Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   2   3   4   5   6   7   8   9   ...   113

12.3.
 
Beynəlxalq turizmin inkişaf xüsusiyyətləri, rolu və nəticələri ....  346 
12.4.
 
Dünya turist mərkəzləri və bazarlannın müasir inkişaf ənənələri 
və perspektivləri ........................................................................................  352 
12.5.
 
Turist xidmətlərinin göstərilməsinin əsas razılaşma və prinsipləri.. 358 
12.6.
 
Beynəlxalq turizm əməliyyatlarının təşkilati formaları, beynəlxalq 
turist təşkilatları və beynəlxalq turizm hüququ .........................................  362 
“Beynəbcalq kommersiya işi” fənninin öyrənilməsi ilə bağlı test 
nümunələri .................................................................................................  375 
İstifadə olunmuş ədəbiyyat ........................................................................  384 


ÖN SÖZ 
Beynəlxalq  iqtisadi  münasibətlərin  ən  qədim  və  geniş  yayılmış 
formalarından  biri  olan  beynəlxalq  ticarət,  beynəlxalq  kommersiya 
əməliyyatları,  əsasən,  əmtəə  və  xidmətlərin  idxal  və  ixracı,  digər  növ 
əməliyyatlar  kimi  həyata  keçirilərək  beynəlxalq  əmək  bögüsünə 
əsaslanmışdır. 
Müasir dövrdə dünya ölkələri arasında iqtisadi əlaqələrin əsasını 
kommersiya  əsasında  həyata  keçirilən  müxtəlif  istiqamətli  beynəlxalq 
ticarət əməliyyatları təşkil edir. Bu baxımdan beynəlxalq kommersiya işi 
və  beynəlxalq  kommersiya  fəaliyyətinin  həyata  keçirilməsi 
prinsiplərinin, 
mexanizminin, 
onun 
tənzimlənməsinin 
inkişaf 
ənənələrinin,  beynəlxalq  kommersiya  təcrübəsinin  və  s.  dərindən 
öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar, qeyd edilən 
istiqamətdə  hazırlanan  dərs  vəsaitlərinin  rolu  getdikcə  daha  da  artır. 
Hal-hazırda  dünyada  baş  verən  bir  çox  iqtisadi  proseslər,  o  cümlədən 
qloballaşma,  beynəlmiləlləşmə,  transmilliləş-  mə  də  bu  zərurəti  aktual 
edir. 
Beləliklə,  beynəlxalq  kommersiya  fəaliyyətinin  öyrənilməsi 
istiqamətində  həyata  keçirilən  addımlardan  biri  kimi  dəyərləndirilən 
“Beynəlxalq  kommersiya  işi”  adlı  dərs  vəsaitində  beynəlxalq 
kommersiya  əməliyyatlarının,  beynəlxalq  kommersiya  təcrübəsinin 
təşkilati-hüquqi  tənzimlənməsinin  mahiyyəti  və  məzmunu,  beynəlxalq 
kommersiya terminlərinin əhatə olunduğu İNCOTERMS-2000 öyrənilir. 
Vəsaitdə  beynəlxalq  kommersiya  əməliyyatlarının  təşkili  məsələlərinə: 
beynəlxalq  ticarət  sövdələşmələrinin  hazırlanması  və  bağlanması, 
kontragentlər  arasındakı  birbaşa  əlaqələrdə  beynəlxalq  alqı-satqı 
kontraktlarmın  məzmunu,  bağlanması  şərtləri,  onların  icrası,  ticarət 
vasitəçiləri  tərəfindən  həyata  keçirilən  əməliyyatlar,  o  cümlədən 
beynəlxalq əmtəə birjalarında, torqlarda, yarmarka və 


sərgilərdə  həyata  keçirilən  əməliyyatların  öyrənilməsinə  önəm  verilir. 
Dərs  vəsaitində  həmçinin,  beynəlxalq  mühəndis-texniki  xidmətlər, 
elmi-texniki  biliklərin  mübadiləsi,  injinirinq  xidmətləri,  beynəlxalq 
lisenziya,  icarə  əməliyyatları,  beynəlxalq  turizm  və  s.  əməliyyatların 
öyrənilməsinə  diqqət  yetirilir.  Vəsaitdə  fənnin  öyrənilməsilə  bağlı  test 
nümunələri də öz əksini tapmışdır. 
“Beynəlxaqi kommersiya işi” adlı dərs vəsaitinin əsas məqsədi bu 
fənni  öyrənənlərə  beynəlxalq  kommersiya  əməliyyatlarının  istənilən 
növləri  üzrə  kontraktların  tərtibi,  bağlanması,  ümumiyyətlə  beynəlxalq 
kommersiya  işi  ilə  bağlı  konkret  məsələlərin  öyrənilməsi  sahəsində 
nəzəri və praktiki bilik və bacanqlann verilməsidir. 


I FƏSİL. BEYNƏLXALQ KOMMERSİYA 
ƏMƏLİYYATLARININ MAHİYYƏTİ, NÖVLƏRİ, 
METODLARI VƏ SUBYEKTLƏRİNİN 
TƏSNİFLƏŞDİRİLMƏSİ 
1.1.
 
Beynəlxalq kommersiya işi, beynəlxalq kommersiya 
əməliyyatlarının mahiyyəti və təşkili xüsusiyyətləri 
Dünya ölkələri arasında ticarətin həcmi və strukturu böyük və kiçik 
firmalar  tərəfindən  həyata  keçirilən  müxtəlif  növ  xarici  ticarət  - 
beynəlxalq kommersiya əməliyyatlarından formalaşır. Bununla əlaqədar 
qeyd  etmək  olar  ki,  hər  bir  ölkənin  dünya  iqtisadiyyatı  və  dünya 
ticarətində rolu bu və ya digər sahə və firmalarının mövqeyi ilə müəyyən 
olunur. Onlar məhz beynəlxalq kommersiya əməliy- yatlarınm məzmunu 
və formalarının müəyyənləşdirilməsində böyük rola malikdirlər. 
Beynəkalq kommersiya işi (BKİ) - əmtəələrimmaterial dəyərlərinin 
və  xidmətlərin  beynəlxalq  mübadiləsinə  xidmət  edən  beynəlxalq 
kommersiya əməliyyatlarının (BKƏ) təşkili və həyata keçirilməsilə bağlı 
olan xüsusi nəzəri və praktiki biliklər kompleksidir. Mübadilənin həyata 
keçirilməsi  və  beynəlxalq  kommersiya  əməliyyatlarının  təşkili  üçün 
aşağıdakı bir-birilə qarşılıqlı bağlı olan müəyyən fəaliyyət sferalannı və 
yaxud mərhələləri reallaşdırmaq lazımdır: 
-
 
Xarici bazarın və onun konyunkturasının tədqiqi; 
-
 
Xarici  bazarda  reallaşdırmaq  məqsədilə  ixrac  məhsullarının 
formalaşdırılması; 
-
 
Müqavilələri bağlamaq üçün kontragentlərin - alıcıların axtarışı 
və seçilməsi; 
-
 
Kontragentlərlə sövdələşmənin, daha doğrusu bu sövdələş 
10 


mənin bütün şərtlərinin: əmtəə, onun miqdarı, qiyməti, yola salınma vaxtı 
və s. razılaşdırıldığı müqavilənin bağItonası; 
-  Müqaviləni  yerinə  yetirmək,  yəni:  əmtəəni  yola  salmağa 
hazırlamaq,  onu  alıcıya  çatdırmaq,  göndərilən  əmtəəyə  görə 
hesablaşmaları həyata keçirmək. 
Belə fəaliyyət kommersiya xarakteri daşıyır, mübadilə əməliyyatı isə 
mahiyyətcə  idarəetmə  fəaliyyəti  olan  kommersiya  əməliyyatı  olur. 
Kommersiya  fəaliyyətilə  praktiki  olaraq  firmaların  istehlakçılarla  - 
bazardakı  kontragentlərlə  olan  əlaqəsi  reallaşdırhr.  Belə  bir  əlaqə  əgər 
xarici  kontragentlərlə  həyata  keçirilirsə,  bu  fəaliyyət  xarici  iqtisadi 
fəaliyyət (XİF) kimi qəbul edilir. Daha doğrusu, kommersiya əməliyyatı o 
halda  beynəlxalq  hesab  edilir  ki,  bu  əməliyyatı  həyata  keçirən 
kontragentlər  -  tərəflər  müxtəlif  ölkələrdə  yerləşsin.  BKƏ-nin  ən  vacib 
xüsusiyyəti  -  bu  əməliyyatla  bağlı  gömrük  statistikasının  qeyd 
edilməsidir.  Əgər  hər  hansı  firma  həmin  fırmanm  ölkəsində  yerləşən 
digər  fırmamn  nümayəndəsi  ilə  kontrakt  bağlayırsa,  onda  belə 
sövdələşmə  beynəlxalq  hesab  edilə  bilməz.  Bu  fəaliyyət  firmanın 
ixrac-idxal əməliyyatının həyata keçirilməsinə, həmçinin xaricdə istehsal 
və satış fəaliyyətinin idarə edilməsinə istiqamətlənir. 
Xarici  bazarın  tədqiqi  BKƏ-də  mühüm  amillərdən  hesab  edilir. 
Xarici  bazarın  öyrənilməsi  əmtəələrin  mənfəətli  satışına  və  ya  adekvat 
məbləğli  digər  bir  əmtəəyə  dəyişdirilməsinin  mümkünlüyünü  müəyyən 
etməyə  kömək  etməlidir.  Bunun  üçün  bazarın  vəziyyətinin  -  onun 
tutumunun,  quruluşunun,  satış  üçün  kommersiya  şəraitinin,  əsas 
rəqiblərin və s. öyrənilməsi vacibdir. Firmanın ixrac resursları, hər şeydən 
əvvəl,  xarici  bazarda  rəqabət  qabiliyyətli  məhsulun  mövcudluğu  ilə 
müəyyənləşdirilir. Məhsulu rəqabət qabiliyyətli etmək üçün ilk növbədə, 
firmanm resurs təminatını  - xammal,  maliyyə, texniki, kadr və s. təhlil 
etmək lazımdır. Bu zaman 
11 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə