PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə74/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   68   69   70   71   72   73   74   75   76

 
297 
sövdələşmənin  üçüncü  şəxs  tərəfindən  düzgün    və 
vaxtında  yerinə    yetirilməsinə  görə  öz  üzərinə 
zəmanət götürməklə əlavə haqq ala bilər. 
-
 
  Əgər  haqqın  ölçüsü  və  onun  şərtləri  komissiya 
müqaviləsi  ilə  nəzərdə  tutulmayıbsa,  müqavilənin 
yerinə  yetirilməsi  oxşar  xidmətlərə  görə,  adətən 
alınan haqq səviyyəsində ödənilir. 
-
 
Əgər  komissyon  müqaviləsi  komitentin  günahı 
ucbatından  yerinə  yetirilməyibsə,  komisyonçu 
komisiyon  muzdunun  alınması,  həmçinin  məruz 
qaldığı  xərclərin  haqqının  ödənişi  hüququnu 
saxlayır. 
 
 
 MÖVZU 14. 
ƏMTƏƏLƏRİN TOPDAN ALIŞI ÜZRƏ 
KOMMERSİYA İŞİ 
1.  Alqı  işi  ticarətdə  kommersiya  fəaliyyətinin 
əsasını  təşkil  edir.  Mahiyyət  etibarıilə,  kommersiya  işi 
burdan  başlayır.  Alıcıya  əmtəənin  satışından  əldə  etmək 
üçün,  zəruri  əmtəələrə  malik  olmaq  lazımdır.  Qeyd 
olunduğu  kimi,  əmtəə  tədavülünün  əsas  funksiyası 
dəyərin formasının dəyişilməsində öz əksini tapır. 
P-Ə və Ə-P 
     Bu 
formula 
ticarətdə 
kommersiya  işinin 
mahiyyətini açır: 
 Müəyyən  məbləğ  pul  vəsaitlərinə  malik  olan  
sahibkar əmtəələri alır və sonradan onları sataraq yenidən  
müəyyən  artımla  pul  vəsaitlərinə  çevirir.  Əmtəə 
tədavülünün  əsas  funksiyasına  istinad  edərək,  belə  bir 


 
298 
nəticəyə  gəlmək  olar  ki,  ticarətdə  kommersiya  işi 
sonradan satmaq məqsədilə əmtəələrin alışından başlanır. 
     Öz 
iqtisadi 
təbiətinə 
görə 
alqı,  ticarət 
müəssisələri  və  ya  fiziki  şəxslər  tərəfindən  alınmış 
əmtəələrin sonradan satılması məqsədilə həyata keçirilən 
topdan  və  ya  xırda  topdan  maldövriyyəsini  təşkil  edir.     
Düzgün  təşkil  olunmuş  topdan  alış  əhalini  təchiz  etmək 
üçün  pərakəndə  satış  şəbəkəsində  zəruri  əmtəə  çeşidinin 
formalaşdırılmasına,  alıcı  tələbatının  tələblərinə  uyğun 
olaraq    əmtəə  istehsalçılarına  təsir  etməyə,  həmçinin 
ticarət  müəssisəsinin  işinin  səmərəliliyini  təmin  etməyə 
imkan verir. 
2. 
Əmtəələrin  göndərilməsi  barədə  topdan 
yarmarkalarda  müqavilənin  bağlanması  topdan  alışın  ən 
mütərəqqi formasıdır. 
Topdan yarmarkalarda əmtəələrin satışı-alışı topdan 
ticarətin 
ən 
köhnə 
formalarından 
biridir. 
Respublikamızda  topdan  yarmarkalar  hələ  inqilabdan 
əvvəlki  dövrlərdə  keçirilirdi.  Mərkəzləşdirilmiş  planlı 
iqtisadiyyat  dövründə  bu  cür  yarmarkaların  keçirilməsi 
60-cı  illərdeə  geniş  yayılmağa  başlamışdır.  Lakin 
sonralar  topdan  yarmarkalar  daha  çox  inzibati-direktiv 
xarakter  almağa  başladı  –  onları  dövlət  idarə  orqanları 
təşkil  edirdi;  onların  keçirilməsi  qaydaları  ciddi 
reqlamentləşdirilirdi. 
Bazar  iqtisadiyyatına  keçidin  ilk  mərhələsində 
kommersiya  məqsədlərinə  daha  çox  ticarət-vasitəçi 
strukturlar  –  daim  fəaliyyətdə  olan  əmttə  birjaları  uyğun 
gəlirdi.  Lakin  sonralar  topdan  yarmarkalar  öz  əvvəlki 
əhəmiyyətini bərpa etməyə və rolunu artırmağa müvəffəq 
oldular.  Yarmarka  ticarətinin  əsas  məqsədi  -  əmtəələrin 
topdan  satışı  və  alışı,  satıcılarla  alıcılar  arasında  birbaşa 


 
299 
müqavilələrin və ya kontraktların bağlanmasıdır. Topdan 
yarmarkalar  ticarət  təşkilatlarının  çeşid  və  keyfiyyətə 
görə  əmtəə  istehsalına  təsirini  gücləndirir,  müqavilələrin 
bağlanması 
prosesini 
sürətləndirir, 
belə 
ki, 
malgöndərənlər və alıcılar birbaşa kontaktda olurlar. 
Bazar  iqtisadiyyatında  beynəlxalq  və  ümumdövlət 
miqyaslı  həmçinin  regional  əhəmiyyətli  topdan 
yarmarkalar  geniş  yayılmışdır.  Beynəlxalq  və  ya 
ümumdövlət 
topdan 
yarmarkalarda 
beynəlxalq 
kompaniyalar  yaxın  və  uzaq  xaricidən  malgöndərənlər 
iştirak  edirlər.  Bu  yarmarkaları  dövlət  idarəetmə 
orqanları,  həmçinin  iri  kommersiya  strukturları  təşkil 
edirlər. 
3.Ərzaq  məhsullarının  dövlət  mərkəzləşdirilmiş 
topdan ticarətinin ləğvi, topdan və pərakəndə satış ticarət 
müəssislərinin  özəlləşdirilməsi,  kənd təsərrüfatı və  ərzaq 
məhsullarının  istehlakçılara  doğru  irəlilədilməsinin 
mövcud sisteminin dağıdılmasına gətirib çıxartdı. Bir çox 
ərzaq  və  meyvə-tərəvəz  bazarları  sənaye  məhsullarının 
satışı  ilə  məşğul  olmağa  başladılar,  kənd  təsərrüfatı 
istehsalçıları  öz  məhsullarının  reallaşdırılması  problemi 
ilə  üzləşdilər.  Ərzaq  məhsulları    ticarətinin  dövlət 
tənzimlənməsinin 
olmadığı  bir  vaxtda  emaledici 
sənayenin  və  pərakəndə  ticarətin  lokal  inhisarçılığı 
güclənməyə  başladı,  bu  isə  ərzaq  məhsullarının 
pərakəndə  qiymətlərinin  artmasına,  adambaşına  düşən 
mühüm  ərzaq  məhsullarının  pərakəndə  qiymətlərinin 
artmasına, 
adambaşına 
düşən 
mühüm 
ərzaq 
məhsullarının  istehlakının  kəskin  azalmasına  səbəb 
olmuşdu. 
Bazar  iqtisadiyyatı  şərtlərinə  uyğun  gələn  yeni 
bölgü sisteminin olmamsı, bu sahədə müasir marketinqin 


 
300 
tətbiq 
edilməməsi 
qeyri-sivil 
bazar 
mühitinin 
formalaşmasına  səbəb  oldu,  bu  da  özünü  maklerlərin, 
brokerlərin 
komissionerlərin, 
küçə 
ticarətçilərinin 
sistemsiz fəaliyyətlərində büruzə vermişdi və bu da ərzaq 
məhsullarının  topdan  satışının  və  əmtəə  hərəkətinin 
təşkilində  neqativ  fəsadlara  gətirib  çıxarmışdır.  Ölkənin 
ərzaq  təminatı  problemi  ərzaq  məhsullarının  və  kənd 
təsərrüfatı  xammalının  topdan  ticarətinin  və  əmtəə 
hərəkətinin  təşkilinin  yeni  yollarının  tapılmasını  tələb 
edirdi. 
 
MÖVZU 15.  
TOPDAN VƏ PƏRAKƏNDƏ MAL  
SATIŞINDA KOMMERSİYA FƏALİYYƏTİ 
1.  Bazar  münasibətləri  şəraitində  yalnız  əmtəə 
satışı topdan müəssisələrin əsas funksiyası kimi nəzərdən 
keçirilə  bilməz.Topdan  ticarətin  səmərəliliyi  topdan 
müəssisələrin  öz  müştərilərinə    -  əmtəə  alıcılarına  və 
malgöndərənlərə  göstərdiyi  xidmətlərin  kəmiyyəti  və 
keyfiyyəti ilə də xarakterizə olunur. 
Əmtəə 
hərəkətinin 
şəraitindən 
və 
bazar 
münasibətləri 
iştirakçılarına  göstərilən  informasiya 
kommersiya  xidmətindən  asılı  olaraq  topdan  ticarət 
xidmətlərinin  tərkibi və növləri çox müxtəlif ola bilər. 
Topdan  müəssisələrin  fəaliyyətinə  əmtəələrin 
reallaşdırılması  funksiyası  ilə  yanaşı,  geniş  dairəli 
xidmətlər  də  daxil  edilir  ki,  bu  xidmətlər  də  həm 
malgöndərənlər-  əmtəə  istehsalçıları,  həm  də  pərakəndə 
ticarət  müəssisələri  tərəfindən  ödənilir.  Bu  şəraitdə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə