PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə68/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

 
273 
-
 
müqavilənin  yerinə  yetirilməsindən  birtərəfli 
qaydada  imtina  edilməsi  və  bu  zaman  yaranan 
zərərlərin hesablanması qaydası; 
-
 
mübahisələrin yoluna qoyulması qaydaları. 
Kommersiya  təcrübəsində  alqı-satqı  müqaviləsi 
kontrakt adlandırılır.  
 
MÖVZU6.  
KOMMERSİYA FƏALİYYƏTİNDƏ REKLAM 
1.  Əmtəə  və  xidmətlərin  istehlakçısı  onları  əldə 
edərkən  alqı-satqı  prosesinin  həyata  keçirilməsinə  hazır 
olmalıdır, yəni o, onu belə zərurətə inandıracaq müvafiq 
informasiyanı  əldə  etməlidir.  Bu  rolu  reklam    yerinə 
yetirir. 
“Reklam  haqqında”  qanunda  reklam  anlayışına 
aşağıdakı  kimi  tərif  verilir.  “Reklam  istənilən  formada, 
istənilən  informasiya  vasitələrinin  köməyilə  fiziki  və  ya 
hüquqi şəxslər, əmtəələr, ideyalar və təşəbbüslər (reklam 
informasiyası)  haqqında  qeyri-müəyyən  şəxslər  dairəsi 
üçün  nəzərdə  tutulan  informasiyanın  yayılmasıdır, 
həmçinin  o,  bu  fiziki  və  ya  hüquqi  şəxsə,  əmtəələrə, 
ideyalara  və  təşəbbüslərə  qarşı  maraq  formalaşdırmalı 
olan  və  bu  marağı  saxlamalı,  əmtəə,  ideya  və 
təşəbbüslərin  reallaşdırılmasına şərait yaratmalıdır”. 
Beləliklə, reklam, hər şeydən əvvəl, konkret fiziki 
və ya hüquqi şəxsə qarşı maraq formalaşdırmaq və ya bu 
marağı  dəstəkləmək  məqsədilə      fiziki  və  ya  hüquqi 
şəxslər, 
əmtəələr, 
ideyalar 
və 
təşəbbüslərin 
reallaşdırılmasına yol açan informasiyaların yayılmasıdır. 


 
274 
Bu  informasiyalar  istənilən  formada,  istənilən 
vasitələrin köməyilə yayıla bilər. 
Reklam  təkcə  istehlakçıları  yeni  əmtəələr, 
xidmətlər  və  ya  qiymətlər  haqqında  məlumatlarla  təmin 
edən özünəməxsus  yol  göstərən kimi çıxış etmir, o, həm 
də  vətəndaş  hüquqi  nöqteyi-nəzərindən  alqı-satqı 
müqavilələrinin  bağlanması  zamanı  kommersiya  təklifi 
funksiyasını  da  yerinə  yetirə  bilər.  Yəni  əmtəə  və 
xidmətlərin potensial istehlakçılarının ümumi formada bu 
əmtəə və  xidmətlərin reklam verənə müracitə etmə  yolu 
ilə  əldə  edilə  bilməsi,  alınması  və  sifarişi  imkanının 
olması, məlumatlandırılması kimi çıxış edir. 
Tanınmış  marketoloq  ABŞ-ın  Şimal-  Qərb 
Universitetinin  profesoru  F.  Kotler  reklama  aşağıdakı 
tərifi  verir:  Reklam  dəqiqləşdirilmiş  maliyyə  mənbəyi 
göstərilməklə  lazımi  kommunikasiya  vasitəsilə  pullu 
xidmətlərin  və  məlumatların  yayılmasını  özündə  əks 
etdirir.  
2.  Malların  sahibkar-  satıcıdan    istehlakçı-alıcıya 
doğru yeridilməsi üçün bir sıra vasitələrdən, o cümlədən: 
-  reklamdan, 
-  satışın həvəsləndirilməsindən, 
Bu vasitələrdən ən vacibi reklamdır. 
Reklam  –  malın  mənfəətli  satışının  təmin  olunması 
məqsədilə 
satıcıdan 
istehlakçıya 
yönəldilən 
informasiyadır. 
Reklam aşağıdakı növlərdə tətbiq oluna bilər: 
-
 
İnformasiya xarakterli(rubrika formasında); 


 
275 
-
 
Təbliğat izahedici; 
-
 
Malın nişanı (markası); 
-
 
Nüfuzlu (prestijli); 
-
 
Satış. 
İnformasiya  xarakterli  (rubrika formasında), reklam 
potensial alıcılar arasında satışa təklif  olunan mallar və 
yaxud  xidmətlər  haqqında  məlumatların  yayılması  üçün 
nəzərdə tutulub. 
Təbliğat-izahedici      reklam,  müəyyən  bir  istehlakçı 
üçün  nəzərdə  tutulan  malın  və  yaxud  xidmətin  konkret 
üstünlüklərinin dərindən təsvirinə xidmət göstərir. 
Mal  nişanının  reklamı  alıcını  konkret  mala  deyil, 
malı (xidməti) istehsal edən firmanın nişanına yönəldir. 
Prestijli reklam uzun müddət üçün nəzərdə tutulub və 
malın  və  onu  buraxan  firmanın  cəlbedici  surətinin 
formalaşdırılmasına xidmət edir. 
Satış  reklamı  malın  endirimlə  satışı  haqqında 
məlumat verir. 
Reklam aşağıdakı formalara malik olur: 
-
 
Tanışedici; 
-
 
Təbliğedici; 
-
 
Müqayisəedici; 
-
 
Xatırladıcı; 
-
 
Möhkəmləndirici. 


 
276 
Tanışedici  reklam    potensial  alıcının  tanış  olması 
üçün  kifayət  edən  malın  və  yaxud  xidmətin  təsvirindən 
ibarətdir.  Bu  forma  reklam  kampaniyasının  başlanğıcı 
üçün  xarakterikdir.  O,  malın  bazara  çıxarılması 
mərhələsində  ilkin  tələbin  formalaşdırılması  üçün  tətbiq 
olunur.  Reklamın bu formasının əsas məqsədi –alıcılara 
yeni mal haqqında, onun fəaliyyət prinsipi və ya mövcud 
mallar üçün açılan imkanlar haqqında, alıcılarda yeni mal 
ilə  bağlı  olan  çəkinmənin,  ehtiyat  etmənin  aradan 
götürülməsi,  istehsalçı  -  firmanın    və  satıcının  cəlbedici 
surətinin  formalaşdırılması,  malın  əlverişli  qiyməti 
haqqında təsəvvürün yaradılmasından ibarətdir. 
 
 
MÖVZU 7.  
BEYNƏLXALQ KOMMERSİYA İŞİ 
1.  Beynəlxalq  kommersiya  fəaliyyəti  və  onun  əsas 
istiqamətləri  haqqında  qərarın  qəbul  edilməsi  üçün 
həlledici 
rolu 
– 
potensial 
tərəf-müqabillərin 
(partnyorların) təsərrüfat inkişafının müqayisəli təhlilinin 
aparılması  və  bu  ölkələrin  siyasi-iqtisadi  və  milli  –
mədəni xüsusiyyətlərinin öyrənilməsi oynayır. 
Təsərrüfatın  inkişafının  səviyyəsinə  görə  ölkələr 
fərqləndirilir: 
6.
 
Müasir  sənayesi  və  inkişaf  etmiş  bazar 
münasibətləri olan ölkələr
7.
 
Inkişaf  etmiş  bazar  münasibətləri  yolunda  olan 
və  sənayenin  geniş  imkanlarına  malik  olan 
ölkələr; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə