraktlarla  da  rəsmiləşdirilir.  Belə  əməliyyatlar  texnologiyaların 
(patentləşdirilmış  və  ya  patentləşdirilməmiş),  eyni  zamanda 
avadanlıqların ötürülməsini əhatə edir. 
3.
 
Injinirinq,  texniki  xidmətlərin  mübadiləsi,  tnjinirinq  müqavilə 
əsasında  məsləhətçi  adlanan  bir  tərəfdən  sifarişçi'  adlanan  digər  tərəfə 
sifarişçinin  müəssisəsində  yeni  texnoloji  proseslərin  işlənməsilə 
obyektlərin  layihələndirilməsi,  tikintisi  və  istismarı,  həmçinin  yeni 
məmulatın 
istehsalda 
tətbiqinə 
qədər 
mövcud 
istehsalın 
təkmilləşdirilməsi  ilə  bağlı  mühəndis-texniki  xidmətləri  əhatə  edir, 
tnjinirinq aşağıdakı istiqamətlərə ayrılır: 
a)
 
Məsləhət xidmətləri  - (obyektlərin layihələndirilməsi, planların 
işlənməsi,  işlərin  həyata  keçirilməsinə  nəzarət  məqsədilə  intellektual 
xidmətlərlə bağlı); 
b)
 
Mühəndis-tikinti  xidmətləri.  Belə  xidmətlər  obyektlərin 
tikintisi və sonradan onların istifadəsilə bağlı həyata keçirilir. Onlar 
14 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə