Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

gətirilməsi başa düşülür və aşağıdakı əməliyyatlar nəzərdə tutulur, eyni 
zamanda onlar statistik uçota almır: 
-
 
sənaye, tikinti, kənd təsərrüfatı və digər müəssisələr və ya ölkənin 
daxilində  emal,  habelə  şəxsi  istehlak  üçün  xarici  əmtəənin  istehsalçı 
ölkədən  və  ya  vasitəçi  ölkədən  satınalma  qaydası 
ilə 
verilən  ölkəyə 
gətirilməsi; 
-
 
Azad  İqtisadi  Zonalar  (AİZ)  və  ya  qeyd  edilmiş  gömrük 
anbarlarından əmtəələrin gətirilməsi
-
 
təkrar  idxal  və  ya  reidxal  əməliyyatları:  əvvəlcədən  apanl-  mış 
yerli əmtəənin  (ixrac olunmuş) xaricdə  - ixrac ölkəsində heç bir emala 
məruz  qalmadan  oradan  gətirilməsi,  (hərracda  satılmayan,  alıcı 
tərəfindən  çıxdaş  edilən,  konsiqnasiya  anbanndan  qaytarılan  və  s. 
əmtəələr) əməliyyatlarıdır. 
-
 
gömrük nəzarəti altında ölkəyə digər məhsulun tərkibinin  emalı 
məqsədilə  gətirilən,  sonra  onun  hazır  məhsul  kimi  aparılması  üçün 
nəzərdə  tutulan  və  emal  edilən  əmtəələrin  gətirilməsi  (məs:  zeytun 
yağının sardilka balıq konservlərinin emalı üçün gətirilməsi). 
Xarici  satıcı  tərəfindən  alıcının  ölkəsində  xidmət  sahəsinin 
yaradılması  və  işlədilməsi,  bunun  müqabilində  pul  köçürmələrinin 
ölkədən kənara çıxması da idxal adlanır. İdxal əməliyyatının vacib şərti 
idxalçının ödəmə qabiliyyətli olmasıdır. 
İdxalçı, adətən, üç vacib məsələnin həllinə çalışır: 
1)
 
idxal  olunan  malın  “qiymət-keyfiyyət”  krİteriyası  əsasında 
seçilməsi zamanı güzəştlərin müəyyən edilməsi
2)
 
riskin aşağıdakı əməliyyatlar hesabına minimuma endirilməsi; 
~ kontragentin etibarlılığının yoxlanması; 
-
 
müqavilədə qoruyucu şərtlərin müəyyən edilməsi
-
 
müqavilənin sığortalanması; 
3)
 
Müqavilənin ölkə qanunvericiliyinə uyğunluğunun yoxlanılması. 
59 


Təkrar idxal adı altında əvvəllər ixrac olunmuş malın xaricdə təkrar 
emala məruz qalmadan aşağıdakı səbəblərdən: 
a)
 
zədəli,  istehlak  xüsusiyyətlərini  itirmiş  malların  yenisi  ilə  əvəz 
olunması üçün geri göndərilməsi
b)
 
xarici firmanın iflas olması səbəbindən satılmamış malların geri 
qaytarılması; 
c)
 
malın  ixrac  üçün  əvvəlcədən  seçilmiş  bazarda  satılmaması  və 
geri qaytarılması başa düşülür. 
llƏ-dan  başqa  beynəlxalq  kommersiya  fəaliyyətində  qarşılıqlı 
ticarət də xüsusi rol oynayır. 
Qarşılıqlı  ticarət  əvvəllər  əmtəə  tədavülünün  natural  formasından 
ibarət  olan  beynəlxalq  ticarətin  ən  tanınmış  növüdür.  Əmtəə-pul 
münasibətlərinin inkişafı nəticəsində sıxışdınlan qarşılıqlı ticarət müasir 
şəraitdə yeni forma almış və beynəlxalq əmtəə mübadiləsində müəyyən 
inkişaf  yolu  keçmişdir.  Satış  probleminin  kəskinləşdiyi  bir  şəraitdə 
ixracatçılar  məcburdurlar  ki,  alıcıdan  malın  pul  ekvivalenti  əvəzinə  ya 
şəxsi  istehsalda  istifadə  oluna  bilən,  ya  da  bazarda  satıla  bilən  digər 
mallar alsınlar. 
BMT ekspertləri beynəlxalq qarşılıqlı ticarət müqaviləsinin 3 əsas 
növünü fərqləndirirlər: 
-
 
barter müqavilələri
-
 
ticarət təzminatı müqavilələri; 
-
 
sənaye təzminatı müqavilələri. 
İqtisadi  Əməkdaşlıq  və  Ticarət  Təşkilatının  mütəxəssisləri  bütün 
beynəlxalq qarşılıqlı ticarət sazişlərini 2 kateqoriyaya ayırırlar: 
-
 
ticarət təzminatı; 
-
 
sənaye təzminatı. 
İ.N.Qerçikova  [3]  hesab  edir  ki,  qarşılıqlı  razılaşmaların  təsnifatı 
təşkilati-hüquqi  və  təzminat  prinsipi  əsaslarında  qurulsa,  daha  əlverişli 
olar. Bu tip yanaşmada beynəlxalq qarşılıqlı razılaşmalar 3 
60 


növə ayrılır: 
-
 
valyutasız əsaslarla mal mübadiləsi vaKtəzminat razılaşmaları; 
-
 
kommersiya  əməkdaşlığına  dair  saziş  əsasında  təzminat 
razılaşmaları; 
~ istehsal əməkdaşlığına dair saziş əsasında təzminat razılaşmaları. 
İİƏ-yə  həmçinin,  TMK-nm  baş  (ana)  kompaniyaları  tərəfindən 
başqa  ölkədə  yerləşən  öz  törəmə  müəssisələrinə  göndərdikləri 
əməliyyatların dəyəri də aid edilir. 
Bundan başqa ixrac və idxalın dəyərinə aşağıdakılar da aid edilir: 
-
 
kompleks  avadanlıq  və  materiallann,  həmçinin  texniki  xidmətin 
dəyəri; 
-
 
lisenziya ayırmaları; 
-
 
yarmarka  və  sərgilərdə  ticarət  vasitəçiləri  vasitəsilə  satılan  və 
alman əmtəələrin dəyəri
-gömrük  sərhədindən  keçən  və  xarici  kontragentə  icarəyə  verilən 
əmtəənin dəyəri (aynca uçotu aparılır). 
İİƏ ilə bağlı bəzi anlayışları da aydınlaşdıraq. 
Gömrük  ərazisi  dedikdə  əmtəənin  aparılması  və  gətirilməsinə 
nəzarət edən vahid gömrük müəssisəsinin yerləşdiyi ərazi başa düşülür. 
Gömrük ərazisinin sərhədi ölkənin sərhəddinə düşməyə də bilər. Gömrük 
ərazisi bir neçə ölkənin və ya iki ölkənin gömrük ittifaqında və həmçinin 
azad  zona  olan  ölkədə  də  ola  bilər.  Gömrük  ərazisinin  sərhədi  hər  bir 
ölkənin  hökuməti  tərəfindən  müəyyən  edilir  və  elan  edilir.  Burada 
həmçinin  gömrük  nəzarətinə  aid  olmayan  qeyd  edilmiş  gömrük 
anbarlarının və azad zonaların sərhədi ayrıca qeyd edilir. 
Qeyd  edilmiş  anbarlar  dedikdə  müəyyən  gömrük  ərazisinə  aid 
edilən, gömrük baxışı üçün nəzərdə tutulan yerdən kənarda əmtəənin 
61 


gömrük  nəzarətinə  məruz  qaldığı  bütün  sahə  və  tikililər  başa  düşülür. 
Belə  anbarlarda  əmtəələrin  yenidən  emalı  nəzərə  alınmadan,  onlann 
yenidən qablaşdıniması, yenidən çeşidlənməsi həyata keçirilə bilər. tİƏ 
zamam tranzit əməliyyatlarını da fərqləndirmək lazımdır. 
Tranzit əməliyyatları (birbaşa) dedikdə əmtəəni bir ölkədən digər 
ölkəyə aparmaq üçün üçüncü ölkənin ərazi və ya hava sərhədindən keçib 
getməsi başa düşülür. Onlar nə ixrac, nə idxal əməliyyatlarına aid edilir, 
yalnız nəqliyyat növlərilə uçota alınır. 
Dolayı tranzit əməliyyatları dedikdə əmtəələrin gömrük anbarında 
emal  edilmiş  şəkildə  başqa  ölkəyə  aparılması  məqsədilə  saxlanılması 
başa düşülür. 
Azad zona və ya azad ticarət zonası (ATZ), azad iqtisadi zona 
(AtZ)  dedikdə  verilən  ölkənin  gömrük  ərazisindən  kənarda  yerləşən 
sahələr  başa  düşülür.  Bu  zonalara  gətirilən  əmtəələr  gömrük 
rüsumlarmdan  azaddır  və  eyni  zamanda  reixrac  üçün  nəzərdə  tutulan 
əmtəələr də hər cür gömrük, vergi yığımlanndan azaddır. Belə zonalarda 
həyata  keçirilən  əməliyyatlara;  əmtəələrin  qurudulması,  təmizlənməsi, 
müxtəlif  emal,  çeşidləmə,  doldurma,  etiketlərin  yapış-  dırılması  və  s, 
aiddir. 
İxrac-idxal  əməliyyatlarının  tənzimlənməsinin  ticarət-siyasi 
vasitələrinə  gömrük-tarif  tənzimlənməsi,  ixrac-idxal  əməliyyatlarının 
lisenziyalaşdırılması, həmçinin gömrük vergi və yığımlan aiddir. 
Gömrük  tarifləri  beynəlxalq  ticarət  axınlarının,  o  cümlədən 
İİƏ-nin  tənzimlənməsi  üçün  bütün  ölkələrdə  həyata  keçirilən  gömrük 
siyasətinin  vasitəsidir.  Bu  tariflərdə  gömrük  sərhədini  keçən  və  rüsum 
alınmağa məruz qalan əmtəələrin sistemləşdirilmiş siyahısı verilir. 
Milli gömrük tariflərilə yanaşı, ticarət-gömrük ittifaqına daxil olan 
region  ölkələrin  ümumi  gömrük  tarifləri  də  mövcuddur.  Belə  ölkə 
birliklərin üzvləri olan ölkələr qarşılıqlı ticarətdə gömrük 
62 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə